Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5510/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 1672 (bir min altı yüz yetmiş iki) manat maddiziyan, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 36,72 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücücavabdehin iştirakı ilə avtomobilə texniki baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin kuza və mühərrikində ciddi nasazlıqlar müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh yerində avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə məktubla 18 aprel 2025-ci ildə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1672 manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakıehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Feredo- Çaşka, vıjivnoy, korobkanın mostu, yan salniklər(sağ-sol), korobkanın podşipniki, motorun sol poduşkası, sırğa sağ-sol, razvalni balaca, stupiça ön sağ, korobka yağı, təkərlərin balansı, iç qranat, su radiatoru, palos sağ-sol. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir; Karopka ustası:sürətlər qutusunun sökülüb-təmir olunması, yağlanması və yenidən yığılması Çilingər: peredok və xodovoy hissəsinin təmiri, təkərlərin balansı, matorun poduşkasının və su radiatorunun dəyişilməsi. Ehtiyat hissələrinin cəmiməbləği 1442 manat, usta xidməti 230 manat təşkiletmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı özavtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə avtomobilin təmirinə görə 1672 manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddiziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin və ya qismən təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, qeyd etdi ki, avtomobilə dəymiş 1672 manatdan ziyandan cavabdeh tərəfindən ödənilmiş 630 manat depozit ödənişi çıxıldıqdan sonra qalan məbləğin tutulmasına etiraz etmirlər. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia ilə qismən razı olduğunu avtomobilin yalnız ön mexanizminə dəymiş zərərlə razı olduğunu, lakin iddianın qalan hissəsi ilə razı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 36,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair təhvil-təslim aktından görünür ki, nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə , arxa buferin sağında kraska, qabaq buferində cızıqla təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli əl yazmadan görünür ki, avtomobilə görə 900 manat depozit ödəmiş, əgər avtomobil 3 ay ərzində qaytarılarsa, qoyulan depoziti tələb etməyə hüququ yoxdur, həmin müddətdə avtomobilə zərər vurmağa, vurulmuş zərər depozit məbləğindən çıxılmır, əgər avtomobil 3 aydan sonra qaytarılarsa depozitin 630 manatı qaytarılmır, qalıq 270 manatdan avtomobilə dəymiş zərərlər çıxılır, qalıq məbləğ qaytarılır, yaxın vaxtın qeyd olunan lm məsafə və avtomobili başqa yerə təmir etdirilərsə 300 manat, YPX cərimələri 50 manatdan çox olarasa ödənilməli, avtomobil ödənişi 3 gündən artıq ödənilməsə avtomobil dayandırılır, avtomobil ilə bölgələrdə 3 gündən artıq idarə edilidyi halda avtomobil dayandırılır, ay ərzində 2 dəfə texniki baxışa gəlməli, gəlinmədiyi halda 50 manat cərimə olunacaq. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktdan görünür ki, avtomobilə baxış zamanı qeyd olunan zədə və nöqsanlar aşkarlanmışdır: sürətlər qutusu demək olar ki, fəaliyyət göstərmir, ötürücülər işləmir, soyutma sisteminin radiatoru zədələnib, təkər –peredok hissəsində ciddi səslər əmələ gəlib, sürücü məlumat verir ki, xx.xx.2024-cü il tarixdə müşfiqabad qəsəbəsində avtomobili palçıq olan əraziyə salıb-batırmış və oradan çıxartmağa çalışarkən sürətlər qutusu və peredok ağırlığa düşərək ciddi zədələr almış, karobka və peredok sökülməlidir, sürücüyə avomobilin təqribən 1500-1700 manat xərci olduğu bildirilmiş, lakin Z.İsgəndərov razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli RS Avtoservis tərəfindən verilən arayışdan görünür ki, İddiaçı məxsus , “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələri üçün 1442 manat, usta-təmir xidmətləri üçün 230 manat olmaqla, cəmi 1672 manat məbləğ xx.xx.2024-cü il tarixdə avtoservisə ödənilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziyanı aldıqdan 7 gün ərzində zərərin ödənilməsini əks təqdirdə, dəymiş zərərin vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin, pulun qaytarılmadığı müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlərin, dövlət rüsumunun və s məhkəmə xərclərinin alınması tələbi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, notariat hərəkətlərinin aparılmasına görə 17,25 manat rüsum ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyəverən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktdan görünür ki, avtomobilə baxış zamanı qeyd olunan zədə və nöqsanlar aşkarlanmışdır: sürətlər qutusu demək olar ki, fəaliyyət göstərmir, ötürücülər işləmir, soyutma sisteminin radiatoru zədələnib, təkər –peredok hissəsində ciddi səslər əmələ gəlib, sürücü məlumat verir ki, xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsində avtomobili palçıq olan əraziyə salıb-batırmış və oradan çıxartmağa çalışarkən sürətlər qutusu və peredok ağırlığa düşərək ciddi zədələr almış, karobka və peredok sökülməlidir, sürücüyə avomobilin təqribən 1500-1700 manat xərci olduğu bildirilmiş, lakin Z.İsgəndərov razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli RS Avtoservis tərəfindən verilən arayışdan görünür ki, İddiaçı məxsus, “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələri üçün 1442 manat, usta-təmir xidmətləri üçün 230 manat olmaqla, cəmi 1672 manat məbləğ xx.xx.2024-cü il tarixdə avtoservisə ödənilmişdir. Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli əl yazmadan görünür ki, avtomobilə görə 900 manat depozit ödəmiş, əgər avtomobil 3 ay ərzində qaytarılarsa, qoyulan depoziti tələb etməyə hüququ yoxdur, həmin müddətdə avtomobilə zərər vurmağa, vurulmuş zərər depozit məbləğindən çıxılmır, əgər avtomobil 3 aydan sonra qaytarılarsa depozitin 630 manatı qaytarılmır, qalıq 270 manatdan avtomobilə dəymiş zərərlər çıxılır, qalıq məbləğ qaytarılır, yaxın vaxtın qeyd olunan km məsafə və avtomobili başqa yerə təmir etdirilərsə 300 manat, YPX cərimələri 50 manatdan çox olarasa ödənilməli, avtomobil ödənişi 3 gündən artıq ödənilməsə avtomobil dayandırılır, avtomobil ilə bölgələrdə 3 gündən artıq idarə edilidyi halda avtomobil dayandırılır, ay ərzində 2 dəfə texniki baxışa gəlməli, gəlinmədiyi halda 50 manat cərimə olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin tərəflər arasında bağlanmış 30 oktyabr 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə; - 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Sadalanan qanunvericilik aktı normalarına və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən məhkəmə hesab edir ki, “X1” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər Cavabdeh tərəfindən idarə edildiyi zaman vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən ödənilmiş 630 manat depozit ödənişi avtomobilə dəymiş 1672 manatdan çıxılaraq, 1042 manat cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1042 manat olduğundan cavabdehdən 30,42 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş 17,25 manat məbləğində rüsumun cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin etibarnamədən görünür ki, etibar edən yalnız iddiaçı olmamış, ondan başqa 2 nəfər də təmsilçilik hüquqularını vəkilə ötürmüşdür. Həmçinin etibarnamənin verilməsi üçün çəkilmiş xərcin də məhz iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1042 (min qırx iki) manat və 30,42 (otuz manat qırx iki qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1072,42 (min yetmiş iki manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5510/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5510/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver