Məhkəmə qərarları › İş №e-2(011)-5678/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5678/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5678/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı və ailə üzvlərinin həmin mənzilə yaşamaq üçün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 iyun 2025-ci il tarixində Cavabdeh, onun ailəsi və şəxsiyyəti iddiaçıya məlum olmayan özünü cavabdehin nümayəndəsi kimi tanıdan 11 fevral 1975-ci il təvəllüdlü X22 adlı bir qadın iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanına gələrək müşahidə kameralarını qıraraq zorla mənzilə daxil olmuşlar və iddiaçıya məxsus əmlakı zəbt etmişlər. İddiaçı dərhal Daxili İşlər Nazirliyin 102 qaynar xəttinə şikayət etmiş, Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və uzun sürən danışıqlardan sonra cavabdeh qapını açmış və əmlakın ona məxsus olduğunu və mənzili tərk etməyəcəyini bildirmişdir. Mənzildə iddiaçıya məxsus mebel, avadanlıq və 20000 manat dəyərində qızıl-zinət əşyaları mövcuddur. Bu barədə polis idarəsində iddiaçının verdiyi izahatda da bildirmişdir. Qeyd olunan mənzildə iddiaçı 2018-ci ildən qeydiyyatdadır. Həmin mənzil iddiaçının mərhum xalası X7 orderlə məxus olmuşdur. 20 noyabr 2020-ci il tarixində iddiaçının mərhum xalası tərəfindən iddiaçıya bütün əmlakları vəsiyyət edilmişdir. Həmin Vəsiyyətnamə 15 saylı Notariat kontorunun notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmişdir. İddiaçının mərhum xalasının bütün ehtiyacları hələ sağlığında iddiaçı tərəfindən qarşılanırdı. Cavabdeh mərhumun öz doğma övladı olmasa belə sənəd üzrə anası kimi xalası qeyd olunmuşdur. Cavabdehlə iddiaçının xalası arasında ümumiyyətlə gediş-gəliş belə olmamış, heç bir yaxın münasibət olmamışdır. İddiaçının xalası vəfat etdikdən sonra həmin mənzilə faktiki sahiblik edir, bütün kommunal və digər xərclər iddiaçı tərəfindən edilmişdir. Cavabdeh ümumiyyətlə adı çəkilən mənzildə yaşamamış və həmin mənzildə qeydiyyatı da yoxdur. İddiaçının xalası vəfat etdikdən sonra cavabdeh daha əvvəl də həmin mənzilə zorla girmiş, lakin polisə iddiaçı tərəfindən şikayət edildikdən sonra mənzili tərk etmişdir. Cavabdeh tərəfindən mənzilə daxil olmağına, mənzildən istifadə etməyinə maneələr yaradılır və əlavə olaraq da iddiaçıya məxsus dəyərli əşyalar və qızıl-zinət əşyalar verilmir. Nə qədər ki, kirayəçinin sağlığında və ölümündən sonra həmin mənzildə yaşayan iddiaçıdır, ona görə də qanuna uyğun olaraq da kirayə hüquq münasibətləri iddiaçı ilə davam etdirildiyindən yeganə hüququ sahibi iddiaçıdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, Cavabdeh X6 qardaşı oğlu olmaqla onun tərəfindən övladlığa götürülsə də, həmiş valideynləri ilə yaşamış, heç vaxt X12 ilə birgə yaşamamışdır. Narkotik aludəçisi olduğu üçün X6 onunla münasibəti yaxşı olmamışdır. Bununla bağlı olaraq 2015-ci ildən onun qayğısına o, özü və ailə üzvləri qalmışdır. Bununla bağlı məhkəməyə foto və video çəkilişlər təqdim edərək, İddiaçı bildirmişdir ki, X12 mübahisəli mənzili özəlləşdirmək istəsə də buna imkan tapmamış, lakin vəsiyytnamə ilə bütün əmlakını ona vermişdir. Bunun müqabilində o, X6 bütün xərclərini çəkmişdir və bir övlad kimi qeydinə qalmışdır. Cavabdeh heç vaxt mübahisəli mənzidə qeydiyyatda olmamışdır , belə ki, o, ailəsi ilə Tərtər rayonunda yaşayır. X12 08 avqust 2024-cü il tarixdə vəfat etmişdir, onun meyidi yerdə olanda Cavabdeh qəfil gələrək evdə olan seyfi açmış, orda olan bütün pulları götürmüş, orda vəsiyyətnaməni görüb səs-küy salmış, belə ananı istəmədiyini bildirmiş və çıxıb getmişdir. İddiaçı vurğulamışdır ki, X6 bütün dəfn xərclərini də o, çəkmişdir. 13 iyun 2025-ci il tarixində Cavabdeh, onun ailəsi və özünü cavabdehin nümayəndəsi kimi tanıdan X22 adlı bir qadın gecə vaxtı gəlib onu ailə üzvləri ilə həmin evdən qovmuş, əşyalarını götürməyə imkan verməmişdir. Halbuki 2015-ci idən həmin mənzildə yaşadığı üçün onun və ailə üzvlərinin orada əşyaları və qızı-zinət əşyaları mövcud olmuşdur. Cavabdeh heç vaxt X8 baxmasa da, öləndən sonra onun mənzilinin ona məxsus olduğunu bildirərək, iddiaçını mənzildən qovmuş, əşyalarını çıxartmağa belə imkan verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil order əsasında “Azərneft yağ” İB-nin işçisi kimi X8 verilmişdir və hələ özəlləşdirilməmişdir. İddiaçı X6 razılığı ilə 2015-ci ildən həmin mənzilə köçürülüb qeydiyyata düşən, onunla birgə yaşadığı üçün onun ailə üzvü hesab edildiyi üçün həmin mənzili özəlləşdirmək hüququna malik olan şəxs olduğu üçün iddia təmin edilməlidir. Belə ki, Cavabdeh heç vaxt həmin mənzildə yaşamamışdır, X2na baxmamışdır. Bununla bağlı olaraq X3 olaraq Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 20 noyabr 2020-ci il tarixli vəsiyyətnaməni imzalayaraq ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan basıcı qızı İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətlə X12 ona baxan şəxsin məhz İddiaçı olduğunu təsdiq etmişdir. X2 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hallarla bağlı İddiaçı etibarnamə vermişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, X12 onun bibisi olmaqla uşaqlıqdan onu övladlığa götürmüşdür. Onun yanında bir az uşaq olanda qalmışdır. Ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayır. X12 imkanlı olduğu üçün, pensiya aldığı üçün onun heç kimə ehtiyacı olmamışdır. Cavabdeh həmçinin təsdiq etmişdir ki, mübahisəli mənzil orderli mənzildi, order əsasında X8 verilmişdir, hələ özəlləşdirilməmişdir və o, hesab edir ki, həmin mənzil vərəsə kimi ona məxsusdur. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 12 iyul 1995-ci il tarixli orderin surətindən görünür ki, “Azərneft yağ” İB-nin müdiriyyəti vətəndaş X6 ərizəsini mənzil şərtlərini nəzərə alaraq, yaşadığı 5 nömrəli mənzildə boşalmış 25 kv.m-dən ibarət 2 otağı onun 20 kv.m-dən ibarət olan yaşayış sahəsinə birləşdirilmişdir. Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 450545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 20 noyabr 2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ona məxsus olan bütün əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan basıcı qızı İddiaçı vəsiyyət etmişdir. AR-İİİ seriyalı, 216330 nömrəli, 07 noyabr 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X12 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hallarla bağlı İddiaçı etibarnamə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 23 avqust 2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X23 və X24 Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında qeydiyyatdadırlar. X25, X10, X16 və X18 tərəfindən imzalanmış 09 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, həmin şəxslər Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında yaşamış mərhum X6 qonşuları olmuşlar. Səfərova Gülxarənin sağlığında onun bütün baxımı, ehtiyacları və s. İddiaçı və onun ailə üzvləri tərəfindən qarşılanmışdır. İddiaçı ilə mərhum Səfərova Gülxarə ana övlad münasibətində olmuşlar, onların birbirilərinə olan səmimi və isti münasibətləri bütün qonşular tərəfindən görülmüşdür. Cavabdeh adlı şəxslə anası sayılan Gülxarə Səfərova arasında heç bir bağlılıq olmamış, aralarında münasibətlər soyuq olmuşdur. Dəfələrlə Cavabdeh anasına qarşı təhqiramiz ifadələr işlədərək, pul tələb etdiyinin şahidi olmuşlar. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında İddiaçı və onun ailə üzvləri yaşamış, Cavabdeh isə heç vaxt həmin ünvanda yaşamamışdır. Cavabdeh adlı şəxsin başqasına məxsus evə girərək, onu zəbt etməsi və onun dəfələrlə qonşularla mübahisə etməsi, həmin şəxsin onların qonşuluğunda olması və onun həyat tərzi onları ciddi şəkildə narahat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 31 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X5 26 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X9 şikayəti üzrə araşdırılma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, X11 və Cavabdeh mülki mühakimə icraatı qaydasında məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, X13 şikayətində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ögey bacısı X6 adına olmuş, həmin evi onun qızı İddiaçı vəsiyyət edərək, etibarnamə vermiş, və qızını iki övladı ilə qeydiyyata salmışdır. Ögey bacısı xəstələndiyi üçün onun yanında ona qulluq etmək üçün qalmışlar, xx.xx.2024-cü il tarixdə G.Səfərova uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat 1.00 radələrində Cavabdeh ailə üzvləri ilə gələrək evə daxil olmuş, ev onun anasının olduğu üçün birinci vərəsə oduğunu idda edərək, mübahisə etməyə başlamış, saat 01.10-da İddiaçı DİN 102 xidmətinə zəng edərək əlində bıçaq olan şəxsin evinə basqın etməsi barədə şikayət vermişdir. Həmin qərarda Cavabdeh ailəsi ilə Xəzər rayonunda Binə qəsəbəsində yaşadığını qeyd etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4522/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, iddiaçı Nərgiz onun xalasının nəvəsidir. Gülxarə onun xalası qızıdır. Onun Gülxarə ilə gediş-gəlişi olub, mütəmadi telefon danışıqları olmuşdur. Mərhum Gülxarənin saxlanılmasında, qulluğunda, hər bir maddi və mənəvi məsələsində Nərgiz və onun əri iştirak etmişdir. Gülxarə ailə qurmamışdı, tək yaşayırdı. Gülxarəgil 4 bacı olublar. X4 ailəsi ilə birlikdə həmişə Gülxarənin qulluğundan dururdu. Nərgiz ailə qurandan sonra 10 il Gülxarənin balası oldu. Gülxarə 300 manat pensiya alırdı, onunla dolana bilmirdi. Gülxarə deyirdi ki, Nərgiz və Babək onun qulluğunda dururlar. Hətta istirahətə gedəndə də Nərgiz xalasını özü ilə aparırdı. Gülxarə komaya düşəndə Nərgizin anası Həqiqət və atası X32 xəstəxanasına aparmış, 3 gün sonra rəhmətə getmişdi. Tamella Bağırova təsdiq etmişdir ki, Gülxarə rəhmətə gedəndə orada Nərgizi və onun ailəsini görmüş, Cavabdeh iştirak etməmişdir. Yas mərasimini də Nərgizin əri təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, mərhum Gülxarə xanımın qonşusu olmuşdur. Nərgizi subay olandan tanıyır. Anası tez-tez gedibgəlirdi Gülxarənin yanına. Zamini də tanıyır. Zamin Gülxarənin qardaşı oğludur. Zamin hərdən bir Gülxarə xanımdan ya uşaqlarının ac olmasını, ya da maşını xarab olduğunu deyərək ancaq pul istəməyə gəlirdi. Gülxarə xanım onun kartına pul göndərirdi. Münasibətləri yaxşı deyildir, çünki Zamin Gülzarə xanımı incidirdi. Gülxarə xanımın bütün kommunal xərclərini də Nərgiz ödəyirdi. Nərgiz ya özü qalırdı Gülxarə xanımın yanında, ya da anasını qoyurdu. Nərgiz onu istirahətə gedəndə də aparırdı. Zamin təzəlikcə Gülxarə xanım ğləndən sonra onun evində qalmağa başlayıb, əvvəllər heç vaxt yaşamayıb, uşaq vaxtı hərdən nənəsi ilə gəlib gedirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, o, Nərgizin bacısıdır. Ailə həyatı qurandan sonra Sona Muradova kirayədə yaşamışdır. Xalası Gülxarə rəhmətə gedəndən sonra Nərgiz bacısına onunla yaşamağı təklif etmişdir. Sonanın əri işi ilə əlaqədar rayonda olduğundan, Sona uşağı ilə xalasının evinə Nərgizlə birlikdə yaşamağa başlamışdır. Sona orada 10-11 ay qalmışdır. Cavabdeh evə gecə saatlarında basqın edəndə Sona rayonda olmuş, ancaq uşağı həmin evdə olmuşdur. Uşaq qorxub ağlamış, hətta Zamin uşağın ayağını tapdalayaraq, sakit durmasını, qonşuların onun səsini eşidəcəyini bildirmişdir. Zamin evin kameralarını sındırmışdır. Sonanın bütün əşyaları o evdə qalmış, Zaminin yanında olan Arifə Cəfərova adlı qadın hədə-qorxu etmiş, yalnız uşağın beşiyi və böyük maşınını qapıdan vermiş, onları içəri buraxmamışdır. Xalası Gülxarənin meyidi yerdə olanda Zamin onun seyfini açdırmış, vəsiyyətnaməni orada görüb səs-küy salmış, belə ananı istəmədiyini bildirmiş və çıxıb getmişdir. Hətta dəfn zamanı Zamin Nərgizdən dəfn yeri üçün pul istəmiş, lakin sonradan bilmişlər ki, Zamin anasını atasının qəbrinin yanında pulsuz dəfn etdirmişdir. Gülxarə xalası sağlığında vəsiyyətnamə barədə Zaminə heç nə deməməklərini xahiş etmiş, çünki Zamin narkotik istifadəçisi olmuş, ona hədə-qorxu gəlmiş, xalası Gülxarə həmişə Zamindən qorxmuşdur. Nərgiz Zaminlə xalası öləndən sonra danışığa gəlmək istəmiş, öz payını götürməsini bildirmiş, lakin Zamin onu balasının ölümü ilə hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, o, Nərgizin atasıdır. Zamin gecə saat 2-də evə basqın edəndə, həmin evdə olmuş, Zamin evə girəndən polislər gəlmişdir. E.Yusibovu evdən çıxarmışlar, səhərə qədər qonşunun evində gözləmişdir. Evdən heç bir əşyanı götürə bilməmişlər. E.Yusibov bildirmişdir ki, Gülxarə xanım onun arvadı Həqiqətin bacısı olduğu üçün 2015-ci ildən onun qeydinə qızı Nərgiz və arvadı Həqiqət qalırdı. O, özü aiəsi ilə 6-cı mikrorayonda yaşasa da tez-tez mübahisə predmeti olan mənzildə olmuş, Gülxarə xanımın qeydinə qalmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər və video çəkilişlərdə İddiaçı xalası X12 ilə birlikdə müxtəlif ailə tədbirlərində əks olunmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1133.1-maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə görə d övlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara, şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 iddiaçının xalası mərhum X8 order əsasında verilmiş, lakin həmin mənzil özəlləşdirilməmişdir. X12 08 avqust 2024cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı X6 bacısı qızıdır. Cavabdeh X12 tərəfindən övladlığa götürülmüş qardaşı oğludur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, X1 özünə məxsus bütün əmlakını vəsiyyətnamə ilə bacısı qızı hazırkı mülki iş üzrə İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən 20 noyabr 2020-ci il tarixdə təsdiq edilmişdir. Vəsiyyətnamədən də görünür ki, iddiaçı həmin mənzildə qeydiyyatda olmuşdur. İş materiallarında olan sübutlarla da təsdiq edilir ki, İddiaçı mübahisəli mənzildə 2015-ci ildən qeydiyyatdadır. AR-İİİ seriyalı, 216330 nömrəli 07 noyabr 2023-cü il tarixli etibarnaməyə əsasən X12 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hallarla bağlı İddiaçı etibarnamə də vermişdir. Mülki iş üzrə dindirilmiş şahidlərin ifadələri, mülki işdə olan fotoşəkillər və video çəkilişlərlə təsdiq edilir ki, iddiaçı xalası X12 ilə birlikdə yaşamış, onun maddi ehtiyaclarını qarşılamışdır. Cavabdeh mərhumun öz doğma övladı olmamış, övadlığa götürülmüş, X12 ilə yaşamamış, hərdən bir nənəsi ilə gəlib getmişdir. Şahidlərin verdiyi ifadələrlə və işdə olan sübutlarla Cavabdeh narkotik istifadəçisi olduğu təsdiq edilir. Şahidlərin verdiyi məlumata görə bununla bağlı olaraq X6 cavabdehlə münasibətləri yaxşı olmamış, cavabdeh heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Cavabdeh izahatı və işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki də həmin ünvanda yaşayır. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, X12 vəfat etdikdən sonra həmin ünvanda yaşayan iddiaçı və onun ailə üzvləri Cavabdeh tərəfindən zorla çıxarmışlar. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yanaşı X6 vəsiyyətnamə üzrə vərəsəsidir. Bununla yanaşı təsdiq edilir ki, Cavabdeh X6 qanun üzrə vərəsəsi olsa da, mübahisəli mənzili hələ də özəlləşdirilmədiyinə görə dövlət mülkiyyəti hesab edildiyindən sonuncudan qalan miras əmlak mövcud deyil. Beləliklə, nəzərə alaraq ki, mübahisəli mənzillə bağlı kirayə müqaviləsi X12 ilə bağlanmışdır və o, həmin mənzili əvəzsiz özəlləşdirmək hüququna malik olduğu üçün həmin mənzilin mülkiyyətinə keçməsi ilə bağlı gözlənti hüququna malik olan şəxs olmaqla İddiaçı ailə üzvü kimi həmin mənzilə köçürmüşdür, İddiaçı onun ailə üzvü hesab edildiyi üçün həmin mənzili əvəzsiz özəlləşdirmək hüququna malik olan və mənzildən istifadə hüququ olan şəxsdir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh hazırda mübahisəli mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşayır və həmin mənzilin özəlləşdirilməsi ilə bağlı müraciəti mövcud deyil. Qeyd edilən işin faktiki hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh hal-hazırda mübahisəli mənzillə bağlı hər hansı hüquqa malik olmadığından, iddiaçı mübahisəli mənzildən istifadə hüququna və evi özəlləşdirmək hüququna malik olan şəxs olduğundan iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən 5 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq, İddiaçı təhvil verilməli, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən mənzilə köçürülməlidirlər. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 100 manat. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinin tutulması ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən 5 saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən 5 saylı mənzil boşaldılaraq, İddiaçı təhvil verilsin. İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar