Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5793/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Çoxmənzilli yaşayış binasının Tikinti haqqında fərdi Müqavilə”nin və həmin müqavilənin əsasında Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 57 saylı mənzil üzərində Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsi və İddiaçı həmin mənzil üzərində tam vərəsəlik huququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ən son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 57 saylı mənzil üzərində vərəsəlik hüququndan məhrum edilməsi, miras qalmış ünvan 1 ünvanında yerləşən 57 saylı mənzil xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ilə Cavabdeh1 birgə nikah müddətində əldə edilməmiş əmlak hesab edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 57 saylı mənzilə görə Cavabdeh1 ödənilmiş 41500 manatın və beh kimi ödənilmiş 500 manatın, cəmi 42000 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1172 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin” predmeti olmuş ünvan 1 ünvanında yerləşən 57 saylı mənzilə görə Cavabdeh1 ödənilmiş 41500 manatın və beh kimi ödənilmiş 500 manatın, cəmi 42000 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə, Televizor “LG”-300 manat, soyuducu “Shivaki”-700 manat, paltaryuyan maşın “Shivaki"- 500 manat, kondisioner "Shivaki"-600 manat, su qızdırıcısı “Ariston"-250 manat, masa-200 manat, divan 350 manat, tumba-150 manat dəyərində olan əşyaların, onlar olmadığı təqdirdə dəyələrinin, yəni cəmi 3050 manatın Cavabdeh1 tutularaq iddiaçıya verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın və vəkil xidməti üçün ödənilmiş 320 manatın, cəmi 420 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə da eyni zamanda barışıq sazişi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh1 arasında 09 dekabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:
1. Cavabdeh1 həmin saziş imzalandığı an mübahisə predmeti olan mənzilin satışından əldə etdiyi məbləğdən 15000 (on beş min) manat pul vəsaitini İddiaçı verməyi öhdəsinə götürür.
2. İddiaçı cavabdeh tərəfindən 15000 (on beş min) manat məbləğində pul vəsaitini qəbul etməyi öhdəsinə götürür və həmin iddia tələbindən imtina edir.
Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş materiallarında saxlanılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlahə Abbasova