Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5831/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Cavabdeh Mircəlal oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – onun adından Cavabdeh tərəfindən Bakı şəhəri 06 saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən 23.30 kv.m. olan yaşayış sahəsinin satılmasına razı olmağı barəsində 05 iyun 2021-ci il tarixli ərizənin və Cavabdeh ilə X1 arasında Bakı şəhəri 06 saylı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 23.30 kv.m. olan yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, ərizədən imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə iclasında iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Qeyd edilən Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı – onun adından Cavabdeh tərəfindən Bakı şəhəri 06 saylı notariat ofisində ünvan 1 ünvanında yerləşən 23.30 kv.m. olan yaşayış sahəsinin satılmasına razı olmağı barəsində 05 iyun 2021-ci il tarixli ərizənin və Cavabdeh ilə X1 arasında Bakı şəhəri 06 saylı notariat ofisində bağlanmış ünvan 1 ünvanında yerləşən 23.30 kv.m. olan yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiasına dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahibə Hacıyev
Məhkəmə qərarları › İş №e-2(011)-5831/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5831/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver