Məhkəmə qərarları › İş №e-2(011)-5832/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5832/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5832/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında 2-ci blok 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 158.4 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativniin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş İddiaçı ilə Cavabdeh MTK (VÖEN №: **********) arasında bağlanmış 28 iyul 2011-ci il tarixli müqavilə ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında 2-ci blok 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 158.4 kv.m olan mənzili 237.600 manat ödəməklə almışdır, 28 iyul 2011-ci il tarixli Cavabdeh MTK-nın 138 nömrəli kassa mədaxil orderində İddiaçı tərəfindən 237.600 (iki yüz otuz yeddi min altı yüz) manat vəsaitin xx.xx.2011-ci il tarixli müqavilə əsasında MTK-nin hesabına köçürülməsi öz təsdiqini tapmışdır, Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında 2-ci blok 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 158.4 kv.m. olan mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir və İddiaçı MTK-ya heç bir borcu yoxdur, binanın tikintisinin başa çatmağına və mənzillərin mülkiyyətçilərinə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MTK bu günədək iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında 2-ci blok 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 158.4 kv.m. olan mənzili İddiaçı təhvil verməmişdir. Bu səbəbdən də həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs i1 Saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də cavabdeh xx.xx.2024cü il tarixli cavab məktubu ilə texniki inventarlaşdırma işlərinin aparılmasına şərrait yardılmadığını əsas gətirərək iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, “Payçı” Bakı şəhəri, Səbayil rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çəxmərətəbli binanın tikintisi “Podratçıya” həvalə edir, “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təstiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. “Payçı” ona düşən 2-ci blok 13-cü mərtəbədə yerləşən tam sahəsi 158.4 kv.m.olan mənzilin sahəsinin hər 1 kv.m. üçün 1500 (bir min beş yüz ) manat cəmi 237600 (iki yüz otuz yeddi min altı yüz) manat məbləğində pulu “Podratçıya” ödəməyi öhdəsinə götürür. “Payçı” müqaviləni imzaladığı gündən başlayaraq altı ay müddətində həyata keçirə bilər. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş Mədaxil orderindən görünür ki, İddiaçı, Cavabdeh MTK-nin kassasına mənzil satışı üçün 237600 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-sına məxsusdur. Bu binanın 13-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 158.4 kv.m. olan mənzilin dəyəri Payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan DƏDKR X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 158,4 kv.m təşkil edən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan DƏDKR X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda inşa edilmiş yaşayış binasının, 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 158.4 kv.m olan -- saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3n Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu pianlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın) (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, mənzil 13-cü mərtəbədə yerləşir, binanın 12-ci mərtəbəsində yerləşən mənzillərin nömrəsi ardıcıl olaraq soldan sağa olmaqla 76-77-78 olaraq sıralanmışdır. Binanın 13-cü mərtəbəsində yerləşən mənzillərin nömrəsi ardıcıl olaraq soldan sağa olmaqla 79-80-81 olaraq sıralanmışdır. Binanın 14-cü mərtəbəsində bir mənzildir və 82 nömrəlidir. Mübahisəli mənzil 80 nömrəlidir, qapısı bağlıdır, qapının yuxarı hissəsindən mənzilin içərsi qismən görünür, mənzil qismən təmirlidir və orada bəzi tikinti materialları vardır. Həmçinin yerli baxışda iştirak edən və özünü Cavabdeh MTK-nın nəzarətçisi kimi təqdim edən X1 bildirmişdir ki, 12-ci mərtəbədə yerləşən 80 №-li mənzil İddiaçı satılmışdır, əvvəlcə mənzil sahibinə mənzili təmir etdirməyə imkan versələr də, sonradan qapı dəyişdirilərək, buna şərait yaradılmamışdır, İddiaçı aid müqavilədə mənzil nömrəsi qeyd edilməsə də, bu mərtəbədə müqavilədəki sahəyə uyğun gələn yalnız bir mənzil vardır və 80 №-li mənzildir, o, mənzildə qismən təmir-tikinti işləri aparımışdır, lakin mənzil alıcıya rəsmi olaraq təhvil verilməmişdir. İş materiallarında olan **********21 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, “Payçı” İddiaçı Bakı şəhəri, Səbayil rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çəxmərətəbli binanın tikintisi “Podratçıya” həvalə etmişdir, “Payçı” ona düşən 2-ci blok 13-cü mərtəbədə yerləşən tam sahəsi 158.4 kv.m.olan mənzilin sahəsinin hər 1 kv.m. üçün 1500 (bir min beş yüz ) manat cəmi 237600 (iki yüz otuz yeddi min altı yüz) manat məbləğində pulu “Podratçıya” ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyəri Payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya hər hansı bir borcu qalmamışdır, iddiaçının mübahisəli mənzilə istifadə və sahiblik hüququ vardır, həmin mənzil 80 rəqəmlə nömrələnib, təmirsiz və qapısı bağlıdır, lakin mənzilin icərisi qapıdan görünür, mənzil rəsmi reyestrdə qeydiyyata alınmamışdır, mənzilin tikintisinin başa çatdırılmasına və iddiaçının mənzilə dair hər hansı öhdəliyi qalmamış, iddiaçı mənzildə təmir işlərinə başlayaraq mənzili qismən təmir etsə də, bundan sonra cavabdeh tərəfindən iddiaçının mənzildən istifadə etməsinə maneələr yaradılmış və mənzil iddiaçıya rəsmi qaydada təhvil verilməmişdir. Bununla belə, mənzilin iddiaçıya təhvil verilməsini, onun mənzildən istifadə və sahibliyini istisna edən hallar müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı müqavilə üzrə mənzilin razılaşdırılmış məbləğini tam ödədiyindən, mənzil ilə bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından iddiaçının mənzilin təhvil verilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcələnin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcələnin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcələnin 762-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 2-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 158,4 kv.m təşkil edən mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 2-ci blok, 13-cü mərtəbədə, ümumi sahəsi 158,4 kv.m təşkil edən 80 saylı mənzil Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar