Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5867/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.255.470 ABŞ dolları (bir milyon iki yüz əlli beş min dörd yüz yetmiş) məbləğində pulun, Azərbaycan manatına ekvivalenti miqdarında 2.134.299 (iki milyon yüz otuz dörd min iki yüz doxsan doqquz) manatın və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 1857.15 manatın alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X3 və onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə müraciət edərək, məhkəmədən barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahış etdilər. Cavabdeh məhkəməyə müraciət edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahış etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin tərəflər məhkəməyə müraciət edərək, bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər əmlakla bağlı mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh 1.255.470 ABŞ dolları (bir milyon iki yüz əlli beş min dörd yüz yetmiş) məbləğində pulun, Azərbaycan Respublikasının manat məzənnəsi ilə 2.134.299 (iki milyon yüz otuz dörd min iki yüz doxsan doqquz) manat məbləği və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 1.857,15 manat məbləğinin alınıb ona ödənilməsi barədə iddia tələbindən imtina edir.
2. Cavabdeh üzərinə öhdəlik götürür ki, iddia tələbi üzrə borclu olduğu 1.255.470 ABŞ dolları (bir milyon iki yüz əlli beş min dörd yüz yetmiş) məbləğində pulun, Azərbaycan Respublikasının manat məzənnəsi ilə 2.134.299 (iki milyon yüz otuz dörd min iki yüz doxsan doqquz) manat pul məbləğinin qarşılığında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10-cu mərtəbəsindən 862.3 kv.m və 11-ci mərtəbədən 862.3 kv.m sahəni İddiaçı mülkiyyətinə keçirir.
3. Hər iki tərəf barışıq sazişinin məzmunundan məmnundur. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva