Məhkəmə qərarları › İş №e-2(011)-5927/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5927/2021

22.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5927/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı1 Abbasovnanın və onun nümayəndəsi və vəkili X7, İddiaçı2, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 Abbasovna, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinin notariusu Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Abbasovna, İddiaçı2, İddiaçı3 cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisinin notariusu Cavabdeh1 və Cavabdeh2 qarşı - X5 miras qalmış əmlaka – ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə 5/8 hissəsinə İddiaçı1 Abbasovnanın, 1/8 hissəsində İddiaçı3 və 1/8 hissədə isə İddiaçı2 vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Abbasovna mərhum həyat yoldaşı X13 ilə 12.03.1986-cı il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Onların nıkahından iki övladı İddiaçı3 və İddiaçı2 olmuşdur. Onlar ünvan 2 ünvanında mənzil almışdılar və bu mənzil tam mülkiyyət hüququ üzrə mərhum yoldaşımın adına daşınmaz əmlakın dövlət reyestrində 232739 nömrə ilə qeydiyyata alınmışdır. 23.07.2020-ci il tarixində X13 vəfat etmişdir. İddiaçı1 Abbasovna bildirir ki, onun 1-ci dərəcəli vərəsələri o və onun 2 ovladlarıdır. Eyni zamanda, digər nikahdan olan övladı da daxildir, başqa heç bir varisi yoxdur. Bu mənzili İddiaçı1 faktiki olaraq miras əmlak kimi qəbul etmiş və ondan istifadə etmişdir. Yalnız bu yaxınlarda, o,həmin mənzilin öz adına rəsmiləşdirilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına görə Bakı şəhəri 40 saylı Notariat ofisinə notariat kontoruna müraciət etmişdi. Lakin notariat kontorunun xüsusi notariusu Hüseynova 01.02.2021-ci il tarixdə imtina məktubu verərək onun mərhum həyat yoldaşı ilə nikahının qüvvəyə minməsi və mübahisənin həlli məqsədilə məhkəməyə müraciət edilməsinin lazım gəldiyini bildirdi. İddiaçı1 həyat yoldaşının digər evliliyindən olan Tural adlı şəxs onun vərəsəlik hüququndan məhrum edilməsi üçün məhkəmələrə əsassız iddialar qaldırmış və guya əsaslandırmışdır ki, onunla onun atası arasında olan nikah etibarsızdır. Fəqət məhkəmələr onun əsassız iddiasını təmin etməmişdir. İddiaçılar Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-ci, 1159-cu, 1229-cu, 1230-cu,1243-cü, 1246-cı, 1321-ci, 1322-ci maddələrinə istinad edərək məhkəmədən miras qalmış əmlaka dair vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdirlər. İddiaçı1 Abbasovna məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 İddiaçı1 Abbasovna ilə eyniməzmunlu ifadə verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X14 məhkəmə iclasında iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, qismən təmin edilməsini xahiş etdi. İddiaçı3 və cavabdeh 40 saylı notariat ofisinin notariusu Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə İddiaçı3 Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş üzrə təqdim edilmiş sübutlardan aşağıdakılar müəyyən edilir: - AZ-İİ seriyalı 153622 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 23.07.2020-ci il tarixində ölmüşdür. - 2 saylı Bakı “ASAN Xidmət” X10 07.08.2020-ci il tarixli, 05/3038/70 nömrəli arayışdan görünür ki, X13 ilə X8 nikahı haqqında 12.03.1986-cı il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində 105 nömrəli akt tərtib edilmişdir. - V-ЖГ seriyalı, 388014 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1977-ci tarixdə doğulmuşdur, onun atası X13, anası isə X2r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-8588/13 nömrəli 14.09.2021-ci il tarixli məktubunun surətindən görünür ki, X9 atası X16, anası isə X6 olan 21.01.1950-ci il təvəllüdlü Aydın Məmmədovun, 31.08.1948-ci təvəllüdlü Lətifə Məmmədovanın, 14.09.1951-ci il təvəllüdlü Tərlan Məmmədovanın, 14.06.1957-ci il təvəllüdlü Vəli Məmmədovun və 01.09.1961-ci il təvəllüdlü Ayaz Məmmədovun doğumu Şəmkir rayonunun Sabirkənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Aydın Məmmədov 02.09.1977-ci ildə Səadət Sarayında (Bakı Nikah Evində) 16.04.1954-cü il təvəllüdlü X4 ilə nikaha daxil olmuş, nikahın pozulması isə 14.04.1982-ci il tarixində Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Bundan sonra onun 15.04.1982-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Qeydiyyat Şöbəsində 02.12.1950-ci il təvəllüdlü X21 ilə nikaha daxil olduğu, nikahın pozulması isə 07.11.2016-cı il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, adıçəkilən şəxsin 12.03.1986-cı il tarixində Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il təvəllüdlü Abbasova (Məmmədova) İradə Abbas qızı ilə bağladığı nikahın pozulmasına dair məlumat aşkar edilmədi. Həmçinin, qeyd edirik ki, atası A.Məmmədov, anası isə X.Məmmədova olan xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 doğumu Səbail Rayon Qeydiyyat Şöbəsində, atası A.Məmmədov, anası isə İddiaçı1 olan xx.xx.1987-ciil təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ciil təvəllüdlü İddiaçı3 doğumu isə Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 232739 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 75 saylı evin 28 saylı mənzili X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli **********05 nömrəli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvan 238465 nömrəli, 22.05.1985-ci il tarixli Orderə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş 1/25 saylı 18.03.1985-ci il tarixli qərarın arxiv çıxarışına, Forma 2 arayışına, habelə İddiaçı1, İddiaçı2 razılıq ərizələrinə əsasən X9 adına 11.05.2005-ci il tarixində ilkin hüquqi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Məktuba əlavə edilmiş 22.05.1985-ci il tarixli, 238465 nömrəli orderin surətindən görünür ki, X13 və onunla yaşayan iki nəfər (X4 və Cavabdeh2)ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini əldə etmək hüquqları var. Orderin verilməsi üçün əsas Kirov Rayonu Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 1/25 saylı 18.03.1985-ci il tarixli qərarı olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin 8-1- 94 nömrəli 01.02.2021-ci il tarixli məktubundan görünür ki, 23.07.2020-ci il tarixdə vəfat etmiş X9 ölümündən sonra ondan miras qalmış əmlaklardan pay almaq barədə 18.01.2020-ciil tarixdə təqdim edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, miras qoyan başqa şəxslə nikahda ola-ola onunla da nikaha daxil olmuş və beləliklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda, digər vərəsə Cavabdeh2 27.01.2021-ci il tarixli ərizəsinə əsasən mirasın bölüşdürülməsi məsələsində tərəflər arasında mübahisə vardır. Qanunvericiliyə əsasən tərəflər arasında mübahisə olduqda notarius notariat hərəkətlərinin aparılmasını dayandırır. Yuxarıda qeyd edilən əsaslara görə, onun nikahının qanuni qüvvəyə minməsi və aralarında olan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək lazım gəlir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin 8- 1-94 nömrəli 01.02.2021-ci il tarixli məktubundan görünür ki, 23.07.2020-ci il tarixdə vəfat etmiş X9 ölümündən sonra tərəflərindən vərəsəlik işi açılmış, lakin vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X1 notariat ofisinə heç bir müraciət daxil olmamışdır. Məktuba əlavə edilmiş vərəsəlik işinin surətindən görünür ki, Cavabdeh2 25.12.2020-ci il tarixində, İddiaçı1 Abbasovna 18.01.2021-ci il tarixində, İddiaçı3 26.01.2021-ci il tarixində, İddiaçı2 26.01.2021-ci il tarixində mərhum X9 miras əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdirlər. Mülki iş üzrə şahid qismində dindirilmiş X21 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiçıları əyani tanımır amma haqqında eşitmişdir. Onlar haqqında Məmmədov Aydından eşitmişdir. Cavabdeh2ı tanıyır. Onun yanına tez-tez gəlib-getmişdir. Bir gün Məmmədov Aydın ona başqasıyla evlənəcəyini demiş, ancaq onunla ayrılmağa razılaşmamışdır. Uzun müddət yanına gəlib-gedirdi. O, 2020-ci ilin sonlarında Məmmədov Aydından xəbər almamış, Tural ona zəng etmişdir ki, insult keçirib. 2016-cı ildə onlar ayrılmışdırlar. Aydın Məmmədov ondan ayrılmaq istəmirdi. O evini qızının adına keçirmək istəyirdi. Ona görə Aydın Məmmədova ayrılmağı təklif etmiş, “ASAN Xidmət”-ə gedərək ayrılmışdırlar. O problemlərini həll edib, sonra Türkiyəyə getmişdir. Orda da Aydın Məmmədovla zəngləşmişdir. 2018-ci ildə Türkiyədən qayıdandan sonra da görüşləri davam etmişdir. X22 Məmmədova ilə münasibələri yaxşı olmadığını bilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X19 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Məmmədov Aydın onun böyük qardaşıdır. İradə onun keçmiş həyat yoldaşı, digərləri isə övladlarıdır. Cavabdeh2 da qardaşının oğludur. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 75, 28 saylı mənzili təxmini 1985-ci ildə orderlə almışdır. Orderdə Aydının, Turalın və Turalın anasının adı var idi. Sonra nə olubsa onun məlumatı yoxdur. X18 İradəylə evlənəndə toy da etmişdirlər. Aydın Cavabdeh2 anasından ayrılandan sonra kirayədə tək qalırdı. Aydın Turalın anasından ayrılandan sonra İradə xanımla evlənənə kimi heç kəslə bir ailə kimi yaşamıyıb. Aydının Afətlə evlənməyini indi öyrənir. Mərhum Afaq xanımın evinə gedirdi. Ancaq nikahlarının olduğunu indi bilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 23.07.2020-ci il tarixində ölmüşdür. X3 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 75 saylı evin 28 nömrəli mənzili ondan qalmış miras əmlakdır. Mərhumun övladları xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ciil təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3 onun birinci növbəli vərəsələridir. Məhkəmə qeyd edir ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3 qanunvericiliklə müəyyən edilmiş müddət ərzində vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə notariusa müraciət etmişdirlər. Məhkəmə İddiaçı1 Abbasovnanın mərhum X9 birinci növbəli vərəsəsi kimi tanınması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, miras qoyan X21 ilə nikahda olaola İddiaçı1 ilə nikaha daxil olmaqla Ailə Məcəlləsinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 ilə X12 nikahı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini pozulmaqla bağlandığından, həmin nikah etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 mərhum X9 vərəsəsi kimi tanına bilməz. Nəticə etibarilə, mərhum X9 birinci növbədə olan vərəsələri onun övladları xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1990-ci il təvəllüdlü İddiaçı3dır. Odur ki, mərhumdan miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 75 saylı evin 28 nömrəli mənzilə Cavabdeh2, İddiaçı2 və İddiaçı3 bərabər pay hüquqlarının mövcud olduğu tanınmaqla, mənzilə İddiaçı2 1/3 pay hüququ və İddiaçı3 1/3 pay hüququ tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə, bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən ərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin mərhum X9 miras əmlakı olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 75 saylı evin 28 saylı mənzilinə iddiaçılar İddiaçı2 1/3 vərəsəlik payına hüququ, İddiaçı3 qızının 1/3 vərəsəlik payına hüququ müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 75, 28 saylı mənzilə İddiaçı3 1/3 (üçdə bir) hissədə, İddiaçı2 1/3 (üçdə bir) hissədə vərəsəlik payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar