Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5941/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4nun 01 may 1933-cü il tarixində Bakı şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X4 01 may 1933-cü il tarixində Bakı şəhərində anadan olmuş (bununla bağlı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid ev dəftərində qeyd mövcuddur, ev dəftərinin surəti ərizəyə əlavə olunur) və ərizəçinin anası X3 ilə 11 oktyabr 1958-ci ildə ailə həyatı qurmuşdur (bununla bağlı nikah haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunmuşdur). Birgə nikahdan 29 avqust 1973-cü il tarixində ərizəçi-Ərizəçi Bakı şəhərində anadan olmuşdur. (bununla bağlı doğum haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunmuşdur). X4 02 avqust 2000-ci il tarixində rəhmətə getmişdir (bununla bağlı ölüm haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunmuşdur). Hal-hazırda mərhum X4nun doğum haqqında akt qeydinin bərpası zərurəti (mövcud daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsəlik işi ilə bağlı mülki işin həlli ilə bağlı zərurət) yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Arxivinə (19 iyul 2022-ci il,19 yanvar 2023-cü il, 28 iyun 2025-ci il tarixli) ərizə ilə müraciət etmişdir. Daxil olan cavab məktublarında "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1933-cü ilə dair qismən qəbul olunmuş Sabunçu rayonu (keçmiş Lenin) rayonu, 1933- cü ilə (oktyabr-dekabr) dair qismən qəbul olunmuş Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1934-1943-cü illərə dair Sabunçu rayonu (keçmiş Lenin) üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmadığı qeyd edilmişdir (lakin onun doğma anası X2 doğum məlumatları aşkar olunmuşdur, buna dair 03 fevral 2023-cü il tarixli, Ne 3-48-TA/3-000721202 saylı arxiv arayışı ərizəyə əlavə olunmuşdur). Doğum haqqında şəhadətnamə istisna olmaqla X9 məxsus digər bütün sənədlər (202375 nömrəli nikah şəhadətnamənin, Azərbaycan KR Lenin rayon Komitəsinə mənsubluğuna dair 02797760 nömrəli partiya biletinin, ******* nömrəli hərbi biletin, 070549 nömrəli ölüm haqqında şəhadətnamənin surətləri ərizəyə əlavə olunmuşdur) mövcuddur. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İİ-ЖГ seriyalı, 283943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 29 avqust 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, X4, anası isə X1r. АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 aprel 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, X4, anası isə X1r. AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 07 aprel 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, 01 may 1933-cü il təvəllüdlü X12 SSRİ dövründə hərbi qeydiyyata alınmış və hərbi xidmət keçmişdir. AZ seriyalı, 070549 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 2 avqust 2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İ-ИЕ seriyalı, 202375 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və Xəlilova (Əliyeva) Validə Qardaşbala qızı 11 oktyabr 1958-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 58 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İİ-ЖГ seriyalı, 303891 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbadət Xəlilova 19 fevral 1981-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-48-TA/3-00072/2023 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Bakı şəhəri, Balaxanı kənd məscidinin sənədlərində İbadət xanım Şəkər Əli qızının (sənəddə olduğu kimi) doğum tarixinə dair məlumat aşkar olunmuşdur. (Doğum tarixi: 02 iyul 1903-cü il. Valideynləri atası- X15, anası-X11) Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, DA-01400-2022 saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair qismən qəbul olunmuş Bakı Lenin (Sabunçu) rayonu, Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1933cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1934-1943-cü illərə dair doğum-bərpa qeydiyyat kitablarında X6 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, 3-48-DA/2-X-841-6-913/2025 saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1934- 1948-ci illərə dair doğum-bərpa qeydiyyat kitablarında X20 (Əliş) oğlunun təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Kommunist Partiyasının Bakı şəhəri Leninski rayon Komitəsi tərəfindən verilmiş 18 iyun 1973-cü il tarixli partiya biletinin surətindən görünür ki, 1933-cü il təvəllüdlü X12 1973-cü ilin may ayında SSRİ Kommunist partiyasına üzv qəbul olunmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid ev dəftərindən görünür ki, X12 01 may 1933-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. X4 01 may 1933-cü ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi itmişdir. X12 2 avqust 2000-ci il tarixdə vəfat etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahid ifadəsinə və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Ərizəçi X4nun 01 may 1933-cü ildə Bakı şəhərində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X6 01 may 1933-cü ildə Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 100 manat; Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum ərizəçinin özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X4nun 01 may 1933-cü ildə Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5941/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5941/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver