Məhkəmə qərarları › İş №e-2(011)-5942/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5942/2025

28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5942/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X1 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anası X2 aid hisəsinə dair Cavabdeh adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X1 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V-35 sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı 08 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, 1927-ci il təvəllüdlü X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, 103 saylı mənzilə dair vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamənin və mirasın qəbulu ilə bağlı verilmiş çıxarışın etibarsız sayılması tələbinə dair iddiası üzrə 2(011)-4681/2025 nömrəli mülki iş xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyevin) icraatına daxil olmuşdur. Məhkəmə işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, bir-biri ilə əlaqəli olan işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə bir neçə işin bir icraatda birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin daha tez və düzgün həll edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, hər iki mülki iş üzrə iddia tələbi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, 103 saylı mənzilə dair vərəsəlik hüququ ilə bağlı olduğundan, mülki işlər üzrə irəli sürülən tələblərin araşdırılması baxımından, həmin işlərin bir icraatda birləşdirilməsi onlara daha tez, hərtərəfli və obyektiv həll edilməsi baxımından məqsədəmüvafiqdir. Odur ki, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5942/2025 mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-4681/2025 saylı mülki işə birləşdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) icraatında olan, İddiaçı Cavabdeh qarşı 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X1 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anası X2 aid hisəsinə dair Cavabdeh adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X1 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V-35 sayı ilə qeyd edilmiş 27 fevral 2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası üzrə 2(011)-5942/2025 nömrəli mülki iş iddiaçı X3 cavabdeh Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı 08 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, 1927-ci il təvəllüdlü X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, 103 saylı mənzilə dair vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamənin və mirasın qəbulu ilə bağlı verilmiş çıxarışın etibarsız sayılması tələbi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyevin) icraatında olan 2(011)-4681/2025 nömrəli mülki işə birləşdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar