Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5973/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” ilkin və Cavabdeh İddiaçı MMC–yə qarşı sənədlərin təhvil verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC-nin N.Rəfiyev küçəsi 1145-ci məhəllədə tikintisinin həyata keçirdiyi 16 mərtəbəli, 48 mənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 140,99 kv.m olan 40№-li mənzil (yeni qaydalarla: AZ1025, ünvan 2 satış təmsilçisi olaraq "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh öz növbəsində müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC-yə həmin mənzil üçün ümumilikdə 101.513,00 (bir yüz bir min beş yüz on üç) manat məbləğində pul ödəməli idi. Lakin Cavabdeh yuxarıda sözügedən müqavilənin şərtlərini pozaraq ödənişi tam formada həyata keçirməmişdir. Belə ki, müqavilənin 2 saylı əlavəsinə görə yaşayış sahəsinin ümumi dəyəri, yəni 101.513,00 (bir yüz bir min beş yüz on üç) manatın ödənişi təqdim edilmiş qrafik üzrə tam və nağd şəkildə ödənilməli idi. Hazırda Cavabdeh almış olduğu mənzil üzrə 36.543,00 (otuz altı min beş yüz qırx üç) manat məbləğində borcu qalmışdır. Bununla bağlı "xxxx" MMC Cavabdeh ilə aralarında olan müqaviləyə istinad edərək, xx.xx.2025-ci il tarixində cavabdehə Pretenziya göndərilərək, yuxarıda qeyd edilən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş,eynizamanda mənzilin 10 (on) təqvim günü ərzində boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən mənzilin boşaldılması istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmişdir və hazırda da cavabdeh və ailə üzvləri həmin mənzildən istifadə etməkdədir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən ünvan 1 ünvanında yerləşən 5 №-li mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, "xxxx" MMC mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmaqdadır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, 06 may 2010-cu il tarixli müqavilə üzrə ödənişin tam şəkildə ödənilməsinə dar maliyyə arayışının və digər sənədlərin verilməsi, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində "xxxx" MMC-in mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində İddiaçı MMC-ə çıxarışın verilməsinə əsas sənədlərin etibarsız sayılması, o cümlədən X2 və ailəsinin sahiblik və istifadə hüququnun tanınması və 06 may 2010-cu il tarixli müqavilə üzrə ödənişin tam şəkildə ödənilməsinə dar maliyyə arayışının və digər sənədlərin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixində Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 06 may 2010-cu il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər tam şəkildə icra edilmişdir 05 sentyabr 2024-cü il tarixində iddiaçı tərəfindən Qurban Xanəliyevə ünvanlanmış məktubda isə onun yalnız kommunal borcunun olması bildirilmiş, əgər kommunal borcunu ödədiyi halda ona mülkiyyət hüquqlarını təsdiq edən sənədiənn təqdim ediləcəyi göstərilmişdir. Xəbərdarlıq məktubunda göstərilir: Bu səbəbdən qısa müddət ərzində cəmiyyətlə aranızda müqavila şərtlərinə uyğun olaraq əldə edilmiş daşınmaz əmlakın mülkiyyətinizə keçməsi üçün notanusda sənədləşdirmə işlərinin aparılması zəruridir. Belə ki, cəmiyyət tam ləğv edildikdən sonra bu mümkün olmayacaq (Çıxarış əldə edə bilməyəcəksiniz) və cəmiyyət buna dair məsuliyyət daşımaycaqdır. Xəbərdarlığın məzmunundan göründüyün kimi Qurban Xanəliyevin müqavilə üzrə ödəniş borcunun olmasına dair münasibət bildirilməmiş və Çıxarışın əldə edilməsi üçün sənədləşdirmə işlərinin aparılmasının zərurətindən bəhs edilmişdir. Həmçinin analoji xəbərdarlıq məktubu 27 noyabr 2024-cü il tarixində də Qurban Xanəliyevə göndərilmişir. Həmin məktubda göstərilir: borcun ödənilməsi halında, mənzil sahəsinə mülkiyyət hüququnuzu təsdiq edən sənədin alınması üçün İddiaçı MMC tərəfindən kommunal xidmətlərə dair borcunuzun olmamasına dair arayış təqdim ediləcəkdir. Hər iki xəbərdarlıqda yalnız kommunal borclarından behs olunur ki, əgər kommunal borcu ödənərsə Qurban Xanəliyev mənzil üzərində mülkiyyət hüquqlarını qeydə aldıra biləcəkdir. İddiaçı MMC bu günə qədər indi tələb etdiyi pul məbləğinə dair hər hansı tələb irəli sürməmiş, borca dair hər hansı xəbərdarlıq və ya bildiriş göndərməmişdir, hətta iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmiş, lakin mülki işin perspektivi olmadığına görə işi geri götürmüşlər, cavabdeh tərəfindən bütün borc ödənilmişdir, buna dair qəbzlər də var, məhkəməyə təqdim edilib, buna görə də, 06 may 2010-cu il tarixli müqavilə üzrə ödəniş tam şəkildə ödənilməsinə dair maliyyə arayışının və digər sənədlərin verilməsi, o cümlədən Bakı şəhən Xətai rayonu, Nəcəfqulu Rəfryev kuçəsı, ev 28A. 40 nömrəli (yeni qaydalarla: AZ1025 Bakı şəhər Xətai rayonu. Nəcəfqulu Rəfiyev küçəsi. 74, M10. m5) mənzil üzərində İddiaçı MMC-in mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi zərurəti vardır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış 06 may 2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin predmetini "İcraçı"nın müvafiq sənədləşmələrə əsasən, "xxxx" MTK-nin N. Rəfiyev küçəsi 1145-cı məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 48 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə həmin müqaviləyə əlavə edilən 1 Saylı texniki şərtlərə uyğun tikilmiş halda "Sifarişçi"yə satması, "Sifarişçi"nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun "Sifarişçi"nin ödəniş qrafikinə əsasən ödəməsi təşkil edir. Satışa qəbul edilmiş mənzilin ünvanı 10-cu mərtəbə, blok A, mənzil 40, razılaşma qiyməti hər kv.m üçün 720 manat, mənzilin ümumi sahəsi 140.99 kv.m-dir. Müqavilənin 3.1-ci maddəsinə əsasən "xxxx" MMC Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə verməyi və tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini "Sifarişçi"yə təhvil verməyi, müqavilənin 3.2-ci maddəsinə əsasən X5 isə həmin müqaviləyə və ona 2 Saylı əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini "İcraçı"ya ödəməyi və aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini "İcraçı"nın tələbinə uyğun hazırlayıb təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən, əgər Sifarişçi "veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada İcraçıya ödəmirsə onda İcraçı" öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər, müqavilənin 3.4-cü bəndinə əsasən, əgər Sifarişçi müqavilənin tələblərini pozmaqla əmlakı qəbul etməkdən və ya onun dəyərini ödəməkdən imtina edirsə onda " İcraçı" öhdəliyin icra edilməsini tələb edə bilər, müqavilənin 3.5-ci bəndinə əsasən, əgər tərəflərdən hər hansı biri bu müqavilədən kənara çıxan şərtlər irəli sürərsə onda bu hesaba yaranmış əlavə xərcləri həmin tərəf öz vəsaiti hesabına ödəyir. Müqavilənin 5.2.1-ci maddəsinə əsasən, "Sifarişçi" bu müqavilədə və ona 2 Saylı əlavədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər (Əgər müqavilə 5.2.1. maddəsində göstərilən səbəbdən ötrü qüvvədən düşərsə onda "Sifarişçi" nin ödədiyi məbləğ ona veriləcək mənzil başqa şəxsə satıldıqdan sonra geri qaytarılacaqdır). İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış 06 may 2010-cu il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, X5 alacağı yaşayış sahəsinin vahid dəyəri razılaşdıqları qiymət hər kv. 720 manat, ümumi dəyəri 101 513 (Bir yüz bir min beş yüz on üç) manat olaraq tam və nəğd şəkildə "Sifarişçi"nin ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. X5 tərəfindən ödənilmiş məbləğ 32000 manat, qalıq məbləğ isə 69513 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin X1 Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2007-ci ildə "xxxx" mənzil-tikinti kooperativinin bazasında İddiaçı yaradılmışdır və onun hüquqi varisidir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, mənzil 40 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli vərəqində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1145-ci məhəllə, Nəcəfqulu Rəfiyev küçəsi, 28A (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli vərəqində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən X4 göndərilmiş, xx.xx.2025-ci il tarixli, 1046-P-004/2025 nömrəli pretenziya məktubundan görünür ki, "xxxx" MMC ilə X5 arasında 06 may 2010-cu il tarixində bağlanmış müqavilə üzrə X3 36.543,00 (otuz altı min beş yüz qırx üç) AZN borcu yaranmışdır. Bu səbəbdən, "xxxx" MMC həmin müqaviləyə xitam vermiş və X3 istifadəsində olan 10 təqvim günü ərzində boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi tələb edilmişdir. Əks təqdirdə, mənzildən məcburi çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, X5 tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri üçün 17000 dollar ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri üçün 15000 dollar ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən "xxxx" MMC-yə 40000 dollar ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən "xxxx" MMC-yə 10000 dollar ödəniş etmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 06 may 2010-cu il tarixli müqaviləyə əsasən X5 Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, mənzil 40 (yeni qaydalarla: AZ1025, ünvan 2 ünvanında yerləşən mənzili almış, mübahisəli mənzil Qurban Xanəliyevə təhvil verilmiş, mənzil onun tərəfindən təmir edilmişdir, hazırda da mənzildə Qurban Xanəliyev ailəsi ilə birlikdə yaşamaqla ondan istifadə və sahiblik edir, bununla belə həmin mənzil də daxil olmaqla çoxmərtəbəli yaşayış binasına xx.xx.2015-ci il tarixdə İddiaçı MMC-nin adına xüsusi mülkiyyət hüququ rəsmi reyestrdə qeydiyyata alınmış, daha sonra mübahisəli mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin öz adına dövlət reyestrində qeydiyyata alınmış, buna dair çıxarış verilmişdir, İddiaçı MMC bağlanmış müqavilə üzrə "xxxx" MMCnin səlahiyyətlərini davam etdirir. Hazırda İddiaçı MMC Qurban Xanəliyevin müqavilə üzrə 36.543,00 manat borcu qaldığını bildirir və mənzilin dəyərinin tam ödənilmədiyinə istinad edərək, müqavilənin ləğv edilməsi və cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb edir, Qurban Xanəliyev isə hər hansı borcu qalmadığını bildirir və mübahisəli mənzil üzərində İddiaçı MMC-yə çıxarışın verilməsinə əsas sənədlərin etibarsız sayılması, o cümlədən X2 və ailəsinin sahiblik və istifadə hüququnun tanınması və 06 may 2010-cu il tarixli müqavilə üzrə ödənişin tam şəkildə ödənilməsinə dar maliyyə arayışının və digər sənədlərin verilməsini tələb edir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzilin dəyərini müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, satıcı "xxxx" MMC isə müqaviləyə əlavədə göstərilmiş texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə verməyi və tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini Qurban Xanəliyevə təhvil verməyi öhdəsinə götürmüşdür, həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, əgər “Sifarişçi” veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada İcraçıya ödəmirsə onda “İcraçı” öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər, Müqavilənin 3.4-cü bəndinə əsasən, əgər Sifarişçi müqavilənin tələblərini pozmaqla əmlakı qəbul etməkdən və ya onun dəyərini ödəməkdən imtina edirsə onda "İcraçı" öhdəliyin icra edilməsini tələb edə bilər. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbinin əsasını cavabdeh Qurban Xanəliyev tərəfindən razılaşdırılmış məbləğin tam ödənilməməsi təşkil edir, bununla belə tərəflər arasında bağlanmış Müqavilənin 3.3-cü bəndinə əsasən, əgər sifarişçi, yəni Qurban Xanəliyev veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda “İcraçı” öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər, həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, əgər Qurban Xanəliyev müqavilənin tələblərini pozmaqla əmlakı qəbul etməkdən və ya onun dəyərini ödəməkdən imtina edirsə onda "İcraçı" öhdəliyin icra edilməsini tələb edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə sifarişçi tərəfindən əmlakın dəyərinin ödənilmədiyi halda müqavilənin ləğv edilməsi və əmlakın geri tələb edilməsi deyil, öhdəliyin icra edilməsi, yəni ödənilməyən məbləğin ödənilməsi tələbi irəli sürülə bilər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində əmlakın dəyərinin ödənilmədiyi halda müqavilənin ləğv edilməsi və əmlakın geri tələb edilməsi nəzərdə tutulmadığından ilkin iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddiaçının istinad etdiyi Müqavilənin 5.2.1-ci bəndinə ("Sifarişçi" bu müqavilədə və ona 2 Saylı əlavədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilə bilər) münasibətdə qeyd edir ki, müqavilənin həmin bəndində müqaviələyə xitam verilməsi şərti kimi, sifarişçinin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə isə, sifarişçinin (cavabdehin) müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi halı müəyyən edilmir, həmçinin ödənişlə bağlı tərəflər arasında mübahisə olduğu müəyyən olunur ki, bu da cavabdehin öhdəliklərdən imtina etməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə pul öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi hallarında, iddiaçı Müqavilənin 3.3cü bəndinə əsasən zərərin əvəzinin ödənilməsini, 3.4-cü bəndinə əsasən isə öhdəliyin icra edilməsini tələb edə bilər. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin Qurban Xanəliyeva satılması barədə müqavilə olmasına, qeyd olunan müqavilə qüvvədə olmaqla İddiaçı MMC və digər şəxslər tərəfindən mübahisələndirilməməsinə, həmçinin Qurban Xanəliyev tərəfindən mənzilə dair ödənişlər həyata keçirilməklə, bu müddət ərzində mübahisəli mənzildə yaşamasına və ondan istifadə etməsinə baxmayaraq mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə, mübahisəli mənzilin özünə dair mülkiyyət hüququ isə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Başqa sözlə desək, mübahisəli mənzil müqavilə üzrə Qurban Xanəliyevə satıldığı halda, həmin mənzil İddiaçı MMC-nin adına qeydiyyata alınmaqla, sonuncuya çıxarış verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı MMC-nin adına əsasız olaraq qeydiyyata alındığından həmin mənzilə dair İddiaçı MMC-yə verilmiş çıxarışlar da etibarsız hesab edilməli, mübahisəli mənzil Qurban Xanəliyevə satıldığından həmin mənzil üzərində Qurban Xanəliyevin sahiblik və istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 1. mülki hüquq subyektlərinin bərabərliyi; 2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 4. mülkiyyətin toxunulmazlığı; 5. müqavilələr azadlığı; 6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 9. mülki hüquqların məhkəmə müdafiəsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində "xxxx" MMC-in mülkiyyət hüququnu müəyyən edən çıxarış və Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A üzərində "xxxx" MMC-in mülkiyyət hüququnu müəyyən edən ******* nömrəli çıxarış 40 nömrəli mənzilə aid hissədə etibarsız hesab edilməli, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində Cavabdeh sahiblik və istifadə hüququ tanınmalı, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin “Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi” barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində "xxxx" MMC-in mülkiyyət hüququnu müəyyən edən çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A üzərində "xxxx" MMC-in mülkiyyət hüququnu müəyyən edən ******* nömrəli çıxarış 40 nömrəli mənzilə aid hissədə etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28A, 40 nömrəli (yeni qaydalarla: AZ1025, ünvan 2 mənzil üzərində Cavabdeh sahiblik və istifadə hüququ tanınsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5973/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5973/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver