Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6034/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qıznın sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə ilə bağlı “mediasiya prosesinin tətbiqi barədə təklif” məktubunun göndərilməməsi, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın düzgün olmaması və iddiaçının tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsas gətirilərək iddia ərizəsinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdə mediator Səmra Quluzadə tərəfindən imzalanmış ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış olsa da, "Mediasiya haqqında" Qanunun tələblərinə uyğun müvafiq təklifin "xxxx" MMC-yə təqdim olunmasına dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və formada məhkəməyə müraciət etmədiyindən və hazırki iddia tələbi mediasiya prosesindən keçməli olduğundan iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.13, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-nə qarşı – onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, 2510K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Cavabdeh MMC-nə cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işinə bərpa olunması barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6034/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6034/2022
21.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver