Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6257/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinin ləğv edilməsi haqqında məlumatın müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsinin X2 Xidmətinə həvalə edilməsi haqqında qətnamə çıxarılmasın qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 iyul 2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, müqaviləyə görə aylıq 669.71 (altı yüz altımış doqquz manat yetmiş bir qəpik) manat əmək haqqı ilə cəmiyyətdə ofis menceri vəzifəsinə qəbul edilmişdir. Bundan sonra cavabdeh fəaliyyətini dayandırmış, hazırda əmək haqqı da almır, əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də cavabdeh fəaliyyət göstərdiyi ünvanda olmadığı, həmçinin əlaqə saxlamaq mümkün olmadığı üçün əmək müqaviləsinə xitam verməyi mümkün olmamışdır. Hazırda, əmək müqavilələrinin qeydiyyata alındığı müvafiq elektron informasiya sistemində cavabdehlə olan əmək müqaviləsinin qüvvədə olduğu göstərilir. Həmin qeydiyyatın ləğv edilməsi üçün X2 Xidmətinə müraciət etsə də, dövlət orqanının 01 may 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmlş qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı tərəfindən X2 Xidmətinə edilmiş müraciətə cavab olaraq mənə ünvanlanan 01 may 2023-cü il tarixli məktubda məhkəməyə müraciət etməli olduğum göstərilmişdir. Qeyd etdiyi kimi cavabdehlə əlaqə saxlaya bilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmir, yaranmış hazırki vəziyyət onun əmək hüquqlarının pozulmasına səbəb olur, belə ki başqa yerdə işə düzəlməyə çətinlik yaranır. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş, bununla bağlı arayış iddia ərizəsinə əlavə olunmuşdur. Hazırda cavabdehlə əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC-nin direktoru Nümayəndə2 arasında xx.xx.2022-ci il tarixində əmək müqavilə bağlanmış, İddiaçı əsas iş yeri olaraq "xxxx" MMC-də ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 04 aprel 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirmişlər ki, müraciətdə qeyd olunan məsələyə bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs "xxxx"MMC-nin ünvanına (ünvan 1dərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də (VÖEN **********) idarə qulluqçusu, ipoteka krediti vəzifəsində işləyir, aylıq əmək haqqı 669.71 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən elektron qaydada təqdim edilmiş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışa əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixindən xx.xx.2138-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, fəaliyyətinin dayandırılmasının əsas səbəbi yenidəntəşkil, müvəqqəti dayanma, təşklati hüquqi formanın dəyişdirilməsidir və arayışı Nümayəndə2 təqdim etmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə2dur və MMC-nin hüquqi ünvanı AZ1129, ünvan 2rında olan məhkəmə qərarlarından görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri təqsirləndirilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixi hesablanmışdır. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilən “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edilən Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Yenə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göstərilən Məcəllənin 69.1 və 69.2-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” – ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdeh ilə bağlanmış əmək müqaviləsi əsasında sözügedən müəssisədə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixindən isə "xxxx" MMC fəaliyyəti xx.xx.2138-ci il tarixə qədər müvəqqəti olaraq dayandırmışdır. Məhkəmənin qərarı ilə isə MMC-nin direktoru barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Eyni zamanda işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı X1 müraciət etmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə ilk olaraq qeyd edir ki, müəssisə öz fəaliyyətini dayandıran zaman işçiləri ilə onun arasında bağlanan əmək müqaviləsinə də Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndini əsas götürərək xitam verməli və müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməli olduğu halda bunları etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən X1 etmiş olduğu müraciətdən də görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh ilə bağlanan əmək müqaviləsinə xitam verilməsinə maraqlı olmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, yuxarıda qeyd edilən səbəblərdən əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə israrlı olmasına baxmayaraq, cavabdehin hərəkətsizliyi üzündən əmək və məşğulluq alt sistemində işçi olaraq qeyd edilməsi onun konstitusion hüquqlarını pozur. Belə ki, həmin əmək müqaviləsi ləğv edilmədən iddiaçı başqa müəssisədə işləyə bilmir. Göründüyü kimi iddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinin başqa qaydada ləğvi mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin ikinci hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının əmək münasibətlərində olduğu şirkət fəaliyyətini dayandırması və onun direktoru barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qətnamənin icrası zamanı çətinliklər törədəcəyindən qətnamənin icrasız qalmaması üçün əmək müqaviləsinə Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxsin fəaliyyətini dayandırması onun hüquq qabiliyyətini itirilməsinə səbəb olmur. Buna görə həmin müəssisə məhkəmədə cavabdeh olaraq çıxış edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi ləğv edilsin. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6257/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6257/2023
27.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver