Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6280/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X26 İdarəsinin onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cu il tarixli 14-2-2-12/3-1K-284/2023 nömrəli əmrinin ləğv edilməsini, onun Ağsu RQİİ-nin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatına nəzarətçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla onun cavabdeh tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 Ağsu X26 İdarəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli 141 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı Ağsu X26 İdarəsinin Ucar rayon üzrə Təbii qazın qəbulu və satış xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. X33 İdarəsi xx.xx.2022-ci ildə onunla bağladığı əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən onunla bağlanmış müqavilənin müddəti başa çatdığını əsas gətirərək xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Belə ki, iddiaçı işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, indiyədək işində heç bir nöqsana yol verməmiş, müdiriyyətin tapşırıqlarını lazımi qaydada yerinə yetirmiş, əmək intizamına ciddi şəkildə riayət etmiş və ona tapşırılmış sahəni də heç vaxt nəzarətsiz qoymamışdır. İşlədiyi müddət ərzində öz üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirdiyinə, həmçinin əmək intizamına lazımi şəkildə riayət etdiyinə və müntəzəm olaraq işə gəlməkdə davam etdiyinə görə işdən azad olunmağına dair əmri qanunsuz və əsassız hesab edir. Ona görə ki, Cavabdeh Ağsu X24 İdarəsi Ucar Xidmət Sahəsinin əməkdaşları: X5, X3, X1, X12, X6, İddiaçı, X16, X7, X22, X23, X8, X13, X17, X18, X4 və X14 öz pozulmuş hüquqlarının müdafiəsinə görə xx.xx.2023-cü ildə "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Əliyevə ünvanlı müraciət etmişdilər. Həmin müraciətdə deyilirdi: Cavabdeh Ağsu X24 İdarəsinin rəisi Osman Behbudov vəzifə səlahiyyətindən sui-istifadə edərək heç bir əsas olmadan əməkdaşımız İlkin Məmmədovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verib. Hansı ki, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh Ağsu X24 İdarəsinin Zaur adlı baş mühəndisi qəsdən mübahisə yaradaraq əməkdaşımız İlkin Məmmədovu çoxlu sayda insanın gözü qarşısında nalayiq sözlərlə təhqir edib. İlkin Məmmədov onun tərbiyəsiz hərəkətlərinə reaksiya verməyib. Buna baxmayaraq,Cavabdeh Ağsu X24 İdarəsinin rəisi Osman Behbudov heç bir araşdırma aparmadan, İlkin Məmmədovu dinləmədən onun əmək müqaviləsinə xitam verilməsinə dair əmr imzalayıb. Bu qanunsuzluq və özbaşınalqıdır ki, Cavabdeh Ağsu X24 İdarəsinin rəhbərliyi yol verib. Biz sizin ədalətinizə inanırıq və ümüd edirik ki, bizim müraciətimizi araşdırıb müvafiq tədbirlər görəcəksiniz. Sizdən xahiş edirik ki, müraciətimizi obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzluğa yol verən Cavabdeh Ağsu X24 İdarəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəsiniz.” Bu müraciətdən sonra Ağsu X26 İdarəsinin özbaşına əməllərinə görə hansı işçi müraciətə imza atıbsa, həmin şəxslərə qarşı X36 İdarəsi və X37 sahəsi tərəfindən iclas çağrılmışdır və həmin iclasda həmin şəxslərə təzyiqlər göstərilib əsassız yerə danlayaraq müxtəlif yollarla qorxutmaq, müqavilə müddəti bitdikdən sonra işdən çıxarmaqla hədələmə və bunlar da işə yaramadıqda şər-böhtan atmaqla və s. üsullardan istifadə ediblər. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bunun ardı olaraq həqiqətən də Ağsu RQİİ-nin rəisi heç bir əsaslı səbəb olmadan, qərəzli onunla bağlanmış əmək müqaviləsinin 9-cu bəndinin 9.2 və 9.4-cü maddələrinin şərtlərini kobud şəkildə pozaraq, birtərəfli qaydada həmin müqaviləyə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Onsuz da ağır maddi vəziyyətdə yaşayır. Onun tutduğu vəzifədən azad olunması xəbəri bütün ailə üzvlərinə pis təsir edib. Yeganə qazanc gətirən şəxs idi. Bundan əlavə, yeni “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediatora müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə xx.xx.2024-cü il tarixli MŞŞ/MT035-00029 saylı arayış verilmiş və məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Ona görə də, həmin əmrin ləğv edilməsi, öz əvvəlki Təbii qazın qəbulu və satış xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, əvvəlcədən məlumatlandırılmışdır ki, əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin müdiriyyətin münasibəti qərəzli olmuşdur. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra o, cavabdeh müəssisədə işləməmişdir. Əmək müqaviləsinə xitam verilməsi qərəzli və əsassızdır. Müdiriyyət İlkin adlı başqa işçini müdafiə etdiyinə görə bu yolla onu cəzalandırır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Ağsu X24 İdarəsinə əmək müqaviləsi əsasında bir il müddətinə İdarənin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər” peşəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü ildə “çilingər” peşə adı “qaz təsərrüfatının nəzarətçisi” peşə adı ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azəriqaz” İB-nin Ağsu X24 İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam veriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azəriqaz” İB-nin Ağsu X24 İdarəsi ilə bağladığı əmək müqaviləsinə əsasən Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən vəzifəsinin adı “qaz təsərrüfatının nəzarətçisi” peşə adı ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixə əmək müqaviləsinin bitməsi əsası ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azəriqaz” İBnin Ağsu X24 İdarəsinin 14-2-2-12/3-1K-284/2023 nömrəli əmri ilə xitam verilmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (xx.xx.2024-cü il tarixli Qanunla əsaən edilmiş dəyişikliyə qədər olan redaksiya). Həmin Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsi müddətli əmək müqavilə olmuş, xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam edilmişdir. Məhkəmə araşdırılması zamanı, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı qanun pozuntusu ilə baş verməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələbləri qaydasında həyata keçirildiyindən və onunla əmək müqaviləsinin uzadılmasının məcburiliyi barədə şərt qanunvericilikdə nəzərdə tutulmadığından, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı - cavabdeh “X2 Ağsu X26 İdarəsi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cu il tarixli, 14-2-2-12/3-1K-284/2023 nömrəli əmrin ləğv edilməsi, Ağsu RQİİ-nin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatına nəzarətçi vəzifəsinə bərpa olunma, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla işə bərpa olunanadək hər ay üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6280/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6280/2024
28.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver