Məhkəmə qərarları › İş №e-2(011)-63/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-63/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-63/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 2, 35 saylı mənzilin dəyərinin 1/2 hissəsinin – 82.500 (səksən iki min beş yüz) manatın və iddianın verilməsi üçün ödənilmiş 338 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2, 35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin 1/2 hissəsinin – 135.500 manatın və iddianın verilməsi üçün ödənilmiş 426 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahda olmuşlar. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuşdur. Daha sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və X8 arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020- ci il tarixli, 52 saylı, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh X8 adına Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilin, ünvan 2, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,“Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh və 1/2 hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X5, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev). Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş,“Mersedes Benz E220 CDİ” markalı, 99-OD790 dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 1/2 hissəsi, yəni 20000 (iyirmi min) manatın ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı X3 xeyrinə tutulması, cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Tofiq Səmədov). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2662/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə BakıApellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası zamanı iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmış ünvan 2, 35 saylı mənzilin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-1847 saylı bağışlama müqaviləsi əsasında X6 bağışlandığı, daha sonra isə mənzilin X9 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2099 saylı alqı-satqı müqaviləsi əsasında sonuncuya satıldığı aydın olmuşdur. İddiaçı tərəfindən bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə mülki iddia qaldırılmışdır. Xətai rayon Məhkəməsinin e2(0011)-716/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(0011)-716/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilən “X13” MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli ACG 01-17/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022-ci il tarixinə bazar dəyəri 168.000 manat, 2023-cü il tarixə bazar dəyəri 188.000 manatdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 06 fevral 2023- cü il tarixıi 02-22/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022-ci il tarixinə bazar dəyəri 165.000 manat, 2023-cü il tarixə bazar dəyəri 190.000 manatdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17,19, 21,35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin ½ hissəsi olaraq 135.500 manat və iddianın verilməsi üçün ödənilmiş 426 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4823/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(0011)-716/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş və Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-646/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsi qismən - ünvan 2, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) İddiaçı paylı mülkiyyətində olan ½ hissədə etibarsız sayılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-698/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mülki iş rəy verilməsi üçün xx.xx.2024-cü il tarixində Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktub əsasında mülki iş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edilməsi barədə məlumat ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Mülki iş xx.xx.2024-cü il tarixində rəy verilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktub əsasında mülki iş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edilməsi barədə məlumat ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyinin alınması "xxxx" MMC-yə həvalə edilmiş və xx.xx.2025-ci il tarixli, 02-47/25 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə barədə rəydən görünür ki, mənzilin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 3 ünvanında yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət 4 otaqlı, 35 saylı mənzilinin hazırkı tarixə bazar dəyəri 271.000 manat müəyyən edilmişdir. Qiymətləndirilən zona (H.Aslanov metrostansiyası ətrafı) və seqment (ilkin mənzil bazarı) üzrə orta illik qiymət artımının 5% olduğunu nəzərə alaraq mənzilin dəyəri 2024-cü il tarixə yuvarlaq şəkildə 258.000 manat, 2023-cü il tarixə yuvarlaq şəkildə 245.700 manat, 2022-ci il tarixə yuvarlaq şəkildə 234.000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 337,50 manat məbləğində, xx.xx.2025-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, 88 manat və xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, 01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki uşaqları vardır, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli ünvan 2, mənzil 35 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) üzərində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 2662/2022 saylı Qərarı ilə həmin hissədə qüvvədə saxlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli mənzili arvadı - cavabdeh X6 bağışlamışdır. X2 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili cavabdeh X7 141.716,75 manat məbləğinə satmışdır, mənzil xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə tam payla X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın ləğv edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında mülki iş üzrə cavabdeh X7 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-716/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4823/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(0011)-716/2023 saylı iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş və Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-646/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hədiyyə verən Cavabdeh və hədiyyə alan X9 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsi qismən - ünvan 2, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) İddiaçı paylı mülkiyyətində olan ½ hissədə etibarsız sayılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-646/2024 saylı qərarında qeyd edilmişdir ki, mübahisəli mənzil birgə nikah müddətində əldə edilmiş olsa da, həmin əmlak üzərində tərəflərin payları müəyyən edilmişdir və onun hüquqi statusu artıq paylı mülkiyyətdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi üzrə münasibətlər Mülki Məcəllənin 215.5 və 215.6-cı maddələri ilə tənzimlənir. Həmin normalara görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Cavabdeh paylı mülkiyyətdə olan mənzildən onun payına düşən hissəsini bağışlamaq hüququna malik idi və öz payını bağışlamaq hüququna malik olmuşdur. Başqa sözlə, 30 iyun 2022-ci il tarixli bağışlama müqaviləsi, ünvan 2, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) onun payına düşən ½ hissədə etibarlı idi. Göründüyü kimi bundan əvvəlki məhkəmə araşdırmaları zamanı da öz təsdiqini tapmışdır ki, mübahisəli mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh mübahisəli mənzili xx.xx.2022ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqaviləyə əsasən arvadı X6 bağışlamışdır. X9 da həmin mənzili xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X1. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilə qismən etibarsız hesab edilmişdir. Həmçinin məhkəmə qətnamələrindən aydın olur ki, X10 adıçəkilən mübahisəli mənzili “vicdanlı əldə edən” şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 7.19-cu bəndinə qeyd edilmişdir ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mənzilin bazar qiymətinə uyğun onun payına düşən hissəsini pul şəklində ona verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, zərər olaraq mənzillərin hazırkı bazar dəyərinin yarısı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakdakı öz payından məhrum olmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-47/25 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə barədə rəydən görünür ki, mənzilin yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 3 ünvanında yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət 4 otaqlı, 35 saylı mənzilinin hazırkı tarixə bazar dəyəri 271.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilən mütəxəssis rəyini ağlabatan hesab edir. Belə ki, müxtəlif internet səhifələrindən əldə edilmiş çıxarışlarda qeyd edilən ünvan üzrə 4 otaqlı mənzilin dəyəri iş üzrə verilmiş mütəxəssis rəyinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilənin etibarsızlığı ilə bağlı mübahisə 2024-cü il tarixində yekunlaşmışdır. Əgər 2022-ci ildə mübahisəli əmlak özgəninkiləşdirildiyi təqdirdə iddiaçının payına uyğun dəyəri ona verilsəydi hazırda belə bir iddianın verilməsinə zərurət də olmayacaqdır. Lakin 2022-ci ildən bu yana daşınmaz əmlak bazarında qiymətlərin artması mübahisəsizdir. İddiaçının adıçəkilən əmlakda ½ hissədə payı olduğundan iddia təmin edilməli və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17,19, 21,35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin ½ hissəsi olan 135.500 (271.000/2=135.500) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 426 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 426 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17,19, 21,35 saylı mənzilin hazırkı tarixə bazar dəyərinin ½ hissəsi - 135.500 manat və iddianın verilməsi üçün ödənilmiş 426 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar