Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6357/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişlər. Lakin iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, borc məbləğinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsini əsas gətirməklə iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, tərəf iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, mülki iş üzrə icraata xitam verildiyindən 142211 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 12 iyul 2024-cü il tarixdə ödənilmiş **********80 qəbz nömrəli 121,53 manat dövlət rüsumu geri qaytarılmalıdır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MTK tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 142211 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 12 iyul 2024-cü il tarixdə ödənilmiş **********80 qəbz nömrəli 121,53 manat dövlət rüsumu geri qaytarılsın. Tərəflərə izah edilsin ki, MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6357/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6357/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver