Məhkəmə qərarları › İş №e-2(011)-6384/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6384/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6384/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMMC-yə qarşı “liftlərdə üz tanınma sisteminin quraşdırılmasının qadağan edilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, giriş 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87 (köhnə qayda ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87) ünvanında quraşdırılmış bütün liftlərdən istifadə üçün üz tanınma sisteminin quraşdırılmasının Cavabdeh2 MMMC və Cavabdeh1 MMC-yə qadağan edilməsi; Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, giriş 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87 (köhnə qayda ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87) ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə maneəsiz istifadənin təmin edilməsi vəzifəsinin Cavabdeh2 MMMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulması; Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, giriş 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87 (köhnə qayda ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87) ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə "xxxx" MMMC və Cavabdeh1 MMC tərəfidən yaradılmış maneələrin aradan qaldırılması; Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, giriş 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87 (köhnə qayda ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87) ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə maneələr yaradılmasının Cavabdeh2 MMMC və Cavabdeh1 MMC-yə qadağan edilməsi; 320 manat məbləğində hüquqi yardım xərcinin müştərək qaydada Cavabdeh2 MMMC və Cavabdeh1 MMC-dən alınaraq mənə verilməsi; 100 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada Cavabdeh2 MMMC və Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, giriş 73, M5, m1 (köhnə qayda ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87 mənzil 37) nömrəli mənzil mənim mülkiyyətimdədir. Həmin mənzilin yerləşdiyi bina və həmin kompleksə daxil olan binalar Cavabdeh2 MMMC tərəfindən idarə edilir. Təxminən bir ay bundan əvvəl cavabdehlər sakinlərə heç bir xəbər vermədən təhlükəsizliyin təmin edilməsi adı ilə həmin binalarda quraşdırılmış liftlərə üz tanınma sistemi vasitəsi ilə istifadə üçün xüsusi sistem quraşdırmışdır. Həmin sistemin quraşdırılması sakinlərlə razılaşdırılmamış qaydada icra edilmişdir və təhlükəsizliyin təmin edilməsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı bildirir ki, yaşadığı həyətə giriş qapalı olmaqla xüsusi giriş açarından (domafon açarı) istifadə etməklə mümkündür ki, bu imkan da ancaq sakinlərə verilir. Həyətə gələn bütün qalan şəxslər (qonaqlar, poçtalyon, kuryerlər, xidmətçilər, ustalar və sairə şəxslər) heç bir halda sərbəst şəkildə həyətə daxil ola bilməzlər. Həmin şəxslər yalnız mühafizə tərəfindən gəldikləri mənzilin mülkiyyətçisi ilə dəqiqləşdirildikdən sonra həyətə buraxılırlar. Həmçinin liftdən yan keçməklə pilləkan vasitəsi ilə də mənzillərə qalxmaq mümkündür ki, bu da cavabdehlərin təhlükəsizliklə bağlı bu sistemi tətbiq etməsi barədə fikirlərin əsassız olmasını bir daha təsdiq edir. Beləliklə də bu sistemin tətbiqi nəticəsində həm iddiaçı, həm ailə üzvləri, həm də digər sakinlər öz mənzillərinin yerləşdiyi mərtəbədən başqa hər hansı başqa bir mərtəbəyə qalxmaq və ya düşmək üçün liftdən istifadə etmək imkanından məhrum olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh1 MMC tərəfindən verilmiş yazılı etiraazdan görünür ki, Cavabdeh2 MMMC və Cavabdeh1 MMC arasında 19 dekabr 2023-cü il tarixli, BPRO-Xatai-29-01 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, bu Müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində Sifarişçinin/"xxxx" MMMC-nin abunəçiləri və ödəyiciləri tərəfindən İcraçının/Cavabdeh1 MMC-nin veb səhifəsində olan BillKill platforması və üçüncü tərəflərdən təqdim olunmuş veb səhifələrdə, mobil tətbiqlərdə və ödəmə məntəqələrində BillKill düyməsi vasitəsilə edilən və tətbiq olunan qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində icra olunmuş və məhdudlaşdırılmayan ödəmələrin Cavabdeh1 MMC tərəfindən yığılması və yığılmış vəsaitlərin Cavabdeh2 MMMCnin bu Müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi və "xxxx" MMMC tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Cavabdeh1 MMC-yə xidmət haqqının ödənilməsi ilə bağlı Tərəflər arasında müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMMC-yə müvafiq ödəmələrin qəbulu üzrə xidmətlər göstərilməkdədir. Bu çərçivədə, hər hansı şəxsin, o cümlədən İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binanın hər hansı hissəsindən istifadəsinə Cavabdeh1 MMC tərəfindən məneə yaradılmamışdır. Çünki belə bir maneənin yaradılması obyektiv olaraq mümkün deyil. Cavabdeh2 MMMC, Mənzil Məcəlləsinin tələblərinə uyğun yaradılmış qurumdur və məqsəd iddiaçının da yaşadığı mənzilin yerləşdiyi binanın idarə edilməsidir. Mənzil Məcəlləsinin 128.0.2-ci maddəsinə görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyəti müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək vəzifəsini daşıyır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Göründüyü kimi, əgər İddiaçı və Cavabdeh2 MMMC arasında yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi və ya binaının idarə olunması məsələlərində hər hansı nazarılıq varsa, bu məsələ adı çəkilən şəxslərin öz aralarında həll edilməlidir Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyəti olaraq xx.xx.2024-cü il tarixində dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli 23042 nömrəli qəbzdən görünür ki, Bakı 9 saylı vəkil bürosuna 320 manat məbləğində pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli, BPRO-XATAİ-29-01 nömrəli Cavabdeh2 MMMC vəCavabdeh1 MMC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, müqavilənin predmetini Azərbaycan Respublikasının ərazisində "Sifarişçi"-nin (Cavabdeh2 MMMC)abunəçiləri və ödəyiciləri (irəlidə "Abunəçi") tərəfindən "İcraçı"-nın (Cavabdeh1 MMC ) veb səhifəsində olan BillKill platforması ( .billkill.az) və üçüncü tərəflərdən təqdim olunmuş veb səhifələrdə, mobil tətbiqlərdə və ödəmə məntəqələrində (irəlidə "ÖM") BillKill düyməsi vasitəsilə edilən və tətbiq olunan qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində icra olunmuş və məhdudlaşdırılmayan ödəmələrin "İcraçı" tərəfindən yığılması və yığılmış vəsaitlərin "Sifarişçi"-nin bu Müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin (bundan sonra "Xidmətlər" adlandırılacaq) göstərilməsi və "Sifarişçi" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun "İcraçı"-ya xidmət haqqının ödənilməsi ilə bağlı Tərəflər arasında müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında inşa edilmiş çoxmərətbəli yaşayış binasının sakini olmaqla orada yaşayır. Hazırda "xxxx" MMMC tərəfindən binadakı bütün liftlərdən istifadə üçün üz tanınma sisteminin quraşdırılmasının qadağan edilməsi, quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə maneəsiz istifadənin təmin edilməsi, quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə yaradılmış maneələrin aradan qaldırılması, bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə maneələr yaradılmasının qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin “liftlərdə üz tanınma sisteminin quraşdırılmasının qadağan edilməsi və sair” tələbinin cavabdeh Billing Pro” MMC-yə qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, BPRO-XATAİ-29-01 nömrəli Cavabdeh2 MMMC vəCavabdeh1 MMC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, müqavilənin predmetini Azərbaycan Respublikasının ərazisində "Sifarişçi"-nin (Cavabdeh2 MMMC)abunəçiləri və ödəyiciləri (irəlidə "Abunəçi") tərəfindən "İcraçı"-nın (Cavabdeh1 MMC ) veb səhifəsində olan BillKill platforması ( .billkill.az) və üçüncü tərəflərdən təqdim olunmuş veb səhifələrdə, mobil tətbiqlərdə və ödəmə məntəqələrində (irəlidə "ÖM") BillKill düyməsi vasitəsilə edilən və tətbiq olunan qanunvericiliklə müəyyən olunmuş tələblər çərçivəsində icra olunmuş və məhdudlaşdırılmayan ödəmələrin "İcraçı" tərəfindən yığılması və yığılmış vəsaitlərin "Sifarişçi"-nin bu Müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin (bundan sonra "Xidmətlər" adlandırılacaq) göstərilməsi və "Sifarişçi" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun "İcraçı"-ya xidmət haqqının ödənilməsi ilə bağlı Tərəflər arasında müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, Cavabdeh1 MMC aralarında bağlanmış müqavilənin predmetinə uyğun xidmətləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan mənzilin yerləşdiyi binanın hər hansı hissəsindən istifadəsinə maneə yaradılmamışdır. Cavabdeh2 MMMC isə Azərbaycan Respublikasını Mənzil Məcəlləsinin tələblərinə əsasən iddiaçının yaşadığı binanın idarə edilməsi üçün yaradılmış qurumdur. Məhkəmə bildirir ki, liftlərdə üz tanıma sisteminin tətbiqinin məqsədi mərtəbələrdəki hərəkət üzərində nəzarəti gücləndirmək, kənar şəxslərin həmin liftlərə daxil olaraq yuxarı mərtəbələrə qalxmasının qarşısının alınması, onların daha təhlükəsiz şəraitdə yaşamaları və kommunal xidmətlərin ödənilməsidir. Həmin binada liftlərdə üz tanınma sistemindən istifadə edilməsi bina sakinlərinin həmin liftdən istifadəsini qadağan etmir. Azərbaycan Respublikasını Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Belə ki, liftlərdə üz tanınma sisteminin tətbiqi mənzil mülkiyyətçilərinin təhlükəsizliyi təmin etmək məqsədi ilə tətbiq edilmişdir. Hazırki iddia, yəni liftlərdə üz tanınma sisteminin ləğvi mənzil mülkiyyətçilərinin umumi razılığı nəticəsində olmalıdır. MMMC mülkiyyətçilər arasında bağlanmış eyni məzmunlu müqaviləyə əsasən öhdəliyi yerinə yetirərək mülkiyyətçilərin ümumi istifadəsində olan yollardan, liftlərdən, dəhlizlərdən təhlükəsiz və rahat istifadə edilməsi, onların ümumi istifadədə olan liftlərdə müasir xidmətin yaradılmasına çalışmışdır. Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxs mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur,lakin bunu da qeyd etmək lazımdır ki, bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb. Həmçinin müəyyən edilib ki, iddiaçının ümumi paylı mülkiyyətində olan liftdən istifadəsinə hər hansı əsasla məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MMMC arasında bağlanmış müqavilədə olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da qeyd edilməlidir ki, çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Binanın sahə mülkiyyətçiləri tərəfindən MMMC yaradıldığı hallarda sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərinin cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. (Mənzil Məcəlləsi, maddə 43.1, 44.6). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı liftlərə qoyulmuş üz tanınma sisteminin bütövlükdə ləğvini deyil, mülkiyyətçi olaraq özünə münasibətdə liftlərdən istifadəyə tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını tələb edə bilərlər. Qeyd edilməlidir ki, çoxmənzilli yaşayış binalarında liftlərdən üz tanınma vasitəsilə istifadə edilməsi (üz tanınma sisteminin tətbiqi) liftlərin təmiz saxlanması, onların texniki baxımından daha uzun müddətli saz vəziyyətdə istismarı, eləcə də bina sakinlərinə təhlükəsiz şərait yaradılması, kənar şəxslərin liftlərə daxil olmasının qarşısını almaq məqsədi daşıyır ki, bu sistemin qalması həm binanın digər sakinləri, eləcə də iddiaçının özünün təhlükəsizliyi baxımından da məqsədəuyğundur. Məhkəmə sadalananlara əsasən hesab edir ki, yalnız İddiaçı münasibətdə yaşadığı ünvanda yerləşən liftlərə cavabdeh tərəfindən binadakı quraşdırılmış bütün liftlərdən istifadə üçün üz tanınma sisteminin quraşdırılmasının qadağan edilməsi, quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə maneəsiz istifadəsinin təmin edilməsi, quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə yaradılmış maneələrin aradan qaldırılması, bütün liftlərdən bütün mərtəbələr üzrə istifadə etməyə maneələr yaradılmasının qadağan edilməsini öhdəliyi cavabdeh "xxxx" MMMC -nin üzərinə qoyulmaldır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında quraşdırılmış bütün liftlərdən İddiaçı istifadəsi üçün üz tanınma sisteminin quraşdırılması "xxxx" MMMC –yə qadağan edilsin. Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə İddiaçı maneəsiz istifadəsinin təmin edilməsi vəzifəsi Cavabdeh2 MMMC-nin üzərinə qoyulsun. Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə İddiaçı istifadəsinə Cavabdeh2 MMMC tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69,71,73,75,77,79,81,83,85,87, mənzil 37 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi bulvar küçəsi,giriş 73, M5, m1 ünvanında quraşdırılmış bütün liftlərdən bütün mərtəbələr üzrə İddiaçı istifadəsinə maneələr yaradılması Cavabdeh2 MMMC-yə qadağan edilsin. 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci Cavabdeh2 MMMC -dən alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 MMMC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar