Məhkəmə qərarları › İş №e-2(011)-6395/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6395/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6395/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzildən sahiblik və istifadə hüquqlarına müdaxilənin qadağan olunması" barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına həmin mənzilə 3-cü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili S.Ə.Əsədov iddia tələbinin dəqiqləşdirilməsinə dair elektron ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi, cavabdehdən 13050 manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.Ə.Əsədov iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasına qadağan olunması, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, cavabdehdən 132600 manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Zəkəriyayevna ilə Cavabdeh MTK arasında bağlanmış 07 aprel 2014-cü il tarixli 22 saylı müqaviləyə əsasən mənzilin dəyəri tam ödənildikdən sonra Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli (ərazi PD-057 saylı) yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzil iddiaçıya təhvil verilməli idi, buna baxmayaraq, mənzilin təmir olunması üçün gəlmiş ustalar “Park Qüllə MTK” rəhbərliyi tərəfindən mənzilə buraxılmır, onların işlərinə maneçilik törədilir, belə olan halda da mənzilin təmiri üçün iddiaçı tərəfindən alınmış xammal yararsız vəziyyətə düşür və gecikmə səbəbindən o, ailəsi ilə birgə həmin mənzilə köçüb yaşaya bilmir, faktiki olaraq qarşı tərəf müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınmaqla bərabər, iddiaçının istifadə və sahiblik hüququnu həyata keçirə bilməməsi üçün maneələr yaradır, bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzilin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vəkil1 həmçinin bildirdi ki, tərəflər arasında 6 mənzilə dair mübahisə olmuş, həmin məhkəmə proseslərində də, cavabdehin nümayəndəsi 55 saylı mənzilin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, hazırki iş üzrə Cavabdeh MTK ilə "xxxx" MMC eyni şəxsə aiddir, tərəflər arasında 7 mənzilə dair, o cümlədən 2018-ci ildə həmin binanın 12-ci mərtəbəsində yerləşən başqa mənzilin iddiaçıya verilməsi ilə bağlı mübahisə də olmuşdur, mübahisə apelyasiya və kassasiya məhkəməsinə qədər uzanmış, nəticədə iddiaçının iddiası təmin olunmamış, tərəflər arasında bağlanmış müqavilə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilmədiyindən etibarsız hesab edilmişdir, hazırki iş üzrə mübahisəli mənzilin, iddiaçının olması ilə mübahisə yoxdur, sistemdə də görünür ki, ev onundur, cavabdeh şirkət tərəfindən ona heç bir maneə yaradılmır, iddiaçı S.Zəkəryayevna özü gəlib mənzili təhvil ala bilər və heç bir maneə olmadan istifadə edə bilər, lakin mənzilə iddiaçının özü yox, başqa adamlar, qardaşı, həyat yoldaşı gəlib mənzili təhvil almaq istədiyi üçün onlara icazə verilməmişdir, həmçinin iddiaçı mənzilə 4 ildir daxil ola bilmədiyini qeyd etsə də, yalnız 4 il sonra 2021-ci il tarixdə cavabdehə bu barədə müraciət etmişdir, tərəfin pulu ödədiyini təsdiq edir, eyni gündə müqavilə bağlanmış və mənzilin pulu 323000 manat da iddiaçı tərəfindən ödənilmişdir, iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının ona bu məbləğdə zərər dəyməsini nə ilə əsaslandırdığı məlum deyildir, tələb bu hissədə əsassızdır, bu səbəbdən təmin olunmamalıdır. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı və Cavabdeh MTK-nın sədri X2 arasında bağlanmış 22 mömrəli, 07.04.2014-cü il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı alıcı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh MTKnın ünvan 1na, 1-ci blok, 13-cü mərtəbədə yerləşən 4 otaqlı 190 kv.m sahəsi olan 55 nömrəli mənzilini alıcıya təhvil verməyi öz üzərinə götürmüşdür. Mənzilin ümumi dəyəri 1 kv.m üçün 1700 AZN olmaqla 323000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan qəbzin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 26.02.2015-ci il tarixdə Cavabdeh MTK-ya 323.000 manat ödəmişdir. İş materiallarında olan AM seriyalı 60 nömrəli Cavabdeh MTK mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 26.02.2015-ci il tarixdə 07.04.2014-cü il tarixli 22 №-li müqaviləyə əsasən, 323.000 manat ödəmişdir. İş materiallarında olan 075 №-li X1 Mərkəzi tərəfindən Vəkil1 ünvanlanmış məktubdan görünür ki, ünvan 1nanın 13-cü mərtəbədə yerləşən 190 kv.m sahəsi olan 55 nömrəli mənzilin aylıq icarə haqqının dəyəri orta/yaxşı təmirli və əşyalı olduğu halda 1900- 1950 manat, orta/yaxşı təmirli və əşyasız olduğu halda 1700-1800 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzilin dəyəri (323.000 manat) müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir, binanın tikintisi başa çatmışdır, mənzil istifadəyə hazırdır, iddiaçı mənzilə dair hüquqlarını sərbəst həyata keçirə bilmir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, mübahisəli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 132.600 manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcələnin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzildən istifadə hüquqlarına cavabdeh tərəfindən yaradılan maneələr (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasınln 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 55 saylı mənzildən sahiblik və istifadə hüquqlarına Cavabdeh tərəfindən yaradılan maneələr (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılsın. İddia tələbi qalan hissədə rədd olunsun. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat pul məbləği Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar