Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-642/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh 6 saylı Notariat Ofisinin xüsusi notariusu X11 nümayəndəsi X16 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı X2 üçüncü şəxs qismində cəlb olunduğu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə X17 ilə xx.xx.2005-ci il tarixdə faktiki ər-arvad münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Faktiki evlilikdən xx.xx.2006-cı il tarixdə İddiaçı dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə X18 polkovnik-leytenant rütbəsində Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Xeyrulla şəhid olduqdan sonra onun birinci ailəsindən olan övladları Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Ofisində vərəsəlik işi açaraq qanun üzrə 2V-85 və 2V-86 nömrəli vərəsəlik şəhadətnamələri almışlar. Qeyd olunan vərəsəlik şəhadətnamələrini alarkən birinci növbə vərəsələrdən serebral iflic xəstəliyindən əziyyət çəkən, əlil arabasına möhtac olan və yetkinlik yaşına çatmayan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məlumat verməmişlər. Bakı şəhəri 6 saylı Notariat Ofisinin verdiyi vərəsəlik şəhadətnamələri qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, vərəsəlik şəhadətnaməsi qanunla mirasın qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddət bitməmiş verilmişdir. Qanunun tələbinə görə qanun üzrə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu üçün müəyyən edilmiş müddət bitdikdən sonra verilməli idi. İddiaçı vərəsəlik şəhadatnaməsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-7191/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və Bakı şəhəri 6 saylı Notariat ofisinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-2044 saylı məktubla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m, yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı mənzilə, hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 (on bir min) manat sığorta ödənişinə və yaşat fondu tərəfindən verilmiş 10000 manata İddiaçı 1/3 hissə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisinin Cavabdeh1 və Cavabdeh2 verdiyi xx.xx.2020-ci il tarixli 2-V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisinin təsdiq etdiyi Cavabdeh1 və Cavabdeh2 ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün X3 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddətin üzürlü hesab edilərək bərpa edilməsi, X3 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında əlavə olaraq bildirmişdir ki, X18 ilə qeyri-rəsmi nikahda olmuş, həmin nikahdan Vasif doğulmuşdur, X6 atalığı öz ərizəsi əsasında müəyyən edilmişdir. Bununla bağlı olaraq ona uşağın saxlanması üçün X6 maaşının ¼ hissəsi 10 il İddiaçı ödənilmişdir. Oğlu ağır formada serebral paraliç xəstəsidir, yatalaq xəstəsidir, tez-tez sudoroqa keçirdir, 2 qrup əlildir. Bu səbəbdən onu tək qoyub çıxa bilmir, məcbur olmadıqca heç yerə getmir, məcburən getdiyi yerlərə də arabada olan oğlunu özü ilə aparmalı olur. xx.xx.2020-ci il tarixdə X18 polkovnik-leytenant rütbəsində Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. 2021-ci ildə ona məlum olmuşdur ki, X4 miras əmlak olaraq mənzilqalmışdır. Həmin vaxtdan həmcavabdehlərə bununla bağlı müraciət etmiş, oğluna pay istəmişdir, lakin onlar imtina etmişdirlər. Həmin vaxt pandemiya ilə bağlı məhdudiyyətlər olduğu üçün imkan tapdıqca bu işlə məşğul olmuş, notariusa müraciət etmişdir və sonda ona məlum olmuşdur ki, notarius cavabdehlər arasında mənzili və 11000 manat pul vəsaitini bölmüş, onun oğlunun payını nəzərə almamışdır. Notarius ona izah etmişdir ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə baxışında ona məlum olmuşdur ki, cavabdehlər mənzili uzaq qohumlarına bağışlayıblar. Hesab edir ki, bu bağışlama əqdi onun oğlunu mirasdakı payından məhrum etmək üçün bağlanılmışdır. Qanuni nümayəndə vurğulamışdır ki, oğlu ağır xəstə olduğu üçün və pandemiya ilə bağlı yollar bağlı olduğu üçün bu məsələ ilə daha tez məşğul ola bilməmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, cavabdeh tərəfindən yazılmış etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərmişdir ki, həmin iddia ərizəsi ilə aşağıdakılara görə razı deyildir. Belə ki, əvvəla İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Hansı ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Beləki, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Hazırkı tələb 44 günlük müharibədə şəhid olmuş X3 qalmış miras əmlak hesab edilən əşyalarla bağlı qaldırılmışdır. İşin mübahisəsiz halından görünür ki, X17 xx.xx.2020ci il tarixdə ölmüşdür. Nəzərə alınsa ki, 44 günlük müharibə hamı üçün bəlli olan hal idi və iddiaçı tərəfin Xeyrulla İbrahimovun ölməsini, yəni mirasın açılması vaxtını bilməli idi. Lakin, mirasın açılması müddətindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəf mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbul edilməsi ilə bağlı heç bir müraciət etməmiş, bununla da miras hesab edilən əmlak vərəsə tərəfindən qəbul edilməmişdir. Bundan başqa AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Konstitusiya Məhkəməsi G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il tarixli qərarında göstərir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin iddiaçı tərəf mübahisəli mənzildə heç bir vaxt olmamış, yaşamamış və oradan istifadə etməmişdir. Ölən şəxsin faktiki ailəsi olaraq, cavabdehlərlə əlaqəsi olmamış və cavabdehlərlə birgə təsərrüfat aparmamışdır. Hazırkı halda iddiaçı tərəfin miras əmlakı faktiki qəbul etməsini təsdiq edən heç bir sübutda iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da, iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkəti olmadığından və bu halları təsdiq edən sübutlar olmadığından, qeyd edilən miras əmlakları qəbul etməməsi kimi qiymətləndirilməli və həmin əmlaklar onun mülkiyyəti hesab edilməməlidir. Ona görə də, yuxarıda göstərilənlərə əsasən İddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik etməməsinə, əmlakı idarə etməyə faktiki başlamamasına hüquqi qiymət verərək Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə əsasən iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericiliyin tələbinə görə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilmiş, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və qanunvericiliklə müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi, iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş, bununla bağlı məhkəməyə müraciət etmədən birbaşa payın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı tərəf 11.000 manat hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan sığorta ödənişini miras əmlak hesab edərək, vərəsəlik payına müvafiq olaraq vəsait üzərində payının müəyyən edilməsini tələb edir. Halbuki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi 08 dekabr 2022-ci il tarixli qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Belə ki, məhkəmə həmin qərarda göstərir ki, “AR Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Ona görə də qanunun tələbinə əsasən həmin sığorta ödənişi miras əmlak kimi qəbul edilmədiyindən, iddiaçının miras aktivinə daxil edilərək üzərində payının müəyyən edilməsi kimi tələbi əsassızdır. Həmçinin iddiaçının Yaşat Fondu tərəfindən verilmiş 10.000 manata İddiaçı 3/1 hissədə payının tanınmasına dair tələbi də əsassızdır və təmin olunmamalıdır. Məhkəmə nəzərə almalıdır ki, iddiaçı qeyd edilən vəsaitə dair payını tələb edərkən həmin 10.000 manata dair sübutu məhkəməyə təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda üzərində payın müəyyən edilməsi tələb edilən, ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər şəxslərə hədiyyə edilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh 6 saylı Notariat Ofisinin xüsusi notariusu X11 nümayəndəsi X25 iddia tələbinə etiraz etməyərək, izahatında bildirmişdir ki, iddia tələbi əsaslı və qanunidir. Vərəsəlik şəhadətnaməsi verilərkən bütün hərəkətlər notariat tərəfindən qanuni əsaslarla həyata keçirilmişdir, lakin bazada İddiaçı adı X5 övladı kimi çıxmadığı üçün ona miras əmlakda pay verilməmişdir. Həmin dövrdə bütün dövlət orqanlarına tapşırıq verilmişdir ki, Qarabağ Müharibəsində şəhid olan şəxslərin vərəsəlik hüquqlarının müəyyən olunması qısa müddətdə həyata keçirilsin. Buna görə də notariat kontoru tərəfindən uzun müddət gözlənilmədən şəhid ailəsinin hüquqları təmin olunmuş, 11000 manat pulun alınması 6 ay gözlənilmədən həyata keçirilmişdir. Məhkəmə baxışında da, müəyyən olunmuşdur ki, X3 miras qalan mənzil cavabdehlər tərəfindən uzaq qohumlarına bağışlanmışdır. Hesab edirlər ki, həmin əğd iddiaçıya miras əmlakda pay verməmək məqsədilə bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən Gənçə ASAN Vəkil Bürosuna ünvanlanan məktubun surətindən görünür ki, həmin məktubda bildirilir ki, X1 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı notariat ofisində vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli Cavabdeh2 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********026 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan atası X17 vəfat etmişdir. Miras əmlak sığorta pulundan ibarətdir. Həmin mirası qəbul edir və göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında 22 dekabr 2021-ci il tarixli X14 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X17 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir. İş materiallarında 22 dekabr 2021-ci il tarixli X14 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********027 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X17 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir. İş materiallarında 22 dekabr 2021-ci il tarixli X19 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********028 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə oğlu X17 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan ona çatası miras payından və vərəsəlik hüququndan imtina edir. Ona məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirsə, o, bütün miras əmlakdan imtina edir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş **********244 ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan atası X17 vəfat etmişdir. Miras əmlak sığorta pulundan ibarətdir. Həmin mirası qəbul edir və göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 30 noyabr 2020-ci il tarixli, 1/İ-15702 nömrəli arayışın surətindən görünür ki, polkovnik-leytenant X17, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polkovnik-leytenant X17 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli 52 nömrəli arayışın surətindən görünür ki, Qarabağ uğrunda gedən Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların varislərinə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat sığorta məbləği verilməlidir. Bu məqsədlə, şəhid X5 varislərinə “Vərəsəlik haqqında şəhadətnamə” nin verilməsi xahiş edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 140253 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26 oktyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən Xətai rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik, X8 İşləri üzrə komissiyaya ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-285 və 2V-286 saylı reyestrlərlə təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhdətnaməyə əsasən mərhum X5 varisi azyaşlı oğlu xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 mirasdan pay ayrılmışdır. İş materiallarında olan ünvan 5 ünvanlanmış məktubun surətindən görünür ki, mərhum X9 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair mərhum X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 adına Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 282945 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X20 arasında 28 noyabr 1995-ci il tarixdə nikah bağlanmış və 809 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 411322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X17, anası X15r. İş materiallarında olan AZ-İİ seriyalı, 261250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X17, anası Qanuni nümayəndədır. İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, X10 və X13 arasında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil X7 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil xüsusi mülkiyyət hüququ Cavabdeh2 və Cavabdeh1 ½ hissədə payları əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X22 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X9 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak hərbi qulluqçuların vərəsələrinə ödənilməli 11000 manat sığorta ödənişindən ibarətdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti və elektron məhkəmə informasiya sistemindən çıxarışla təsdiq edilir ki, İddiaçı 2 qrup əlildir, əlilliyi müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin normalarına istinad ediləcək) 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.( 667.1-ci maddəsi) Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Maddə 340.1.) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin” 4.1-ci maddəsindən görünür ki, görünür ki, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Beləliklə, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, Bakı şəhəri, Yasamal Rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13v, 44 saylı mənzil X9 məxsus olmuşdur. xx.xx.2011-ci il tarixdə həmin mənzilə dair mərhum X9 çıxarış verilmişdir. X6 rəsmi nikahından xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. X5 Qanuni nümayəndə ilə faktiki nikahından xx.xx.2006-cı il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. İddiaçı serebral paralıç keçirmişdir, 2 qrup əlildir, hərəkət etmək imkanları məhduddur, epilepsiya xəstəliyindən əziyyət çəkir, tez-tez sudoroqalar keçirir, proseslərə əlil arabasında iştirak etmişdir. İddiaçı anası ilə Gəncə şəhərində yaşayır. Həmçinin təsdiq edilir ki, X17 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, polkovnikleytenant X17 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. X17 vəfat etdikdən sonra Cavabdeh2 və Cavabdeh1 notariat orqanına müraciət etmiş, X1 miras qalmış əmlaklara dair notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-285 və 2V-286 saylı reyestrlərlə təsdiq olunmuş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakda hər birinin ½ payı müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak X9 verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı olan mənzil və hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 (on bir min) manat sığorta ödənişindən ibarət olmuşdur. Cavabdeh 6 saylı Notariat Ofisinin xüsusi notariusu X11 nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatla da təsdiq edilir ki, vərəsələrin dairəsi müəyyən edilərkən avtomatlaşdırılmış notariat sistemində İddiaçı müəyyən edilməmiş və vərəsəlik işi açılarkən iddiaçıya və ya onun qanuni nümayəndəsinə məlumat verilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, X5 birinci növbədə qanun üzrə vərəsəsi olaraq İddiaçı məlumatlandırılmadığından və onun payı nəzərə alınmadığından X3 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m olan mənzil xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən atasının xalası X7 bağışlanmışdır. Məhkəmə yenə də yuxarıda qeyd edilmiş maddi hüquq norrmalarına əsaslanaraq və işdə olan sübutları, həmçinin işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, həmin əqd uydurma əqd olduğundan və iddiaçının miras əmlakda payından məhrum etmək məqsədilə bağlandığından əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı 2 dərəcə əlil olduğunu, hərəkəti məhdud olduğunu, faktiki yaşayış yerinin Gəncə şəhəri olduğunu, miras əmlak açıldığı vaxt ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, X3 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü hesab edilərək, bərpa edilməli və X3 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X3 qalan miras əmlakla bağlı Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilsin. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 və Cavabdeh2 ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. X5 qanun üzrə vərəsəsi olaraq İddiaçı üçün X3 qalan mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzürlü hesab edilərək, bərpa edilsin. X3 qalan miras əmlakda İddiaçı 1/3 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-642/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-642/2023
17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver