Məhkəmə qərarları › İş №e-2(011)-6441/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6441/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6441/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh1 iştiraklarıı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X6 ilə birlikdə ona məxsus Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 nömrəli evin 22-ci mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin 22-ci mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsusdur. Cavabdehlər Cəbrayıl Rayonunun Qalacıq kəndindən məcburi köçkün olmaqla 1994-cü ildən iddiaçıya məxsus mənzildə məskunlaşmışlar və yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X6 ilə birlikdə mənzildə yaşayırlar. Ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz azad olunmuşdur. Buna baxmayaraq cavabdehlər mənzildən çıxmaq istəmirlər. Nəticədə iddiaçı mülkiyyətində olan mənzilindən istifadə etmək və mənzil üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Lakin iddia tələbi təmin edilərsə, iddiaçı cavabdehlərin öz torpaqlarına qayıdana qədər orada qalmasına şərait yaradacaqdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, həmin mənzildə yaşayan digər şəxslər onun ailə üzvləridir. Onun və ailə üzvlərinin iddia tələbinin təmin edilməsinə etiraz etmir. Lakin dövlət tərəfindən rəsmi şəkildə öz ata-baba yurdlarına köçürülənə qədər həmin evdə yaşamaqlarına şərait yaradılmasını və bununla bağlı iddiaçının mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər müəyyən edilmiş qaydada xəbər edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 33,60 kv.m olan ünvan 4 mənzil 22 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Xətai rayon sektorunun xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə siyahısında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 2 ünvanında Cəbrayıl rayonunun, Qalacıq kəndindən məcburi köçkün olan Cavabdeh1 yeddi nəfər (özü - 1961ci il təvəllüd, arvadı: Cavabdeh2-1963-cü il təvəllüd, qızı: Cavabdeh3-2000-ci il təvəllüd, oğlu: Cavabdeh4-1986-ci il təvəllüd, gəlini: Cavabdeh5-1994-cü il təvəllüd, nəvəsi: X5- 2015-ci il təvəllüd, nəvəsi: X8-2016-cı il təvəllüd ailə tərkibi ilə 1994-cü il tarixindən qeyd olunan ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2021-ci il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X1 rayonu, Qalacıq kəndindən məcburi köçkün olmaqla qeyd edilən ünvanda müvəqqəti məskunlaşmışlar. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zülfəli Hüseynov Azərbaycana qarşı” işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hərhansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, məhkəmədə müəyyən edilməmişdir...Ərizəçi həddən artıq fərdi yük daşımağa məcbur edilmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarda orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X6 ünvan 4 ünvanında yerləşən 22 saylı mənzildən çıxarılmalı və mənzil cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X5, X6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2930, ev 70 ünvanında yerləşən 22 saylı mənzildən çıxarılsın və mənzil cavabdehlər tərəfindən İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar