Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6447/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 Rza qızına qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 Rza qızına qarşı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 Rza qızının iddiaçıya məxsus Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. Məhəllə 2930, 70 saylı evin 28-ci mənzilindən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. Məhəllə 2930, 70 saylı evin 28-ci mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsusdur. Cavabdehlər Cəbrayıl Rayonunun Qalacıq kəndindən məcburi köçkün olmaqla 1994-cü ildən iddiaçıya məxsus mənzildə məskunlaşmışlar. Ermənilər tərəfindən işğal olunmuş ərazilər azad olunmuşdur. Buna baxmayaraq cavabdehlər mənzildən çıxmaq istəmirlər. İddiaçı bildirir ki, mülkiyyətində olan mənzildən istifadə etmək və mənzil üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 Rza qızının оna məxsus olan Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. Məhəllə 2930, 70 nömrəli evin, 28 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi.Həmçinin bildirmişdir ki, iddiaçı hal-hazırda cavabdehləri mənzildən çıxartmır.Sadəcə əlində məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını istəyir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, həmin evdə yaxşılaşdırma işləri aparmış, mətbəx tikdirmiş, iddianın təmin olunmasına etirazı yoxdur, lakin halhazırda ordan çıxa bilməz, belə ki, ev almağa imkanı yoxdur. Onları kəndi olan Qalacıq ucqar kənddir. Oraya köçürülmək üçün onlara müəyyən zaman lazımdır. Evdə arvadı Şəlalə, oğlu Sahil yaşayır .Qızı Sahilə ailə həyatı qurub, hal-hazırda Xırdalanda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 Rza qızının gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, Məhəllə 2930, 70 saylı evin, 28 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektoru tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə siyahısında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 2 ünvanında Cəbrayıl şəhəri, Qalacıq kəndindən məcburi köçkün olan Cavabdeh1 dörd nəfər (1966-cı il təvəllüdlü Cavabdeh1, 1972-ci il təvəllüdlü Cavabdeh2, 1993-cü il təvəllüdü Cavabdeh3, 1996-cı il təvəllüdlü Cavabdeh3 Rza qızı) ailə tərkibi ilə 1994-cü il tarixdən qeyd olunan ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İş materiallarında olan, xx.xx.2023-cü il tarixi, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və iclasda iştirak edən cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulduğundan o, cavabdehlərin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Мəhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, Məhəllə 2930, 70 saylı evin, 28 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehlərin məcburi köçkün olduğu və maddi çətinlik çəkdiyini nəzərə alaraq həmin mənzili müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının mənzilində yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Məhkəmə hesab edir ki, iddia Cavabdeh3 Rza qızına münasibətdə təmin edilməməlidir. Belə ki, Cavabdeh3 Rza qızı ailə həyatı qurmuş, hal-hazırda həmin mənzildə yaşamır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin, 28 nömrəli mənzilindən çıxarılmalıdırlar. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin, 28 nömrəli mənzilindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6447/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6447/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver