Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6530/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi (direktoru) X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən verilmiş 18 iyun 2*23-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməklə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra məhkəməyə iddia həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək işə bərpa edilən zaman Səbail rayon ərazəsində yerləşən 4* saylı məktəbə bərpa edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işlə əlaqədar iddiaçı ilə Cavabdeh direktoru X5 arasında bağlanmış 11 oktyabr 2*23-cü il tarixli Barışıq Sazişini təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh direktoru X5 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işlə əlaqədar cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 oktyabr 2*23-cü il tarixli Barışıq Sazişini təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki iş üzrə barışıq sazişi təsdiq edilərək icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 11.1*.2*23-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında iddianın əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.*.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissədə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən İddiaçı işdən çıxarılma barədə əmrinin ləğv edilməsi barədə 22.*9.2*23-cü il tarixli əmr olmasına baxmayaraq, həmin əmr bugünədək elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş, buna görə də həmin əmr hüquqi qüvvəsini almamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında əmrin ləğv edilməsi barədə müvafiq dəyişiklik edilməmiş və məcburi işburaxma üçün iddiaçıya ödəniş edilməmişdir. Göründüyü kimi əmr işəgötürən tərəfindən formal olaraq ləğv edilmiş və tərəflər arasında əmək mübahisəsi hələ də davam etməkdədir. Buna görə də məhkəmə barışıq sazişini təsdiqləməkdə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh direktoru X5 arasında 11.1*.2*23-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 2.1 İddiaçı" və "Cavabdeh" aralarında olan əmək mübahisəsinə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. 2.2 "İddiaçı", iddia tələbinin cavabdeh tərəfindən 18 iyun 2*23-ci il tarixli əmrin ləğv edilməsi, Səbail rayonu ərazisində yerləşən 4* nömrəli Laçın rayon tam orta məktəbindəki fəaliyyətinə işə bərpa edilməklə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini qəbul etdiyindən barışıq sazişini (bəyan edir). 2.3 Cavabdeh isə 18 iyun 2*23-ci il tarixli əmrin ləğv edilməsi, Səbail rayonu ərazisində yerləşən 4* nömrəli Laçın rayon tam orta məktəbindəki fəaliyyətinə işə bərpa edilməklə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini qəbul edir (bəyan edir). 2.4 "Tərəflər" iddia ərizəsində olan mübahisə tələbinə dair iddia tələbləri sürməyəcəklərini və gələcəkdə belə iddia və tələb qaldırılmayacaqlarını bəyan edirlər. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 1* (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6530/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6530/2023
11.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver