Məhkəmə qərarları › İş №e-2(011)-6585/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6585/2024

26.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6585/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi,ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi tərəflərin ümumi istifadəsində olan 0,38422 ha həyətyanı torpaq sahəsindən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/73 nömrəliekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq iddiaçıların və cavabdehin istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi,ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi tərəflərin ümumi istifadəsində olan 0,38422 ha həyətyanı torpaq sahəsindən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/73 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq iddiaçıların və cavabdehin istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddia tələbi daşınmaz əmlaka istifadə qaydalarının müəyyən edilməsi olduğundan, mübahisəli daşınma əmlak isə Xəzər rayonu ərazisində yerləşdiyindən iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məmmədbəyli küçəsi,ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi tərəflərin ümumi istifadəsində olan 0,38422 ha həyətyanı torpaq sahəsindən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/73 nömrəliekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq iddiaçıların və cavabdehin istifadə qaydalarının müəyyən edilməsi tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar