Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6601/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” ilkin və Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X5 İstismarı İdarəsi tərəfindən 2025-ci ilin mart ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********04000 nömrəli abonent koduna yazılmış 1555.20 manat cərimə məbləğinin yenidən hesablanaraq azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən yuxarıda göstərdiyim ünvanda aiə üzvlərimlə birlikdə yaşayıram,həmin bu evdə qaz hesabatları mənim adımadır,müqavilə mənimlə bağlanmışdır. 11 mart 2025-ci il tarixdə Azəriqazın işçiləri mənim yaşadığım fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də mənə qanunsuz olaraq 1555.20 (min beş yüz əlli beş manat) iyirmi qəpik məbləğində cərimə yazmışlar.Lakin bildirmək istəyirəm ki,həmin xətt aşkar edilsə də, mən həmin xəttdən heç bir vaxt istifadə etməmişəm, köhnə və istifadəsiz bir xəttdir.Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də mən hesablanaraq yazılmış məbləğ ilə razı deyiləm, hesab edirəm ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilimdə istifadə edilən qaz cihazının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də mənə yazılmış cərimə məbləği tamami ilə qanunsuzdur, hesab edirəmki,məhkəmə tərəfindən yenidən hesablanaraq azaldılmalıdır. Belə ki İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 12 mart 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə mənə məxsus evdə qaz cihazı olan KOMBİ-nin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.KOMBİ-nin konkret olaraq isitmə cihazı olduğunu,yay aylarında isə ümumiyyətlə heç bir isidici və ya qızdırıcı cihazlardan istifadə edilmədiyini nəzərə alsaq həmin tələbnamənin tam absurd və qanunsuz formada tərtib edildiyi aydın görünmüş olar. Bundan əlavə bütün əhali abonentlərinin, o cümlədən də mənimyaşadığımevə quraşdırılmış qaz sayğacına ayda bir dəfədən az olmayaraq baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir.Əgər mənim mənzilimdə əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə edilmiş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyirəm ki, Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək mənim qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiklərimə əsasən hesab edirəmki, mənzilimdə aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə mənə hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 11 mart 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qas cihazı arxaya hesablanmış növbəti 360 gündə, yəni yay aylarında tamamilə istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanımıza baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılaraq Məhkəmə tərəfindən yenidən hesablanaraq müəyyən edilməlidir. Mülki iş sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, Xətai rayon Məhkəməsinin 2(011)-6601/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsinə dair iddiasının rədd edilməsini, cavabdeh Qəbələ rayonu Böyük Pirəlli kəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 1555.20 manat, cəmi 1667.71 manat əsas borcun, əvvəlcədən ödənilmiş 36.70 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 1704.81 (bir min yeddi yüz dörd manat səksən bir qəpik) manat borcun (pulun) tutularaq "Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı "Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə" iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və e-2(011)-6601/2025 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməli, əksinə hazırda təqdim edilmiş qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, SOCAR "Azəriqaz” İB-nin X5 istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Böyük Pirəlli kəndində cavabdeh İddiaçı məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********04000 saylı qaz hesabında ödənilməmiş 1667.71 manat borc vardır, həmin borcun 112.51 manat hissəsi sayğac göstəricisinə əsasən və 1555.20 manat hissəsi isə həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə qeyri qanuni qazdan istifadə nəticəsində hesablanmış borc məbləğidir. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 112.51 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvanda xx.xx.2021-ci il tarixdə istismardan açılan G4T markalı 10012088 nömrəli sayğacın 20951 m³ göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İstehlakçının qaz hesabında olan qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranan 1555.20 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən mənzilində istismarda olan qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı yaşadığı ünvanında "Azəriqaz” İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı, xx.xx.2025-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Qeyd edirik ki, qanunsuz birləşmə küçədən keçən daşıyıcı qaz xəttinin həyətin giriş qapısının qarşısında olan hissəsdə beton döşəmənin daxilində bərkidildiyindən və bütün həyət boyu yeraltı çəkildiyindən onun kənardan müşahidə edilməsi qeyri mümkündür. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2025-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz cihazlarından Kombi-28KV su qızdırıcının maksimal saatlıq qaz sərfinin 3 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2025-ci il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 12960 m³ (və ya 1555.20 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. 3) İnzibati tənbeh barədə: Bundan əlavə araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası. Energetika Nazirliyinin Enerji X1 təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Qəribov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2025-ci il tarixli MN0358514 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2025-ci il tarixli MN1276321 nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, İddiaçı xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı **********04000 nömrəli abonent kodu üzrə yaşayış sahəsinə baxış keçirilmiş və “Abonentin mənzilinə gedən qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni mənzilə qaz çəkildiyi aşkar olundu” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********04000 saylı abonent koduna xx.xx.2025-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 12960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, Ağdaş MQKS, Qəbələ, 031 B.Pirəlli kəndi.–0000-4000 ünvanı üzrə İddiaçı məxsus **********04000 saylı abonent hesabına 06/2025-ci il tarixə 1555.20 manat borc hesablanmışdır. 05/2025-ci il tarixə ayın sonuna borc 117.51 manat təşkil edir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən fərdi yaşyış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 1555.20 manat məbləğində ziyan vurmuşdur. Nəticədə İddiaçı tərəfindən İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi haqqında **********46 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 36.70 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ağdaş MQKS, Qəbələ, 031 B.Pirəlli kəndi.–0000-4000 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********04000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “Abonentin mənzilinə gedən qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni mənzilə qaz çəkildiyi aşkar olundu” əsası ilə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********04000 saylı abonent hesabına 06/2025 tarixi üzrə 1555.20 manat borc hesablanmış, iddiaçı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 1555.20 manat məbləğində ziyan vurmuş, onun barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçı abonent koduna yazılmış 1555.20 manat cərimə məbləğinin yenidən hesablanaraq azaldılmasını, cavabdeh sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 1555.20 manat, cəmi 1667.71 manat əsas borcun iddiaçıdan tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna hesablanmış borcun azaldılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, bu zaman iddiaçının istifadə etdiyi qaz cihazları (4 gözlü qaz piltələri və otaqları qızdırmaq üçün AQV-80 markalı su qızdırıcı), iddiaçının təbii qazdan qanunsuz istifadədə təqsirli olması, Azəriqaz” İB tərəfindən istehlakçının aktın tərtib edildiyi tarixdən əvvəlki on iki aylıq müddət ərzində qanunsuz qoşulmasına dair hər hansı sübut təqdim etməməsi, ilin mövsümü (qış ayları) olması nəzərə alınaraq, iddiaçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövr ərzində istifadə edilmiş qazın dəyəri, aktın tərtib edildiyi tarixdən əvvəlki 3 aylıq müddət üçün hesablanmalıdır. Belə olan halda, istehlakçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövrdə istifadə edilmiş qazın dəyəri 388,8 (1555,2/12*3) manat kimi müəyyən edilməlidir. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, hesablanmış 1555.20 manat borcdan 1166,4 (1555.20 – 388,8 = 1166,4) manat borc silinməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 388,8 manat olmaqla, cəmi 501,31 manat borc iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda qaz paylayıcısı qazın verilməsini dayandırır. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********04000 saylı abonent koduna hesablanmış 1166,4 manat məbləğində borc silinməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 388,8 manat, cəmi 501,31 manat əsas borc İddiaçı alınaraq Cavabdehnə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********04000 saylı abonent koduna hesablanmış 1166 (min yüz altmış altı) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 388,8 manat, cəmi 501 (beş yüz bir) manat 31 (otuz bir) qəpik borc İddiaçı alınaraq Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh İB-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6601/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6601/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver