Məhkəmə qərarları › İş №e-2(011)-6614/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6614/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6614/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X9 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının inkişafı və istismarı birliyinin 10 sentyabr 1992-ci il tarixli 1374 saylı qərarına əsasən atası X7 Bakı şəhəri X24 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılması barədə, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndindəki qrafanın X10 oxunulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X8 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli 1374 saylı qərarının hissəvi olaraq X7 aid olmasına dair hüquqi əhəmiyyətli faktın tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili F.Z.Əkbərzadə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərüfatının inkişafı və istismarı birliyinin 10 sentyabr 1992-ci il tarixli 1374 saylı qərarına əsasən ərizəçinin atası X7 Bakı şəhəri X24 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılmışdır. Həmin tarixdən bağ sahəsi bizim sahibliyimizdə olmuş, lakin, mülkiyyət hüquqlarımız rəsmi qeydə alınmamışdır. Ərizəçinin atası X10 xx.xx.2012-ci ildə Beyin İnsultu səbəbindən ölmüş, bundan sonra rəsmiləşmə daha da yubanmışdır. Yalnız 2021-ci il tarixdə onlar qeyd olunan sahənin özəlləşdirilməsi üçün notariat orqanına müraciət edərək ərizəçinin atasına məxsus əmlaklar üzərində ərizəçinin anası X2 vərəsəliyini tanınmasını xahiş etmişlər, hazırki iddia ərizəsinə əlavə edilən nikah haqqında şəhadətnamədən də görünür ki, ərizəçinin valideyinləri arasında nikah xx.xx.1971-ci il tarixdə rəsmiləşdirilmiş həmin nikahdan xx.xx.1972-ci il təvəllüdlü X14 və xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi anadan olmuşdur. Bundan əlavə ərizəyə əlavə edilən Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli X-1098 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsinə reyesterdən çıxarışın verilməsi xahiş olunmuşdur. Ərizəçinin anası X4 01 dekabr 2021-ci il tarixdə “COVİD 19” səbəbindən ölmüş, bu barədə ölüm haqqında AKT qeydləri kitabında xx.xx.2021-ci il tarixli 1803 nömrəli qeyd edilmişdir. Halhazırda ərizəçinin valideyinlərindən miras qalan əmlaklar üzərində onun vərəsəlik hüququları tanınmışdır. Məhz bu səbəblə ərizəçi rəsmiləşmə işlərini apararkən sənədlər arasında Bakı şəhər İcra Hakimiyyəti Aparatının xx.xx.2021-ci il tarixli C-136-112 nömrəli arxiv arayışı ilə tanış olan zaman ona məlum olmuşdur ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndində ərizəçinin atası adı səhv qeyd olunmuşdur. Ərizəyə əlavə edilən həmin sənədə nəzər saldıqda orada ərizəçinin atası adının “X15” yazıldığı görünür. Məhz bu səbəbdən qeyd olunan torpaq sahəsi üzərində ərizəçinin atasının mülkiyyət hüquqlarının qeydə alınması baş tutmamış, Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi idarəsi ərizəçidən sənədləri qəbul etməmişdir. Ərizəçi həmin düzəlişin həyata keçirilməsi üçün maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərkən, Bakı ŞİH xx.xx.2023-cü il tarixli 3-52/2-Ə-211- 112/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər arxiv məlumatları əsasında tərtib edilmişdir. Maraqlı şəxsin məktubundan məlum olur ki, arxiv məlumatları düzgün tərtib edilmədiyindən, qeyd edilən düzəlişin də aparılması mümkün deyildir. Bu səbəbdəndə ərizəçi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında tanınması qərarına gəlmişdir. İşin faktiki hallarından və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki faktın başqa cür təsdiqlənməsi mümkün olmamışdır, həmçinin qeyd etdiklərimizi sübut edəcək şahidlər də var və onlar məhkəmə iclasında şahidlik edə bilər. Sonda F.Z.Ələkbərzadə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslərə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1982-ci il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi ilə Şüvəlanda qonşudur, ərizəçini və atası Həmidağanı bağdan tanıyır, ərizəçi və onun ailə üzvləri təxminən 1992-1993-cü illərdən orda yaşamışdır, onlar isə bağ sahəsini 2000-ci ilin əvvəlində almışdır, həmin vaxtdan da Çöl Şüvəlandakı bağ sahəsi Həmidağanın olmuş, Həmidağa vəfat etdikdən sonra isə Fuad gəlib-getmişdir. Məhkəmə iclasında xx.xx.1982-ci il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirdi ki, Çöl Şüvəlandakı bağ sahələrindən biri ona məxsusdur, lakin ordakı bağ sahələrindən heç bir küçəyə ad verilməmişdir, Fuad və onun mərhum atası Həmidağanı tanıyır, o, həmin bağ sahəsinə köçdüyü 2008-ci ildən həmin bağ sahəsinin sahibi Həmidağa olmuşdur. İş materiallarında olan 250151 nömrəli Evlənmək haqqında şəhadətnamədən görünür ki, X10 ilə X4 xx.xx.1971-ci il tarixdə nikaha daxil olmuş, evlənmə qeyd edildikdən sonra kişi “Cəfərov”, arvad isə “Cəbrayılova” soyadını götürmüşdür. İş materiallarında olan 278623 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, atası X10, anası X3r. İş materiallarında olan AZ-İ seriyalı 545226 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 236544 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli X- 1098 nömrəli Məktubundan görünür ki, X1 Həmidağa Beytulla oğlunun vərəsəsi kimi tanınmışdır və bununla əlaqədar X24 sahəsində 190 saylı BTK nəznində 0,12 ha torpaq sahəsi olan 21/68 saylı bağa dair reyestrdən çıxarış verilməsi ƏMDX-dən xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 618 nömrəli Arayışından görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixli 2V-100 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən X2 yeganə vərəsəsi kimi tanınmışdır. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş C-136-112 nömrəli xx.xx.2021-ci il tarixli Arxiv arayışından görünür ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndində X12 – Çöl Şüvəlan ərazisindəki 190№-li BTK tərkibində bağ sahəsinin ayrılması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 126 saylı orderdən görünür ki, X7 xx.xx.1992-ci il tarixli 1374 saylı qərara əsasən X24 sahəsində 190 saylı BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023cü il tarixli məktubundan görünür ki, arxiv sənədlərində yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı “təqdim edilən sənədlərin arxiv məlumatları əsasında tərtib edildiyi” qeyd edilib. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən və Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1374 saylı qərarı ilə X7 Çöl Şüvəlan ərazisindəki 190№-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 21/68 saylı bağ sahəsi ayrılmışdır, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndində onun adı X6 qeyd edilmişdir, X10 ilə X15 eyni şəxsdir, ərizəçi X5 oğludur, o, hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Bakı şəhər Soveti İK-nin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR NK-nin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamı əsasında ayrılan torpaq sahələrinin siyahısının 126-cı bəndi X7 aidddir və həmin sənəd əsasında ona 126 saylı order verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamının hissəvi olaraq X7 aid olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamı hissəvi olaraq (sərəncamın 2.126 bəndi üzrə) X7 aid olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1374 saylı sərəncamının hissəvi olaraq (sərəncamın 2.126 bəndi üzrə) X7 aid olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar