Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6726/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh, xx.xx.2023-cü il tarixli Razılaşma Protokoluna əsasən 46900,96 manat, borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2345,04 manat, ümumilikdə 49246 manat borc məbləğinin və tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır: xx.xx.2021-ci il tarixli, PKLMB-0650 nömrəli kredit müqaviləsi – illik 24% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:10102 manat əsas, 4848,96 manat faiz borcu olmaqla,cəmi 14950,96 manat; xx.xx.2021-ci il tarixli, PKLMB- 0652 nömrəli kredit müqaviləsi – illik 16% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:4892 manat əsas, 1565,44 manat faiz borcu olmaqla,cəmi 6457,44 manat; xx.xx.2021-ci il tarixli, PKLMB-0653 nömrəli kredit müqaviləsi – illik 16% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:12274 manat əsas, 3927.68 manat faiz borcu olmaqla,cəmi 16201,68 manat; Üç kredit müqaviləsi üzrə yaranmış borc məbləği 40.356,64 manat, 2024-cü il üzrə əlavə hesablanmış faizlər və xərclərlə birlikdə 6.544,32 manat, ümumilikdə isə 46.900,96 manat təşkil edir. Cavabdeh bu borcu ödəyə bilmədiyindən, hüquqi şəxsin maliyyə vəziyyətinin daha da ağırlaşmasının qarşısını almaq məqsədilə həmin məbləğ "xxxx" ASC-nin direktoru olan mən, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində tam şəkildə ödənilmiş və tərəflər arasında yazılı Razılaşma Protokolu imzalanmışdır. Protokola əsasən, Cavabdeh öz borcunun mənim tərəfimdən ödənildiyini qəbuletmiş və bu məbləği 6 (altı) ay müddətində iddiaçıya geri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, protokolda nəzərdə tutulan icra müddəti bitməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi baş tutmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı ilə aralarında razılaşma olmuş, iddiaçı pulu onun adına özü üçün götürmüş, daha sonra yenidən borcu özü bağlamışdır, lakin formal olaraq sənədlərin arasında görünməsi üçün aralarında razılaşma protokolu tərtib etmişlər, imza tərəfindən icra olunmuşdur, Yasamal ərazisində yeddi ədəd mənzili iddiaçıdan almış, pulu ödəmiş, lakin məznilləri ala bilmədiyinə görə iddiaçını polisə vermişdir, hal-hazırda iddiaçı prinsip apararaq, məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 54 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 46900,96 manat ümumi borc tərəfindən ödənilmədiyi təqdirdə qanun çərçivəsində məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" ASC 2 direktoru İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit borcu öhdəliyi üzrə-razılaşma protokolundan görünür ki, razılaşma ilə xx.xx.2021-ci il tarixli PKLMB-0650 saylı, illik 24%, 24 ay müddətinə verilmiş 10102 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 10102 manat əsas məbləğ və ona hesablanmış 4848.96 manat məbləğində faiz borcu olmaqla, cəmi 14950.96 manat, xx.xx.2021-ci il tarixli PKLMB-0652 saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 4892 manat əsas məbləğ və ona hesablanmış 1565.44 manat məbləğində faiz borcu olmaqla, cəmi 6457.44 manat xx.xx.2021-ci il tarixli PKLMB-0653 saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 12274 manat əsas məbləğ və ona hesablanmış, 3927.68 manat faiz borcu olmaqla, cəmi 16201.68 manat , ümumilikdə 40356.64 manat və əlavə 2024-cü il üzrə 6544.32 manat məbləğində olmaqla, 46900.96 manat olan borcunu maddi vəziyyəti ilə əlaqədar "xxxx" ASC-yə ödəyə bilmədiyindən qeyd edilən 46900.96 manat pul vəsaiti İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı ödəmiş olduğu 46900.96 manat məbləğində olan pul vəsaitini 6 ay ərzində İddiaçı geri ödəyəcəyimi öhdəsinə götürmüşdür. Bu razılaşma 2 nüsxədə tərtib edilir. Nüsxələrdən biri İddiaçı, digəri isə Cavabdeh qalır. Bu razılaşma tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, **********03 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən, 240 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC 2 direktoru İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit borcu öhdəliyi üzrə-razılaşma protokolundan görünür ki, razılaşma ilə xx.xx.2021-ci il tarixli PKLMB-0650 saylı, illik 24%, 24 ay müddətinə verilmiş 10102 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 10102 manat əsas məbləğ və ona hesablanmış 4848.96 manat məbləğində faiz borcu olmaqla, cəmi 14950.96 manat, xx.xx.2021-ci il tarixli PKLMB-0652 saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 4892 manat əsas məbləğ və ona hesablanmış 1565.44 manat məbləğində faiz borcu olmaqla, cəmi 6457.44 manat xx.xx.2021-ci il tarixli PKLMB-0653 saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 12274 manat əsas məbləğ və ona hesablanmış, 3927.68 manat faiz borcu olmaqla, cəmi 16201.68 manat , ümumilikdə 40356.64 manat və əlavə 2024-cü il üzrə 6544.32 manat məbləğində olmaqla, 46900.96 manat olan borcunu maddi vəziyyəti ilə əlaqədar "xxxx" ASC-yə ödəyə bilmədiyindən qeyd edilən 46900.96 manat pul vəsaiti İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh İddiaçı ödəmiş olduğu 46900.96 manat məbləğində olan pul vəsaitini 6 ay ərzində İddiaçı geri ödəyəcəyini öhdəsinə götürür. Bu razılaşma 2 nüsxədə tərtib edilir. Nüsxələrdən biri İddiaçı, digəri isə Cavabdeh qalır. Bu razılaşma tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında razılaşma olmuş Cavabdeh "xxxx" ASC-yə olan borcu İddiaçı tərəfindən ödənilmiş, Cavabdeh 46900.96 manat məbləğində olan pul vəsaitini 6 ay ərzində İddiaçı geri ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin razılaşma protokolundakı imza cavabdeh tərəfindən icra olunmuşdur, bu hal məhkəmə iclasında cavabdeh tərəfindən də təsdiq edilir. Lakin cavabdeh tərəf razılaşma protokolunu imzalasa da, pulu almadığını, yaxın münasibətləri olduğu üçün formal sənəd lazım olduğuna görə kömək məqsədi ilə etdiyini bildirsə də, məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2345,04 manat pul vəsaitinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, tərəflər arasında razılaşmadan görünür ki, 6 ay müddətində borcun geri qaytarılacağı qeyd olunsa da, cavabdeh razılaşmaya əməl etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan pul götürmüş və 46900,96 manat borcu qaytarmamaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Razılaşma Protokoluna əsasən 46.900,96 (qırx altı min doqquz yüz manat, doxsan altı qəpik) manat, borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2.345,04 (iki min üç yüz qırx beş manat, dörd qəpik) manat olmaqla, ümumilikdə 49.246 (qırx doqquz min iki yüz qırx altı) manat borc məbləği və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6726/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6726/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver