Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6776/2023 12.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürlümə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 27 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır və uzun müddət həmin ünvanda yaşamışdır. Lakin son zamanlar cavabdehlər – iddiaçının həmin ünvanda yaşamağına icazə vermir. Halbuki həmin ev iddiaçının atası – X5 evidir və orderlə iddiaçının atasına verilib. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçının atası vəfat edib, Bakı şəhəri, Xətai rayonu 18 saylı notariat ofisində vərəsəlik işi açılmış və iddiaçı atası – X5 vərəsəsi kimi tanınmışdır. Bu barədə iddiaçıya Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə də verilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi ******* №-li“yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışından da görünür ki, iddiaçı atasından qalan ünvan 1 ünvanına qeydiyyatdadır. Həmin ünvanın atasından qalmasına, iddiaçının atasının vərəsəsi olmağına və həmin ünvana qeydiyyatda olmağına baxmayaraq cavabdehlər – qanunsuz olaraq iddiaçını həmin ünvanda yaşamağına maneə yaradırlar və evə daxil olmağına imkan vermirlər.
İddiaçının tələbi:
2. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı və onun övladları - xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehlərin etirazı:
4. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə öz izahatında qeyd etmişdir ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada, həm şifahi, həm də yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər. Bütün lazımi sənədlər mülki iş materiallarına əlavə edilmiş, müvafiq qurumlara sorğular ünvanlanmış və cavablar əldə edilmişdir. İddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması ona verilmiş çıxarışa əsasən öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan mülki işə baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4040/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı X3 Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən 77/2020 nömrəli vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən ləğv edilərək, X5 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X3 hər birinin 1/3 hissədə irs alması barədə yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-630/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddiaçı X3 apellyasiya şikayəti apellyasiya icraatında qalmış hissədə qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya icraatında qalmış hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və X1 qarşı irəli sürdüyü iddianın apellyasiya icraatında qalmış hissəsi qismən təmin edilmiş, iddiaçının mərhum atası X5 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina № 12-də yerləşən 57 №-li mənzili üzərində 1/2 hissədə payı müəyyən edilmiş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina № 12-də yerləşən 57 №-li mənzilə dair cavabdehlər Cavabdeh1 ilə X2 arasında bağlanmış və Bakı Şəhəri 18 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2020-ci il tarixli, 4Ə-204 reyestr nömrəli “Bağışlama müqaviləsi” qismən, həmin müqavilənin predmeti olan mənzilin mərhum X9 aid 1/2 hissəsinin bağışlanmasına aid hissədə etibarsız hesab edilmiş, iddianın apellyasiya icraatında qalmış qalan hissəsi təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-695/2023 nömrəli Qərarına əsasən iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2604/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsindəki 27 saylı evin 4 nömrəli mənzilinə hüququn X9 məxsus olması haqqında çıxarış və ya arayışın onun varislərinə verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
10. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən, ünvan 4 ünvanında digər şəxslərlə yanaşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçının övladları- xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 da qeydiyyatdadır.
11. AZ-İ 925181 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, 23 fevral 2007-ci il təvəllüdlü X8 atası X10, anası X4r.
12. AZ-İİ 180978 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən, 03 iyun 2008-ci il təvəllüdlü X6 atası X10, anası X4r.
13. Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli Şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDK VƏ RPHŞ-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X9 verilmiş **********01-05101-093007 reyestr nömrəli, ƏXM/720 Çıxış nömrəli Arayışa əsasən ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir.
14. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) adına qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətlərindədir.
15. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) məxsusdur. Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixidir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlikhüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdu. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
19. 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
22. Belə ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehlər xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri olmaqla (§10), Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27 ünvanında yerləşən 4 saylı mənzilin paylı mülkiyyətçiləri kimi tanınmışlar (§15).
23. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı övladlarının mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunaraq mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, mənzilə köçürülməlidir.
24. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. İddiaçı və onun övladları - xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidirlər.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. İddiaçı və onun övladları- xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsünlər.
3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova