Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6811/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCnin 10 iyun 2024-cü il tarixində 31-Ü saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC 10 iyun 2024-cü il tarixində 31-Ü saylı Əmri ilə İddiaçı intizam məsuliyyətinə cəlb etmiş və əsas kimi də əmək funksiyalarının tələb olunan vaxtda yerinə yetirilməməsi, müəssisədaxili intizam qaydalarını pozma və iş yoldaşlarının əmək hüquqlarını pozma səbəbi qeyd edilmişdir. Qəbul edilən əmrin əsasını Azərbaycan Respublikası Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a”,”b”, və “c” bəndləri götürülmüşdür. Qəbul edilən əmr tamamilə əsasız və qanunsuzdur. Belə ki, ilkin olaraq Cavabdeh ASC rəhbərliyi 2024-cü ilin mart ayının sonunda İddiaçı çağıraraq pensiyaya getməsini tələb etmiş və bu səbəbdən ərizə ilə özünün müraciət edilməsi tələb edilmişdir. Lakin İddiaçı bundan imtina etdiyi halda bilərəkdən ona qarşı rəhbərliyin və rəhbərliyə daha yaxın olan əməkdaşların fikri tamamilə dəyişərək açıq-aşkar nə yolla olursa olsun il sonuna kimi bu işdən uzaqlaşdıracaqlarını bildirmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a”,”b”, və “c” bəndlərinin birlikdə tətbiq edilməsi bir başa qanun pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: Əmək qanunvericiliyi açıq aydın şəkildə göstərsədə cavabdeh ASC tərəfindən üç bənd birləşdirərək əsasız əmr qəbul edilmişdir. Cavabdeh iddiaçı barəsində intizam tənbehi verməmişdən qabaq intizam tənbehinin verilməsi qaydalarına əməl edərək işəgötürən işçidən izahatın veriməsini tələb etməlidir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələblərini kobud surətdə pozaraq işçidən izahatın veriməsini tələb etməmişdir. Bundan başqa, Elm və Mədəniyyət şöbəsinin direktoru Nərgiz Cabbarlı xx.xx.2024-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində CavabdehASC-nin Nəşriyyat departamentinin direktoruna təqdimat göndərərək guya iddiaçının işində nöqsanlar olduğunu bildirmişdir. Qeyd edilən nöqsanların hamısı şər-böhtan xarakterlidir. Əgər qeyd edilən nöqsanlar iddiaçıya aid olsa idi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci maddəsinin tələbinə uyğun olaraq 1 ay keçənədək verilməli idi. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcuddur. İddiaçı Cavabdeh ASC-də “yığıcı operator” vəzifəsində çalışır. İddiaçının işlədiyi müəssisənin Elm və mədəniyyət şöbəsinin baş redaktoru Nərgiz Cabbarlı iddiaçı barəsində 03 aprel, 02 may, 07 may və 31 may 2024-cü il tarixlərdə təqdimat vermiş, həmin təqdimatlarda həmin şöbədə bir yığıcı ştatının mövcud olduğunu, həmin vəzifədə İddiaçı işlədiyini, onun işi çatdırmaqda çətinlik çəkdiyini, işə gecikdiyini, bununla bağlı ona şifahi xəbərdarlıq edildiyini, onun şöbədaxili münasibətlərdə gərginlik yaratdığını, səs-küy salmaqla iş prosesini pozduğunu, departamentin direktorunu təhdid etdiyini və bununla bağlı kamera görüntülərinin olduğunu da qeyd etmişdir. İş materiallarından görünür ki, İddiaçı 03 iyun-08 iyun 2024-ci il tarixlərdə bülletendə olmuşdur. Cavabdeh tərəfindən 10 iyun 2024-cü il tarixində 31-Ü saylı əmrin imzalanaraq iddiaçıya intizam tənbehi növündə töhmət verilmişdir. Əmrdə qeyd edilmişdir ki, nəşriyyat departamenti Elm və mədəniyyət şöbəsinin Mətn yığımı üzrə operator vəzifəsində çalışan İddiaçı işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsi, dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozması və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərər almaması, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsi kimi hallar müəyyən edilmişdir. Barəsində yazılmış təqdimatlarla tanış edilən işçi İddiaçı məsələnin mahiyyəti üzrə yazılı izahat vermək təklif edilsə də, o, imtina etmişdir. Göstərilənlərə əsasən işçi İddiaçı əmək funksiyalarını tələb olunan vaxtda yerinə yetirməməsi, müəssisədaxili intizam qaydalarını pozması və iş yoldaşlarının əmək hüquqlarını pozması səbəbindən işçiyə intizam tənbehi növündə töhmət verilmişdir. 10 iyun 2024-cü il tarixdə departamentin direktoru, direktor müavini və şöbə müdiri tərəfindən alt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, iddiaçıya izahatının yazılması təklif edilmiş, lakin sonuncu, izahat yazmaqdan imtina etmiş və imtina ilə bağlı hər hansı səbəb göstərməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3.8-ci maddəsinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186.4-cü maddəsinə görə işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 187.1-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan və dinlənilmiş izahatlardan görünür ki, cavabdeh olan Cavabdeh ASC iddiaçının işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsinə istinad edərək ona töhmət versə də, iddiaçının həmin müəssisədə işçi olaraq görməli olduğu işlərin nədən ibarət olması, görülməli olan işlərin həcmi və buna dair normativlərin olub-olmaması barədə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Cavabdeh sadəcə iddiaçının çalışdığı departamentin gündəlik hesabatına dair sənədləri təqdim etmişdir. Həmin sənədlərdən də görünür ki, iddiaçının görməli olduğu işin gündəlik həcmi həmin şöbədə mətnin yığılması işi ilə məşğul olan digər işçilərin işinin gündəlik həcmi ilə təqribi eynilik təşkil edir. Cavabdehin nümayəndəsi iddiaçının dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozmasını və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almamasını, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsini bildirsə də, iddiaçının müəssisədə hansı hərəkətlərə yol verməsi, bununla da iş ahəngini pozması, işin gedişinə mane olması, onun şöbələr arasında münasibətlərin gərginləşməsinə səbəb olan hansı hərəkətlərə yol verməsi barədə iş materiallarında mötəbər sübut mövcud deyildir. Daha sonra iş materiallarına əlavə edilmiş təqdimatlara və təqdimatlar əsasında əmrdə qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən görünür ki, iddiaçının fəaliyyətində nöqsanların aşkar edildiyi 03 aprel, 02 may, 07 may və 31 may 2024-cü il tarixli təqdimatlarda əksini tapmışdır. Lakin töhmət 10 iyun 2024-cü il tarixdə verilmişdir. Bu hal məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, işəgötürən yalnızca töhmətlə bağlı əmrini gücləndirmək üçün və daha əsaslı olması səbəbindən təqdimatlarda qeyd olunan hallara istinad etmişdir. Eyni zamanda, Cavabdeh ASC iddiaçıdan yazılı izahat təqdim etməsi və iddiaçının da izahat verməkdən imtina etməsi barədə yazılı akt tərtib etsə də, aktda qeyd olunanlar dolayı sübutlarla təsdiq edilmir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı intizam tənbehinin verilməsi haqqında Cavabdeh ASC-nin 10 iyun 2024cü il tarixinli 31-Ü saylı əmri ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də Cavabdeh ASC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı intizam tənbehinin verilməsi haqqında Cavabdeh ASC-nin 10 iyun 2024-cü il tarixinli 31-Ü saylı əmri ləğv edilsin. Cavabdeh ASC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6811/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6811/2024
17.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver