Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6879/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv ediməsi, mənzil üzrə onun mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və Cavabdeh2 mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2524614Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 2 ünvanda yerləşən mənzili 170.000 (yüz yetmiş min) manata satılmışdır. Belə ki, həmin müqavilə bağlanıldığı zamanı iddiaçılar İddiaçı və X3 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı “X2” MMC) qarşı “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, cavabdeh "xxxx" MMC tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3135/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "Capitals Auction” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü -şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apeljyasiya Məhkəmşsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 2 ünvanda yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəticə etibarı ilə reyestr qeydinin də ləğvi üçün əsasdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbi ən əsasda Cavabdeh2 qarşı əsassızdır, çünki Cavabdeh2 vicdanlı alıcıdır və bunu sübut edən bir neçə fakt var. Birincisi məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3 ünvanına dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, qeyd olunan mənzilin alqı-satqı müqaviləsi 08 yanvar 2021-ci il tarixdə bağlanmış, lakin mənzilə dair Cavabdeh2 hüquqları 26 yanvar 2021-ci il tarixli Çıxarışla rəsmləşdirilmişdir. Bu da onu sübut edir ki, əgər Cavabdeh2 yuxarıda qeyd olunan mənzil ilə bağlı mübahisənin olduğunu bilsəydi və iddiaçının qeyd etdiyi kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyd olunan mənzilin mübahisəli olduğu və məhkəmə predmeti olması barədə məlumatlı idilərsə o zaman alqı-satqı müqaviləsi bağlanandan sonra niyə 1 (bir) iş günü ərzində deyil, təxminən 18 (on səkkiz) gündən sonra cavahdeh Cavabdeh2 hüquqları Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3-ə (yeni qaydalarla: AZ 1149 ünvan 3 dair Çıxarışla rəsmləşdirilmişdir? İkincisi, digər Cavabdeh1 məhkəməyə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə dair təqdim etdiyi etirazdan da görünür ki, yuxarıda qeyd olunan mənzilin satılmasına dair cavabdehlər arasında alqı-satqı müqaviləsi 08 yanvar 2021-ci il tarixdə bağlanmış, lakin iddiaçı 08 sentyabr 2021-ci il tarixdə daha dəqiq desək 8 (səkkiz ay) sonra “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu da ona dəlalət edir ki, Cavabdeh2 mənzilin mübahisəli olması barədə məlumatı olmayıb və o, vicdanlı alıcıdır. Eyni zamanda Cavabdeh2 mənzili aldıqdan sonra yüksək məbləğdə pul xərcləməklə evi təmir etdirmişdir və hazırda həmin ünvanda yaşamağa davam edir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə qarşı etiraz təqdim edərək və həmin etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçının iddiası tamamilə əsassızdır, belə ki, iddiaçı iddiasında göstərmişdir ki, “Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, ünvan 4 ünvanında yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır”. İddiaçı barəsində AR CM-in 178.4-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında 1(101)-84/2021 saylı cinayət işi gedərkən tərəfindən ərizə verilərək İddiaçı tərəfindən ona vurulan maddi zərərdən hazırki iddia ilə mübahisələndirilən mənzilin məbləği çıxılmışdır və həmin vaxtı İddiaçı ünvan 4-ün Cavabdeh2 satılmasından 2021-ci il yanvar ayında xəbəri olmuşdur. İddiaçı isə hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən iddiaçının iddia tələbindən də göründüyü kimi, iddiaçı iddiasının maddi hüquqi əsası kimi MM-nin 337.1, 337.2, 337.4, 337.5 və 339.1-ci maddəlinə istinad edərək bağlanılmış alqısatqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərinin mahiyyətindən aydın olur ki, mübahisə edilən əqdin mübahisə edildiyi halda, bağlandığı andan etibarsız olmasını nəzərdə tutur, yəni həmin əqdlər bağlandığı andan etibarlıdır, lakin mübahisə edilərsə, onda digər şərtlərin də mövcudluğu halında bağlandığı andan etibarsız olacaqdır. Bu etibarsızlıq növünün əsas cəhəti, qüsurlu əqdin tam şəkildə etibarsız hala gəlməsi üçün pozulan etibarlılıq şərtilə qorunan tərəfə əqdi mübahisələndirmək hüququnun tanınmasıdır. Mübahisə edilən əqdlərin mübahisələndirilməsi isə kəsici müddətə tabedir və kəsici müddətin keçməsi hüququn özünün xitamı ilə nəticələnir. Məhz ona görə, mülki qanunvericilik "əhəmiyyətsiz əqdin etibarsızlığına" deyil, bu cür əqdin "etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia" ya müddət (iddia müddəti deyil) şamil edir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il müddətində irəli sürülə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsində təsbit edilmiş müddət iddia müddəti deyil, kəsici müddətdir. İddiaçı tərəfindən həmin müddətə əməl edilib-edilməməsini öz təşəbbüsü ilə yoxlamalı olduğu və şərtlər olduğundan, birinci instansiya məhkəməsi müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidir. Bundan başqa iddianın Cavabdeh2 hissəsi də əsassızdır. Cavabdeh2 vicdanlı alıcıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi bağlanan zaman qeyd edilən mənzillə bağlı məhkəmədə heç bir iddia olmamışdır. İddiaçı mübahisəli evlə bağlı xx.xx.2021-ci il tarixdə “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” barədə iddia ilə alqı-satqı müqaviləsi bağlanan zaman yox, alqı-satqı müqaviləsi bağlandıqdan 8 ay sonra məhkəməyə müraciət etmişdir və artıq qeyd edilən hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” iddiası verilən zaman İddiaçı mübahisəli evin satılmasından və Cavabdeh2 vicdanlı alıcı olmasından qeyd edilən tarixdən məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh1 izahatında göstərilən xüsusatları təsdiqləyərək bildirdi ki, hərracın keçirilməsinə səbəb olmuş məhkəmə qətnaməsindən verilmiş şikayət ilə bağlı yekun məhkəmə aktı hələ ki, qəbul edilməyib və Şəmkir rayon Məhkəməsinin qətnaməsini ləğv edən yuxarı instansiya məhkəməsinin qərarı hələ ki, qüvvəyə minməyib. Sonda Vəkil3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3 xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış; Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17/71-289/19 saylı məktubu ilə İddiaçı adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzili "X2" MMC tərəfindən xx.xx.2020-ci il tarixli protokolla hərrac vasitəsilə satılması və hərracın qalib alıcısı tələbkar Cavabdeh1 olması qeyd edilərək, həmin mənzilin hərracın qalib alıcısı Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş olunmuşdur, xx.xx.2020-ci il tarixli, 14 №-li Hərracın yekunları barədə Protokola əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzilin tam dəyəri (rəqəm və sözlə): 160500 (bir yüz altmış min beş yüz) manat, hərracın keçirilməsinə əsas: Bakı şəhəri Şəmkir rayon məhkəməsinin 2(076)- 2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu və qalib (Alıcı) fiziki şəxs: Cavabdeh1 olmuşdur, 538917 saylı Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3 xx.xx.2020ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3-də yerləşən, ümumi sahəsi 162,6 kv. metr olan mənzili Cavabdeh2 170000 (yüz yetmiş min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC (“X2” MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli Protokol ləğv edilmiş və həmin hərracın nəticələri etibarsız hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1210/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3135/2022 saylı Qərarı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını vahid niyyətlə xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-cı maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh1 ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməklə Cavabdeh1 külli miqdarda ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-443/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-117/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməklə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-443/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş cavabdeh İddiaçı 105.000 (bir yüz beş min) manat əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) manat faiz borcu olmaqla, cəmi 124.250 (bir yüz iyirmi dörd min iki yüz əlli) manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia təmin edilməmiş, qətnamə iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2331/2023 saylı Qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)-275/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı, Günel Karaievanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış; Bakı Apellyasiya Məhkəməsinin 16(103)-517/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)-275/2022 nömrəli qərardadından ərizəçi İddiaçı verdiyi şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil (Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3 Şəmkir rayon məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx- 153021/2019-9 saylı sifariş məktubu əsasında keçirilmiş xx.xx.2020-ci il tarixli hərrac ilə Cavabdeh1 tərəfindən alınmış və onun adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır, həmin mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və xx.xx.2021-ci il tarixdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır, Cavabdeh2 həmin mənzili aldıqdan sonra təmir etdirmiş və hazırda da orda yaşayır, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsinə əsas olmuş Şəmkir rayon məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, həmin qətnamədən yuxarı instansiya məhkəməsinə verilmiş şikayət üzrə icraat davam etdirilir, iddia tələbi, mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr çıxarışının ləğv edilməsi barədədir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunur ki, Cavabdeh2 mənzili satın aldığı zaman mənzillə bağlı hər hansı bir mübahisənin olduğunu bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Bununla belə, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar baxımından, onun mübahisələndirdiyi müqavilənin etibarlılığı məsələsi araşdırılmalı, həmin faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzil (Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 ünvan 3 xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, bundan sonra xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır, cavabdehlər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır və bu halda iddia tələbinin təmin edilməsi onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin hüququi mövqeyinə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6879/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6879/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver