Məhkəmə qərarları › İş №e-2(011)-6885/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6885/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6885/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11, Cavabdeh12 vəkili-nümayəndəsi Vəkil1, cavabdeh X13 vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh3 vəkili Vəkil5, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh11 Əlisahib oğlunun nümayəndəsi X5, Cavabdeh16 nümayəndəsi X6, cavabdehlər Cavabdeh13, X7, X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X13, Cavabdeh14 və Cavabdeh16 Oqtay qızının iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh13, Cavabdeh8, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X24, Cavabdeh14, Cavabdeh16 Oqtay qızı, Cavabdeh1, Cavabdeh11 Əlisahib oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh17 və X19 qarşı yaşayış sahəsinin boşaldılması və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh13, Cavabdeh8, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X24,X12, Cavabdeh16 Oqtay qızı, Cavabdeh1, Cavabdeh11 Əlisahib oğlu, Cavabdeh2, Cavabdeh3,Cavabdeh9, Cavabdeh10, X14 və X19 qarşı yaşayış sahəsinin boşaldılması və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən ailəvi yataqxanada yaşadıqları mənzillərin boşaldılması və mənzillərdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmiş reyestr nömrəsi **********29-12101 olan texniki pasportdan müəyyən olunmuşdur ki,ünvan 2 ünvanında yerləşən yataqxana əmlak kompleksi kimi QSC–nin balansına verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin balansında olan yataqxanaların istifadəsi üzrə komissiyanın xx.xx.2025–ci il tarixli 13-3/3-3-188//2025 saylı protokolundan müəyyən olunmuşdur ki, İstehsalat Xidmətləri İdarəsinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış şəxslərin yataqxanada yaşamaq üçün ehtiyyaclarının qalıb-qalmaması komissiya tərəfindən ətraflı araşdırılmış və nəticədə ünvan 2 ünvanında yerlşən ailəvi yataqxanada yaşayan cavabdehlərin mənzillərinin geri alınması və cavabdehlərə verilmiş mənzillə təmin olunma qərarlarının qüvvədən düşməsi qərara alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin balansında olan,ünvan 2 ünvanında yerlşən ailəvi yataqxanada yaşayan sakinlərə otaqların boşaldılması haqqında bildirişlər verilməsinə baxmayaraq,hal-hazırki dövrə qədər orada yaşayan sakinlər otaqları boşaltmaqdan imtina edirlər. Qeyd etmək istərdik ki, cavabdehlərdən əksəriyyəti yeni mənzil ilə təmin olunanlar,qalan hissəsi isə işdən azad olunanlar, ev növbəsindən çıxarılanlardan ibarətdir. Bildirişlər verilməsi ilə bağlı müvafiq aklar tərtib olunmuş və qeyd olunan aktlar iddia ərizəsinə əlavə olunur. Cavabdehlərin yaşadıqları mənzilləri boşaltmaması nəticəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin yaşayış yeri ilə təmin olunmağa ehtiyacı olan işçilərinin hüquqları pozulur və nəticə etibarilə iddiaçı tərəfə zərər vurulur. İddia ərizəsinə də ASC-də işləyən əməkdaşlarım yataqxanada mənzillə təmin olunmaları ilə bağlı ərizələrin surətləri əlavə olunmuşdur. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh X8 rəhmətə getdiyini, hazırda isə ünvan 3 ünvanında yerlşən ailəvi yataqxanada onun oğlu Cavabdeh17 zəbt olunmuş otaqda faktiki olaraq daimi yaşaması səbəbindən cavabdeh kimi Cavabdeh17 qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X20 iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 vəkili-nümayəndəsi Vəkil1, cavabdeh X13 vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi X3, Cavabdeh11 Əlisahib oğlunun nümayəndəsi X15, Cavabdeh16 nümayəndəsi X16, cavabdehlər Cavabdeh13, X17, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X24, Cavabdeh14 və Cavabdeh16 Oqtay qızı iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin balansında olan yataqxanaların istifadəsi üzrə komissiyasının xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, cavabdehlər Cavabdeh13, Cavabdeh10, Cavabdeh9, Cavabdeh1, Cavabdeh11 Əli oğlu, Cavabdeh4 Ağabala oğlu, Cavabdeh12, Cavabdeh2 Mehdi oğlu, Cavabdeh6 Xudavedi oğlu, Cavabdeh7, Cavabdeh3li oğlu, Cavabdeh4, X24 - yeni kompleksdən mənzillə təmin olunduqlarından, X21 - əri X9 əmək pozuntusu ilə işdən azad olunduğundan, Cavabdeh17 -anası X14 vəfat etdiyindən, Cavabdeh15 və Cavabdeh16 Oqtay qızı – öz xahişi ilə işdən azad olunduqlarından, onlardan ünvan 1 ünvanındakı yataqxanadakı mənzillərin geri alınması qərara alınmışdr. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh13, Cavabdeh10, Cavabdeh9, Cavabdeh1, Cavabdeh11 Əli oğlu, Cavabdeh4 Ağabala oğlu, Cavabdeh12, Cavabdeh2 Mehdi oğlu, Cavabdeh6 Xudavedi oğlu, Cavabdeh7, Cavabdeh3li oğlu, Cavabdeh4, X24 arasında bağlanmış Pay qoyuluşu haqqında müqavilələrdən görünür ki, onlara kooperativdən təmirli mənzil ayrılmış, mənzillərin dəyərinin müəyyən hissəsi (52-62 faiz hissəsi) İddiaçı QSC tərəfindən ödənilmiş, qalan məbləğin payçılar tərəfindən 10 ildən gec olmayaraq müqavilə ilə nəzərdə tutulmuş qaydada ödənilməsi şərtləşdirilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişlərdən görünür ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən yataqxanadakı mənzilləri boşaltmaları barədə xəbərdar edilmişlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Əmrdən görünür ki, Cavabdeh15 ilə bağlanmış əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X23 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Əmrdən görünür ki, X14 ilə bağlanmış əmək müqaviləsinə işçinin vəfat etməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Əmrdən görünür ki, Cavabdeh16 ilə bağlanmış əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Əmrdən görünür ki, X9 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehlər müxtəlif vaxtlarda İddiaçı Qapalı Səhmdar Cəmiyyətində işə qəbul olunmaqla əmək münasibətlərinə daxil olmuş və Cəmiyyətin balansında olan yataqxanada yaşayış sahəsi ilə təmin olunmuş şəxslərdir (həmin şəxslərin ailə üzvləri). Həm xx.xx.2009-cu il tarixədək qüvvədə olan, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin müəssisə tərəfindən yataqxanada yaşayış sahəsi ilə təmin edilməsinin məqsədi onun həmin müəssisədə işlədiyi, xidmət keçdiyi və ya təhsil aldığı müddət ərzində yaşaması üçün yaşayış sahəsinə olan ehtiyacının ödənilməsidir. Hazırki halda, cavabdehlərə iddiaçının balansında olan yataqxanada mənzillər verilməsinin təyinatı da onların İddiaçı QSC ilə əmək münasibətlərində olduqları müddətdə yaşayış sahəsinə olan ehtiyaclarının təmin edilməsi olmuşdur. Hazırda iddiaçı 17 nəfər cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqla onların iddiaçının balansında olan yataqxanadakı mənzillərdən çıxarılmasını tələb etmişdir. Həmin cavabdehlərdən 13 nəfərə - Cavabdeh13, Cavabdeh10, Cavabdeh9, Cavabdeh1, Cavabdeh11 Əli oğlu, Cavabdeh4 Ağabala oğlu, Cavabdeh12, Cavabdeh2 Mehdi oğlu, Cavabdeh6 Xudavedi oğlu, Cavabdeh7, Cavabdeh3li oğlu, Cavabdeh4, X18 münasibətdə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin şəxslərin yaşayış sahəsinə olan ehtiyacı təmin edilmişdir. Digər 4 nəfər cavabdehə qarşı isə iddia tələbi Cəmiyyətlə həmin cavabdehlər (və ya ailə üzvləri) arasında əmək münasibətlərinə son verilməsinə əsaslanmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh13, Cavabdeh10, Cavabdeh9, Cavabdeh1, Cavabdeh11 Əli oğlu, Cavabdeh4 Ağabala oğlu, Cavabdeh12, Cavabdeh2 Mehdi oğlu, Cavabdeh6 Xudavedi oğlu, Cavabdeh7, Cavabdeh3li oğlu, Cavabdeh4, X24 arasında bağlanmış Pay qoyuluşu haqqında müqavilələrdən görünür ki, onlara kooperativdən təmirli mənzil ayrılmış, mənzillərin dəyərinin müəyyən hissəsi (52-62 faiz hissəsi) İddiaçı QSC tərəfindən ödənilmiş, qalan məbləğin payçılar tərəfindən 10 ildən gec olmayaraq müqavilə ilə nəzərdə tutulmuş qaydada ödənilməsi şərtləşdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər onlara mənzil ayrıldığını, mənzillərin açarlarının təqdim edildiyini və həmin mənzillərə köçüb yaşamaq üçün hər hansı maneənin olmadığını təsdiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi, müəssisədə işləyən şəxslərə həmin müəssisənin balansında olan yataqxanada mənzil verilməsinin məqsədi yaşayış sahəsi olmayan işçilərin yaşayış sahəsinə olan ehtiyacının qarşılanması olmuşdur. Odur ki, "xxxx" Mənzil- Tikinti Kooperativində mənzil verilmiş 13 nəfər cavabdehin yaşayış sahəsinə olan ehtiyacı ödənildiyindən, həmin şəxslərə yataqxanada mənzil verilməsi əsası aradan qalxmışdır və onların yataqxanadan çıxarılması tələbi əsaslıdır. Mənzil almış cavabdehlərin iddiaya etirazının əsas dəlili odur ki, həmin mənzillərin təxminən yarı dəyəri onların özləri tərəfindən ödənilir və bankla bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq bundan sonra da bir müddət onlar tərəfindən ödənişlər həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, bu hal cavabdehlərin hazırda mənzilə olan ehtiyaclarının ödənilməsi faktını aradan qaldırmır. Yaşayış sahəsi ilə təmin edilmiş şəxslərin yataqxanadan istifadə etmələrinin davam etməsi, müəssisədə işləyən və mənzili olmayan şəxslərin yataqxanada mənzillə təmin edilməsini mümkünsüz edər ki, bu da yataqxanaların qanunvericiliklə müəyyən edilmiş təyinatına ziddir. Digər 4 nəfər cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməlidir. Belə ki, Cavabdeh16 Oqtay qızı və Cavabdeh15 öz xahişi ilə, Cavabdeh14 (onun istifadə hüququ ailə üzvü kimi ərinin Cəmiyyətlə əmək münasibətlərində olmasından yaranmışdır) əri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cəmiyyətlə aralarında olan əmək münasibətlərinə son verildiyi nəzərə alındığında, iddiaçı yuxarıda qeyd edilən Mənzil Məcəllələrinin tələblərinə əsasən həmin şəxslərin də yataqxanadakı mənzillərdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh15 orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə 3-cü qrup müharibə əlilidir, Mənzil Məcəlləsində isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların yataqxanalardakı yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməməsi müəyyən edilmişdir, bu səbəbdən cavabdeh həmin şəxslər kateqoriyasına daxil deyil. Cavabdeh17 münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxs Cəmiyyətin işçisi deyil, onun yataqxanadakı mənzildən istifadə hüququ ailə üzvünün İddiaçı QSC ilə əmək münasibətlərində olmasına əsaslanmışdır. Cavabdehin anası İddiaçı QSC-nin işçisi olduğu üçün ona Cəmiyyətin balansında olan yataqxanada mənzil verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdən görünür ki, X14 ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə işçinin vəfat etməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Odur ki, Cavabdeh17 yataqxanadan istifadə hüququnun əsası aradan qalxdığından iddiaçı həmin cavabdehin də çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvlərinin yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməməsinin təsbit edildiyi Mənzil Məcəlləsinin 102.2.3-cü maddəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, həmin maddə ölmüş işçinin ailə üzvlərinə özlərini yaşayış sahəsi ilə təmin etməyə vaxt və şərait yaratmadan işçi öldükdən dərhal sonra mənzildən çıxarılmalarının qarşısını almaq məqsədi daşıyır. Hazırki halda isə, işçi 2016-cı il tarixdə vəfat etmiş və onun ölümündən 10 il müddət keçmişdir, həmin müddətdə işçinin ailə üzvləri onların yataqxanadan istifadə hüquqlarının əsasının aradan qalxdığını bilmiş və özlərini yaşayış sahəsi ilə təmin etmək üçün kifayət qədər zamana malik olmuşdur. Məhkəmə hesab edir ki, əks yanaşma yataqxanalardakı mənzillərin vəfat etmiş içilərin ailə üzvləri tərəfindən tutulmasına gətirib çıxarar. Bu hal yuxarıda qeyd edildiyi kimi müəssisədə işləyən və mənzili olmayan şəxslərin yataqxanada mənzillə təmin edilməsini mümkünsüz edər ki, bu yataqxanaların qanunvericiliklə müəyyən edilmiş təyinatına ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia bütün cavabdehlərə münasibətdə təmin edilməli, cavabdehlər iddiaçının balansında olan yataqxanadakı mənzillərdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh13, Cavabdeh10, Cavabdeh9, Cavabdeh1, Cavabdeh11 Əlisahib oğlu, Cavabdeh8, Cavabdeh12, Cavabdeh2 Mehdi oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3li oğlu, Cavabdeh4, X24, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15, Cavabdeh16 Oqtay qızı İddiaçı QSC-nin balansında olan ünvan 3 ünvanında yerləşən ailəvi yataqxanada yaşadıqları mənzillərdən çıxarılsın, mənzillər cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar