Məhkəmə qərarları › İş №e-2(011)-7047/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7047/2025

12.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7047/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçilər İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı6 və onların vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 maraqlı şəxslər X8 və Maraqlı şəxs1 olmaqla, mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyən edilməsi faktı tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ataları (babaları) X1 miras qalmış əmlakı – Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2031 saylı 0.12 ha bağ sahəsini faktik sahibliyi həyata keçirməklə onların qəbul etmələri faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2031 saylı 0.12 ha bağ sahəsi daşınmaz əmlakın **********52 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə atamız (babamız) X3 mülkiyyətindədir və ona bu barədə Çıxarış verilmişdir. Atamız (babamız) X6 xx.xx.2017-ci ildə ölmüşdür və bu barədə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2017-ci il avqust ayının 24 günündə 1210 № ilə qeyd edilmişdir. Anamız (nənəmiz) X5 xx.xx.2025-ci ildə ölmüşdür və bu barədə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqındaakt qeydləri kitabında 2025-ci il aprel ayının 01 günündə 222 № ilə qeyd edilmişdir. Qardaşımız (atamız) X7 xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqındaakt qeydləri kitabında2023-cü il sentyabr ayının 01 günündə 610 № ilə qeyd edilmişdir. Müvafiq müraciətimizə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 04 noyabr 2024-cü il tarixli 2234 №-li məktubu ilə bizə bildirilmişdir ki,“Sizin xx.xx.2017-ci il tarixdə vəfat elmiş mərhum X3 vərəsəlik işi ilə əlaqədar, xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı “Asaıı xidmət" mərkəzinin notariat ofisinə ünvanlanmış müraciətinizə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, mirasın qəbulu üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ölürdüyünüz üçün Sizə onun qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Odur ki, aidiyyəti olaraq, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Sonda, Nümayəndə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağlarında yerləşən ümumi sahəsi 0.12 ha olan bağ sahəsi X3 tam paylı mülkiyyətindədir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 və X2 nikahı haqqında xx.xx.2015-ci il tarixdə 484 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1210 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 222 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 göndərilmiş xx.xx.2024-cü il tarixli 2234 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsəlik işi ilə əlaqədar, xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı "Asan xidmət" mərkəzinin notariat ofisinə ünvanlanmış müraciətinizə baxılmışdır Müraciətinizə cavab cavab olaraq bildiririk ki, mirasın qəbulu üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürdüyünüz üçün Sizə onun qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Odur ki, aidiyyəti olaraq, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: 1. Arvadı: X5 (xx.xx.1947) (Ölüm tarixi xx.xx.2025) 2. Oğlu İddiaçı3 (xx.xx.1972) 3. Oğlu: X7 (xx.xx.1973) (Ölüm tarixi xx.xx.2023) 4. Qızı: İddiaçı2 (xx.xx.1975) 5. Oğlu: İddiaçı4 (xx.xx.1983) 6. Qızı: İddiaçı1 (xx.xx.1985) Məhkəmə tərəfindən mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağlarında yerləşən ümumi sahəsi 0.12 ha olan bağ sahəsi mərhum X3 tam mülkiyyətindədir, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür, ərizəçilər İddiaçı3 və İddiaçı4 mərhumun oğlu, İddiaçı1 və İddiaçı2 mərhumun qızı, İddiaçı5 və İddiaçı6 mərhumun nəvələri olmaqla onun vərəsələridir, ərizəçilər X4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yerləşən bağ sahəsini miras əmlakı kimi X3 ölümündən dərhal sonra faktiki idarə etməyə başlamış və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2031 saylı 0.12 ha bağ sahəsinin X4 məxsus payı üzrə miras əmlakının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2031 saylı 0.12 ha bağ sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar