Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7139/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Yusif qızı Cavabdeh qarşı – İddiaçı ilə X22 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 36 ünvanında yerləşən 106 saylı mənzili X10 7500 (yeddi min beş yüz) ABŞ dollarına almışdır. X22 bununla bağlı ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. X5 həyat yoldaşı X11 mənzilin satılmasına yazılı qaydada razılıq ərizəsi vermiş və həmin ərizə də notarial qaydada təsdiq olunmuşdur. O, 1997-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edir ki, mənzili alan zaman X22 mənzilə dair sənədlərini ona təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra o, mərhumdan sənədləri tələb etdikdə o, bəhanələr gətirərək sənədləri tapa bilmədiyini demişdir. Daha sonra isə ümumiyyətlə X22 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisəli mənzilin alqı-satqısını notarial qaydada rəsmiləşdirmək üçün notariusa müraciət etdikdə notarius X13 özünün iştirakı olmadan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birlikdə X17 və onun ailə üzvlərini uzun illər axtarsa da, bu heç bir nəticə verməmişdir. Halhazırda da X13 qızı Cavabdeh ona və digər ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğunu bildirərək mənzili tərk etməyini tələb edir. Cavabdeh iddia ərizəsində bildirmişdir ki, guya 1997-ci ildə mərhum atası iddiaçıya mənzili müvəqqəti yaşamaq üçün verib. Daha sonra dəfələrlə iddiaçıya xəbərdarlıq edərək mənzili boşaldıb tərk etməyini istəsədə iddiaçı buna məhəl qoymayaraq mənzildə yaşamağa davam etmişdir. Cavabdeh iddiaçıya zəng edərək iddianı geri götürməyi üçün ona 10000 (on min) manat pul verməyini tələb etmişdir. Daha sonra ona 30000 (otuz min) manat ödəniş etməyini tələb etmişdir. Bu səbəbdən də iddiaçı Cavabdeh qarşı onunla X22 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcnburiyyətində qalmışdır. Tərəflərin izahatları İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatlarında Ramazan Vəliyevin şəxsiyyət vəsiqəsinin olmadığından notarial qaydada əmlakın alqı-satqısının notarial baş tutmadığını, lakin evə dair ödənişlərin iddiaçı tərəfindən edildiyini əsas gətirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, evin İddiaçı satılmadığını, aralarında borc münasibətlərinin olduğu və iddiaçının etdiyi ödənişlərin də məhz həmin borc ilə bağlı olduğunu bildirmişdir. Bundan başqa o, atasının həmin dövr üçün “qırmızı” pasportunun olduğunu və ona etibarnamə verdiyini bildirərək, iddiaçının da həmin etibarnamədən istifadə edərək alqı-satqını həyata keçirmək imkanın olmasına baxmayaraq, bunları etmədiyini bildirmişdir.Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edirəm. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 Təranə Nəsib qızına onun bütün əmlakını idarə etmək, əmlakını almaq, satmaq, bağışlamaq, miras qalmış əmlakı qəbul etmək, ondan imtina etmək, bütün qiymətli kağızları qəbul etmək, müvafiq orqanlardan sənədləri qəbul etmək, poçt göndərişini almaq, cinayət və mülki işlər üzrə onu təmsil etmək, iddianı qəbul etmək, iddiadan imtina etmək, qəbul edilmiş qərarlardan şikayət vermək üçün etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X13 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ramazan Vəliyev və Zümrüd Atayeva tərəfindən imzalanmış əlyazmadan görünür ki, Atayeva Zümrüd tərəfindən Vəliyev Ramazana evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 dollar məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş Zümrüd Atayeva, Zülfiyyə Ərəbova tərəfindən imzalanmış əlyazmadan görünür ki, X1 36, bina 106 da yaşayan X12 evin alqı-satqısına görə xx.xx.1997-ci il tarixdə 90 dollar, xx.xx.1997-ci il tarixdə 110 dollar almışdır. İş materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, Zümrüd Atayeva, Zülfiyyə Ərəbova tərəfindən imzalanmış əlyazmadan görünür ki, X14 evin alqı-satqısı üçün əlavə olaraq X12 xx.xx.1997-ci il tarixdə 1000 dollar, xx.xx.1997-ci il tarixdə 100 dollar götürmüşdür. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X7 xx.xx.1997-ci il tarixli ərizəsindən görünür ki, o, göstərilən ünvanda yerləşən mənzilin satılmasına razıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Xətai rayonu Mənzil Komunnal Təsərrüfat Birliyi 87 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, anası X23, qardaşı X26, bacısı X18 ailəliklə birlikdə 1997-ci ildən halhazıra kimi qeydiyyatsız yaşayır. Mənzilin kirayə haqqlarını özləri ödəyir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5311/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X23, X30 və X15 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş X24, X4, X27 və X16 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X22, X11, Cavabdeh və X19 1997-ci ildən ünvan 4 ünvanında yaşamırlar. Hal-hazırda həmin ünvanda 1997-ci ildən hal-hazıradək X23, X20, X30 və İddiaçı yaşayırlar. İş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə X22 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tərəflər arasında evin alqı-satqısına dair münasibətlər 1997-ci ildə yarandığından köhnə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müddəaları, Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi hissəsində isə hazırda qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, X22 tərəfindən xx.xx.1997-ci ildə İddiaçı 1 il müddətinə etibarnamə vermiş, X23 tərəfindən Ramazan Vəliyevə evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 dollar verilmiş, X12 evin alqı-satqısına görə xx.xx.1997-ci il tarixdə 90 dollar, xx.xx.1997-ci il tarixdə 110 dollar, xx.xx.1997-ci il tarixdə 1000 dollar, xx.xx.1997-ci il tarixdə 100 dollar məbləğindən pul vəsaitini isə Zülfiyyə Ərəbova almışdır. Məhkəmə müqavilənin bağlanmış hesab edilməsinə dair iddia tələbi ilə bağlı bildirir ki, əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. (C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədarAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarı) Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. (Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət olaraq bildirir ki, əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır və şəxsin öz hüquqlarını və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Əvvəlki mülki qanunvericilik iddia müddətləriilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. İddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi. (Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Əvvəlki MM-in 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı evin alqı-satqısına dair mübahisəli hüquq münasibətlərinin 1997-ci ildə yarandığını və iddiaçının da evin alqı-satqısının baş tutmamasından məlumatlı olduğu müəyyən edilmişdir. Məhkəmə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində əvvəlki Mülki Məcəllənin yuxarıda qeyd edilən müvafiq müddəlarını və oxşar münasibətləri tənzimləyən Ə.Ə.Nəsibovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarını, C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarını və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006cı il tarixli qərarını əsas götürərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5311/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X23, X30 və X15 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbinin təmin edilməməsi, həmçinin həmin qətnamədə mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə İddiaçı arasında alqı-satqı barədə əqdin bağlanması, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədinin mövcud olmamasına görə alqı-satqının notarial qaydada təsdiq edilməməsi dəlilinə münasibətə qeyd edir ki, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Buna görə də hazırki mülki iş üzrə onun preyudisial qüvvəsi yoxdur. Bundan başqa 1997-ci il tarixinə mərhum Ramazan Vəliyevin İddiaçı etibarnamə verməsi də, onun tərəfindən notarial əməliyyatların həyata keçirilməsinin mümkün olduğunu göstərərək, Ramazan Vəliyevin alqı-satqı müqaviləsinin həyata keçirilməsindən yayınması kimi qiymətləndirilə bilməz. Məhkəmə iddianın “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi “hissəsində hüquqi qiymət verərək, qeyd edir ki, iddia alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində yuxarıda adıçəkilən aktlara görə təmin edilmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı tərəf vərəsəlik şəhadətnaməsinin etibarsızılığı və çıxarışın ləğv edilməsinin əsası kimi onunla daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasını qeyd etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Yusif qızı Cavabdeh qarşı – İddiaçı ilə X22 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7139/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7139/2023
17.11.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver