Məhkəmə qərarları › İş №e-2(011)-716/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-716/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-716/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X15 İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama, alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilələrin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə-1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın ləğv edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında mülki iş üzrə Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə-1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinın etibarsız hesab edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 470 (dörd yüz yetmiş) manat dövlət rüsumunun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh4 ilə İddiaçı rəsmi nikahda olmuşlar, məhkəmə qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuşdur, daha sonra iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ- 5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh4 ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və İmanov Əyyub Muğbil oğlunun arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020ci il tarixli, 52 saylı, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh İmanov Əyyub Muğbil oğlunun adına Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylımənzilin, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **- OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixlialqı-satqımüqaviləsinin etibarsız hesab edilməsi,“Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh4 və 1/2 hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X4, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh4 aid edilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev). Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh4 və X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş,“Mersedes Benz E220 CDİ” markalı, 99-OD790 dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 1/2 hissəsi, yəni 20000 (iyirmi min) manatın ilkin iddia üzrə Cavabdeh4 alınaraq ilkin iddia üzrə iddiaçı X3 xeyrinə tutulması, cavabdeh İmanov Əyyub Muğbil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2662/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir, icra sənədinin icrası zamanı iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmış Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin Cavabdeh4 tərəfindən xx.xx.2022ci il tarixli 4Ə-1847 saylı bağışlama müqaviləsi əsasında Cavabdeh5 bağışlandığı, daha sonra isə mənzilin Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2099 saylı alqı-satqı müqaviləsi əsasında sonuncuya satıldığı aydın olmuşdur, iş üzrə sonuncu məhkəmə qərarının xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə və cavabdehlərdən Cavabdeh4 əmlaklara ½ hissədə iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə məlumatı olmasına baxmayaraq o, əmlakı əldən çıxartmaq üçün mənzili həyat yoldaşı olan, cavabdehlərdən Cavabdeh5 bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, özünə mənzil almaq istəmişdir, müxtəlif ev satışına aid saytlardan ev axtarmağa başlamış, “Bina.az” saytında mübahisəli mənzil qarşısına çıxmışdır, elandakı şərtlər onu qane etdiyi üçün orada qeyd edilmiş nömrə ilə əlaqə saxlamışdır, bir neçə gündən sonra mənzilə baxmış, mənzil xoşuna gəlmişdir, qiymətdə də razılığa gələrək həmin mənzili 53 saylı notariusda 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında 141716 manata satın almışdır, mənzilin mülkiyyətçisi Cavabdeh5 adlı xanım olmuşdur, alqı-satqıdan sonra mənzil ona təhvil verilmişdir, ona mülkiyyət hüququ ilə bağlı dövlət reyestrindən çıxarış da verilmişdir, mənzili alan zaman, nə notariatda olan zaman, nə də alqı-satqıdan sonra mənzilə dair çıxarış aldıqdan sonra mənzilin yüklü olması və ya özgəninkiləşdirilməsinə dair hər hansı qadağa olmamışdır, mənzili alanda kifayət qədər çox pul ödəmişdir, əgər belə bir problem olsa idi, bunu bilsə idi, əlbəttə ki mənzili almaqdan imtina edərdi, mənzili həmin zaman real qiymətinə uyğun satın almışdır, özü vicdanlı alıcıdır, özü ilə Cavabdeh5 arasında bağlanmış olan müqavilə üzrə hər iki tərəf öhdəliyini yerinə yetirmişdir, mənzil ona təhvil verilmiş, o da mənzilin pulunu ödəyərək təhvil almışdır, mənzil hazırda reyestrdən verilmiş çıxarışa əsasən da öz mülkiyyətindədir. Sonda Cavabdeh3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 cavabdehin izahatına uyğun izahat verərək bildirdi ki, alqı-satqı zamanı bütün sənədlər elektron sistemdə olur, bu mənzili alan zaman, nə notariatda olan zaman, nə də alqısatqıdan sonra mənzilə dair çıxarış aldıqdan sonra mənzilin yüklü olması və ya özgəninkiləşdirilməsinə dair hər hansı qadağa olmamışdır, Cavabdeh3 mənzilin pulunu ödəmiş, onu almışdır, vicdanlı alıcıdır, ona dövlət reyestrindən bu barədə çıxarış da verilmişdir. Sonda Vəkil3 qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırda Cavabdeh4 və Cavabdeh5 bir yerdə yaşamırlar, onların nikahları pozulmuşdur. Sonda Vəkil2 qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 106,3 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 259/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh4 arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri “Səadət” Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2469 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 anaları X3 yanında qalması müəyyən edilməsi, Cavabdeh4 xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasına 24 iyul 2020-ci il tarixdən başlanılması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2662/2022 saylı Qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh4 ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və İmanov Əyyub Muğbil oğlunun arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh İmanov Əyyub Muğbil oğlunun adına Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **- OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh4 və 1/2 hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X4, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh4 aid edilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev). İşin hallarından görünür ki, iddiaçı X7 cavabdeh X9 ilə xx.xx.2004-cü il tarixində rəsmi nikaha daxil olublar. Onların bu nikahdan xx.xx.2005-ci il təvəllüdlü İmanova Aygün və xx.xx.2007-ci il təvəllüdlü İmanov Məhəmmədəli adlı 2 uşağı var, tərəflərin ailə münasibətləri pozulub. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh4 və X13 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobilə dair cavabdehlər Cavabdeh4 və X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 1/2 hissəsi, yəni 20000 (iyirmi min) manatın ilkin iddia üzrə Cavabdeh4 alınaraq ilkin iddia üzrə iddiaçı X3 xeyrinə tutulması, cavabdeh İmanov Əyyub Muğbil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2662/2022 saylı Qərarı ilə cavabdeh İmanov Əyyub Muğbil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil sonuncunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 106,3 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh5 adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı Cavabdeh5 və alıcı Cavabdeh3 arasında bağlanmış 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 106,3 kv/m olan mənzil tam mülkiyyət üzrə sonuncuya 141716,75 manat məbləğə satılmışdır. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 141716,75 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 106,30 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC və Cavabdeh3 arasında 01 noyabr 2022ci il tarixdə İlqar Zülfüqarov küçəsi ev 17, mənzil 35 ünvanı üzrə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanmışdır. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli **********79 saylı məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən 35 saylı mənzil X10 tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-1847 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İmanpva Abasət qızının adına özgəninkiləşdirilmişdir. Sonradan mənzil Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Qeyd olunan səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-11289/2021 saylı icra vərəqəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan “X11” MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli ACG 01-17/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022ci il tarixinə bazar dəyəri 168000 manat, 2023-cü il tarixə bazar dəyəri 188000 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 06 fevral 2023-cü il tarixıi 02-22/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022-ci il tarixinə bazar dəyəri 165000 manat, 2023-cü il tarixə bazar dəyəri 190000 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, X6 tərəfindən 470 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh4 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan iki uşaqları vardır, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-259/2021 saylı qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur, mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı (yeni qaydalarla: ünvan 2 mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzilin üzərində 1/2 hissədə iddiaçı X3 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2662/2022 saylı Qərarı ilə həmin hissədə qüvvədə saxlanmışdır, Cavabdeh4 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli mənzili arvadı - Cavabdeh5 bağışlamış, sonuncu xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən mənzili Cavabdeh3 141716,75 manat məbləğinə satmışdır, mənzil xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla belə, mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən Cavabdeh3 adına rəsmi dövlət reyestrində qeydə alınmış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır və belə olan halda müqavilələrin ləğv edilməsi vicdanlı alıcı Cavabdeh3 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, birgə mülkiyyət kimi tanınmış əmlakın özgəninkiləşdirilməsi iddiaçının hüququnun pozulması kimi qəbul edilsə belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçı, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. "X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı” S.İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə- 1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat Kontorunda 4Ə- 1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar