Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-719/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və oğlu X2 ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020ci ildə rəsmi nikah bağlanmış, bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər aralarında müəyyən problemlər olduğu üçün cavabdehin iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında nikahın pozulmasından sonra əmlakın bölüşdürülməsi tələbi üzrə məhkəmə icraatı başlanılmışdır, hazırda Bakı Apellyasiya Məhkəməsində iş üzrə icraat davam edir. Cavabdeh ilə İddiaçı evləndikdən sonra ünvan 1 ünvanında yaşamağa başlamışdırlar. Birgə nikahdan dünyaya gələn X4 həmin evdə böyümüşdür. Hazırda cavabdeh iddiaçının mənzilə girişinə məhdudiyyət qoymuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili Vəkil1 mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində mənzilin nömrəsi 14 olaraq qeyd edilmişdir, lakin tərəflər 114 saylı mənzildə yaşayıblar. 114 saylı mənzilə münasibətdə o bildirmişdir ki, bu kimi iddia tələbinin qanuni əsası yoxdur. Belə ki, tərəflər evləndikdən sonra ünvan 2 ünvanına köçərək yaşamışlar. Həmin evdə tərəflərin övladı dünyaya gəlmişdir və təqribi 1 il sonra iddiaçı evi könüllü tərk edərək öz atasının evinə getmişdir. Daha sonra tərəflərin çoxsaylı məhkəmə çəkişmələri başlamışdır. Həmin evi tərk etdikdən sonra iddiaçı o evdə yaşamamışdır. Tərəflərin nikahı rəsmi olaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7011/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 58 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanması, uşağın saxlanması üçün hər ay 193 manat alimentin Cavabdeh tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən X1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 114 saylı mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 114 saylı mənzili Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 114 saylı mənzili Bakı şəhəri 18 saylı DNK-nın 4Ə- 392 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh məxsusdur və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan onların 2021-ci il təvəllüdlü Yusif adlı övladları anadan olmuş və 2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 14 saylı mənzilə köçürülməsini xahiş etsə də, iş materialları ilə tərəflərin həmin mənzilə istifadə hüquqlarının mövcud olması müəyyən edilmir. İddiaçı mənzilin 14 deyil, 114 olması ilə bağlı iddia tələblərinə hər hansı dəqiqləşdirmə verməmişdir. Məhkəmə hesab edir ki, iddiaya verilmiş tələblər üzrə baxılmalı və mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 14 saylı mənzildə yaşaması, oraya nə vaxtsa köçməsi və ya hər hansı şəkildə həmin mənzilə aidliyi müəyyən edilməmişdir. Cavabdehə məxsus mənzilə köçürülməsi barədə tələblərinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunvericilik normalarına əsasən, iddiaçının tələblərinin hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, nə mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması ilə bağlı sübutları, nə də iddiaçının özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, müəyyən olunur ki, iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçı özü ilə yanaşı azyaşlı övladı – 2021-ci il təvəllüdlü Yusifin də mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürdyündən, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azyaşlı Yusifin yaşayış yeri Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilib. Həmin qətnamə ilə o, anasının, yəni hazırki iş üzrə iddiaçının yanında saxlanılıb. Ona görə də uşağın yaşayış yeri iddiaçının yaşayış yeri sayılır. İddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbləri təmin edilmədiyindən, uşağın köçürülməsinə aid iddia tələbləri də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı iddiaçının X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 31 saylı evin 14 saylı mənzilinə köçürülməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-719/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-719/2024
12.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver