Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7191/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin 29 dekabr 2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m. yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı mənzilə, hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişinə və yaşat fondu tərəfindən verilmiş 10000 manata İddiaçı 1/3 hissə payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, iddiaçı Bakı şəhəri 6 saylı notariat ofisinin 29 dekabr 2020-ci il tarixli 2V-85 və 2V-86 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.9 kv.m, yaşayış sahəsi 17 kv.m. yardımçı sahəsi 12.9 kv.m, 1 otaqlı mənzilə, hərbi qulluqçuların vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişinə və yaşat fondu tərəfindən verilmiş 10000 manata İddiaçı 1/3 hissə payının tanınması məhkəmədən xahiş etsə də, notariat orqanına müraciət etməsi barədə sübutları və ya həmin orqan tərəfindən həmin mübahisə ilə bağlı imtina cavabı almamışdır. Bununla bağlı olaraq ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə, Cavabdeh3 və Cavabdeh1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7191/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7191/2022
02.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver