Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7242/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “əmlak” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, hər iki tərəfə əmlakın istifadəsinə qadağa qoyulması və Ali Məhkəmənin icra vərəqəsində qeyd olunanlara uyğun olaraq daşınan və daşınmaz əmlaklar hərracda satılaraq payçılar arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının 2/5 hissədə, cavabdeh isə Cavabdeh 3/5 hissədə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən 4-otaqlı 503 saylı 163,8 kv.m olan mənzilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylarına mütənasib surətdə bölünməsi; həmçinin «Toyota Camry» markalı ** TR *** dövlət qeydiyyat nişanlı, «VAZ-21214» markalı ** TC *** qeydiyyat nişanlı avtomobillərin, məişət əşyaları olan a) masaüstü qaz-elektrik soba; b) mikrodalğalı soba; c) mebel daxili qaz sobası (duxovka); ç) tualet kasasının (unitaz) açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsaitin aralarında paylarına mütənasib surətdə, yəni ½ hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nigah dövründə, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən yeni tikilən binadan tam ödəniş edərək aldığı, tam təmirili və əşyalı mənzil nikah pozulduqdan sonra 2(102)-1167/2020 saylı iş üzrə xx.xx.2020-ci ildə Ali Məhkəmənin qərarı ilə aralarında böldürdü. Lakin məhkəmə proseslərinə başladığı zaman, mart 2018-ci il tarixindən etibarən, cavabdeh bölgüyə verilmiş mənzilə, öz başına daxil olaraq, qohumları ilə bərabər həmin mənzildə bu günə kimi yaşamağa davam edir, həmçinin iddiaçının mənzilə giriş və çıxışını məhdudlaşdırıb və onun icazəsi olmadan mənzilin ona aid olan 2/5 hissəni tam istismar edərək, təmirə və əşyaların dəyərinə illərdi əsaslı zərər yetirirlər. Qeyd etmək istərdi ki, iddiaçı artıq beş ilə yaxın bir müddətdir ki, Xətai rayonu İcra və probasiya idarəsinə və Bakı baş İcra və probasiya idarələrinə etdiyi çox saylı müraciət və şikayətlərə baxmayaraq hələ də iddiaçının əmlak üzərində olan hüquqları bərpa olunmur, nə də iddiaçı ona aid əmlak payından istifadə edə bilmir. Bütün baş verənləri və etiyaclar içində yaşamağını nəzərə alaraq, məsələni bir daha məhkəmə qaydasında, qanuna müvafiq qaydada həll olunmasına və hüquqlarının bərpa olunmasın da ona köməklik edilməsini məhkəmə orqanlarından xahiş edir. Tərəflərin izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatı təərfindən verilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ” arayışdan görünür ki, tərəflər arasında birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi mübahisəsi ilə bağlı mediasiya sessiyası olmuş, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1167/2020 saylı icra vərəqindən görünür ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi evə münasibətdə payların müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən 4-otaqlı 503 saylı 163,8 kv.m olan mənzil üzərində İddiaçı payı 2/5 və Cavabdeh payı 3/5 hissədə müəyyən edilmiş, qətnamə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən 4- otaqlı 503 saylı 163,8 kv.m olan mənzilə köçürülməsi, «Toyota Camry» markalı ** TR *** dövlət qeydiyyat nişanlı, «VAZ-21214» markalı ** TC *** qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı payının 1/2 hissə və Cavabdeh payının 1/2 hissə müəyyən edilməsi, məişət əşyaları - a) masaüstü qaz-elektrik soba; b) mikrodalğalı soba; c) mebel daxili qaz sobası (duxovka); ç) tualet kasası (unitaz) üzərində İddiaçı payının 1/2 hissə və Cavabdeh payının 1/2 hissə müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 229 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/688 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, blok 15, 5-ci mərtəbə, 503 saylı mənzilin tərəflərin paylarına ( İddiaçı payı 2/5 hissə, Cavabdeh payı 3/5 hissə) uyğun olaraq naturada bölünməsi yakız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüəd yaşayış (yataq) və yardımçı ( Mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat norma qaydaları 2.08.01.89-un 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə tikinti-texniki X1 tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-300/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzilin paylara bölünməsi və hərrac yolu ilə satılması” tələbi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təklif məktubundan görünür ki, İddiaçı ümumi birgə mülkiyyətdə olan əmlaklarda (mənzil, avtomobil və məişət əşyalarında) olan payını dəyəri ödənilməklə Cavabdeh təklif etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, mübahisəli əmlaklar ümumi paylı mülkiyyətdədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmlakda paylar müyyən edilmiş və mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, blok 15, 5-ci mərtəbə, 503 saylı mənzilin real bölgüsü texniki cəhətdən mümkün deyildir. Əmlakların naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında hüquqi mövqe belə olub ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, blok 15, 5-ci mərtəbə, 503 saylı mənzilin tərəflərin paylarına ( İddiaçı payı 2/5 hissə, Cavabdeh payı 3/5 hissə) uyğun olaraq naturada bölünməsi yalnz təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüəd yaşayış (yataq) və yardımçı ( Mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat norma qaydaları 2.08.01.89-un 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə tikinti-texniki X1 tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığından mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə həmçinin mübahisə predmeti olan nəqliyyat vasitəsi və digər məişət əşyalarının daşınar əşya olduğunu nəzərə alaraq hesab edir ki, həmin əşyaların texniki cəhətdən bölünməsinin mümkünlüyü barədə ekspert rəyinin alınmasına ehtiyac yoxdur. Belə ki, həmin əşyaların bölünməsinin mümkün olmadığı hamıya məlumdur. Odur ki, iddia həmin hissədə də təmin edilməli və İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyətində olan ** TR *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı və ** TC *** qeydiyyat nişanlı “VAZ-21214” markalı avtomobillər və məişət əşyaları- masaüstü qaz-elektrik soba, mikrodalğalı soba, mebel daxili qaz sobası, tualet kasası (unitaz) açıq hərracdan satılmalı və ** TR *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı və ** TC *** qeydiyyat nişanlı “VAZ-21214” markalı avtomobillərin və məişət əşyalarının-masaüstü qaz-elektrik sobanın, mikrodalğalı sobanın, mebel daxili qaz sobasının, tualet kasasının (unitazın) satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı 2/5 hissədə, Cavabdeh 3/5 hissədə birgə paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, blok 15, 5-ci mərtəbə, 503 saylı mənzil açıq hərracdan satılsın və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, blok 15, 5-ci mərtəbə, 503 saylı mənzilin satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünsün. İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyətində olan ** TR *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı və ** TC *** qeydiyyat nişanlı “VAZ-21214” markalı avtomobillər və məişət əşyaları- masaüstü qaz-elektrik soba, mikrodalğalı soba, mebel daxili qaz sobası, tualet kasası (unitaz) açıq hərracdan satılsın və ** TR *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı və ** TC *** qeydiyyat nişanlı “VAZ-21214” markalı avtomobillərin və məişət əşyalarının-masaüstü qaz-elektrik sobanın, mikrodalğalı sobanın, mebel daxili qaz sobasının, tualet kasasının (unitazın) satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7242/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7242/2024
17.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver