Məhkəmə qərarları › İş №e-2(011)-7249/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7249/2025

05.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7249/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 30916 (otuz min doqquz yüz on altı) AZN maddi ziyan, 61 AZN mediasiya xərci və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına qədər "xxxx" MMC-də menecer vəzifəsində çalışmış Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini tam və düzgün yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC-nin əmlakına qarşı mənimsəmə əməli törətmiş, bununla da MMC-yə böyük miqdarda maddi zərər vurmuşdur. Bununla əlaqəli, MMC-nin xx.xx.2025-ci il tarixli, 13 saylı əmri ilə təsdiq edilmiş komissiya tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MTK-ya məxsus Əhməd Cəmil 21, 23, 23A, 23B və Zahid Xəlilov 30A küçələrində yerləşən yaşayış və qeyri-yaşayış kompleksində iş icraçısı Samir Həmidov və iş üzrə cavabdeh olan Cavabdeh 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan fəaliyyəti yoxlanılmışdır. Yoxlama zamanı qeyd olunan müddət ərzində sakinlərdən yaşayış sahələrinə və kommunal xidmət göstərilməsinə görə ödəniş qəbzləri yazılmışdır. Həmin müddət ərzində 75 dəstə yəni 8000 (səkkiz min) qəbz təftiş olunmuşdur. Yoxlama zamanı aşkar edilmişdir ki, sakin kommunal xidmətə görə ödəniş edib, mədaxil qəbzi yazılıb, ancaq aylıq hesabata qəbzin №-si və məbləği hesabatda göstərilməyib. Belə hallar olduqca çoxdur. Baxış zamanı aşkarlanan kiçik bir neçə mənzil və zirzəmidə maşın saxlayan sakinlərdən alınan ödənişlərə mədaxil qəbzi yazılıb,amma aylıq hesabatda göstərilməyib. Ödəniş qəbzlərinə əsasən aşkar olunub ki, sakinlər tərəfindən vaxtında ödənişlər edilmişdir. Lakin göstərilən məbləğ hesabata daxil edilməyərək özününkiləşdirilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixində aktlaşdırılmış və komissiyanın üzvləri tərəfindən təsdiqlənmişdir. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mülkiyyətçilərdən kommunal xidmət haqqları yığılsa da, həmin vəsaitlərin hamısı MMC-yə təhvil verilməmiş, hesabata daxil edilməmişdir. Belə ki, 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına qədər olan müddətdə bu cür üsulla ümumilikdə 31647 AZN vəsait cavabdeh tərəfindən mənimsənilmişdir. Qeyd olunan miqdarın 23344 AZN-lik hissəsi xx.xx.2025-ci il tarixli aktla və Cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Həmin izahat ilə Cavabdeh özəməlini etiraf etmiş və tam maddi məsuliyyət daşıdığını bildirmişdir. Lakin həmin akt və izahat tərtib olunduqdan sonra da, sakinlərin şikayətləri və davam edən araşdırmalar nəticəsində əlavə olaraq 7572 AZN vəsaitin mənimsənildiyi də müəyyən edilmişdir. Bununla da, Cavabdeh əməlləri nəticəsində İddiaçı MMC-yə 30916 (otuz min doqquz yüz on altı) AZN maddi ziyan dəymişdir. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator qismində X5 təyin edilmişdir. xx.xx.2025-ci il tarixində 16:00 saatlarında ilkin mediasiya sessiyası keçirilmiş, lakin razılığın əldə olunmasımümkün olmamışdır. Qeyd olunanlar səbəbindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. "xxxx" MMCtərəfindən 61 AZN mediasiya xərci ödənilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞB/6-01605 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış təqdim edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı MMC-nin əmrindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də ofis meneceri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 5 dəstə yəni 8000 qəbz təftiş olunmuşdur. Yoxlanılmış qəbzlərdən say olaraq 2023-cü il üzrə 15 qəbz 654 AZN məbləğində, 2024-cü il üzrə 44 qəbz 2974 AZN məbləğində, 2025-ci il üzrə 31 (otuz bir) qəbz 2581 AZN məbləğində olmaqla, ümumilikdə isə 90 qəbz 6214 AZN məbləğində olmaqla hesabatlarda öz əksini tapmamışdır. Qeyd edilmiş qəbzlərin Əhməd Cəmil 21, 23, 23A, 23B ünvanında yerləşən “Elite City 1” yaşayış kompleksinə düşən hissə 47 qəbz olmaqla 4189 AZN məbləğ, Zahid Xəlilov-30A ünvanında yerləşən “Elite City 2” yaşayış kompleksi üzrə isə 43 qəbz olmaqla 2025 AZN məbləğ təşkil edir. 17 İyul 2025-ci il tarixində iş icraçısı Samir Həmidov, menecer Cavabdeh iştirakı ilə "xxxx" MTK-ə məxsus Əhməd Cəmil 21,23, 23A, 23B yaşayış və qeyri-yaşayış kompleksində 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan müddətdə aparılan üzləşmə sənədlərində sahə mülkiyyətçilərindən göstərilən müddətdə mənzillər və komunal xidmətləri, qarajlar üzrə ödənişlər qəbul edilib, qəbz yazılıb lakin hesaba daxil edilməyib. O cümlədən, mənzillər və kommunal ödənişləri üzrə 16854 AZN məbləğində qəbz yazılıb, ancaq hesabata daxil edilməyib, eləcə də 23 sakinlə görüş keçirərək qarajlara məxsus 6490AZN məbləğində qəbz yazılıb və hesabata daxil edilməyib (cəmi:23344 manat) xx.xx.2025-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13 saylı əmri ilə təsdiq edilmiş komissiya tərəfindən Yasamal rayonunda "xxxx" MTK-ya məxsus Ə.Cəmil 21,23,23A, 23B yaşayış və qeyri-yaşayış kompleksində 2023-cü il yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan müddətdə aparılan yoxlamadan sonra əlavə olaraq aşkar olunub ki, (yanvar 2023-iyul 2025) mənzillər üzrə kommunal xidmətlərə görə ödənişlər qəbul edilib, qəbz yazılıb,lakin hesaba daxil edilməyib. Həmin aktın nəticəsindən görünür ki, dəymiş ziyanın məbləği 4362 manat təşkil edir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13 saylı əmri ilə təsdiq edilmiş komissiya tərəfindən Yasamal rayonunda "xxxx" MTK-ya məxsus Ə.Cəmil 21,23,23A, 23B yaşayış və qeyri-yaşayış kompleksində 2023-cü il yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan müddətdə aparılan yoxlamadan sonra əlavə olaraq aşkar olunub ki, (yanvar 2023-iyul 2025) mənzillər üzrə kommunal xidmətlərə görə ödənişlər qəbul edilib, qəbz yazılıb,lakin hesaba daxil edilməyib.Həmin aktın nəticəsindən görünür ki, dəymiş ziyanın məbləği 3210 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh izahatı alınmışdır. Həmin izahatda cavabdehqeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13 saylı əmri ilə təsdiq olunmuş komissiya tərəfindən Yasamal rayonunda "xxxx" MTK-ya məxsus Əhməd Cəmi 21,22,23A, 23B və Zahid Xəlilov 30A yaşayış və qeyri-yaşayış komplekslərində 2023-cü ilin yanvarın 1-dən 2025-ci il iyulun 1-dək olan müddətdə iş icraçısı Samir Həəmidov və cavabdehin iş fəaliyyəti yoxlanılmışdır. Yoxlama zamanı akarlanmış pozuntularla əlaqədar bildirir ki, aktda göstərilən faktları təsdiqləyir, şirkətə vurulan ziyana görə tamməsuliyyət daşıyır. Tərəfindən mənimsənilən 23.344 AZN məbləğində vəsaiti 2025-ci ilin sonuna qədər, 3 ödəniş ilə şirkətə qaytarmağı öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 123 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli, MŞB/6-01605 saylı Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosessin davam etdirilməməsi” barədə arayışdan görünür ki, tərəflər medisiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci, 10 manat məbləində poçt-kargüzarlıq haqqını ödəmişdir. xx.xx.2025-ci il tarixli,101324 nömrəli qəbzdən görünür ki, 61 manat məbləğində pul vəsaiti Bakı 6 saylı Mediasiya təşkilatına ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin maddənin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin cavabdehin də izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının əməkdaşı olmaqla, onunla əmək qanunvericiliyə əsasən əmək müqaviləsi bağlanmış və o, xx.xx.2023-cü il tarixindən etibarən Kommunal İdarəetmə Xidməti – RG” MMC-də ofis meneceri vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı təşkilatın xx.xx.2025-ci il tarixli, 13 saylı əmri ilə təsdiq edilmiş komissiya tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MTK-ya məxsus Əhməd Cəmil 21, 23, 23A, 23B və Zahid Xəlilov 30A küçələrində yerləşən yaşayış və qeyri-yaşayış kompleksində iş icraçısı Samir Həmidov və iş üzrə cavabdeh olan Cavabdeh 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan fəaliyyəti yoxlanılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin aktdan görünür ki, 5 dəstə yəni 8000 qəbz təftiş olunmuşdur. Yoxlanılmış qəbzlərdən say olaraq 2023-cü il üzrə 15 qəbz 654 AZN məbləğində, 2024-cü il üzrə 44 qəbz 2974 AZN məbləğində, 2025ci il üzrə 31 (otuz bir) qəbz 2581 AZN məbləğində olmaqla, ümumilikdə isə 90 qəbz 6214 AZN məbləğində olmaqla hesabatlarda öz əksini tapmamışdır. Qeyd edilmiş qəbzlərin Əhməd Cəmil 21, 23, 23A, 23B ünvanında yerləşən “Elite City 1” yaşayış kompleksinə düşən hissə 47 qəbz olmaqla 4189 AZN məbləğ, Zahid Xəlilov-30A ünvanında yerləşən “Elite City 2” yaşayış kompleksi üzrə isə 43 qəbz olmaqla 2025 AZN məbləğ təşkil edir. 17 İyul 2025-ci il tarixində iş icraçısı Samir Həmidov, menecer Cavabdeh iştirakı ilə "xxxx" MTK-ə məxsus Əhməd Cəmil 21,23, 23A, 23B yaşayış və qeyri-yaşayış kompleksində 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyun ayına kimi olan müddətdə aparılan üzləşmə sənədlərində sahə mülkiyyətçilərindən göstərilən müddətdə mənzillər və komunal xidmətləri, qarajlar üzrə ödənişlər qəbul edilib, qəbz yazılıb lakin hesaba daxil edilməyib. O cümlədən, mənzillər və kommunal ödənişləri üzrə 16854 AZN məbləğində qəbz yazılıb, ancaq hesabata daxil edilməyib, eləcə də 23 sakinlə görüş keçirərək qarajlara məxsus 6490 AZN məbləğində qəbz yazılıb və hesabata daxil edilməyib (cəmi:23344 manat) Daha sonra xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, əlavə olaraq 7572 (4362+3210 =7572) manat məbləğində ödənişlər bina sakinləri tərəfindən edilsə də, hesaba daxil edilməyib. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək göstərir ki, yoxlamanın nəticəsi olaraq 30.916 (23.344+7572 =30.916) manat məbləğində zərər vurulması müəyyən olunmuşdur. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İddiaçıya ziyanın vurulması faktını təsdiq edən xx.xx.2025-ci il tarixli aktlar (02 ədəd) və xx.xx.2025-ci il tarixli aktıdır. Həmin aktdan görünür ki, 2023-cü ilin yanvar ayından 2025-ci ilin iyul ayında qədər komunnal xidmətlərə sakinlər tərəfindən ümumilikdə 30.916 manat məbləğində xidmət haqqı ödənilməsinə və qəbz yazılmasına baxmayaraq, hesaba mədaxil olmayıb. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də onun tərəfindən iddiaçıya ziyan vurulduğunu bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbində qeyd edilmiş 61 manat mediasiya xərci və 123 manat məbləğində məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, qeyd edilən pul vəsaiti də cavabdeh X2 alınaraq iddiaçı Kommunal İdarəetmə Xidməti RG " MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana 30916 (otuz min doqquz yüz on altı) manat maddi ziyan, 61 (altmış bir) manat ödənilmiş mediasiya xərci və 123 (yüz iyirmi üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 31100 (otuz bir min yüz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC –nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar