Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-726/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmantlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edən iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPMin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcələnin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin və ödənilmiş rüsumun geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud iddia ərizəsi, həmçinin ödənilmiş dövlət rüsumu da iddiaçının özünə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 260, 263-264, 266- 268-ci maddələrini, habelə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan olan dispozitivlik prinsipini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun Cavabdeh1 və qeyrilərinə qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsilləri iddiaçıya geri qaytarılsın. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 232,41 (iki yüz otuz iki manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi **********, VÖEN 1********) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-726/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-726/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver