Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7331/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdehnə qarşı xx.xx.2025 tarixində işdən azad olunma barədə ərizənin etibarsız sayılması, xx.xx.2025 tarixli əmr № 14-2-2-12/3-1K-31/2025 (“İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında”) ləğv edilməsini; İddiaçı Ağsu X7 idarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsində böyük mühəndis vəzifəsinə (yaxud peşə, dərəcə və əməkhaqqısı aşağı olmayan bərabər vəzifəyə) bərpa edilməsi, xx.xx.2025 tarixindən faktiki bərpa gününədək məcburi işsizlik dövrünə görə orta aylıq əməkhaqqının tam məbləğdə tutulub İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, SOCAR Cavabdeh X1 istismarı idarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsində böyük mühəndis (dərəcə: 12) vəzifəsində çalışmış, (əmək müqaviləsi № 48, xx.xx.2021). xx.xx.2025-ci il tarixdə idarə rəisi X5 tərəfindən iddiaçıya “ərizə yaz, işdən çıx – səninlə işləmək istəmirəm” məzmunlu göstəriş verilmiş, bu təzyiq altında işdən azad olunma barədə ərizə yazmağa məcbur edilmişdir. Elə həmin gün 14-2- 2-12/3-1K-31/2025 nömrəli əmr imzalanaraq əmək müqaviləmə Əmək Məcəlləsinin 75.2(a) bəndinə əsasən (guya tərəflərin qarşılıqlı razılığı ilə) xitam verilib; əmrdə əsas kimi “İddiaçı şəxsi ərizəsi, razılaşma” göstərilib. Qanunla müəyyən edilmiş müddətdə, təzyiq altında yazdırılmış əvvəlki ərizənin etibarsız sayılması və əvvəlki işinə bərpa olunmağı üçün işəgötürənə yenidən yazılı müraciət etmişdir (daxilolma № 14-2-2-12/1-1-1xx-xx/2025, xx.xx.2025). İşəgötürən xx.xx.2025 tarixli 14-2- 2-12/2-1-2xx-xx/2025 saylı məktubu ilə müraciətimi rədd edib. Bu cavabda bir tərəfdən guya “öz ərizəmlə” işdən çıxdığım bildirilir, digər tərəfdən əməyə xitamın 75.2(a) – “qarşılıqlı razılaşma” əsasında verildiyi vurğulanır; əlavə olaraq “struktur dəyişikliyi və yeni ştat” barədə arqumentlər gətirilir və mənim yenidən işə qəbulumun “məqsədəuyğun olmadığı” qeyd olunur. Göstərilənlərdən görünür ki, iddiaçının işdən çıxarılması həqiqi iradənin ifadəsi olmayıb, rəhbərliyin təzyiqi nəticəsində baş verib; sonradan verdiyi etibarsızlıq müraciəti isə əsassız olaraq təmin edilməyib. İradə azadlığı və könüllülük pozulub. Rəsmi əmrdə xitam 75.2(a) – qarşılıqlı razılıq kimi rəsmiləşdirilib və əsas kimi “şəxsi ərizə + razılaşma” göstərilib. Rədd cavabında isə xitam işçinin təşəbbüsü kimi təqdim edilir. Bu ziddiyyət işəgötürənin sübutetmə qabiliyyətini sarsıdır və xitamın hüquqi əsasının düzgün seçilmədiyini, yaxud işdən çıxmanın əslində işəgötürənin iradəsi ilə reallaşdırıldığını göstərir. “Struktur dəyişikliyi” arqumenti xitam əsası ilə uyğun gəlmir. Əgər həqiqətən ştat dəyişikliyi və optimizasiya olubsa, işəgötürən işəgötürənin təşəbbüsü ilə xitamın tətbiq qaydalarına əməl etməli idi: əvvəlcədən yazılı xəbərdarlıq, boş yerlərin təklifi, üstün hüquqların nəzərə alınması, müvafiq müavinətlərin ödənilməsi və s. (Əmək Məcəlləsinin ştat ixtisarı ilə bağlı normaları). Bu mexanizmə əməl etmək əvəzinə işçini “öz ərizəsi” və ya “qarşılıqlı razılaşma” ilə çıxarmaq qanunvericiliyin təminatlarından yayınmadır və məhkəmə praktikasında belə hallar qanunsuz sayılaraq bərpa qərarları ilə nəticələnir. Müddət gözlənilib. Təzyiq altında yazdırılmış ərizənin etibarsız sayılması barədə müraciətim xitam tarixindən az sonra – xx.xx.2025-də verilib. Deməli, iradə qüsuru iddiasını qaldırmaq üçün müvafiq müddətlər pozulmayıb. Qanunsuz xitam təsdiqlənərsə, əmək hüququnun pozulmasının nəticəsi kimi əvvəlki işə (bərabər vəzifəyə) bərpa və məcburi işsizlik dövrünə orta əməkhaqqının ödənilməsi tətbiq olunmalıdır. Bu ödənişlər işəgötürənin təqdim edəcəyi hesablanma sənədləri əsasında müəyyən edilir. İddiaçının ikinci dəfə – xx.xx.2025-ci il tarixli ərizəsi ilə əvvəlki işdən azad olunma barədə ərizəmin etibarsız sayılması üçün etdiyi müraciətin işəgötürən tərəfindən təmin edilməməsi əslində bir hüquqi faktı sübut edir: əgər iddiaçı həqiqətən könüllü və azad iradəmlə işdən çıxmaq istəsəydi, sonradan bu ərizəni geri götürmək üçün müraciət etməzdi. İşəgötürənin bu ərizəni rədd etməsi də göstərir ki, iddiaçıya əvvəlcədən “ərizə yazmasan, hər halda işdən çıxarılacaqsan” məzmunlu təzyiq edilmişdir. Yəni işəgötürən əvvəlcədən niyyətini açıqlamış, iddiaçının isə seçim imkanım qalmamışdır. Bu isə Əmək Məcəlləsinin 75.2-ci maddəsi üzrə tələb olunan qarşılıqlı və könüllü razılığın mövcud olmadığını, əksinə işəgötürənin birtərəfli iradəsinin həyata keçirildiyini sübut edir. Məhz buna görə iddiaçının işdən çıxarılmağı barədə iradə qüsuru ilə bağlı olmuş, hüquqi nəticələr doğurmamalı, 14- 2-2-12/3-1K31/2025 nömrəli əmr isə qanunsuz hesab edilməlidir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsi üçün ərizəni xx.xx.2025-ci il tarixində yazmış, işdən çıxma ərizəsində konkret olaraq tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş, həmin tarixdə 48 nömrəli,xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında Razılaşmanı imzalamış, əmək müqaviləsinə xitam verilməsi haqqında 02 iyul 2025-ci il tarixli,14-2-2-12/3-1K-31/2025 nömrəli əmrlə şəxsən tanış olaraq qəbul etmiş və elə həmin gün də Əmək kitabçasını götürmüşdür. Yəni iddiaçının ərizəsində qeyd etdiyi xüsusatlar imzaladığı və şəxsən tanış olduğu sənədlərin heç birində öz əksini tapmamışdır. Bundan başqa İddiaçı ona işdən məcburi çıxması barədə təzyiqlərin edilməsi barədə aidiyyəti qurumlara müraciət etmək hüququ olmuşdur ki, iddiaçı bundan istifadə etməmişdir. Bu da onu deməyə əsas verir ki, İddiaçı işdənçıxma ərizəsinin yazmasında hər hansı bir kənar təsir olmamışdır, yəni belə bir təsir olmuş olsaydı əgər, iddiaçı bu hüququndan ya əvvəl, ya da sonradan istifadə etmiş olardı. Bundan əlavə, iddiaçı ərizəsində xx.xx.2025-ci il tarixli əmrin etibarsız sayılması haqqında guya qanunvericiliyə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ərizə verdiyini, lakin həmin ərizəyə müsbət cavab verilmədiyini göstərmişdir. İddiaçı işdən azad edilməsi üçün ərizəni xx.xx.2025-ci il tarixində yazmış, işdənçıxma ərizəsində konkret olaraq tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi, 75-ci maddəsinin tələbindən də göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə tam uyğun şəkildə aparıldığından onun işdən çıxma ərizəsinin etibarsız sayılmasına dair verdiyi ərizəyə müsbət cavab verilməmişdir, çünki iddiaçı işdənçıxma ərizəsində konkret olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi gününü göstərmiş və elə həmin gün də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanla əsasən hesab edirəm ki, iddia əsassızdır və təmin edilməməlidir Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh İB-nin Ağsu X7 İdarəsi ilə 48 nömrəli,xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən işçi Ağsu X7 İdarəsinin Göyçay rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcəli rəis vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı Ağsu X7 İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh İB-nin Ağsu X7 İdarəsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli razılaşmadan görünür ki, tərəflər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onlar arasında bağlanmış 48 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsini həmin müqavilənin 9.5.1-ci bəndinin “a” yarımbəndi nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən ləğv edir. Cavabdeh İB-nin Ağsu X7 İdarəsinin xx.xx.2025-ci il tarixli,14-2-2-12/3-1K-31/2025 nömrəli əmrinin surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabının surətindən görünür ki, əmək kitabçası İddiaçı xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. İddiaçı Cavabdeh İB-nin Ağsu X7 İdarəsinin rəisinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, o, xx.xx.2025-ci il tarixində işdən azad edilməsi üçün yazdığı ərizəsini “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu hissəsinin 4-cü bəndinə əsasən etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin Ağsu X7 İdarəsinin xx.xx.2025-ci il tarixli cavabdeh məktubundan görünür ki, İddiaçı işə bərpa olunması ilə bağlı müraciəti müsbət cavablandırılmayaraq yenidən işə qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. Ağsu 1 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli mediasiya üçün müraciəti Ağsu 1 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixində daxil olmuşdur, ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixində keçirilmiş və tərəflərə İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı “işə bərpa” tələbinə dair iddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(016)-1302/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləvğ edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv ediləm gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Cavabdehnə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Cavabdehnə ərizə ünvanlayaraq elə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh "Azəriqaz" X1 İstismarı İdarəsi tərəfindən iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən İddiaçı ilə bağlanmış 48 nömrəli,xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş, iddiaçı həmin gün əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə tanış edilmiş və əmək kitabçası “əmək kitabçasının və onun içliyinin hərəkətini uçotu” kitabına imza etməklə iddiaçıya təhvil verilmişdir. Daha sonra iddiaçı Cavabdehnə ərizə ünvanlayaraq işdən azad edilməsinə dair xx.xx.2025-ci il tarixli ərizənin geri götürülməklə etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd etdiyi üçün, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi tərəfindən əmək müqaviləsinin ləğv olunması üçün nəzərdə tutulmuş 1 ay xəbərdarlıq müddəti ona şamil edilməmişdir. Beləliklə, İddiaçı işdən azad edilməsinə dair "Azəriqaz" X1 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli,14-2-2-12/3-1K-31/2025 nömrəli əmr qanuni və əsaslı olmuşdur. İddiaçı işdən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəni təsir və təzyiq altında, öz iradəsinə uyğun yazmadığını iddia etsə də, Cavabdeh rəhbərliyi tərəfindən iddiaçıya işdən azad edilməsi barədə ərizə yazması üçün hədə-qorxu edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə məhkəməyə qanunvericliklə müəyyən edilmiş iddia müddətini ötürməklə müraciət etdiyindən onun hazırki iddiası iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli,14-2-2-12/3-1K-31/2025 nömrəli əmr iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə mediasiya təklifi göndərmədiyini, birbaşa mediasiya təşkilatına müraciət etdiyini etiraf etmişdir. İddiaçının xx.xx.2025-ci il tarixli mediasiya üçün müraciəti Ağsu 1 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixində daxil olmuşdur. İddiaçıya“ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2025-cü il tarixdə arayış təqdim edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixində “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(016)- 1302/2025 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, hazirki iddia məhkəməyə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə 1 aylıq iddia müddəti tətbiq edilməklə də, İddiaçı Cavabdehnə qarşı xx.xx.2025 tarixində işdən azad olunma barədə ərizənin etibarsız sayılması, xx.xx.2025 tarixli əmr № 14-2-2- 12/3-1K-31/2025 (“İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında”) ləğv edilməsini; İddiaçı Ağsu X7 idarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsində böyük mühəndis vəzifəsinə (yaxud peşə, dərəcə və əməkhaqqısı aşağı olmayan bərabər vəzifəyə) bərpa edilməsi, xx.xx.2025 tarixindən faktiki bərpa gününədək məcburi işsizlik dövrünə görə orta aylıq əməkhaqqının tam məbləğdə tutulub İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixdə işdən azad olunma barədə ərizəsinin etibarsız sayılması, xx.xx.2025-ci il tarixli, 14-2-2-12/3-1K-31/2025 saylı iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, İddiaçı Ağsu X7 idarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsində böyük mühəndis vəzifəsinə (yaxud peşə, dərəcə və əməkhaqqısı aşağı olmayan bərabər vəzifəyə) bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən faktiki bərpa gününədək məcburi işsizlik dövrünə görə orta aylıq əməkhaqqının tam məbləğdə tutulub İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova