Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7498/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – Azəriqaz” İstehsalat Birliyinin 31 avqust 2023-cü il tarixli, № 14-2-2/3-1K-836/2023 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqı və digər ödənişlər ödənilməklə, İddiaçı Cavabdeh İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsində əvvəlki 12-ci dərəcəli mühəndis vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir. xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə əsasən Cavabdeh İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt işə qəbul olunarkən İİ qrup Qarabağ əlili və eyni zamanda “əmək qabiliyyətsiz” olduğu barədə işəgötürən məlumatlı idi. İşə qəbul olduğu vaxt əmək müqaviləsi bağlanarkən və sonrakı dövrlərdə həmin idarənin X11 tərəfindən müharibə əlilliyini sübut edən bütün müvafiq sənədlər iddiaçıdan tələb edilərək şəxsi işinə əlavə edilmişdir. Bundan sonra 2018-ci ildə Cavabdeh İB-nin rəhbərliyi tərəfindən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasına, iddiaçının və digər əlilliyi olan şəxslərin hansı işlərdə işləyə bilməsi, işə yararlı olub-olmaması barədə məlumat əldə edilməsi üçün məktubla müraciət edilmiş, Komissiyanın xx.xx.2018-ci il tarixli 46 saylı məktubu ilə iddiaçıya münasibətdə bildirilmişdir ki,“Xəstəliyin xarakteri nəzərə alınaraq İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər”. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının qeyd edilən məktubunu nəzərə alaraq,xx.xx.2012-ci il tarixli, 20 saylı əmək müqaviləsinə dəyişilik edilməsinə dair 28 iyun 2018-ci il tarixli əmr vermiş və əmrə əsasən, Birliyinin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin 12-ci dərəcəli mühəndisi İddiaçı ilə 22 fevral 2012-ci il tarixdə bağlanmış 20 nömrəli əmək müqaviləsinin 4.16 (işçi gündə 7.20. saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir.) 4.17 (iş saatı 09.00-da başlanır, saat 17:12-də qurtarır). 4.27 (əsas məzuniyyətin müddəti). 4.28.(əlavə məzuniyyətə görə) və 4.29-cu (əmək məzuniyyətinin ümumi müddəti) bəndlərinə dəyişiklik edilmişdir. Yəni, əmrdən göründüyü kimi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli 46 saylı məktubu nəzərə alınaraq, iddiaçının gündəlik və həftə ərzində iş saatlarının sayı azalmaqla işə yararlı hesab edilmiş və onun həmin işdə və vəzifədə qalaraq, göstərilən şərtlərlə işləməsi məqsədəmüfaviq hesab edilərək işinə davam etmişdir. Lakin, 2023-cü ilin təxminən may ayının əvvəllərində Cavabdeh X11nin rəisi iddiaçını və digər əlilliyi olan şəxsləri öz xidməti otağına çağıraraq bildirmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən onlar tutduqları vəzifədə işləyə bilməzlər. Əlilliyi olan şəxslər özəlillik dərəcələrini ləğv etdirsinlər, əks halda onlarla bağlanan əmək müqaviləsinə birtərəfli qaydadaxitam veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırım ki, bir çox şəxslər işlərini itirəcəyi qorxusundan əlillik dərəcələrini ləğv etdirmiş və hazırda həmin şəxslər orada işləyirlər. İddiaçı isə bu qanunsuz təklifdən imtina etmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh X11nə dəvət edilərək, xəbərdarlıq edilmədən onun əmək müqaviləsinə xitam verildiyini və işdən azad olunduğunu bildirmişlər. Cavabdeh təşkilata işə bərpa edilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, ərizəsinin icrasından imtina edilmişdir. Aralarındakı olan əmək mübahisəsinin alternativ həlli ilə bağlı mediasiyaya da müraciət edilmiş, ilkin mediasiya sessiyasında qarşı tərəfin nümayəndəsi iştirak etməmiş, barışıq əldə edilməmişdir. Buna dair ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 sentyabr 2023-cü il tarixli arayış verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmamaqla, onun ləğv edilməsi üçün əsaslar mövcuddur. İddiaçı qanunsuz və əsassız işdən çıxarıldığını bildirməklə, əvvəlki vəzifəsinə işə bərpa edilməsini istəyir, ona görə də hazırda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, 2023-cü ilin may ayında cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə isə işdən azad olacağı bildirilmiş, səbəbi isə izah edilməmişdir. İddiaçı ilə işləyən şəxslərin bir neçəsi öz əlillik statusunu ləğv etdirmiş və hazırda orada işləyirlər. Bu o demək deyil ki, həmin şəxslər artıq sağalmışdır. İddiaçı isə əlillik statusunun ləğv etməyəcəyini bildirmiş və işdən azad edilmişdir. Bildirmək istəyirlər ki, əmək qabiliyyətinin olmaması onun əmək fəaliyyətinin olmaması demək deyildir. Onun əlillik dərəcəsinin olması barəsə 2018-ci ildə Cavabdeh İB məlumatlı olmuşdur. Bundan başqa iddiaçının 6 ay ərzində əmək funksiyalarının yerinə yetirməməsi heç bir sübutla təsdiq edilməmiş və əsassız olaraq iddiaçı işdən azad edilmişdir. Cavabdeh İB-nin nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, 2018-ci ildə müvafiq Tibbi Sosial Ekspert Komissiyasına sorğu verilmiş və sorğuya cavab olaraq iddiaçının yüngül oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir, iddiaçının əmək qabiliyyətsiz olması yazılmamışdır. Elektron portaldan yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunu bilmiş, bununla bağlı iddiaçı ilə 2023-cü ilin may ayında söhbətlər aparılmış, onun yenidən yoxlamadan keçməsi təklif edilmiş, ona bir ay müddətinə vaxt verilmişdir. Həmin bir ay müddət bitəndən sonra da rəhbərlik humanistlik etmiş, onun sonra da işləməsinə icazə vermiş və 2023-cü ilin avqust ayında onun əmək müqaviləsinə xitam verilmişdir. Əlillik statusu elə bir şeydir ki, müəyyən müddət sonra onun sağlamlığı yaxşılığa doğru dəyişə bilər və tam sağlam şəxs də hesab edilə bilər. Əmək qabiliyyətsiz olan işçinin onların müəssisəsi tərəfindən işlədilməsi qanunvericiliyə ziddir. Buna görə də işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa iddiaçıya işdən çıxarılması barədə bildiriş və ya xəbərdarlığın verilməməsi barədə qeyd edir ki, iddiaçının işdən çıxarılmasının əsası kimi göstərilən Əmək Məcəlləsinin müvafiq maddəsində qeyd edilməmişdir ki, işəgötürən tərəfindən işçiyə bildiriş verilməlidir.Qeyd etdiklərinə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X8 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2012-ci il tarixli 20№li əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında əmək müqaviləsi bağlanmış, o, Birliyin idarəetmə aparatının Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir, əmək müqaviləsi bir il müddətinə olmaqla xx.xx.2013-cü il tarixinədək bağlanmışdır. Həmin əmək müqaviləsinin 4.16-cı maddəsindən görünür ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir; 4.17-ci maddəsindən görünür ki, iş saatı 09:00-da başlayır, saat 18:00da qurtarır; 4.27-ci maddəsindən görünür ki, əsas məzuniyyətin müddəti 30 təqvim günüdür; əlavə məzuniyyət müddəti əmək stajına görə 2 təqvim günü; 4.29-cu maddəsindən görünür ki,əmək məzuniyyətinin ümumi müddəti 32 təqvim günü olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 20/6 saylı dəyişiklikdən görünür ki, əmək müqaviləsinin 4.16, 4.17, 4.27, 4.28 və 4.29 bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: “4.16. İşçi gündə 7.20 saatdan, həftə ərzində isə 36 saatdan çox olmayaraq işləyir; 4.17. iş saatı 09:00-da başlayır, saat 17:20-də qurtarır; 4.27. əsas məzuniyyətin müddəti 46 təqvim günüdür; əlavə məzuniyyət müddəti əmək stajına görə - təqvim günü; 4.29. əmək məzuniyyətinin ümumi müddəti 46 günləridir”. Həmin razılaşdırılmış dəyişikliklər xx.xx.2018-ci il tarixdən qüvvəyə minir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-836/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Cavabdeh İB-nin İdarəetmə aparatının Yeni qazlaşdırma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2012-ci il tarixli, 20 nömrəli müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi göstərilmiş, əmrin verilməsi üçün əsas Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş 049438 saylı, xx.xx.2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, X1 müharibəsi əlilidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2007-ci il tarixdə qiymətləndirmə aparılmış, diaqnoz keçirilmiş QKBT-nın qalıq əlamətləri, postravmatik ensefalopatiya, serebral araxnoidit, teztez qıcolma tutmaları və kəskin nəzərə çarpan ANS olmuş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz qeyd edilmiş, əmək zəmanəti əmək qabiliyyətsiz qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli Cavabdeh İB-yə ünvanlanmış məktubundan görünür ki, xəstəliyinin xarakteri nəzərə alaraq, İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair və 10 manat poçt xidmətlərinə dair xərc İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən:
1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin
2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Həmin maddənin qeyd hissəsindən görünür ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.2007-ci il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmişdir, əmək qabiliyyətsiz olduğu qeyd edilmiş, xx.xx.2012-ci il tarixli 20№li əmək müqaviləsi ilə İddiaçı ilə Cavabdeh İB arasında əmək müqaviləsi bağlanmış, o, Birliyin idarəetmə aparatının Tikinti Departamentinin Yeni qazlaşdırma və inkişaf şöbəsində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir, iş materiallarına əlavə edilmiş 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli Cavabdeh İB-yə ünvanlanmış məktubundan görünür ki, xəstəliyinin xarakteri nəzərə alaraq, İddiaçı ağır fiziki işlər əks göstərişdir, yüngül oturaq işlərdə işləyə bilər. xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-836/2023 nömrəli əmək müqavilə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tarixlərə nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur. Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Bundan başqa işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, elə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, o, müəssisədə avqust ayına kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2- 2/3-1K-836/2023 nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023cü il tarixli 14-2-2/3-1K-836/2023 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva