Məhkəmə qərarları › İş №e-2(011)-7528/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7528/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7528/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X16 və digərlərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, X16 və digərlərinə qarşı - iddianın təmin edilməklə Cavabdeh1, onunla yaşayan onun ailə üzvlərinin və digər şəxslərin Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20, mənzil 14 saylı mənzildən şıxarılmaları və mənzildən qanunsuz istifadə etmələrinə görə iddiaçıya vurulmuş 14880 manat dəymiş maddizərərin, 5000 manat mənəvizərərin və 150 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə və mənzilin divarısökülərək, mənzilin qanunsuz zəbt edilməsinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbuledib qanunvericiliklə müəyyən edilmiş qaydada prokurora göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və X6 onların ailə üzvləri və mənzildə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması və iddiaçıya vurulmuş 14880 manat dəymiş maddi zərərin, 5000 manat mənəvi zərərin və 150 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair), X16 və onun ailə üzvləri (həyat yoldaşı, oğlu qızı, nəvələri və sair) və mənzildə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılması və iddiaçıya vurulmuş 14880 manat dəymiş maddi zərərin, 5000 manat mənəvi zərərin və 150 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20, mənzil 14 iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2005-ci il tarixdə "xxxx" MMC-dən əldə etmişdir. Lakin iddiaçıya aid mənzil X11 tərəfindən zəbt edildiyindən iddiaçı X7 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X7 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət olunmuş və Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli 2(103)- 531/2014 saylı qətnaməsi ilə və Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2014-cü il tarixli. 2(102)-2153/2014 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən xx.xx.2014-cü il tarixdə 2(103)- 531/2014 saylı İcra Vərəqəsi verilmiş, Xətai rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-531/2014 saylı icra sənədinə əsasən borclu X11 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin 14 saylı mənzilindən çıxarılmış və mənzil iddiaçıya təhvil verilmişdir. Bir müddət sonra X7 əmisi kimi tanınan Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin 14 saylı mənzilin qapısının yan tərəfindən daş divarı qanunsuz şəkildə dağıdaraq, qanunsuz olaraq mənzilə daxil olmuş və mənzildə yaşamağa başlamışdır. Cavabdeh1 iddiaçının əmlakını qanunsuz şəkildə ələ keçirmiş, mənzili zəbt etdiyindən onun barəsində iddiaçı bir çox dövlət, hüquq mühafizə orqanlarına müraciətlər etmişdir, müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh1 barəsində Xətai rayon Prokurorluğunda xx.xx.2018-ci il ildə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 322.1-ci maddələri ilə cinayət işi başlanılmış, istintaqın aparılmasından ötrü iş Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Xətai rayon Pİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Tofiq Namazovun xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı eyni zamanda İddiaçı Cavabdeh1 qarşı – cavabdehin ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən məcburi şəkildə çıxarılmasına və ondan vurulmuş maddi zərərə görə 15000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3338/2021-006 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsiev 20 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3338/2021-006 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8193/2021 nömrəli qətnaməsi ilə, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1439/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin icra məmuru qətnamədə yalnız Cavabdeh1 mənzildən şəxarılmasının qət edildiyini, yəni onunla yaşayan ailə üzvlərinin, eləcə də digər şəxslərin mənzildən çıxarılması, əşyaları ilə birlikdə çıxarılması qət edilmədiyini əsas göstərək qətnamənin icrasını təmin etməmişdir. Qətnamənin qəbul edilməsindən artıq 3 il 3 ay keçir. Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəbirli dediklərini əsaslandırmaq üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3338/2021-006 saylı qətnaməsində mənzilin kimə təhvil verilməsi, mənzilin əşyalarla birlikdə və ya əşyasız boşaldılması və kimlərin həmin mənzildən çıxarılması hissəsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1119/2022 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3338/2021-006 saylı qətnaməsi ən azından borclu Cavabdeh1 münasibətdə icra edilməli idi. Göründüyü kimi iddiaçı məcbur qalıb icra məmurunun gətirdiyi əsasları nəzərə almaqla Cavabdeh1 iddiaçının mənzilini qanunsuz olaraq zəbt etmiş ailəsi ilə və digər şəxslərlə (növbəti dəfə üçüncü şəxsləri yerləşdirib onlar vasitəsilə mənzili istismar etməsinə bəhanə verməmək üçün) və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə yeni iddia ilə məhkəməyə müraciət etsin. Cavabdehə,eləcə də icra məmuruna növbəti bəhanəni verməmək üçün Cavabdeh1 və mənzildə onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər (ona görə ki, digər şəxslər ki, bu cavabdehdən sonra onların başqa bir qohumu orada yaşayırmış kimi göstərilib yenə də məhkəmə aktı icrasız saxlanmasın) mənzildən çıxarılmalı və mənzil mülkiyyətçiyə, yəni İddiaçı təhvil verilməlidir. Mənzildən qanunsuz istifadəyə görə dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İllərlə davam edən bu pozuntu nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş və iddiaçı bu vəziyyətdən dərin mənəvi sarsıntı keçirmişdir. Cavabdehin qanunsuz sahibliyi və istifadəsi nəticəsində İddiaçı külli miqdarda zərər və ziyan dəymişdir. "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli müraciətə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86,7 kv.m təşkiledən təmirli, 2 (iki) otaqlı yaşayış mənzillərinin 2022-2024-cü illərdə aylıq kirayə haqqının müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Təqdim edilmiş arayışdan da göründüyü kimi, 2022-ci ildən bəri mənzilin ümumi kirayə dəyəri 14880 manat olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini təmin olunmasını xahiş edərək, bildirdi ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən xx.xx.2014-cü il tarixli, 2(103)-531/2014 saylı İcra Vərəqəsi icra edilərək mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı ağır xəstə olan bacısı qızı ilə həmin evdə yaşamağa başlamışlar. İddiaçı verdiyi məlumata əsasən səhər saat səkkiz, doqquz radələrində onunla yaşayan və ağır xəstə olan bacısı qızı həkimə getmək üçün evdən çıxandan bir qədər sonra qapının zəngi çalınmış Vaqif qapıdan baxanda Cavabdeh1 və yanında bir neçə şəxsi görmüşdür. O, qapını açmadığından çöldəki insanlar kuvaltla divarı deşməyə başlamışlar. Vaqif həyacanlanaraq dərhal 102 xidmətinə, sahə müvəkkilinə zəng edib məlumat vermişdir. Lakin polis əməkdaşları gəlmədiklərindən həmin şəxslər divarı uçurdaraq böyük bir baca açmışlar. 3 nəfər xanım bacadan içəri girərək Vaqifi, onun bacısını zorla çölə çıxarmışlar. Vaqifin və ağır xəstə olan bacısı qızının bütün əşyaları mənzildə qalmış və özləri mülklərindən məhrum olmuşlar. Qeyd olunan fakt üzrə cinayət işi başlanılmış və hal-hazırda davam etməkdədir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Qətnamə apellyasiya və kassasiya insatansiyalarında qüvvədə saxlanılmışdır.Lakin icra məmuru qətnaməni icra etmədiyindən iddiaçı mülkündən istifadə edə bilmir. Tərəflərindən "xxxx" MMMC-yə ünvanlanmış vəkil sorğusuna verilən xx.xx.2024-cü il tarixli cavab məktubdan görünür ki, 82 saylı MKİS tərəfindən verilən məlumata əsasən, ünvan 5 ünvanında yaşayan Cavabdeh2, X2 və X6 yaşayır. Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin məlumatlarını nəzərə alaraq iddia tələbini dəqiqləşdirərək həmin şəxsləri də cavabdehlər sırasına əlavə edilmişdir. Lakin boşaldılması tələb edilən binanının idarəedilməsi üçün təsis edilmiş "xxxx" MMMC-yə sorğu verilmiş və sorğuya verilmiş 83 nömrəli, 02 noyabr 2024-cü il tarixli cavab məktubunda ünvan 2A, 1-ci blok, 2-ci mərtəbə, 14 saylı mənzildə Cavabdeh1 ailə üzvlərinin: oğlu X16, gəlini, qızı, nəvələri və başqalarının yaşadığı qeyd edilmişdir. "xxxx" MMMC ilə aparılan dəqiqləşmələrdən aydın olmuşdur ki, qeyd edilən bina əvvələr Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 ünvanı kimi qeyd edilsə də hazırda ev köhnə beş mərtəbəli binadan fərqləndirilməsi üçün (həmin binada eyni ünvan qeyd edilirmiş) sonradan 20A kimi (son dəyişikliklərə əsasən) qeydiyyata alınmışdır. Göründüyü kimi həmin mənzil ilk dəfə X11 tərəfindən zəbt edilmiş (alğı-satqı müqaviləsi üzrə) və məhkəmə aktı ilə çıxarılmış, daha sonra onun əmisi hazırkı borclu Cavabdeh1 (həmin müqaviləni öz adına dəyişdirməklə) tərəfindən zəbt edilmiş və məhkəmə aktı ilə çıxarılması qət edilmiş, lakin illərlə qətnamə icra edilmədiyindən borclu tərəfindən həmin mənzildə ailə üzvləri və üçüncü şəxslər yerləşdirilmişdir. Bu minvalla yəni hər dəfə yeni şəxslər mənzilə yerləşdirilərək faktiki yaşayanlara münasibətdə qətnamə icra edilsə də, yeni şəxslərə qarşı aynca iddia qaldırılması tövsiyyə edilməkdə davam etməkdədir. Süni şəkildə mükiyyət qəsb edilməkdədir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa edilmiş,14 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 87,6 kv.m olan 2 otaqlı 14 saylı mənzilin dəyəri tərəfimdən tam ödənilməklə cəmiyyətin təsisçisi və direktoru kimi X12 ilə Cavabdeh1 qardaşı oğlu İsmayılov Ramin Mübariz oğlu arasında 15 mart 2011-ci il tarixli podrat müqaviləsi bağlanılmışdır. "xxxx" MMC-nin cəmiyyətin təsisçisi və direktoru X12 bir qrup şəxslə cinayət əlaqəsinə girərək ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasında 2005-2011-ci illərdə saxta müqvilələrlə mənzilləri bir neşə şəxslərə satmış, bununla bağlı payçıların şikayət əsasında Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanılmışdır. Bu barədə axşam televizorda xəbərlər verilişində, inşa edilimiş binanın qarşısında kütləvi şəkildə insanların toplaşaraq şikayətçi olması və bununla əlaqədar şikayəti olanların Korrupsiya idarəsinə müraciət etmələri tövsiyyə olunduğu səsləndirilən zaman ona məlum olmuşdur. Təmirlə bağlı bir neçə gün idi ki, mənzildə yaşamırdı. Bu barədə həmin gün məlumat veriləndən sonra səhəri yaşadığı binaya gəlmiş. Yaşadığı binanın qapısı möhürlənmişdi. Onun istifadə və sahibliyində olan mənzilə dair iddialı olan şəxslərin dairəsini bilmək üçün özünə məxsus olan mobil tel nömrəsini yazıb, yaşadığı binanın qapısının üzərinə yapışdırmışdır. Ondan sonra korrupsiya qarşı Mübarizə idarəsinə getmişdir. "xxxx" MMC tərəfindən ünvan 6 ünvanda inşa edilmiş, 14 saylı mənzil 15 mart 2011-ci il tarixli podrat müqaviləsi üzrə qardaşı oğlu İsmayılov Ramin Mübariz oğlunun istifadəsinə verilmiş mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Bu ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı cəmiyyətin təsisçisi və direktoru X12 ilə üzləşmə zamanı öz təsdiqini tapdığından həmin cinayət işi üzrə zərəçəkmiş şəxs kimi tanınmışdır. Beləliklə əlaqə tel nömrəsini qapının üzərinə yazıb yapışdırdıqdan təxminən bir həftə sonra onun mobil telefon nömrəsinə bir nəfər şəxs zəng edib, adının Vaqif olduğunu və onun istifadəsində və sahibliyində olan mənzilinə iddialı olduğunu bildirdi. Cavabdeh bildirir ki, ona hazırda bu məsələlərlə bağlı istintaq araşdırılması aparıldığından gəlib izahat verməsini təklif etmişdir. O, isə gəlməkdən imtina edərək danışığı kəsdi. Ondan sonra istintaq idarəsinə gedib bu barədə müstəntiqə məlumat vermiş və xahiş etmişdir ki, həmin mobil nömrəsi ilə əlaqə saxlayıb, həmin şəxsi istintaqda izahat verməyə dəvət etsin. Müstəntiq həmin (Vaqıf adlı) şəxslə bir neçə dəfə telefon əlaqəsi saxlamış və onu şikayətlə bağlı istintaqa gəlib izahat verməsini təklif etmişdir. Lakin həmin şəxs istintaqa gəlib izahat verməkdən imtina etmişdir. İstintaq yekunlaşdıqdan sonra istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin direktoru və digərlərinin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 ünvanında inşa olunan binadakı eyni mənzilləri müxtəlif şəxslərə satması barədə məlumatı olmuş, lakin nədənsə hüquq-mühafizə orqanlarına və həmin işlə bağlı araşdırma aparan istintaq orqanına gəlib məlumat verməmişdir. Beləliklə aparılmış məhkəmə istintaqı nəticəsində məhkəmənin hökmünə əsasən 543 zərərçəkmişdən 210 zərərçəkmiş şəxs o, cümlədən Cavabdeh1 "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa etdiyi binada mənzillə təmin olunmuş, zərərçəkmişlərin bir qisminə təqsirləndirilən şəxs Elman Tağıyev tərəfindən ziyan tam ödənilmiş, bir qisminə isə qismən ödənilmişdir. Ümumilikdə 254 zərərçəkmiş şəxsə ödənilmişdir. Beləliklə onunla bərabər mənzillə təmin olunmuş və ziyanı ödənilmiş zərərşəkmiş şəxslər məhkəmədə təqsirləndirillən şəxsə qarşı heç bir şikayəti olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 12 aprel 2016-cı ildə qanuni qüvvəsini aldıqdan sonra müraciətimə cavab olaraq Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi cənab Novruz Kərimovun ünvanladığı 1(101)-65/2014 saylı xx.xx.2016-cı il tarixli məktubunda X8 və qeyriləri barədə 30 may 2014-cü il tarixli hökmün icraya yönəldiyini, 1(101)-65/2014 saylı xx.xx.2016-cı il tarixli məktubunda isə göstərilmişdir ki, X8 və qeyrilərinin təqsirləndirilmələrində cinayət işinə baxılıb yekun qərarın qəbul olunduğunu, cinayət işinin məhkəmə icraatı zamanı iş üzrə zərərçəkmiş şəxs Cavabdeh1 18 fevral 2011-ci l tarixli müqavilə ilə ünvan 9 binanın İ blok, İİ mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan14 saylı mənzillə təmin olunduğunu, bu səbəbdən şikayəti və tələbi olmadığını, təqsirləndirilən şəxs X12 da həmin mənzili zərərşəkmiş şəxs Cavabdeh1 məxsusdur. Məhkəmə də göstərilənlərə əsasən iş üzrə qəbul etdiyi yekun qərarda Cavabdeh1 yuxarıda qeyd olunan ünvanda mənzillə təmin olunmasının, şikayət və tələb olmamasını nəzərə alınması barədə nəticəyə gəlmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa etdiyi binada saxta müqavilələrlə bağlı məhkəmə araşdırması aparıldığı bir zamanda mənzilimə iddialı olan şəxs İddiaçı həmin mənzilə istifadə hüququnun tanınması və cavabdehin İsmayılov Ramin Mübariz oğlunun həmin mənzildən çıxarılması barədə Xətai rayon məhkəməsinə müraciət etmiş və əsas arqument kimi "xxxx" MMC ilə onun arasında bağlanmış 20 mart 2005-ci il tarixli Podrat müqaviləsinə istinad etmişdir. Lakin həmin müqavilənin əsli və maliyyə arayışı məhkəməyə təqdim edilməmişdir. İddiaçı təqdim etdiyi 20 mart 2005-ci il tarixli Podrat müqaviləsinin 1.1- ci bəndində qeyd olunur ki, ünvan 6 ünvanda yaşayış binasının inşa edilməsi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 saylı sərəncamına əsasən həyata keçirilmişdir. Məhkəməyə təqdim olunan həmin müqavilənin məzmunundan da görünürdü ki, müqavilə bağlanarkən binanın inşası belə nəzərdə tutulmamışdı. Bu da müqavilənin saxta olmasına əyani sübut idi. Bununla yanaşı həm də sözü gedən ünvanda saxta müqavilələrlə bağlı payçıların aldadılması və respublikada geniş rezonans doğuran həmin faktla bağlı cinayət işinin davam etdiyi məlum olduğu halda, Xətai rayon məhkəməsi qeyd olunan halları nəzərə almadan, iddiaçının istinad ediyi əsas sənəd olan müqavilənin əsli və maliyyə arayışı təqdim olunmadan, məhkəmə prosesinin gedişatı barədə məlumatı və iştirakı təmin olunmadan, cinayət işi üzrə məhkəmə hökmü çıxarılanadək iş üzrə icraatı dayandırmalı olduğu halda qanunun bu tələbinə riayət etmədən, İ instansiya məhkəməsi bütün göstərilən hallara görməməzlikdən gələrək, tələm-tələsik mülki işə baxaraq İddiaçı iddia tələbini təmin etmiş, sözügedən ünvanda yerləşən mənzilə sahiblik və istifadə hüququnun tanınması və İsmayılov Ramin Mübariz oğlunun iddiaçıya mənzili təhvil verilməsini qət edərək qətnamə çıxarmışdır. Mübahisəli mənzil istifadəsində olmaqla, faktiki sahibi olsa da, Xətai rayon məhkəməsi qanunsuz qərar çıxarmaqla onun konstitusion hüquqlarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3077-/2013 saylı 27 iyun 2013-cü il tarixli qətnaməsi ilə hakimlər (sədlik edən və məruzəçi hakim T.Səmədov) cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Xətai rayon məhkəməsinin 20 dekabr 2012-ci ildə 2(011)-4618/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2013-cü il tarixli, 2(102)-1147/2013 saylı Qərarı ilə (sədrlik edən və məruzəçi hakim G.Quliyev) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-531/2014 saylı 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim A. Hüseynov) cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2012-ci ildə 2(011)-4618/2012 saylı qətnaməsinin qismən, İddiaçı ünvan 6 evin 2 otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli, 2(102)-2153/2014 saylı Qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Kalbaliyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2012-ci il tarixli qətnaməsinin mövcud olmasını cavabdeh icraya yönəldikdən sonra bilmiş və qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, eyni zamanda da vəsatət verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsaslanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-964/2012 saylı cinayət işi üzrə çıxarılacaq yekun hökmün (qərarın) qanuni qüvvəyə minənədək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3077-/2013 saylı 27 iyun 2013-cü il tarixli qətnaməsi ilə hakimlər cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Xətai rayon məhkəməsinin 20 dekabr 2012-ci ildə 2(011)-4618/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2013-cü il tarixli, 2(102)-1147/2013 saylı Qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-531/2014 saylı 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2012-ci ildə 2(011)-4618/2012 saylı qətnaməsinin qismən, İddiaçı ünvan 6 evin 2 otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanlması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iiyun 2014-cü il tarixli, 2(102)-2153/2014 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İsmayılov Ramin Mübariz oğlu 15 mart 2011-ci il tarixli podrat müqaviləsinə əsasən ünvan 6 ünvanda inşa edilmiş,14 saylı mənzilinə sahiblik və istifadə hüququnun olması barədə İddiaçı da əvvəl yəni, 2012-ci ilin aprel ayında Xətai rayon məhkəməsinə müraciət etsə də, məhkəmə belə qənaətə gəlmişdi ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında həmin iş üzrə cinayət prosesi davam etdiyindən və baxılan cinayət işi sona çatmadığından hər hansı mülki işə baxılması qanunun tələbinə əsasən mümkün deyil. Lakin, nədənsə qanunun tələbi qardaşı oğlu Ramin İsmayılova qarşı münasibətdə şamil olunsa da, Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Tofiq Səmədovun sədrliyi ilə keçirilən məhkəmə mülki qanunvericiliyin bu tələbini pozaraq tərəfindən verilmiş vəsatəti təmin etməmiş, mahiyyəti üzrə mülki işə baxaraq İ instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən apellyasiya şikayətini təmin etmədən qətnamə çıxarmışdır. Halbuki, İddiaçı iddia tələbinin təmin edilməsi barədə Bakı şəhər Xətai rayon məhkəməsi 20 dekabr 2012-ci il tarixli, 2(011)-4618/2012 saylı qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətində bu halları qeyd etmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 12 aprel 2016-cı il tarixdən qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmündən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X17 şəxsində mənimlə cəmiyyət arasında ünvan 9 ünvanda yerləşən, 14 saylı mənzilə dair 15 mart 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin vaxta qədər İddiaçı iddia tələbi üzrə cavabdeh qismində qardaşı oğlu Ramin İsmayılov çıxış edirdi. Beləliklə "xxxx" MMC-nin vəzifəli şəxsləri, və bir qrup onların əlbir olduqları şəxslərin barəsində başlanılmış cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı aparılmış, barələrində ittiham hökmü çıxarılmışdır. İstintaq dövründə Cavabdeh1 zərərçəkmiş qismində tanınmış, tərəflərin ifadələri alınmış, onlar izahatlarında göstərmişlər ki, həmin mənzil Cavabdeh1 tərəfindən əldə olunmuşdur. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mübahisələndirilən mənzilə istifadə və sahiblik hüququ tanınmayan İddiaçı ona qarşı mənzildən çıxarılma və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri, Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə iddiaçı Vaqif X13rşı tələb irəli sürəndə mənzilin ona məxsus olmasını iddia etsə də, ona qarşı münasibtədə mənzili X3 adına rəsmiləşdirməsinə cəhd edərək, həmin mənzilin pulu guya Əfsanə Qarakişiyeva tərəfindən ödənildiyini əsas gətirmiş, mənzilin ona məxsus olması adı ilə o, X3 vasitəsi ilə Xətai rayon Polis İdarəsinə müraciət edərək, həmin mənzili guya özbaşına zəbt etmiş və mənzildən oğurluq etmişdir. Lakin şikayətləri əsassız olduğu onun və qardaşı oğlunun əməlində cinayət əməlinin tərkibi olmadığından Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən 26 yanvar 2019-cu il tarixli, Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərar çıxarılmışdır. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı mənzildən çıxarılma və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 ünvan 10 ünvanında yerləşən 2 otaqdan ibarət 14 saylı mənzildən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin mənzil tərəfindən alındıqdan sonra tam təmir edilmiş və o ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş və orada yaşamışdır. Bütün bu faktlar İddiaçı iddiasının əsassız olduğunu təsdiq etdiyi üçün, o. yenidən ona qarşı mənzildən çıxarma iddiası ilə çıxış etmişdir. İddiaçı ona qarşı iddia tələbi üzrə işə baxılan zaman tərəfindən vəsatət verilərək cəmiyyətin təsisçi və direktoru X8 şahid kimi dindirlməsi üçün məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. Vəsatət təmin edilməmişdir. Halbuki işin obyektiv araşdırılması, əsaslı və qanuni qətnamə çıxarılması üçün həmin şahidin dindirilməsi zəruri idi. Lakin bütün bu faktlara baxmayaraq Xətai rayon məhkəməsinin əsassız qətnaməsi ilə onun hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsində baxış iclası zamanı təqdim edilmiş xx.xx.2019-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” X1 ifadəsinə münasibət bildirilməmişdir. Belə ki, cinayət işi üzrə şahid qismində dindirilmiş 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum X12 (("xxxx" MMC-nin təsisçisi və direktoru) bildirmişdir ki, həmin mənzili İsmayılov Ramin Mübariz oğlunun adına rəsmiləşdirməklə Cavabdeh1 satmış, və pulu o, vermişdir. Bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Novruz Kərimovun ünvanladığı 1(101)- 65/2014 saylı 20 sentyabr 2016-cı il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Cinayət işi üzrə məhkəmə icraatı zamanı Elman Tağıyev mənzilin İddiaçı satılmasından xəbəri olmamasını bildirmiş, ona mənzil satmadığını bildirmişdir. 15 mart 2011-ci il tarixli "xxxx" MMC ilə İsmayılov Ramin Mübariz oğlu arasında olan müqaviləyə xx.xx.2019-cu il tarixdə qeyd əlavə edən X12 göstərmişdir ki, mübahisəli mənzili Cavabdeh1 satmış, müqaviləni qardaşı oğlu İsmayılov Ramin Mübariz oğlunun adına rəsmiləşdirmişdir. Beləliklə Bakı şəhər Xətai rayon məhkəməsi də iddaiçı İddiaçı mənə qarşı mənzildən çıxartma və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxarkən artıq İddiaçı cavabdeh Ramin İsmayılova qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına əsaslanmış AR MPM-nin 82.3-cü maddəsinə istinad etməklə 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsini qismən mənzildən çıxarma hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Bundan sonra şikayəti əsasında mülki işə baxan İİ ınstansiya (Apellyasiya və kakssasiya instansiya) məhkəmələri də də eyni ilə onun yuxarıda sadladığı əsaslara görə qanunsuz olan məhkəmə aktlarına istinad etməklə İ instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır. İşin faktiki hallarına baxmayaraq Xətai rayon məhkəməsinin və digər İİ instansiya məhkəmələrinin mövcud olan qətnamələrinə (AR MPM-nin 82.3-cü maddəsinə) istinad etməklə mənzilin iddiaçıya təhvil verilməsi kim qiymətləndirmə absurddur. Göstərdiyi faktlar özlüyündə bütün əvvəlki məhkəmə qətnamələrinin ədalətsiz olduğunu sübut edir. əsassız və qanunsuz olan iddia tələbinin məhkəmə aktları ilə qanuniləşdirməsi, əslində analoqu olmayan məhkəmə aktları ilə mənzilə istifadə hüququ olmayan iddiaçının ona qarşı hazırkı tələbi Cavabdeh1 illərlə məhkəmədə həqiqətə nail olmağına mane olur. Bir mənzil üzərində istifadə hüququna dair verilmiş fərqli məhkəmə aktlarına və illərlə iddiaçı tərəfin əsassız iddialarına görə məhkəmə qapılarında qalmışdır. Məhkəmə hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (30 may 2014-cü il tarixli) hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum cəmiyyətin sədri X8 cəza müddəti başa catmaq üzrə olsa da, mənzillə bağlı ədalətsiz məhkəmə aktlarının çıxarılması səbəbindən mülki iş hələ də davam edir. Bu haqqsızlığa görə şəkər xəstəliyi tapmış və ədalətsiz məhkəmə aktlarının qurbanı olmuşdur. İddiaçı ona qarşı mənzildən çıxartma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin əsassız və qanunsuz olmasına dair yuxarıda qeyd olunan əsaslarla yanaşı onu da vurğulamaq istəyir ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X5 ona qarşı mənzildən çıxartma və vurulmuş maddi zərərin ödənilməsi barədə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur. Qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət edimişdir. Həmin qətnamə 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli-006 nömrəli icra sənədinə əsasən Bakı şəhəri İcra şöbəsinin icra məmuru cənab Elşən Bəşirli tərəfindən icra olunmuş və icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə göndərilmişdir. İddiaçının eyni predmet və əsasla təkrar olaraq ona qarşı iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı heç bir zaman o, mənzildə yaşamamış və mənzilin təmiri Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin 154-cü maddəsinin tələbinə əsaslanaraq məhkəmədən iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan: İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılmasına” dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 150 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86,7 kv.m təşkil edən təmirli, 2 (iki) otaqlı yaşayış mənzillərinin aylıq kirayə haqqı yaşayış mənzillərinin mərtəbəliyindən, təmirliyindən və təchizatından asılı olaraq 2022-ci il tarixə minimum 400 manat, maksimum 500 manat, 2023-cü il tarixə minimum 480 manat, maksimum 520 manat, 2024-cü ilin yanvar və avqust aylarına qədər isə minimum 540 manat, maksimum 600 manat təşkil etmişdir. İş materiallarında olan, xx.xx.2005-ci il tarixli "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış müqavilə ilə icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanda 14 mərtəbəli yaşayış evinin ikinci mərtəbə, ümumi sahəsi 86,7 kv. metr olan birinci blok, 14 nömrəli mənzil, izolə olunmuş 2 otaqdan ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, X7 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4117/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, İsmayılov Ramin Mübariz oğlunun kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-531/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin qismən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2153/14 saylı xx.xx.2014-cü il tarixli qərarından görünür ki, cavabdeh X11 və vəkili Abdurəhmanov Ağarəhim Abdulxaliq oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-531/2014 nömrəli işi üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması qət olunmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı 005-29304 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir, Xətai Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, Cavabdeh1 və X9 əməllərində Azərbaycan Respublikası CM-in 177.1 və 322.1 maddələrində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinə xitam verilməsi, Şübhənin kifayət qədər əsaslı olmadığı nəzərə alınıb Cavabdeh1 haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və Cavabdeh1 şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunması, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmələrinin izah edilməsi, tərəflərə rəsmi məlumat verməklə cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşşən mənzilin vizual aylıq kirayə haqqı xx.xx.2022-ci il tarix üçün 250-350 manat, xx.xx.2024-cü il tarix üçün 350-450 manat olması hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli "xxxx" MMC (icraçı) ilə X14 (payçı) arasında bağlanmış müqavilə ilə icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanda 14 mərtəbəli yaşayış evinin ikinci mərtəbə, ümumi sahəsi 86,8 kv. metr olan birinci blok, 14 nömrəli mənzil, izolə olunmuş 2 otaqdan ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli "xxxx" MMC (icraçı) ilə Cavabdeh1 (payçı) arasında bağlanmış müqavilə ilə icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanda inşa edilmiş yaşayış binasının birinci blok, ikinci mərtəbə, ümumi tikinti sahəsi 86,8 kv. metr olan birinci blok, 14 saylı mənzili pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 82 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında Cavabdeh2, X2 və X6 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 82 saylı MKİS tərəfindən verilən məlumata əsasən, ünvan 5 ünvanında yaşayan Cavabdeh2, X2 və X4 məhkəmə bildirişi çatdırılmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 A, birinci blok, ikinci mərtəbə, 14 saylı mənzildə Cavabdeh1 ailə üzvləri: oğlu, gəlini, qızı, nəvələri və başqaları yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən, əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını və məhkəmə iclasında tərəflərin verdiyi izahatları məcmu şəkilində qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Beləlikə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il tarixli "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış müqavilə ilə icraçı Bakı şəhəri İH başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanda 14 mərtəbəli yaşayış evinin ikinci mərtəbə, ümumi sahəsi 86,7 kv. metr olan birinci blok, 14 nömrəli mənzil, izolə olunmuş 2 otaqdan ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, X7 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh İsmayılov Ramin Mübariz oğlunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4117/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə İsmayılov Ramin Mübariz oğlunun kasasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-531/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin qismən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2153/14 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdeh X11 və vəkili Abdurəhmanov Ağarəhim Abdulxaliq oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 531/2014 nömrəli işi üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, icra məmuru Elşən Bəşirli tərəfindən icra sənədi tam şəkildə təmin edildiyindən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Buna görə də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7528/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılmasına” dair hissəsində iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisəli ünvan 2 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 2 otaqdan ibarət 14 nömrəli mənzili İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş faktlar yenidən digər məhkəmə tərəfindən sübut olunmur və həmin qətnamələr məhkəmə üçün məcburidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair), X16 və onun ailə üzvləri (həyat yoldaşı, oğlu qızı, nəvələri və sair) və mənzildə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 A, birinci blok, ikinci mərtəbə, 14 saylı mənzildə Cavabdeh1 ailə üzvləri: oğlu, gəlini, qızı, nəvələri və başqaları yaşayır. Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair), X16 və onun ailə üzvləri iddiaçıya təhvil verilmiş mənzilə qanunsuz daxil olaraq orada məskunlaşdıqlarından, iddiaçının hüquqları pozulmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzilin qanuni sahibi və istifadəçisidir, həmçinin mübahisəli mənzildən gözlənilən mülkiyyət hüququ olduğundan, o pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş 14880 manat dəymiş maddi zərərin cavabdehlərdən tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, yalnız Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması qət olunmuşdur. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nizmai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli “Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması” barədə icra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, icra məmuru Elşən Bəşirli tərəfindən icra sənədi tam şəkildə təmin edildiyindən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmiş, Cavabdeh1 barəsində akt tərtib edilərək, ünvan 12mədov küçəsi 20, 14 saylı mənzil ünvanından çıxarılmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdən -xx.xx.2023-cü il tarixədək ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildə yaşaması və əşyalarının həmin mənzildə olması mülki işin mübahisəsiz halıdır. Həmçinin mənzildən faktiki istifadə etdiyi müddət ərzində İddiaçı hər hansı haqq verdiyi də müəyyən edilmir. Göründüyü kimi Cavabdeh1 hərəkətləri nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ona təhvil verilmiş əmlakdan məhrum olmuşdur. Odur ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının əmlakından məhrum olması nəticəsində dəymiş ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşşən mənzilin vizual aylıq kirayə haqqı xx.xx.2022-ci il tarix üçün 250-350 manat, xx.xx.2024-cü il tarix üçün 350-450 manat olması hesablanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixinədək mənzilin orta aylıq kirayə haqqı 300 manatdan hesablanaraq, Cavabdeh1 5190 manat ((17 ay x 300 manat)+ (9 gün x 10 manat) = 5190 manat) məbləğində dəymiş maddi zərər İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “5000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyana görə pulun ödənilməsinə dair iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair), X16 və onun ailə üzvləri (həyat yoldaşı, oğlu qızı, nəvələri və sair) və mənzildə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılmalı, Cavabdeh1 5190 manat məbləğində dəymiş maddi zərər İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair), X16 və onun ailə üzvləri (həyat yoldaşı, oğlu, qızı, nəvələri və sair) və mənzildə yaşayan digər şəxslər əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20 (son dəyişikliklərə əsasən ev 20A), 14 saylı mənzildən çıxarılsınlar. Cavabdeh1 5190 (beş min yüz doxsan) manat məbləğində dəymiş maddi zərər və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar