Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7580/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X10, Maraqlı şəxs1 nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Maraqlı şəxs1 maraqlı şəxs olmaqla “iddiaçının övladlarının təhsil haqqının 50%-nin cavabdeh (iddiaçının işəgötürəni) tərəfindən ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR və onun struktur təşkilatlarının işçilərinin Maraqlı şəxs1ndə təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə tətbiq edilən 50% güzəştin SOCAR-ın bütün digər işçiləri kimi ona da şamil edilməsi və o, cavabdeh və Maraqlı şəxs1 arasında üçtərəfli müqavilələrin bağlanaraq övladları X11 üçün ödənilməli olan 16 500 (on altı min beş yüz) manat təhsil haqqının yarısı olan 8250 (səkkiz min iki yüz əlli) manatın, X16 üçün ödənilməli olan 14 760 (on dörd min yeddi yüz altmış) manat təhsil haqqının yarısı olan 7380 (yeddi min üç yüz səksən) manatın və X17 üçün ödənilməli olan 13 120 (on üç min yüz iyirmi) manat təhsil haqqının yarısı olan 6560 (altı min beş yüz altmış) manatın, ümumilikdə 22190 (iyirmi iki min yüz doxsan) manatın cavabdeh tərəfindən Maraqlı şəxs1nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR və onun struktur təşkilatlarının işçilərinin Maraqlı şəxs1ndə təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə tətbiq edilən 50% güzəştin SOCAR-ın bütün digər işçiləri kimi ona da şamil edilməsi, o, cavabdeh və Maraqlı şəxs1 arasında üçtərəfli müqavilələrin bağlanaraq övladları X11 üçün ödənilməli olan 16 500 (on altı min beş yüz) manat təhsil haqqının yarısı olan 8250 (səkkiz min iki yüz əlli) manatın, X16 üçün ödənilməli olan 14 760 (on dörd min yeddi yüz altmış) manat təhsil haqqının yarısı olan 7380 (yeddi min üç yüz səksən) manatın və X17 üçün ödənilməli olan 13 120 (on üç min yüz iyirmi) manat təhsil haqqının yarısı olan 6560 (altı min beş yüz altmış) manatın, ümumilikdə 22190 (iyirmi iki min yüz doxsan) manatın cavabdeh tərəfindən Maraqlı şəxs1nə ödənilməsi və 350 (üç yüz əlli) manat hüquqi yardım göstərilməsi xərcinin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixindən bugünədək SOCAR-ın təsisçiliyi ilə yaradılan və struktur təşkilatı olan cavabdeh Bakı Ali Neft Məktəbində çalışıram. SOCAR və onun struktur təşkilatlarının işçilərinin Maraqlı şəxs1ndə (ABC School) təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə 50% güzəşt tətbiq edildiyindən, həmin imtiyazdan faydalanmaq üçün övladlarımın təhsil alması məqsədilə xx.xx.2020-ci il tarixində ABC School ilə müqavilə bağlamışam. 2020-ci ilin sentyabr ayından 2025-ci ilin iyun ayınadək övladlarım X11, X16 və X17 ABC School-da eyni ailədən bir neçə şagirdin təhsil alması üçün nəzərdə tutulan güzəşt ilə yanaşı, SOCAR işçilərinin övladları üçün nəzərdə tutulan 50% güzəşt hüququndan faydalanaraq təhsil alıblar. Kiçik övladım X12 isə ABC Schoolda bir ailədən 4 şagirdin təhsil alması səbəbindən məktəbdə ödənişsiz təhsil alır. 2025-2026-cı illər üzrə təhsil haqları övladlarım X11 üçün 16 500 (on altı min beş yüz) manat, X16 üçün 14 760 (on dörd min yeddi yüz altmış) manat və X17 üçün 13 120 (on üç min yüz iyirmi) manat, ümumilikdə 44 380 (qırx dörd min üç yüz səksən) manat təşkil edir və bu məbləğin tərəfimdən tam ödənilməsi mümkünsüzdür. Bildirmək istəyirəm ki, ABC School tərəfindən bildirilmişdir ki, bu güzəşt Qərar əsasında tətbiq edilir. Tərəfimdən həmin qərarın əldə edilməsi üçün yazılı müraciət edilsə də, mənə şifahi olaraq məlumat verilmişdir ki, qərarın mənə təqdim edilməsi mümkün deyil və bugünədək qərar mənə təqdim edilməmişdir. 50 faiz güzəşt ilə təhsil alan övladlarım hazırda 12, 10 və 8-ci sinifdə təhsil alırlar. 2025-ci il-dərs ilinin sonlarına yaxın ABC School tərəfindən bizə bildirildi ki, SOCAR-ın yeni qaydalarına əsasən “Təhsilin təşkili müqaviləsi” artıq məktəb, valideyn və valideynin çalışdığı müəssisə arasında üçtərəfli bağlanmalıdır və tətbiq edilən 50% güzəşt valideynin çalışdığı müəssisə tərəfindən ödənilməlidir. Üçtərəfli müqavilənin bağlanması üçün çalışdığım Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova xx.xx.2025-ci il tarixində müraciət ünvanladım. Müraciətimin üzərindən 1 aydan artıq müddət keçdikdən sonra İqtisadiyyat və uçot şöbəsinin əməkdaşı tərəfindən mənə şifahi qaydada (müraciətimə rəsmi cavab verilmədən) bildirildi ki, cavabdehin büdcəsində vəsait olmadığı üçün ödəniş edilməsi mümkün olmayacaq. X29 məni xidməti otağına dəvət edərək büdcəsində kifayət qədər vəsaitin olmadığını şəxsən özü də qeyd etmiş, eyni zamanda məktəbin SOCAR ilə heç bir əlaqəsi olmadığını vurğulamışdır. ABC School-da SOCAR və onun struktur təşkilatlarının işçiləri üçün 50% güzəşt tətbiq edilməsinin səbəbi həmin məktəbin yaradılamasında və maliyyələşdirilməsində SOCAR-ın iştirak etməsidir (SOCAR-ın rəsmi internet səhifəsindən əldə edilmiş ekran görüntüsü sübutlara əlavə edilir). ABC School-un təsisçisi olan “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (**********) qanuni təmsilçisi (idarə heyətinin sədri) 2007-2023-cü illər ərzində SOCAR-da vitse-prezident, 2023-cü ildən bugünədək SOCAR prezidentinin müşaviri vəzifəsində çalışan Xalik Məmmədovdur. Bundan başqa, ABC School-un İdarə heyətinin 5 (beş) üzvündən 4-ü SOCAR əməkdaşıdır (sübutlar təqdim edilir). Məktəbin rəhbər vəzifələrinə SOCAR-ın işçilərinin təyinatı onu sübut edir ki, ABC School ilə bağlı qərarvermə hüququ SOCAR-a məxsusdur. “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin və ABC School-un hüquqi ünvanları “AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİLƏR PR., ev.73” ünvanıdır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş sübutlar təqdim edilir). Qeyd edilən ünvan həmin təşkilatlar təsis edildikləri dövrdə SOCAR-ın Baş ofisinin hüquqi ünvanı idi. Cavabdehin əsassız imtinasından sonra məsələ ilə əlaqədar xx.xx.2025-ci il tarixində SOCAR-ın Baş Ofisinə müraciət ünvanladım. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən, müraciətlərə baxılması müddəti 15 (on beş) iş günü olduğu halda, cavab məktubu mənə e-mail vasitəsilə xx.xx.2025-ci il tarixində göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, 2018-ci ildə SOCAR əməkdaşlarının övladlarının ABC School-da güzəştli şərtlərlə təhsil almaları və təhsil haqqının 50%-lik güzəşt hissəsinin SOCAR tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2024-cü ildə qəbul edilmiş digər qərara əsasən, təhsil haqqına tətbiq olunan 50%-lik güzəşt hissəsinin ödənişinin 2024-2025 tədris ilində əvvəlki qaydada davam etdirilməsi, 2025- 2026 tədris ilindən etibarən isə sözügedən 50%-lik güzəşt hissəsinin işçinin çalışdığı müəssisə və ya təşkilatın idarəetmə orqanlarının qərarları və öz hesabına ABC School ilə birbaşa üçtərəfli müqavilə bağlayaraq tətbiqi məqsədəuyğun hesab edilmişdir. Həmin xərclər müvafiq təşkilatlar tərəfindən maliyyə imkanlarından asılı olaraq təmin edilə bilər. Eyni zamanda cavabdeh tərəfindən mənə xx.xx.2025-ci il tarixində cavab məktubu göndərilmiş, BANM-in əməkdaşlarının övladlarının özəl məktəbdə təhsil xərclərini tam və ya qismən qarşılamaq üçün hüquq və maliyyə öhdəliyinin mövcud olmadığı bildirilmişdir. Məktub E.Qasımovun deyil, İnzibati-təsərrüfat işləri üzrə prorektorun imzası ilə göndərilmişdir. Əvvəla araşdırmaq lazımdır ki, həmin şəxsin müəssisənin adından imza atmaq səlahiyyəti mövcuddurmu və ya həmin şəxsin ümumiyyətlə məktəbin hər hansı özəl məktəb deyil, SOCAR-ın maliyyələşdirdiyi məktəb olduğundan xəbəri varmı?! İstər İqtisadiyyat və uçot şöbəsinin əməkdaşı tərəfindən, istərsə də E.Qasımovun özü tərəfindən mənə büdcədə vəsait olmaması səbəbindən ödəniş edilməyəcəyi bildirilsə də, nə üçün həmin fakt müraciətə cavab məktubunda qeyd edilməmişdir?! X34 məni otağına dəvət edib bu barədə söhbət apararkən büdcəsinə 6 (altı) milyon vəsaitin daxil olduğunu, 800 min - 1 milyon xərcinin olduğunu, eyni zamanda SOCAR-dan maliyyələşdirildiyini özü etiraf etmişdir (sübutlar hazırlıq iclasında təqdim ediləcək). Bu səbəbdən BANM-in büdcəsinin 2024-cü il üzrə faktiki, 2025-ci il üzrə proqnoz göstəriciləri barədə məlumatın cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır. Nəzərinizə çatdırıram ki, BANM-in fəaliyyətinin əsas hissəsi sosial yönümlü olduğu üçün BANM üzrə büdcə tərtib edilərkən özünə aid gəlir və xərclər müəyyən edilir, çatışmayan hissə SOCAR tərəfindən maliyyələşdirilir. Belə olan təqdirdə, əməkdaşların övladlarının ABC School-da təhsil haqqı xərcləri xərc maddələrində nəzərə alınmalı idi. Bildirmək istəyirəm ki, SOCARın digər struktur təşkilatlarından fərqli olaraq cavabdeh həm SOCAR-dan maliyyələşir, həm də təhsil xidməti (bakalavr, magistr, doktorantura və əlavə təhsil) göstərərək kənardan maliyyələşir (Cavabdehin rəsmi internet səhifəsindən əldə edilmiş təhsil haqqı ilə bağlı sənəd sübutlara əlavə edilir). Bundan başqa, ABC School-dan aldığım şifahi məlumata əsasən qeyd etmək istəyirəm ki, Elmar Qasımov BANM-də çalışan digər əməkdaşlarla təhsil müqavilələrini bağlayıb. E.Qasımovun öz qohumu mənə whatsapp yazışmasında xx.xx.2025-il tarixində müqavilə bağlamadığını, İqtisadiyyat və uçot şöbəsinin rəisi ilə danışacağını bildirsə də, cəmi 1 gün sonra - xx.xx.2025-ci il tarixində ona məktəbdən aldığım məlumata əsasən E.Qasımovun BANM əməkdaşları ilə müqavilə bağladığını öyrəndiyimi bildirdiyimdə, çarəsiz müqavilə bağladığını etiraf etmiş, ancaq müqaviləni məktəblə ikitərəfli qaydada bağladığını qeyd etmişdir. Əgər ikitərəfli bağlamışdısa, nə üçün bunu gizlətmək ehtiyacı duyurdu?! Aramızdakı mübahisə nəticəsində cavabdeh ilə ABC School arasında hərhansı danışığın olması və üçtərəfli müqavilənin ləğv edilərək ikitərəfli formada bağlanmasının mümkünlüyünü nəzərə alaraq, cavabdeh və ABC School tərəfindən 2025-ci ilin aprel ayından sentyabr ayınadək olan müddət üçün bütün ödənişlərin (ABC School-a münasibətdə təhsilə görə daxilolmaların) və SOCAR üzrə sənəd dövriyyəsinin aparıldığı Opentext sistemindən müqavilələrin çıxarışının və müqavilələrin qeydiyyatı jurnalının surətinin (məhkəməyə əsli də gətirilməklə) məhkəməyə təqdim edilməsi vacibdir. Bütün sənədlər təqdim edilərkən vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi) madddəsinə əsasən məsuliyyət daşıdıqlarını nəzərə almalıdırlar. Bundan başqa, ABC Schooldan, SOCAR-ın digər müəssisələrində çalışan tanışlarımdanvə övladlarımın sinif yoldaşlarının valideynlərindən aldığım məlumata əsasən SOCAR-ın bütün müəssisələri öz işçiləri ilə üçtərəfli müqaviləni bağlamışdır. Məlumatlar məktəbdən əldə edilə bilər. Elmar Qasımovun mənimlə müqavilə bağlamamasının səbəbi mənimlə işəgötürən-işçi münasibətlərində prinsip aparması ilə əlaqədardır. Belə ki, 2022-ci ildə məni dəfələrlə qanunsuz olaraq şənbə və bazar günləri işə çıxmağa məcbur etmiş, mən isə 4 (dörd) övlad anası olduğumu, övladlarım qarşısında öhdəlik daşıdığımı, hər günümü işdə keçirə bilməyəcəyimi bildirərək buna etiraz etmişdim. Nəticədə E.Qasımov şöbəmin dəyişdirilməsini, şənbə və bazar günləri işə çıxmaq tələb olunmayan şöbəyə keçməyimi təklif etmiş, mən də bu təklif ilə razılaşdığımı bildirmişdim. X35 İnsan Resursları şöbəsinin rəisi Səbinə Hüseynova ilə birlikdə mənə oyun qurmuş, mənə 2 ədəd ərizə yazdırılmışdır (çalışdığım şöbədən çıxma və yeni şöbəyə keçirilmə). Daha sonra Səbinə Hüseynova iş otağında mənim hər iki şöbə üçün yararsız olduğumu bildirmiş, “4 uşağın var, neyləyirsən işləyib, get evdə otur, uşaqlarına bax!” deyərək yalnız birinci ərizəmi (şöbədən çıxma) Opentext sisteminə (SOCAR-da sənəd dövriyyəsi həmin proqram vasitəsilə icra edilir) yerləşdirəcəklərini və mənimlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini qeyd etmişdir. İşdən qanunsuz olaraq azad edildiyim üçün qanunvericiliyə uyğun addım atmağa başladım. Bütün sübutlar E.Qasımovun əleyhinə olduğu üçün o, mediasiya prosesində barışıq təklif etmiş, məni işimə bərpa etmişdi. Bundan sonra da E.Qasımov mənimlə prinsip aparmağa davam etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində intizam komissiyası tərəfindən iclas təşkil etdirərək mənə intizam tənbehi tətbiq etdirməyə çalışmış, lakin mən hüquqlarımı bildiyim və işimi qüsursuz yerinə yetirdiyim üçün məni cəzalandırmaq niyyəti baş tutmamışdır. O da bu niyyətini övladlarımın təhsil haqqının ödənilməsindən imtina edərək, onların təhsil almaq hüququna mane olaraq reallaşdırmağa çalışmışdır. Hazırda böyük qızım 12-ci (son) sinifdə təhsil alır. ABC School-un təhsil proqramı digər məktəblərin proqramlarından kəskin fərqlənir. Bakı şəhərində ABC School-un tədris proqramına və ödədiyim təhsil haqqına uyğun məktəb tapmaq kifayət qədər çətindir. BANM-in rektoru Elmar Qasımov tərəfindən mənim digər SOCAR əməkdaşları kimi 50%-lik imtiyazdan istifadə etmək hüququm, övladlarımın isə təhsil almaq hüquqları pozulur. SOCAR tərəfindən qəbul edilmiş qərarın müəssisələrə göstəriş deyil, tövsiyə xarakterli olduğu iddia edilən SOCAR-ın Baş Ofisinin cavabına münasibət olaraq bildirmək istəyirəm ki, bu hal övladlarının ABC Schoolda ilk dəfə təhsil alması üçün müraciət edən işçilərə şamil edilə bilər. Mənim kimi, 2020-ci ildən bugünədək övladları həmin məktəbdə təhsil alan valideynlərə deyil. Mən övladlarımın həmin məktəbdə təhsil alması üçün 2020-ci ildə ABC School ilə müqavilə bağladığım zaman da, sonrakı illərdə müqaviləni hər dəfə uzadarkən də SOCAR tərəfindən tətbiq edilən 50 %-lik güzəştə güvənmişəm. Tərəfimdən cavabdeh ilə barışıq əldə edilməsi üçün addım atılmış, mediasiyaya müraciət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən mediasiya sessiyasında iştirak etməkdən və dolayısı ilə barışıqdan imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iş üzrə cavabdeh qismində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinə qarşı iddiaçının övladlarının təhsil haqqının 50%-nin cavabdeh (onun işəgötürəni) tərəfindən ödənilməsinə dair e-2(011)-7580/2025 saylı işə icraatınızda baxılmaqdadır. Sözügedən iddia tələbinə münasibətdə cavabdeh adına hesab edirik ki, tələb tamamilə əsassızdır və tələbin mövcudluğunun heç bir hüquqi əsası yoxdur. 1. Belə ki, iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsində özünün də qeyd etdiyi kimi, övladlarının “X15” Təhsil Kompleksində təhsil almalarına dair müqavilə Təhsil Kompleksi ilə İddiaçı arasında bağlanmışdır. İddiaçının qeyd etdiyi güzəşt isə SOCAR işçilərinə tətbiq edilməsi üçün nəzərdə tutulmuş və SOCAR-ın təsisçisi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin müvafiq qərarında öz əksini tapmışdır. Qeyd olunanlardan və iddiaçı tərəfindən təqdim olunan sənədlərdən göründüyü kimi, Bakı Ali Neft Məktəbi (BANM) iddiaçı və ABC Təhsil Kompleksi arasında yaranan hüquq münasibətlərində tərəf qismində iştirak etməmiş və üzərinə heç bir öhdəlik götürməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5-ci bəndinə əsasən, Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 43.2-ci maddəsinin x hissəsinə əsasən, Əmək müqaviləsində tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar mütləq göstərilməlidir. Əməkdaş tələb etdiyi güzəştin müəssisə tərəfindən qarşılanmalı olduğunu qeyd etsə də, bununla bağlı öhdəlik müəyyənedici fakt nə BANM və İddiaçı ilə bağlanan əmək müqaviləsində, nə də müəssisəmizə SOCAR Baş ofisindən daxil olan hər hansı sənəddə öz əksini tapmışdır (Əmək müqaviləsinin surəti və SOCAR-ın viste-prezidenti Zaur Qurbanov tərəfindən elektron sənəd dövriyyəsi vasitəsilə göndərilən 14-2/3-6- 2889/2024 nömrəli məktubun surəti əlavə olunur). Qeyd edək ki, sözügedən təhsil kompleksində hazırda BANM əməkdaşlarının 7 övladı təhsil alır ki, bunların da illik (10 ay) təhsil haqqı 50% güzəştlə 45 520 (qırx beş min beş yüz iyirmi) manat təşkil edir. Sözügedən məbləğin 22.190 manatı iddiaçının övladlarının BANM tərəfindən ödənilməsi tələb olunan illik (10 ay) təhsil haqqıdır. Əlavə olaraq övladları başqa təhsil komplekslərində təhsil alan kifayət qədər əməkdaş mövcuddur. Əmək müqaviləsi və ya digər hər hansı öhdəlik müəyyənedici sənədlə təsbit olunmadığı halda BANM əməkdaşlarının Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyində təhsil alan övladlarının təhsil haqqlarının 50%-nin ödənilməsi digər əməkdaşlar tərəfindən də haqlı olaraq belə tələblərə səbəb ola bilər. Qeyd olunan tələbin qarşılanmaması isə əməkdaşlar arasında ayrı-seçkilik kimi qiymətləndiriləcəkdir. Tələblərin təmin olunması isə öz növbəsində müəssisənin əsaslı şəkildə maliyyə riski ilə üzləşməsinə, habelə Ali Məktəbin əsas prioriteti və vəzifəsi olan təhsilin keyfiyyətli və dayanıqlı təmininə maneə yaranmasına səbəb ola bilər. 2. Əməkdaş tərəfindən iddia ərizəsində qeyd olunan şifahi fikir və mülahizələr, ABC Təhsil Kompleksinin İdarə heyətinin tərkibi barədə ictimaiyyətə açıq olan məlumatlar, məsələ ilə əlaqədar digər SOCAR müəssisələri tərəfindən atılan addımlar BANM-ə əməkdaşlarının övladlarının təhsil haqqının 50%-ni ödəmə öhdəliyi müəyyən etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 28 noyabr 2018- ci il tarixli Plenum qərarında qeyd olunur ki, materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Yuxarıda sadalanan hallara dair iddiaçı tərəfindən sübut mahiyyətli sənəd əlavə edilməməklə yanaşı, iş materiallarına əlavə olunmuş sənədlər də BANM-in heç bir öhdəlik götürmədiyini göstərir. 3. İddiaçı iddia ərizəsində BANM-ə münasibətdə qeyd etdiyi məqamlardan biri də, ona ünvanlanan cavab məktubunun İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayev tərəfindən imzalanmış olması və sözügedən şəxsin vətəndaş müraciətinə cavab vermək səlahiyyətinin olub olmamasıdır. Buna münasibətdə bildiririk ki, BANM-in xx.xx.2013-cü il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “X19” nın 9.6-cı bəndinə və BANM-in 14-2-17/3-1İ-76/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli əmrinə müvafiq olaraq, rektorun müstəsna səlahiyyətlərinə aid olmayan sənədlər rəhbərlik etdiyi sahə aidiyyatı nəzərə alınmaqla prorektorlar tərəfindən imzalanır (Müvafiq sənədlər əlavə olunur). 4. BANM-in səlahiyyətli şəxsləri tərəfindən sözügedən xərcin büdcədə əks olunmadığını, habelə bu vəsaitin BANM tərəfindən öhdəlik götürülməklə qarşılanmasının məqsədəmüvafiq olmadığını demiş olmalarına münasibətdəki iddiaçının qeydlərinə əsasən diqqətinizə çatdırırıq ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında SOCAR-ın tərkibində yaradılmış ali təhsil müəssisəsidir. BANM-in qarşısında duran əsas maliyyə öhdəlikləri müəssisədə çalışan əməkdaşların əmək haqqlarının, tədris prosesinin keyfiyyət və davamlılığının, əməkdaş və tələbələr üçün tələb olunan iş şəraiti və infrastrukturun təminidir. Əlavə edək ki, SOCAR və SOCAR qrup müsəssisələrində 2023-cü ildən etibarən “Performans əsaslı illik mükafatlandırma” sistemi tətbiq edilməkdədir və bu hal müəssisənin zəruri olmayan xərclərinin azaldılmasının əsas səbəblərindən biridir. SOCAR-dan alınan maliyyə dəstəyinin hər il ötən ilə münasibətdə azaldılması BANM-ın SOCAR qarşısında duran əsas strateji hədəflərindən biridir. İddiaçı ona qərəzli münasibət olduğunu iddia etsə də, “Performans əsaslı illik mükafatlandırma” sistemindən faydalanan əməkdaşlardan biridir. BANM-ın SOCAR qarşısında duran strateji hədəflərinə çatmaması öz növbəsində həm onun, həm də digər bütün əməkdaşların sözügedən mükafatdan yararlanmasına əsaslı şəkildə risk yaradır. 5. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan və “sübut” hesab olunan sənədlərdən biri də Bakı Ali Neft Məktəbinin digər əməkdaşı olan Qumral İsmayılova ilə olan whatsapp yazışmalarıdır. Hesab edirik ki, həmin yazışmaların təqdim olunması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Həmin maddəyə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Belə ki, cavabdeh tərəfindən təqdim olunan yazışmalar vətəndaş Q.İsmayılovaya münasibətdə Azərbaycan Respublikasının Konstitutsiyasının 32-ci maddəsində nəzərdə tutulan şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb olmuşdur. Məsələyə dair, Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum qərarında qeyd olunur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Həmin Plenum qərara əsasən, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 6. İddiaçının əsassız iddialarından biri də, BANM və ABC Təhsil Kompleksi arasında hər hansı əməkdaşın övladının təhsil haqqının maliyyələşdirilməsinə münasibətdə müqavilənin hal-hazırda və ya bir neçə ay əvvəlki mövcudluğudur. Göründüyü kimi, İddiaçı iddiasını özü əsaslandırmadığı halda sözügedən müqavilənin mövcudluğunun BANM tərəfindən sübut olunmasını tələb edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. BANM və ABC Təhsil Kompleksi arasında müqavilə münasibətinin mövcudluğuna etiraz olaraq bildiririk ki, BANM-ın rektoru Elmar Qasımovun əmək məzuniyyətində olduğu dövrdə onun vəzifə səlahiyyətlərini müvəqqəti icra edən O.Rzayev və ABC Təhsil Kompleksinin Baş meneceri Ə.Ələkbərov arasında aparılmış e-mail yazışması tərəflərin hüquq münasibəti olmadığını təsdiq edir (O.Rzayevin səlahiyyətini təsdiq edən 14-2-17/3-1M-288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmr və e-mail yazışması əlavə olunur). Hesab edirik ki, əməkdaşın sözügedən iddiaları əsassız olmaqla yanaşı həm də BANM-ın rəhbərinə münasibətdə böhtan xarakteri daşıyır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı heç bir sübutu olmadığı halda əsassız yerə iddia edir ki, BANM-ın rektoru tərəfindən əməkdaşlara münasibətdə ayrı-seçkilik edilmişdir. İddiaçının sözügedən mülahizələrini heç bir əsası olmadan SOCAR rəhbərliyinə ünvanlandığı müraciətində də ifadə etməsi aşkar şəkildə göstərir ki, onun bu əməlləri E.Qasımovu nüfuzdan salmağa yönəlmiş qərəzli münasibətdir. Halbuki, nəinki qeyd olunanlar əsassızdır, hətta əksini sübut edən faktlar məhkəmədən əvvəl əməkdaşa təqdim olunmuşdur. İddiaçı cavabdeh ilə ABC School arasında üçtərəfli müqavilənin mövcud olduğunu lakin sonradan ləğv olunduğunu iddia edərək, tərəflər arasında həyata keçirilmiş bütün ödənişlərin təqdim olunmasını tələb etmişdir. Buna münasibətdə qeyd edək ki, BANM və ABC Təhsil Kompleksinin səlahiyyətli nümayəndələri arasında aparılan yazışmadan aydın olur ki, tərəflər arasında hər hansı üçtərəfli müqavilə bağlanmamışdır. 2025/2026-cı tədris ili üzrə ABC yalnız BANM əməkdaşlarının yalnız özləri ilə ikitərəfli qaydada müqavilə bağlamışdır. Sözügedən məlumatlar sadəcə BANM tərəfindən yox, eyni zamanda ABC Təhsil Kompleksinin Baş meneceri Ələkbər Ələkbərov tərəfindən də təsdiqlənmişdir. Göründüyü kimi iddiaçıya düşüncələrinin əsassız olduğu sübut olunsa da, o, yalan olduğunu bilə-bilə BANM rəhbərliyinə münasibətdə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymağa davam edir. Azərcaycan Respublikasının Cinayət məcəlləsinin 147.1. maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməli kimi qiymətləndirilir. Qeyd olunanlarla yanaşı SOCAR-ın aparat rəhbərinin müavini Fərid Hacıyev tərəfindən iddiaçıya verilən cavab məktubunda da SOCAR-ın aidiyyatı müəssisə və təşkilatlarının 50%-lik güzəştin ödənilməsinə münasibətdə öhdəlik daşımadığı qeyd olunmuş lakin iddiaçı bununla da qane olmamış və qərəzli şəkildə BANM rəhbərliyini nüfuzdan salmağa yönəlmiş fikirlərini səsləndirməyə davam etmişdir (Məktubun surəti qoşmaya əlavə olunur). Yuxarıda göstərilənləri ümumiləşdirməklə hesab edirik ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar və təqdim etdiyi sənədlər hüquqi əhəmiyyətə malik olmamaqla, məhkəmə, habelə cavabdeh tərəfindən sübut olunması tələb olunan şifahi və yazılı mülahizələrdir. Sözügedən məsələyə Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum qərarında aydınlıq gətirilmişdir. Həmin qərara əsasən, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. İş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. 7. Onu da əlavə edək ki, sözügedən güzəştin tətbiqi sadəcə müəssisənin ali idarəetmə orqanının qərarı əsasında mümkün ola bilər. Bununla bağlı isə BANM-in İqtisadiyyat və uçot şöbəsinin rəisi-Baş mühasib Oktay Məmmədovun və Rəhbərlik yanında aparatda böyük mühəndis (Risklərin idarə edilməsi üzrə) Elvin Kazımlının təşəbbüsü ilə BANM-in ali idarəetmə orqanı olan Elmi Şura qarşısında məsələ qaldırılmış və geniş şəkildə müzakirəsi aparılmışdır. Yekunda O.Məmmədov və E.Kazımlı tərəfindən baş verə biləcək mövcud risklər barədə Elmi Şura üzvlərinə məlumat verilmişdir. Qəbul olunan 06-2024/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli Elmi Şuranın qərarı ilə məsələnin BANM üzrə tətbiqindən yekdilliklə imtina olunmuşdur (Qərarın surəti qoşmaya əlavə olunur). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 07 mart 2025-ci il tarixli KQ-02nömrəli Qərarı ilə təsdiq edilmiş, Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında nümunəvi əsasnamənin 4.19 bəndinə əsasən, Elmi şuranın qərarlarının icrası müəssisə və onun rəhbəri üçün məcburidir. Sonda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin nümayəndəsi Nümayəndə1 İddiaçı cavabdeh SOCAR-ın Bakı Ali Neft Məktəbinə qarşı iddia tələbinin tam şəkildə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirdi ki, orda kimin uşağı oxuyursa onların hamısı SOCAR-ın məktubunu özünə göstəriş kimi qəbul edib. Tövsiyyə deyil göstərişdir. Elmar Qasımov deyir ki, yox bağlanmayıb, büdcədə vəsait yoxdur, amma büdcədə vəsait var. SOCAR-ın məktubu socarın bütün alt idarələrinə ünvanlanıb, ödənişin 50%-nin ödənilməsi ilə bağlı olub məktub, məktub göstəriş xarakterli olub. Hansı işçinin uşağı təhsil müəssisəsində oxuyursa onunla müqavilə bağlanıb. İdarə, məktəb, işçi arasında müqavilə üçtərəfli bağlanır. Əgər bu məktub digər işçilərə də aid edilirsə onda Günel xanıma da şamil olunmalıdır. 2024-cü ilə qədər müqavilə vətəndaşla kollec arasında bağlanırdı, bu ildən artıq SOCAR deyib ki, müqavilə üçtərəfli bağlansın, güzəşt olsun. İddianı müdafiə edir. Etiraz yalan məlumatlarla doludur. Müqavilə kolleclə iddiaçı arasında bağlandığına görə və əmək müqavilədə bu hal nəzərdə tutulmadığından cavabdeh heç bir öhdəlik daşımır və bu övladları digər təhsil müəsisələrində təhsil alan şəxslərin cavabdehdən ödəniş tələb etməsinə əsas ola bilər. SOCAR-ın əmrləri məktubları hansı quruma göndərilirsə o məcburi xarakter daşıyır. Cavabdeh üçün öhdəlik yaratmır deyir, ama 2026-cı il üçün üçtərəfli müqavilə bağlanmalıdır. Elmar Qasımov iddia edir ki, məktəb SOCAR-ın deyil, ama o məktəb SOCAR-ındır. Hamı bilir ki, SOCAR ancaq öz məktəbinə güzəşt tətbiq edir. Kollecin 2028-ci il üçün strategiyasında təhlükələr göstərilir ki, SOCAR-ın güzəştinin dayandırılması kollec üçün təhlükə hesab edir. Çünki kollec bilir ki, güzəşt dayansa, heç kim uşağını o qiymətə ora qoymaz. Baş ofis heç vaxt ona etiraz etməyib. Oqtay Rzayev imzalayıb Günel xanıma göndərilən imtina məktubunu, ama onun bu səlahiyyəti yoxdur, əmri özləri yerləşdirib sistemə. Elmar Qasımov 7-29 avqust məzuniyyətdə olduğu müddətdə Oqtay Rzayevə həvalə edib vəzifələrini. Həmin tarixdə göndərilmiş məktubu imzalamaq səlahiyyəti yoxdur. Rektorun müstəsna səlahiyyətlərinə aid olmayan sənədlər rəhbərlik etdiyi sahə aidiyyatına uyğun prorektor tərəfndən imzalanır. Əgər burda sahə aidiyyatı dedikdə Günel xanımın kurasiyasını nəzərdə tutursa Babək müəllim olmalı idi, vətəndaş müraciəti nəzərdə tutursa niyə bir dəfə Oqtay Rzayev imzalayır, bir dəfə dəxlisiz insan resursları şöbəsinin rəisi cavab verir. Cavabdehin nəzdnində bir lisey yaradılıb, bildirilir ki, Günel xanım uşaqlarını ora qoya bilər. Göstərilir ki, orda təhsilin səviyyəsi ölkə üzrə təhsil səviyyəsindən yüksək qiymətləndirildiyindən, başqa təhsil müəssisəsi üçün ödəniş eləmək düz deyil. Lisey keçən ilin sentyabrında yaradılıb, həmin sözlər də fevraldakı protokolda qeyd edilib. Lisey Bakı Ali Neft Məktəbinindir. Liseyin 7000 manat təhsil haqqı var. Deyiblər ki, gətir ora qoy, deməyiblər pulsuzdur. Burda 28000 manat edir, Günel xanım 22000 manatı qoyub niyə 28000 manat ödəməlidir. Həmin liseydə 8-ci sinfə şagird qəbul edilir, bu zaman Günel xanım 4-cü sinifdən uşağını niyə 8-ci sinfə qoysun. Sonra deyirlər Günel xanıma ayrı-seçkilik olsa idi, ona performans ödənişi olunmazdı. Performansa görə verilir həmin ödəniş. Belə başa düşdüm ki, onlar bu ödənişi prorektorun kefinə görə verir. Günel xanımın işindən razıdırlar, məzuniyyətdə olanda da ona hesabat hazırlamaq üçün müraciət ediblər. Bütün bunlar hardan qaynaqlanır. Günel xanımı 3 il əvvəl işdən çıxarmışdırlar. X30 deyir ki, sən şənbə-bazar işə çıxmalısan, Günel razı olmayıb, Elmar bəy təklif edib ki, başqa şöbəyə keçsin hansı ki orda altı-bazar işə gəlmək tələb olunmur, Günel də razı olub keçib həmin şöbəyə. Sonra Səbinə xanım Günelə deyib ki nə edirsən işləyib 4 uşağın var, sənə iki ərizə yazdırmışıq, şöbədən çıxmaq və digər şöbəyə girməklə bağlı. Həmin şöbədən çıxmaqla bağlı ərizə ilə Günel xanımı işdən çıxarmışdılar. Sonradan mediasiya prosesində barışmadıq, o da bildirdi ki, bunlar hamısı sosial mediada yayılacaq bütün bunlar , sonradan Elmar Qasımov xahiş elədi ki, bağışlasın, bərpa elədi işə. Ondan sonra hər dəfə intriqa aparır. Peşmandır otaqdan çıxmağa, hamı onu izləyir görsün ki, hara gedir. Günel xanıma intizam tənbehi tətbiq etmək istəyiblər, bununla bağlı intizam komissiyasının iclası olub, bu ilin aprel ayında, Günel deyib ki, heç vaxt gecikməyib imtahana, soruşub ki haçan gecikib, prorektor da deyib ki, məndə olan məlumata görə 23 dekabrda gecikib. Aşkarladıqdan 1 ay sonra tətbiq edə bilərdilər. 4 ay sonra tətbiq etmək istəyiblər. Həmçinin deyib ki mənim elə fenomenal yaddaşım yoxdu haçan gecikib, istəyirsiniz araşdırıb dəqiq deyərəm. İntizam tənbehi tətbiq edən bunu dəqiq bilər. Sonra Günel xanım deyib ki siz Əmək Məcəlləsini pozursunuz, imtahanda iştirak etmək mənim vəzifəm deyil. Təhminə xanım deyir bununla bağlı Elmar Qasımovun əmri var, qanunvericiliyə zidd deyilsə icra edilməlidir, SOCAR-la qorxutmaq istəyiblər. Bu birbaşa qanunvericiliyə zidddir. Performans ödənişi ilə bağlı Güldanə xanıma deyib ki, mənim adım siyahıdan çıxarılsın, o işi görməyəcək, Güldanə də onu hədələyib, deyib ki, Günelə performans ödənişi edilməyəcək. Günel xanım kursa yazılıb, natamam iş vaxtında işləyir, kursun vaxtı işlə uyğun olmayıb, yenə insan resursları onu hədələyib, deyib ki, Günelə performans ödənişi edilməyəcəyini deyib. Günel xanım da deyib ki, mənə ayrılmaqla bağlı əmr verin, deyiblər sistem işləmir, sizi növbəti kursa salarıq. X31 xanımın kompüterinə gizlin müdaxilə edib, Günel xanım soruşur nə edirsiniz, deyib ki, Elmar Qasımovun tapşırığını yerinə yetirir. Qumral İsmayılovla bağlı etirazda bildirir ki, bu Qumral xanımın şəxsi toxunulmazlıq hüququnu pozur. Bunu Qumral xanım iddia edə bilər. Məktəb kimdir bunu iddia eləsin. Günel xanım həmin vaxt Elmar Qasımova deyib ki, o deyər yoldaşı Ələkbər müəllimə zəng edər görsün üçtərəfli müqavilə var. Elmar Qasımov etiraz edib ki, ehtiyac yoxdur, özü Ələkbər müəllimlə danışacaq, sonradan məlum oldu ki, müqavilə var. Günel xanım ayın 28-də Qumraldan soruşur ki, “məktəblə müqavilə bağlamısan?” cavab verir ki, yox, bağlamamışam, hələ Oqtay müəllimlə danışacağam. Günel xanım bir gün sonra məktəblə danışandan sonra soruşub ki, “bəs müqavilə bağlamamısan?”, cavab verib ki, “Günel mən məktəblə bağlamışam”. Ona görə düşünürəm ki, onlar arasında danışıq var. Qumralla üçtərəfli müqavilə bağlanıb. O vaxt məktəb məlumat vermişdi ki, bütün işçilərlə bağlanıb üçtərəfli müqavilə, sizinlə bağlanmayıb. Həmin vaxt da məhkəmə yox idi, ona görə məktəb düzgün məlumat verib. Məktəbin özünə də inanmıram. İndiyə kimi uşaqlardan şikayət olmayıb, 5 ildir. Ama bu məhkəmə prosesindən sonra gah dedilər uşağın biri dekoru sındırıb, kamera görüntüləri istəmişik hələ verməyiblər. Uşaqların qiyməti indiyə kimi A, B olub, amma son zamanlarda uşağa deyiblər ki, qiymətləri ilə bağlı valideyni gəlsin, uşaq da deyib ki, mənim qiymətlərim yaxşıdır, valideynlərim niyə gəlsin, deyiblər ki, bizə siyahı təqdim olunub, həmin uşaqların valideynləri gəlməlidir. Məktəbdə də uşaqları gözdən alıblar. Kolleclə məktəbin arası yaxşıdır, Elmar Qasımov tapşırıb ki, uşaqları sıxışdırın. Etirazda bildirilir ki, X32 xanım böhtan atır deyirlər. Cinayət Məcəlləsinə istinad edirlər, amma Cinayət Məcəlləsində yazılıb ki, kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində. Günel xanım hansı kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində böhtan atıb. Məktub xx.xx.2024-cü il tarixlidir. Cavabdeh sübut kimi sistemə yerləşdirib. Ayın 7-də məktub göndərilib. Elmar sənədi 3 ay yatızdırb özündə, 29 dekabrda ayılıb icraya göndərib. Səs yazısında Elmar bildirir ki, xeyr, məktəb SOCAR-ın deyil, kənar məktəbdir. Məktubdakı yazı göstərir ki, orda SOCAR dolayı yolla 100% paya sahibdir. Bu onu göstərir ki, onların iddiası düzgün deyil. Deyirlər ki, bu məktub tövsiyə xarakterlidir. İndi Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını oxumaq istəyirəm. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. İndi bu tövsiyədir ya göstəriş, göstərişdir. Həmin məktub da göstəriş xarakterlidir. 6 ildir oxuyurlar uşaqlar həmin kollecdə. Bütün SOCAR müəssisələri bağlayıb, Günel xanım da bağlamalıdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirdi ki, cavabdehin bacardığı tək şey etiraz etməkdir. Bu da onların haqsız olmasını göstərir. Baş ofis də bunun tövsiyə xarakterli olmasını deyir, lakin həmin cümlə hesab olduğunda bitir, tövsiyə deməklə deyil. Günel xanımın övladları 6 ildir ki, eyni məktəbdə oxuyurlar. O, SOCAR-a güvənib övladlarını bu məktəbə qoyub. İndi onları məktəbdən çıxarıb hara qoymalıdır. Səs yazısında da deyilir, özü etiraf edir ki, milyonlarla büdcə var. Tək Günelin yox, övladlarının hüququ pozulur. Pulun ancaq yarısını ödəyə bilər. İllərdir ki, SOCAR ödəyir indi ödəməyə bilməz. 6 ildir orada təhsil alırlar güzəştlə indi nə etsin. Elmar Qasımov bunları əmək mübahisəsi zəminində edir. Məhkəməyə verirdik deyə yalvardı o, hamı bu məktubu göstəriş kimi qəbul edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, başqa təhsil müəssisəsində oxuyan valideynin müraciəti barədə məlumatım yoxdur. BANM təsisçiliklə yaradılıb. Prorektorlar da imza səlahiyyətinə malikdir. Rəsmi məktubda bu öz əksini tapır. Sahə aidiyyatına tədris işləri üzrə və s. işlər üzrə prorektorlar, vətəndaş müraciətinə cavab vermək üzrə isə hamısının səlahiyyəti var. Liseydə təhsil 8-ci sinifdəndir və dil barədə məlumatım yoxdur. Təklif olunub ki, müraciət edə bilər, ödəniş məsələsinə münasibət yoxdur. BANM belə bir öhdəlik də daşımır, Bakı Ali Neft Məktəbinin əməkdaşların övladlarının təhsil haqlarını ödəmək kimi bir öhdəliyi yoxdur. Əməkdaşın 8-ci sinifdə oxuyan övladı müraciət eləsə, bu qiymətləndirilə bilər. Baş ofisə müraciət etməmişik belə bir öhdəliyimiz yoxdur. əmək müqaviləsində də belə bir öhdəlik və sonradan da bağlanan müqavilə yoxdur. Məktub tövsiyyə xarakterlidir, səlahiyyətli şəxslər də bunu təsdiq edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X21 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Tərəf tövsiyə xarakerli məktuba istinad edir. SOCAR-ın maliyyə yükü olub deyə belə bir məktub yazmaq zərurəti yaranıb. Əmr, qərar, sərancam, göstəriş xarakterli məktub isə tövsiyə xarakterli ola bilər. Performans ödənişi Neft şirkəti hər bir işçi qarşısında hədəf qoyur işçi bu hədəfə çatırsa ödəniş edilir, bunun üçün xüsusi komissiya var. İl ərzində hədəfə çatanda əmək haqqına əlavə alır, bonus alır. Mübahisə edilən məktub tövsiyə xarakter daşıyır, göstəriş xarakterli deyil. Bakı Ali Neft Məktəbi ayrı-seçkiliyə yol versə idi, mən iddia ilə razılaşardım. İşə götürənin hər hansı öhdəliyi və göstərişi yoxdur. SOCAR ödəyirdi əvvəl ödənişi, güzəşt edirdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsivəkili X2 izahatında bildirdi ki, ödəniş ödənilir biz təhsil veririk. İddianın təmin olunması məsələsini məhkəmənin öhdəsinə buraxırıq. Hər hansı üçtərəfli müqavilə yoxdur. Qumral xanım özü ikitərəfli müqavilə bağlayıb və ödənişi özü edir. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmiş, tərəflər arasında mübahisə ilə bağlı mediasiya prosesi keçirilmiş, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilmiş, məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi şərti ilə iddiaçı işə bərpa edilmişdir. İş materiallarından görünür ki, İddiaçı övladları Maraqlı şəxs1ndə təhsil alır, X3 təhsil haqqı 16 500 manat, X4 təhsil haqqı 14 760 manat və X5 təhsil haqqı 13 120 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsinə görə Vəkil2 350 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı və Maraqlı şəxs1 arasında bağlanmış xx/xx/2024 tarixli, 717 №-li "Təhsilin təşkili müqaviləsi"nə xx.xx.2024-cü il tarixli Əlavədən görünür ki, təhsilin təşkili müqaviləsinin 3.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən nəzərdə tutulmuşdur: ABC TK-nin orta təhsil bölməsində Təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği SOCAR və ona tabe olan müəssisələrin işçilərinin övladlarına tətbiq edilən təhsil haqqının 50% məbləğində güzəşt nəzərə almaqla 8200 (səkkiz min iki yüz) manat təşkil edir. İş materiallarında olan İddiaçı göndərilmiş 14-2-17/2-C-6/2-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Müraciətə baxılmanın nəticəsi haqqında məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı Azərbaycan Britaniya Kollecində güzəştli şərtlərlə təhsil alan övladlarınının təhsil haqlarının ödənilməsi ilə bağlı üçtərəfli müqavilənin bağlanmasına dair təkrar müraciətinə (daxilolma: xx.xx.2025-ci il tarixli 14-2/1-C-5559/2-4/2025 nömrəli) müvafiq qaydada Bakı Ali Neft Məktəbində (BANM) baxılmışdır. İlk öncə bildiririk ki, qeyd olunan məsələ ilə bağlı ilk müraciətinizə SOCAR Baş Ofisi tərəfindən sizə əsaslı cavab verilmişdir (xx.xx.2025-ci il tarixli, 14-2/2-Ç-2541-4/2025 nömrəli). Həmin cavab məktubuna əsasən SOCAR-ın aidiyyatı müəssisə və təşkilatları Maraqlı şəxs1 (ABC) ilə üçtərəfli müqavilənin bağlanılması və bu müqavilə çərçivəsində təhsil haqqına nəzərdə tutulmuş 50%-lik güzəşt hissəsinin ödənilib-ödənilməməsi məsələsinə öz maliyyə imkanları çərçivəsində qərar verirlər və güzəştin tətbiqinə görə öhdəlik daşımırlar. Belə ki, BANM-ın əməkdaşlarının övladlarının özəl məktəblərdə təhsil xərclərini tam və ya qismən qarşılamaq üçün hüquqi və maliyyə öhdəliyi mövcud deyil. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, müraciətinizdə BANM-in digər əməkdaşları və "ABC" Təhsil Kompleksi ilə üçtərəfli müqavilə bağlanılması məqamı da böhtan xarakterli məlumatdır. 2025/2026-cı tədris ili üçün BANM və "ABC" Təhsil Kompleksi arasında üçtərəfli müqavilə bağlanmamışdır, BANM-in iki əməkdaşı isə "ABC" Təhsil Kompleksi ilə ikitərəfli müqavilə bağlamışdır və həmin valideynlər ABC-də təhsil alacaq övladlarına görə təhsil haqqının ödənilməsilə bağlı öhdəliyi öz üzərlərinə götürmüşlər. Qeyd olunan məlumatın təsdiqi olaraq Maraqlı şəxs1 Baş menecerindən daxil olan yazışma əlavə edilir. İş materiallarında olan İddiaçı göndərilmiş 14-2-17/2-C-6/2-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Müraciətə baxılmanın nəticəsi haqqında məktuba edilmiş əlavədən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Maraqlı şəxs1 Baş meneceri cənab Ələkbər Ələkbərova "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (ABTM) təsisçiliyi ilə yaradılmış Maraqlı şəxs1 (ABC) ilə Bakı Ali Neft Məktəbinin (BANM) aşağıda qeyd edilən məsələlərlə bağlı sualları yaranmışdır. 1. BANM-ın ABC ilə hər hansı 3 tərəfli müqaviləsinin olub olmaması. 2. BANM-ın hər hansı əməkdaşı ilə müqavilə bağlanıbmı və onların hər hansı birinin övladlarının təhsil haqqı BANM tərəfindən ödənilibmi? 3. BANM-ın hər hansı əməkdaşının övladlarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı öhdəlik götürübmü? Yuxarıda qeyd olunanları nəzərə alaraq yaranmış suallarla bağlı rəsmi məlumat verməyinizi sizdən xahiş edirik.” məzmunlu sorğu göndərilmiş, Maraqlı şəxs1 Baş meneceri cənab Ələkbər Ələkbərov 1. Bu günə qədər Bakı Ali Neft Məktəbi ilə "ABC" Təhsil Kompleksi arasında hər hansı üçtərəfli müqavilə bağlanmamışdır. 2. 2025-2026-cı tədris ili üçün Bakı Ali Neft Məktəbinin iki əməkdaşı ilə müqavilə imzalanmışdır. Lakin bu müqavilələr yalnız "ABC" Təhsil Kompleksi və valideynlər arasında bağlanmışdır. Həmin valideynlər ABC-də təhsil alacaq övladlarına görə təhsil haqqının ödənilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürmüşlər. 3. Bakı Ali Neft Məktəbi tərəfindən "ABC" Təhsil Kompleksinə hər hansı əməkdaşın övladlarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı öhdəlik götürülməsi barədə məlumat daxil olmamışdır.” məzmunlu məktubla sorğunu cavablandırmışdır. İş materiallarında olan İddiaçı göndərilmiş 14-2-17/2-C-6/2-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Müraciətə baxılmanın nəticəsi haqqında məktuba edilmiş əlavədən görünür ki, İddiaçı 14-2/2-C-2541-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Müraciətə baxılmanın nəticəsi haqqında məktub göndərilmiş, məktubda “2025-2026-cı tədris ili üzrə Maraqlı şəxs1 (ABC) ilə üçtərəfli müqavilənin bağlanması üçün Bakı Ali Neft Məktəbinə (BANM) göstəriş verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız müraciətə (qeydiyyat: xx.xx.2025-ci il tarixli 14-2/1-Ç-4954- 4/2025 nömrəli) müvafiq qaydada baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 2018-ci ildə SOCAR əməkdaşlarının övladlarının ABC-də güzəştli şərtlərlə təhsil almaları və təhsil haqqının 50%-lik güzəşt hissəsinin SOCAR tərəfindən ödənilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2024-cü ildə qəbul edilmiş digər qərara əsasən, təhsil haqqına tətbiq olunan 50%-lik güzəşt hissəsinin ödənişinin 2024-2025 tədris ilində əvvəlki qaydada davam etdirilməsi, 2025-2026-cı il tədris ilindən etibarən isə sözügedən 50%-lik güzəşt hissəsinin işçinin çalışdığı müəssisə və ya təşkilatın idarəetmə orqanlarının qərarları və öz hesabına ABC ilə birbaşa üçtərəfli müqavilə bağlayaraq tətbiqi məqsədəuyğun hesab edilmişdir. Həmin xərclər müvafiq təşkilatlar tərəfindən maliyyə imkanlarından asılı olaraq təmin edilə bilər. Eyni zamanda bildiririk ki, SOCAR-ın aidiyyatı müəssisə və təşkilatları təhsil haqqına nəzərdə tutulmuş 50%-lik güzəşt hissəsinin ödənilib-ödənilməməsi məsələsinə öz maliyyə imkanları çərçivəsində qərar verirlər və güzəştin tətbiqinə görə öhdəlik daşımırlar.” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00708 №-li “X6 (İMS) iştirak edilməməsi barədə arayış”dan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi X6 iştirak etməmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmiş, mübahisənin predmeti “SOCAR və onun struktur təşkilatlarının İşçilərinin Maraqlı şəxs1ndə təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə tətbiq edilən 50% güzəştin SOCAR-ın bütün digər işçiləri kimi İddiaçı da şamil edilməsi və hər üç övladının təhsil haqqının yarısının BANM tərəfindən ödənilməsi.” olmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərtib etdiyi “Strateji plan 2028”-dən görünür ki, Maraqlı şəxs1 (ABC) rəsmi olaraq 2012-ci ildə Bakının mərkəzindən qərbdə yerləşən ərazidə beynəlxalq məktəb kimi təsis edilib. Onun əsası "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (AİEC) yaradılması ilə qoyulmuş və SOCAR tərəfindən maliyyə dəstəyi ilə təmin edilmişdir. İşçi heyətinin SOCAR Təlim Mərkəzində 3 aylıq intensiv təlimindən sonra məktəb 1 noyabr 2012-ci ildə Bağça və Məktəbəqədər Təhsil bölməsini və 1-ci sinifi açdı. 2021-ci ildə ABC həm COBİS, həm də CİS tərəfindən tam akkreditasiya olunmuş üzv statusu əldə edərək, Azərbaycanın və Mərkəzi Asiya/Qafqaz regionunun yeganə tam akkreditasiya olunmuş məktəbi oldu. SOCAR-ın bəzi sahələrdə maliyyə dəstəyinin dayandırılması “Strateji plan 2028”-də təhlükələr bölməsində qeyd edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Çobanzadə X7 təşkili və eksponatlarla iş şöbəsində, Tarixi araşdırmalar üzrə mütəxəssis (14-cü dərəcə) vəzifəsində xx.xx.2020-ci il tarixdən işə başlayır, Əmək müqaviləsi 6 ay müddətinə bağlanmışdır. İşçinin əmək funksiyasını “Tarixi araşdırmaların aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyasi sənədlər üzrə dövlət Arxivinin müvafiq İcra Hakimiyyəti orqanlarının, nazirliklərinin və müxtəlif sahə və profillər üzrə idarə, təşkilatın arxiv sənədləri əsasında Elmi-Tədqiqat işinin aparılması; Kinofilm studiyalarının eləcədə Dövlət və Özəl TV kanallarının arxiv sənədləri əsasında foto, film, illustrasiya və s.üzə çıxarılması; publisistik və nəşr materiallarının, bura daxildir dövrü, gündəlik qəzet və jurnal materiallan; elmi profil üzrə İxtisaslaşmış dövlət muzeylərinin fondları əsasında həyata keçirilir” təşkil edir. İş materiallarında olan SOCAR-ın iştirakı ilə yaradılmış və səhmlərinin 100%-i birbaşa və ya dolayısı ilə SOCAR-a məxsus törəmə təsərrüfat cəmiyyətlərinə və SOCAR strukturuna daxil olan müəssisələrə ABC-də təhsil alan SOCAR işçilərinin təhsil haqlarının ödənilməsinə dair görünür ki, Bildiyiniz kimi, SOCAR-ın təsisçisi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (ABTM) təsisçiliyi ilə yaradılmış "X14 Təhsil Kompleksi" (ABC) üzrə SOCAR İşçilərinin övladlarının təhsil haqqı üçün ABTM tərəfindən 50% endirimli təhsil haqqı qiyməti (güzəşt) nəzərdə tutulmuşdu. SOCAR işçilərinə tətbiq edilən həmin güzəşt ABC-nin təsisçisi olan ABTM-in xx.xx.2018-ci il tarixli Qərarında müəyyən edilmiş şərtlər nəzərə alınmaqla tətbiq edilir. Məlumat üçün bildiririk ki, ABTM ilə aparılan müzakirələrə əsasən, həmin güzəştin eyni qayda ilə 2024-2025-ci tədris ilində də davam etdirilməsi nəzərdə tutulur. ABTM-in yuxarıda adı çəkilən xx.xx.2018-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən, güzəştin tətbiq edildiyi şəxslərin dairəsinə SOCAR-ın Baş ofisinin, filial və nümayədəliklərin, hüquqi şəxs statusuna malik olmayan təşkilatların və şirkətin strukturuna daxil olan müəssisələrlə əmək münasibətində olan şəxslərin (işçilər), eləcə də səhmlərinin 100%-i birbaşa və ya dolayısı ilə SOCAR-a məxsus törəmə cəmiyyətlərinin bəzilərinin işçilərinin övladları aid edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin mövcud məsələni tənzimləmək məqsədilə artıq 2025-2026-cı il tədris ilindən başlayaraq (2024-2025 tədris ili üçün ödəniş məsələsi əvvəlki qaydada davam edəcəkdir və bununla bağlı əlavə tədbir görülməsinə ehtiyac yoxdur) ABTM tərəfindən nəzərdə tutulmayacaq 50% endirimin (güzəştin) qarşılanması, yəni işçinin ödəyəcəyi müvafiq təhsil haqqının 50%-dən əlavə, digər 50% məbləğin müəssisənizin (şirkətinizin) aidiyyatı idarəetmə orqanlarının qərarları və öz hesabınıza ABC ilə birbaşa üç tərəfli müqavilə (müvafiq cəmiyyət/müəssisə "İşəgötürən”, "İşçi" və ABC) bağlamaqla həyata keçirilməsi məqsədəuyğun hesab olunur və qeyd olunan bu xərclərin müvafiq qaydada şirkətinizin büdcəsində nəzərdə tutulması tövsiyə olunur. İş materiallarında olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən verilmiş Bakı Ali Neft Məktəbi üzrə möhür və sənəd blankları haqqında 14-2-17/3-xxxx/2024 nömrəli, 06 Aprel 2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2017-ci il tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası"na (Qayda) uyğun olaraq SOCAR-ın 04 mart 2024-cü il tarixli, 14-2/3-xx-xx/2024 nömrəli əmrini əsas tutaraq Bakı Ali Neft Məktəbi (BANM) üzrə möhürün saxlanması və istifadəsi, sənəd blanklarının hazırlanması, uçotu, saxlanması və istifadəsi üzrə məsul şəxslərin dairəsini, eləcə də BANM üzrə sənəd blanklarının saxlanması, istifadə olunması, uçotunun aparılmasının yoxlanılması və məhv edilməsi məqsədilə komissiyanın tərkibinin müəyyənləşdirilməsi zərurətini nəzərə alaraq əmr edirəm: 1. Bakı Ali Neft Məktəbində aşağıdakı istiqamətlər üzrə məsul şəxslər təyin edilsin: BANM-in möhürünün saxlanılması və istifadəsi üzrə İcraya nəzarət, kargüzarlıq ve təsərrüfat işləri şöbəsinin rəisi Nuranə Cavadova; Sənəd blanklarının hazırlanması, uçotu, saxlanılması və istifadəsi üzrə İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəis müavini Rəsmiyyə Səlimova; 2. Bu əmrin 1-ci bəndi ilə məsul təyin edilmiş şəxslər səlahiyyətləri daxilində bu əmrin və Qaydaların tələblərinin icrasından irəli gələn məsələlərin həll edilməsini təmin etsinlər. 3. BANM-də sənəd blanklarının saxlanılması, istifadə olunması, uçotunun aparılmasının yoxlanılması üzrə aşağıdakı tərkibdə daimi fəaliyyət göstərən komissiya (Komissiya) yaradılsın: Komissiyanın sədri X28-təsərrüfat işləri üzrə prorektor; Komissiyanın üzvləri Nuranə Cavadova İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi; X8 və uçot şöbəsinin rəisi baş mühasib; Rəsmiyyə Səlimova İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri Türkan Qurbanlı şöbəsinin rəis müavini: Rəhbərlik yanında aparatda böyük hüquq məsləhətçisi; X22 yanında aparatda Anbar təsərrüfatının müdiri 4. Komissiyaya tapşırılsın: 4.1 fəaliyyətini qüvvədə olan qanunvericiliyə və SOCAR SS-002.2010 standart sənədlərinə uyğun olaraq təşkil etsin; 4.2 İldə bir dəfə BANM üzrə hər bir blankın saxlanılması, istifadə olunması və uçotunun aparılmasının yoxlanılmasını, bu barədə müvafiq kitabda qeyd edilməsini və nəticəsi barədə BANM-in rektoruna məruzə olunmasını təmin etsin. 5. BANM üzrə yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsi üzrə aşağıdakı tərkibdə komissiya (Komissiya) yaradılsın: Komissiyanın sədri Rəsmiyyə Səlimova İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəis müavini; Komissiyasının üzvləri Günay İsgəndərova İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin referenti; Türkan Hüseynova İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin tapşırıqların icrasına nəzarət üzrə müfəttişi; X23-metodiki şöbənin arxivçisi. 6. Komissiyaya tapşırılsın: 6.1 fəaliyyətini qüvvədə olan qanunvericiliyə və SOCAR SS-002.2010 standart sənədlərinə uyğun olaraq təşkil etsin; 6.2 BANM üzrə yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının hər təqvim ilinin sonunda müvafiq akt tərtib edərək BANM-in əmri əsasında məhv edilməsini təmin etsin. 7. BANM-in struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, istifadələrində olan və yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının mütəmadi olaraq İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə təqdim edilməsini təmin etsinlər. 8. BANM üzrə rəsmi məktublarda imza səlahiyyətinin Rektor və prorektorlarda olması nəzərə alınsın. 9. Əmrin icrasına nəzarət İnzibati-təsərrüfat işləri üzrə prorektor Oktay Rzayevə həvalə edilsin. Əsas: SOCAR-ın xx.xx.2024-cü il tarixli, 14-2/3-xx-xx/2024 nömrəli əmri. İş materiallarında olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən verilmiş Əmək məzuniyyətinin verilməsi və vəzifə səlahiyyətlərinin müvəqqəti həvalə edilməsi haqqında 14-2-17/3-1M-288/2025 nömrəli, 06 Avqust 2025-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq əmr edirəm: 1. xx.xx.2019-xx.xx.2020-ci il dövrünə görə mənə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi və xx.xx.2025-ci il tarixində işə başlamağım nəzərə alınsın. 2. Məzuniyyətdə olduğum müddətdə vəzifə səlahiyyətlərimin icrası İnzibati-təsərrüfat işləri üzrə prorektor X13 həvalə edilsin. 3. İnsan kapitalının idarə olunması və İqtisadiyyat və uçot şöbələrinin rəhbərlərinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələləri həll etsinlər. Əsas: SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/3-1M-1543/2025 nömrəli əmri. İş materiallarında olan Bakı Ali Neft Məktəbinin Elmi Şurasının 07 fevral 2025-ci il tarixli, 06-2024/2025 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ Azərbaycan British College Təhsil Kompleksində (ABC) təhsil alan əməkdaşların övladlarının 2025/2026-cı il tədris ilindən etibarən təhsil haqqının 50%-nin BANM tərəfindən ödənilməsinin müzakirə edilməsi olmuşdur. E.Qasımov bildirdi ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov tərəfindən göndərilən 14-2/3-6-2889/2024 nömrəli məktubla X14 Təhsil Kompleksində (ABC) təhsil alan əməkdaşların övladlarının 2025/2026-cı il tədris ilindən etibarən təhsil haqqının 50%-in müəssisə tərəfindən ödənilməsi tövsiyə olunmuşdur. O təklif etdi ki, sözügedən məktubun BANM üzrə tətbiqinin mümkün olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə aidiyyatı struktur bölmələr öz rəylərini bildirsin. Məsələ ilə bağlı İqtisadiyyat və uçot şöbəsinin rəisi- baş mühasib O.Məmmədov bildirdi ki, Azərbaycan British College Təhsil Kompleksində (ABC) hazırda Bakı Ali Neft Məktəbinin (BANM) 3 əməkdaşının 7 övladı təhsil alır ki, bunların da illik (10 ay) təhsil haqqı 50% güzəştlə 45 520 (qırx beş min beş yüz iyirmi) manat təşkil edir. BANM-in əməliyyat xərclərinin təxminən yarısının SOCAR-ın dotasiyaları hesabına maliyyələşdirildiyini nəzərə alsaq Ali məktəbin əməkdaşlarının övladlarını əhatə edən güzəşti davam etdirməsi məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, "Performans əsaslı illik mükafatlandırma" prosesinin tərkib hissəsi olaraq BANM üzrə müəyyən edilmiş hədəflərdən biri maliyyə dayanıqlığının təmin olunması istiqamətində özünü maliyyələşdirmə səviyyəsinin artırılmasıdır. Bu baxımdan əməkdaşların övladlarının təhsil haqlarına təklif olunan güzəştlərin qarşılanması, BANM-in strateji hədəflərinin icrasını çətinləşdirə bilər. O, əlavə etdi ki, AR Elm və Təhsil Nazirliyinin müraciəti əsasında 2024cü ildən etibarən BANM-in nəzdində fəaliyyət göstərən X9 (RBL) əməkdaşların müraciəti və ali idarəetmə orqanının müvafiq qərarı əsasında onların övladlarının təhsil alması mümkündür. O.Məmmədov fikrini ümumiləşdirərək və BANM-in əməkdaşlar qarşısında öhdəliyinin olmamasını nəzərə alaraq bildirdi ki, yuxarıda sadalanan səbəblərdən Bakı Ali Neft Məktəbi (BANM) əməkdaşlarının övladlarının 2025/2026-cı tədris ilindən etibarən təhsil haqqının 50%-nin ABC ilə bağlanacaq üç tərəfli müqavilə əsasında BANM tərəfindən ödənilməsi məqsədəmüvafiq hesab olunmur. Elmi Şuranın iclasına qonaq qismində dəvət olunan Rəhbərik yanında aparatda böyük mühəndis (Risklərin idarə edilməsi üzrə) Elvin Kazımlı öz növbəsində məsələ ilə bağlı riskləri qiymətləndirməklə bildirdi ki, O.Məmmədov tərəfindən qeyd olunan fikirlərlə tamamilə razıdır. O, əlavə etdi ki, Digər SOCAR qrup müəssisələri ilə müqayisədə BANM-in gəlir strukturunun əsasən illik təhsil haqları ilə məhdudlaşması, müəssisənin maliyyə dayanıqlılığı baxımından potensial risk yaradır. Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrin daha geniş gəlir müxtəlifliyinə malik olması fonunda, BANM-in zəruri əməliyyat xərclərini (əməkhaqları, kommunal ödənişlər, tədrisin təşkili üçün infrastruktur təminatı və s.) tam şəkildə qarşılamaq imkanlarında məhdudiyyətlər müşahidə olunur. Bu isə uzunmüddətli maliyyə sabitliyi və fəaliyyətin davamlılığı üçün risk faktoru kimi qiymətləndirilir. Əlavə olaraq, 2024cü ilin sentyabr ayından etibarən SOCAR-ın Bakı Ali Neft Məktəbi və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin həmtəsisçiliyi ilə BANM-in maddi bazasında X20 MMC (RBL) fəaliyyətə başlamışdır. BANM-in nəzdində lisey fəaliyyət göstərdiyi halda digər təhsil mərkəzlərinə güzəşt tətbiq olunması RBL MMC-nin reputasiyasına və maliyyə dayanıqlılığına risk yaradır. RBL MMC-nin təhsil keyfiyyəti ölkə səviyyəsində yüksək qiymətləndirildiyindən, əməkdaşların övladlarına digər özəl liseylərdə güzəşt verilməsi şirkətin bazar mövqeyinə və gəlir axınına mənfi təsir göstərə bilər. Bu səbəbdən, güzəşt tətbiqinin BANM tərəfindən həyata keçirilməsi risklərin idarə olunması baxımından məqsədəuyğun deyil. E.Kazımlı əlavə etdi ki, sözügedən məbləğin BANM tərəfindən ödənilməsi övladları digər təhsil komplekslərində təhsil alan əməkdaşların da bu cür tələblərinə yol aça bilər. Bu isə öz növbəsində daha böyük maliyyə riskinə səbəb olacaqdır. Mövzu üzrə ətraflı müzakirələrdən sonra təklif səs verməyə qoyuldu və Elmi Şura üzvləri tərəfindən məsələnin BANM üzrə tətbiqi məqsədəuyğun hesab edilməyərək yekdilliklə qəbul olunmadı. X14 Təhsil Kompleksində (ABC) təhsil alan Bakı Ali Neft Məktəbi (BANM) əməkdaşlarının övladlarının 2025/2026-cı il tədris ilindən etibarən təhsil haqqının 50%-nin ABC ilə bağlanacaq üçtərəfli müqavilə əsasında BANM tərəfindən ödənilməsi məqsədəuyğun hesab olunmaması qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin işçisidir, iddiaçının uşaqları SOCAR-ın təsisçisi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin (ABTM) təsisçiliyi ilə yaradılmış Maraqlı şəxs1ndə təhsil alır, X3 təhsil haqqı 16 500 manat, X4 təhsil haqqı 14 760 manat və X5 təhsil haqqı 13 120 manat təşkil edir, SOCAR İşçilərinin uşaqlarının təhsil haqqı üçün ABTM tərəfindən 50% endirimli təhsil haqqı qiyməti (güzəşt) nəzərdə tutulmuş, SOCAR-ın təşkilatlarına göndərdiyi məktuba əsasən, 2025-2026 tədris ilindən başlayaraq 50% endirimin (güzəştin) qarşılanması, yəni işçinin ödəyəcəyi müvafiq təhsil haqqının 50%-dən əlavə, digər 50% məbləğin müəssisələrin aidiyyəti idarəetmə orqanlarının qərarları və öz hesablarına "İşəgötürən”, "İşçi" və “ABC” arasında üçtərəfli müqavilə bağlamaqla həyata keçirilməsi məqsədəuyğun hesab olunaraq, qeyd olunan bu xərclərin müvafiq qaydada müəssisələrin büdcəsində nəzərdə tutulması tövsiyə olunmuşdur, bundan sonra BANM həmin xərcin qarşılanmasının onun maliyyə vəziyyətinə təsirini nəzərə alaraq işçilərinin Maraqlı şəxs1ndə təhsil alan uşaqlarının xərclərini qarşılamamışdır, iddiaçı, SOCAR-ın tövsiyyəsinin ona tabe olan təşkilatlar üçün məcburi olduğunu, güzəştin işəgötürən BANM tərəfindən davam etdirilməsini tələb edir, cavabdeh iddia tələbini qəbul etmir, BANM-nın bununla bağlı öhdəliyi olmadığını və maliyyə vəziyyətinin buna imkan vermədiyini bildirir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmiş, onlar arasında mübahisə ilə bağlı mediasiya prosesi keçirilmiş, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilmiş, məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi şərti ilə iddiaçı işə bərpa edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik müqavilə azadlığı prinsipini müəyyən etmişdir, yəni şəxslər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə sərbəstdirlər, tərəflərin üzərinə müqavilə bağlamaq öhdəliyi o halda qoyula bilər ki, bu, qanundan və ya tərəflər arasındakı digər razılaşmadan irəli gəlmiş olsun. Hazırkı işdən isə belə hallar müəyyən edilmir, belə ki, iddiaçının uşaqlarının təhsil haqqının bir hissəsinin ödənilməsi ilə bağlı cavabdeh hər hansı öhdəlik götürməmiş, onun belə bir öhdəliyi qanundan irəli gəlməmişdir, digər tərəfdən iddiaçının uşaqlarının təhsil haqqlarının bir hissəsinin ödənilməsi cavabdeh tərəfindən deyil, SOCAR tərəfindən həyata keçirilmiş, sonuncu isə 2025-2026-cı tədris ilindən başlayaraq həmin ödənişi (güzəşti) qarşılamaqdan imtina etmiş, ödənişin həyata keçirilməsi məsələsi işəgötürən təşkilatların öz öhdəliyinə buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 389.4-cü maddəsinə əsasən, ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Maraqlı şəxs1 maraqlı şəxs olmaqla“ iddiaçının övladlarının təhsil haqqının 50%-nin cavabdeh (iddiaçının işəgötürəni) tərəfindən ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırkı iddia tələbi “iddiaçının uşaqlarının təhsil xərclərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi” barədə olmaqla pul tələbi ilə bağlıdır. Bu halda da iddiaçı tərəfindən tələb edilən pul məbləğinə (22540 manat) uyğun dövlət rüsumu (157,62) ödənilməli idi, iddiaçı isə dövlət rüsumu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, qeyd edilən məbləğ iddiaçıdan alınaraq Dövlət Büdcəsinə aid ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı “SOCAR və onun struktur təşkilatlarının işçilərinin Maraqlı şəxs1ndə təhsil alan övladlarının təhsil haqlarına hər uşağa görə tətbiq edilən 50% güzəştin SOCAR-ın bütün digər işçiləri kimi ona da şamil edilməsi, o, cavabdeh və Maraqlı şəxs1 arasında üçtərəfli müqavilələrin bağlanaraq övladları X11 üçün ödənilməli olan 16 500 (on altı min beş yüz) manat təhsil haqqının yarısı olan 8250 (səkkiz min iki yüz əlli) manatın, X16 üçün ödənilməli olan 14 760 (on dörd min yeddi yüz altmış) manat təhsil haqqının yarısı olan 7380 (yeddi min üç yüz səksən) manatın və X17 üçün ödənilməli olan 13 120 (on üç min yüz iyirmi) manat təhsil haqqının yarısı olan 6560 (altı min beş yüz altmış) manatın, ümumilikdə 22190 (iyirmi iki min yüz doxsan) manatın cavabdeh tərəfindən Maraqlı şəxs1nə ödənilməsi və 350 (üç yüz əlli) manat hüquqi yardım göstərilməsi xərcinin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçı dövlət rüsumu kimi 157 (yüz əlli yeddi) manat 62 (altmış iki) qəpik alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7580/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7580/2025
07.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver