Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7585/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürmə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərə məxsus ünvan 1 ünvanına iki azyaşlı uşaqları və zəruri əşyaları ilə birlikdə köçürülməyi, vəkilə hüququ yardım üçün ödənilmiş 121 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə el adəti uyğun olaraq Cavabdeh3 ilə ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. 2018-ci ildən Bakı şəhəri, Nəsimi rayonu Mir-Cəlal küçəsi, 4 mkr ərazisində yerləşən mənzilə gəlin köçmüşdür. Həmin mənzil mübahisəli olduğundan həmin mənzillə bağlı mübahisələr Xətai rayon Məhkəməsinin icraatında olmuş, sonradan yuxarı instansiya məhkəmələrinin və nəhayət yekun məhkəmə aktlarına əsasən həmin mənzildən iddiaçının da həyat yoldaşı və qayınanası X5 birlikdə ilə çıxarılması qət edilmişdir. Cavabdeh həyat yoldaşı Cavabdeh3 və qayınanası X3 yuxarıda qeyd edilən ünvan 1 ünvanına istifadə hüquqları yaranmışdır və mənzilə köçürülmələri barədə məhkəmə aktları mövcuddur və məhkəmə qətnaməsi hazırda qanuni qüvvəsini almışdır və hal-hazırda Xətai rayon icra şöbəsi tərəfindən həmin ünvana köçürülmələri barədə icra işi vardır. İddiaçı da Cavabdeh3 ailə üzvü olduğundan hesab edir ki, uşaqları ilə birlikdə həmin ünvana köçərək ailə olaraq birlikdə yaşamalıdır və buna hüququ vardır. Mənzil 5 otaqdan ibarətdir. Cavabdeh həyat yoldaşı Cavabdeh3 həmin mənzilə köçüb orada yaşayacaqsa iddiaçı başqa ünvanda necə yaşaya bilər. Hesab edir ki, həyat yoldaşı Cavabdeh3 bu mənzildə 1988-ci ildən yaşadığına görə məhkəmə hazırkı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını tədbiq etməklə mübahisə üzrə həmin vaxt qüvvədə olmuş qanunun normalarını tətbiq edərək iddiaçını ailə üzvləri ilə birlikdə bu mənzilə köçürməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçı köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yaşamadığını, onun həmin mənzilə istifadə hüququnun olmadığını bildirmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh3 qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan nikah haqqında şəhadətnamədə görünür ki, Cavabdeh3 ilə X7 xx.xx.2018-ci tarixində 2349 nömrəli aktla 1 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələridən, həmçinin “Azemis” elektron məhkəmə portalından əldə edilmiş çıxarışlardan da görünür ki, onların birgə nikahından xx.xx.2021ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Xətai Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDKnə, Azərbaycan Respublikası ƏMDK-nin vanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X1 adına xx.xx.2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair Cavabdeh2 adına xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-01-154 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və iddiaçılar X3, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cavabdeh3 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi MKnın xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-5144/2017 saylı qətnaməsinin iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2018ci il tarixli, 2(102)- 2757/2018 saylı qərarından görünür ki, iddiaçılar X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10320/2017 saylı xx.xx.2017-ci i! tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, X3 Cavabdeh3 və İddiaçı ailə üzvləri ilə birlikdə X8 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzil boşaldılması qət edilmişdir. Həmçinin iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cəlilov Faiq Ziyafəddin oğlu, Cavabdeh3 və X4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Xətai rayonu Telnov küçəsi 5 saylı evin 78 nömrəli mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(011)-2713/2016 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(103)-6816/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 57/2022 saylı 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı iş üzrə 28 aprel 2022- ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh X4 aid hissədə) dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2023cü il tarixli, 2(102)-2416/2023 saylı qərarından görünür ki, cavabdeh X3 ötürülmüş müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayəti geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6816/2022 nömrəli, 05 aprel 2023-cü il tarixli qərardadından vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X1 vərəsəsi oğlu Cavabdeh2dur və şəhadətnamə ilə ona verilən miras əmlak Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 5 otaqlı, 60.26 kv.m-dən ibarət yaşayış sahəsidir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, 251304 nömrəli orderdən görünür ki, X2 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 5 otaqlı, 60.26 kv.m-dən ibarət yaşayış sahəsi verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-cı maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin maddədən görünür ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi xx.xx.2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01- dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci tarixli qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, silə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 78 saylı mənzili Cavabdeh2 xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi qəbul etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Cəlilov Faiq Ziyafəddin oğlu qardaşdırlar, X5 ilə Cəlilov Faiq Ziyafəddin oğlu (vaxtilə) birgə nikahda olmuş, onların birgə nikahından Cavabdeh3 anadan olmuşdur. İddiaçı hazırda Cavabdeh3 ilə birgə nikahdadır və iddiaçı onunla birgə nikahından olan azyaşlı uşaqlar ilə ünvan 4 ünvanında yerləşən 78 saylı mənzilinə köçürülməsini tələb edir. Digər Cavabdeh1 isə Cavabdeh2 arvadıdır. Məhkəmə iclasında izahat vermiş hər iki tərəf İddiaçı həmin ünvanda heç vaxt yaşamadığını bildirmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh2 gözlənilən mülkiyyət hüququ olan mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (həmin evdə yaşamaq hüququ və s.) olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, mənzilin sahibi ilə iddiaçının əlaqəsi, bu əlaqənin sonuncuların həmin evdə yaşayıb istifadə etmələrinə hansı formada təsir göstərdiyi araşdırılmalıdır. Aydın olur ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Qanunun müəyyən etdiyi mənada İddiaçı birinci kateqoriya üzrə “mülkiyyətçinin” ailə üzvü hesab edilmir. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı “mülkiyyətçinin” digər qohumu da hesab edilmir. Göründüyü kimi İddiaçı qeyd edilən mənzilə hər hansı bir hüququ yaranmadığından, onun sözügedən evə köçürülməsi üçün yuxarıda şərh edilən əsaslar olmadığından, habelə o, mülkiyyətçinin nə ailə üzvü, nə də digər qohumu olmadığından onun iddiası təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi əri (həyat yoldaşı) Cavabdeh3 1988-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmasını və həmin dövrdən istifadə hüququnun yarandığını əsas gətirərək, həmin dövr üçün qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını tədbiq edilərək, iddiaçının Cavabdeh3 ailə üzvi kimi həmin mənzilə köçürməsi dəlilini əsassız sayır. Belə ki, iş materiallarına əlavə edilən qətnamələrdən də göründüyü kimi Cavabdeh3 (eyni zamanda onun valideynləri) həmin vaxt mənzilin icarədarı olmuş Ziyafəddin Cəlilov razılığı və təşəbbüsü ilə mənzilə köçmüş, habelə uzun müddət orda yaşamış, bununla da onun mənzilə istifadə hüququnun əsası kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddəsi qəbul edilmişdir. Eyni hallar iddiaçıya şamil edilmədiyindən, iddiaçı Cavabdeh3 ilə 2018-ci ildə nikaha girdiyinindən, ümumiyyətlə mübahisəli mənzildə yaşamadığından hazırkı münasibətlərə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiqini qeyri-mümkün edir. Bundan başqa iddiaçının ərinin (həyat yoldaşının) mübahisəli ünvanda istifadə hüququnun olduğunu əsas gətirməsi və iş üzrə ərinin (həyat yoldaşının) də cavabdeh kimi qoymasını prosessual cəhətdən düzgün saymır. Belə ki, mülki hüquq məsələləri üzrə ilkin vəziyyət bundan ibarətdir ki, adətən bir-birinə zidd maraqları güdən iki və ya daha çox fiziki yaxud hüquqi şəxs qarşı-qarşıya durur. Bu zaman bir tərəf o biri tərəfdən konkret faktlara və hallara istinad edilməklə müəyyən icranın, yəni hərəkət və ya hərəkətsizliyin həyata keçirilməsini tələb edir. Məhz bu arzuolunan şey tələb adlanır. Ümumiyyətlə iddia tələbi “kim, kimdən, nə və nəyə əsasən tələb edir” suallarına cavab verməlidir. İşin bir digər halı isə ondan ibarətdir ki, Cavabdeh3 özünün də ünvan 1 ünvanına köçürülməsi barədə qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq, o, həmin ünvana köçürülməmiş, icra sənədi hələ də icra olunmamış vəziyyətdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatındadır. “Azemis” elektron məhkəmə informasiya sistemində əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 həyat yoldaşı (arvadı) ünvan 1 ünvanına pasport qeydiyyatındadır. Məhkəmə hazırda mübahisəsi olunun mənzilin dövlət reyestrində qeydə alınmamasına münasibət olaraq bildirir ki, iş materiallarında cavabdehin evi miras əmlak kimi qəbul etməsinə dair vərəsəlik şəhadətnaməsi vardır. Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X1 adına xx.xx.2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair Cavabdeh2 adına xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-01-154 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən Cavabdeh2 adma aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia qaldırılmasına baxmayaraq, həmin tələb təmin edilməmiş və iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Bu da, onu deməyə əsas verir ki, Cavabdeh2 gələcəkdə həmin əmlakı öz adına dövlət reyestrində qeydə ala biləcəkdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə qeyd edir ki, iddia tələbinin iddiaçılar tərəfindən hüquq xidmətləri və dövlət rüsumuna görə ödədikləri xərclərin əvəzinin cavabdehlərdən tutulmasına dair hissəsini araşdıraraq, qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən həmin xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı- cavabdehlərə məxsus ünvan 1 ünvanına iki azyaşlı uşaqları və zəruri əşyaları ilə birlikdə köçürülməyi, vəkilə hüququ yardım üçün ödənilmiş 121 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7585/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7585/2023
28.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver