Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7620/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı MTK cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY1 4701 saylı mənzilə, 25 saylı anbar otağına və 15 saylı dayanacağa görə Cavabdeh 1.135,02 manat borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 31.36 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə - ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 131.30 kv.m. olan 4701 saylı mənzilin alğı-satqısına dair 30 may 2023-cü il tarixli, CY1-269/23 saylı müqavilə imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında Kortyard 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33 kv.m. olan 25 saylı anbar sahəsinin alğısatqısına dair 07 mart 2023-cü il tarixli, CY1-321/24S saylı müqavilə imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında Kortyard 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 12,5 kv.m. olan 15 saylı avtomobil dayanacağı sahəsinin alğısatqısına dair 29 sentyabr 2023-cü il tarixində, 30 may 2023-cü il tarixli, CY1-269/23 saylı müqaviləyə Əlavə №1 imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında 04 iyul 2023-cü il tarixli CY1-269/23 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə (bundan sonra “Xidmət müqaviləsi” adlanacaq) imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə 04 iyul 2023-cü il tarixli təhvil-təslim aktı ilə, avtomobil dayanacağını 2023-cü ilin oktyabr ayında, anbar otağını isə 2024-cü ilin aprel ayında təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2023-cü ilin iyul ayından, dayanacaq üzrə 2023-cü ilin oktyabr ayından, anbar otağı üzrə isə 2024-cü ilin aprel ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda cavabdehin 2024-cü ilin may ayından başlayaraq, avqust ayı da daxil olmaqla 4 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. 2024-cü ilin avqust ayı da daxil olmaqla, cavabdehin 4701 saylı mənzilə, 25 saylı anbar otağına və 15 saylı dayanacağa görə xidmət haqqı üzrə əsas borcu 1.057,80 manat təşkil edir. Mənzilə üzrə xidmət haqqı borcunun gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixinə hesablanmış ümumi dəbbə pulu 77,22 manat təşkil etməklə, toplam borc 1.135,02 manat təşkil edir. İddiaçı cavabdehi xidmət haqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Bunlara baxmayaraq, cavabdeh bildirişlərə məhəl qoymamış və indiyə qədər xidmət haqqının bir hissəsinin ödənilməsindən yayınmaqdadır. Göründüyü kimi İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. 30 may 2023-cü il tarixli, CY1-269/23 saylı alğı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə, habelə 07 mart 2023-cü il tarixli, CY1-321/24S saylı müqavilənin 5.2.7-ci yarımbəndinə əsasən, Müştəri (yəni cavabdeh) Əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki, xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə №4-də nəzərdə tutulduğu kimi aylıq əsasda Şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin Alğı-satqı müqavilələrinin müvafiq olaraq 5.2.12-ci və 5.2.11-ci yarımbəndlərinə əsasən, Müştəri Əlavə 4-də qeyd olunan Xidmətlərə görə Xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin Alğı-satqı müqavilələrinə Əlavə №4-ün 1-ci bəndlərində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin Əlavə №4-ün 3-cü bəndlərinə görə, Müştəri göstərilən Xidmətlərin müqabilində Şirkətə Əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1.50 manat məbləğində Xidmət haqqını Təhvil-Təslim Aktının tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Həmin Əlavə №4-ün 4-cü bəndlərinə görə, Müştəri bu Müqavilədə istinad olunan Xidmət haqlarını və digər haqları aylıq olaraq hər ayın 5 (beş) iş günü ərzində Şirkətə ödəməlidir. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında 04 iyul 2023-cü il tarixli CY1-269/23 saylı Xidmət müqaviləsinin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş Xidmətləri İdarə edəndən (yəni iddiaçı) təhvil almaq və Xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin Xidmət müqaviləsinin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, İdarə edənhər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin Xidmət müqaviləsinin 5.4-cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin Xidmət müqaviləsinin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Həmin Xidmət müqaviləsinə Əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) Binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 manat aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən çəkilmiş əlavə məhkəmə xərclərini nəzərə alaraq Cavabdeh 1.135,02 manat borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 31.36 manat dövlət rüsumunun və məhkəmə xərclərinin (vəkilə ödənilmiş 300 manat haqqın) tutularaq İddiaçı MTK-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında 30 may 2023-cü il tarixli, CY1-269/23 saylı müqavilə imzalanmış, müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə - ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 131.30 kv.m. olan 4701 saylı mənzil cavabdehə satılmışdır. İş materiallarında olan tərəflər arasında 07 mart 2023-cü il tarixdə bağlanmış qeyriyaşayış sahəsinin satışına dair CY1-321/24S saylı müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 30 kv.m. olan 25 saylı anbar cavabdehə satılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış CY1-269/23 saylı müqaviləyə 29 sentyabr 2023-cü il tarixli Əlavə №1-dən görünür ki, cavabdeh üçün “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 12,5 kv.m. olan 15 saylı avtomobil dayanacağı cavabdehə satılmışdır. Tərəflər arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında 04 iyul 2023-cü il tarixli CY1-269/23 saylı Xidmət müqaviləsinin 2.3.1-cü yarımbəndinə əsasən, Sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş Xidmətləri İdarə edəndən (yəni iddiaçı) təhvil almaq və Xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin Xidmət müqaviləsinin 5.3-cü bəndinə görə, ödəniş Sifarişçi tərəfindən gecikdirildikdə, İdarə edənhər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin Xidmət müqaviləsinin 5.4-cü bəndinə görə, Sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, İcraçıya (əslində İdarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin Xidmət müqaviləsinin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Həmin Xidmət müqaviləsinə Əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi (cavabdeh) Binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 manat aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş borc cədvəlindən görünür ki, 03 sentyabr 2024-cü il tarixinə cavabdehin iddiaçıya 2024-cü ilin aprel-avqust aylarında ödəməli olduğu, lakin ödəmədiyi məbləğ – 1.057,80 manat əsas, 77.22 manat cərimə olmaqla, cəmi 1.135,02 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan mənzil, anbar və avtomobil dayanacağı almış, onlardan istifadəyə görə müəyyən edilmiş haqqı ödəməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Bundan əlavə məhkəmə iddia tələbinin vəkil üçün ödənilmiş 300 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçı Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili olan X3 vasitəsilə məhkəmədə təmsil edilir. İş materiallarından görünür ki, hüquqi ximətlərin göstərilməsi üçün iddiaçı tərəfindən büronun hesabına 300 manat vəsait ödənilmişdir. Odur ki, həmin vəsait də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1.135,02 manat pul vəsaiti və vəkilə ödənilmiş 300 manat xidmət haqqı İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 31.36 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbi təmin edildiyindən, cavabehdən 31.36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 1.135,02 (bir min yüz otuz beş manat iki qəpik) manat pul vəsaiti, hüquqi ximətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 31.36 (otuz bir manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7620/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7620/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver