Məhkəmə qərarları › İş №e-2(011)-769/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-769/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-769/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Balaəmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavadehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edtmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda saziş imzalanaraq təsdiq edilmişdir. Həmin saziş üzrə tərəflər öz üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Sazişə əsasən, Əhmədov Bala-əmi Firdavus oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin dəyəri 100.000 manat məbləğində qiymətləndirilmişdir. Sazişin digər bəndinə əsasən, müqaviləyə görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanda yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə görə Əhmədov Bala-əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-əmi Firdavus oğluna Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanda yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə aid 38.500 manat pul məbləğini, yəni beh olaraq xx.xx.2015-ci il tarixində nəğd şəkildə ödəyib. Yerdə qalan 61.500 manatı isə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən İddiaçı Əhmədov Bala-əmi Firdavus oğluna ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra qeyd olunmalıdır ki, Sazişə əsasən sənədləri tam hazır etdikdən sonra Əhmədov Bala-əmi Firdavus oğlu notariat kontorunda alqı-satqı müqaviləsinin bağlamasını öz öhdəsinə götürmüşdür. Tərəflər arasında sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə İddiaçı məlum olmuşdur ki, Əhmədov Bala-əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının adından cavabdehə pretenziya məktubu göndərilərək, onun mərhum əri Əhmədov Bala-əmi Firdavus oğlunun hüqüqi varisi və qanun üzrə vərəsəsi olmasını nəzərə alaraq, Əhmədov Bala-əmi Firdavus oğlunun üzərinə götürdüyü öhdəlikləri 20 gün müddətində icra etməsini xahiş etmişdik. Cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Nəticədə, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianın məzmununa uyğun izahar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə görə Əhmədov Bala-Əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə 38500 manat (otuz səkkiz min beş yüz) pul məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib yerdə qalan 61500 manat isə alqısatqı müqaviləsi rəsmiləşdirilən zaman İddiaçı Əhmədov Bala-Əmi Firdavus oğluna ödəməyi öhdəsinə götürür. İş materilarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh üzərinə düşən öhdəliyi 20 gün müddətində icra edilməsi barədə xəbərdarlıq etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixində X7 ilə X3 arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə imzalanmışdır. X4 əvəzinə müqaviləni Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə verilmiş 1303 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X8 imza etmişdir. Mülki iş materiallarında olan pretenziya məktubundan və cavabdehin izahatından müəyyən edilmişdir ki, X3 tərəfindən X5, xx.xx.2018-ci il tarixli ilkin müqaviləni 10 gün müddətində ləğv edib, həmin müqavilə əsasında alınmış 5000 manat pul vəsaitini X2 10 gün müddətində geri qaytarılması barədə müraciət edilmişdir. Mülki iş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış ev Əhmədov Bala-Əmi Firdavus oğlunun mülkiyyətindədir. Mülki iş materiallarında olan X1 Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Əhmədov Bala-Əmi Firdavus oğlunun ölümü xx.xx.2019-cu ildə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Əhmədov Bala-Əmi Firdavus oğlu xx.xx.1972-ci il tarixdə Xəzər rayon Qeydiyyat Şöbəsində Cavabdeh ilə nikaha daxil olmuşdur. Əhmədov Bala- Əmi Firdavus oğlunun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə iddianın iddiaçı ilə Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı saziş üzrə ödədiyi məbləğin beh şəklində ödənildiyini iddia etsə də, nə müqavilənin məzmunundan, nə də müqavilə üzrə tərəflərin üzərinə götürdükləri öhdəliklərdən həmin məbləğin beh olaraq ödənildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Yuxarıda göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və Əhmədov Bala-əmi Firdavus oğlu gələcəkdə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirdikləri saziş üzrə ödənilən 38.500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci və 1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı ki, Əhmədov Bala-Əmi Firdavus oğlunun miras əmlakı barədə hər hansı vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı Cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlundan qalan miras əmlakı faktiki qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, eləcə də bu cür sübutların əldə edilməsi üçün vəsatət verilməmişdir. Odur ki, iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 321 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. aluMəhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala- Əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 mana pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavadehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar