Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7690/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X6, X7 və X1 cəlb edilməklə) “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işi nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Xətai rayonu, X9 küçəsi, ev 37, mənzil 43 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etmişdir və bildirmişdir ki, mübahisəli mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7 və X1 məhkəmə iclasında iştirak etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyindən, habelə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X6, X7 və X1 cəlb edilməklə) cavabdehin Bakı şəhəri Xətai rayonu, X9 küçəsi, ev 37, mənzil 43 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7690/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7690/2025
07.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver