Məhkəmə qərarları › İş №e-2(011)-7702/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7702/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7702/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY3 6202 nömrəli mənzil üzrə 1.967,45 manat xidmət haqqı və 208,25 manat dəbbə pulu, CY3 6206 nömrəli mənzil üzrə 1.478,85 manat xidmət haqqı və 192,71 manat dəbbə pulu, CY3 6208 nömrəli mənzil üzrə 1.419,45 manat xidmət haqqı və 171,51 manat dəbbə pulu olmaqla cəmi 5.438,22 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 74,39 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK, X6 və Cavabdeh (cavabdeh) arasında CY3-016/21 saylı müqaviləyə əsasən hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə, CY3-042/21 saylı müqaviləyə əsasən hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə və CY3-043/21 saylı müqaviləyə əsasən hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə imzalanmış, bu müqavilələrə əsasən, X3 CY3-016/21 saylı müqavilə üzrə, CY3-042/21 saylı müqavilə üzrə və CY3-043/21 saylı müqavilə üzrə hüquq və öhdəlikləri 15 mart 2023-cü il tarixindən etibarən Cavabdeh ötürülmüşdür. (Qeyd edilir ki, CY3-016/21 saylı müqaviləyə əsasən CY36202 nömrəli mənzil, CY3-042/21 saylı müqaviləyə əsasən CY36206 nömrəli mənzil və CY3-043/21 saylı müqaviləyə əsasən CY36208 nömrəli mənzil X4 xx.xx.2021-ci il tarixində təhvil verilmişdir deyə, Cavabdeh həmin münasibətlərə qoşularaq onları qəbul etmiş və davam etdirmişdir. Daha sonra, İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 3 - ƏTPM-nin cizgisi üzrə) Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” 2-ci Fəvvarələr küçəsi 4 ünvanındakı "K Residence" yaşayış kompleksində yerləşən “Kortyard 3” saylı binada, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99,7 kv.m. olan 6202 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY3-186/23 saylı müqavilə, o cümlədən İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 3 - ƏTPM-nin cizgisi üzrə) ünvan 1 ünvanındakı "K Residence" yaşayış kompleksində yerləşən “Kortyard 3” saylı binada, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,7 kv.m. olan 6206 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY3-187/23 saylı müqavilə, o cümlədən İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 3 - ƏTPM-nin cizgisi üzrə) ünvan 1 ünvanındakı "K Residence" yaşayış kompleksində yerləşən “Kortyard 3” saylı binada, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 62,6 kv.m. olan 6208 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY3- 188/23 saylı müqavilə imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında yuxarıda adı çəkilən mənzillərə dair çox mənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, CY3-186/23 saylı müqavilə, xx.xx.2023-cü il tarixli, CY3-187/23 saylı müqavilə və xx.xx.2023-cü il tarixli, CY3-188/23 saylı müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixinədək xidmət haqları 1 kv.m üçün 1,5 manat, xx.xx.2025-ci il tarixindən etibarən isə 1 kv.m üçün 4 manat olmuşdur. Belə ki, bununla bağlı İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağı tərəfindən xx.xx.2024-cü il tarixli qərar (7 nömrəli protokol) qəbul edilmiş, bu qərara əsasən cavabdehə qabaqcadan bildiriş göndərilmişdir. Hazırda cavabdehin 6202 nömrəli mənzilə görə 2025-ci ilin fevral ayından 2025-ci ilin sentyabr ayı da daxil olmaqla olan dövr üçün, 6206 nömrəli mənzilə görə 2025-ci ilin yanvar ayından 2025-ci ilin sentyabr ayı da daxil olmaqla olan dövr üçün, 6208 nömrəli mənzilə görə 2025-ci ilin fevral ayından 2025-ci ilin sentyabr ayı da daxil olmaqla olan dövr üçün xidmət haqqı borcu yaranmışdır. 6202 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 1.967,45 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 208,25 manat təşkil edir. 6206 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 1.478,85 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 192,71 manat təşkil edir. 6208 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 1.419,45 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 171,51 manat təşkil edir. Beləliklə, hər üç mənzil üzrə cəmi əsas borc 4.865,75 manat, cəmi dəbbə pulu 572,47 manat təşkil edir. İddiaçı cavabdehə xidmət haqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Belə ki, cavabdehə borc barədə 2 dəfə ayrı-ayrılıqda xx.xx.2025 və xx.xx.2025-ci il tarixli yazılı bildirişlər göndərilmiş, habelə şifahi şəkildə də xəbərdarlıqlar edilmişdir. Bunlara baxmayaraq, cavabdeh bildirişlərə məhəl qoymamış və indiyə qədər xidmət haqqının bir hissəsinin ödənilməsindən yayınmaqdadır. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. Daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək, məhkəmədən CY3-6202 nömrəli mənzil üzrə 2.216,70 manat xidmət haqqı və 295,34 manat dəbbə pulu, CY3-6206 nömrəli mənzil üzrə 1.625,60 manat xidmət haqqı və 257,76 manat dəbbə pulu, CY3- 6208 nömrəli mənzil üzrə 1.575,95 manat xidmət haqqı və 234,11 manat dəbbə pulu olmaqla cəmi 6.205,46 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 82,06 manat dövlət rüsumunun və məhkəmədə təmsilçilik üçün vəkilə ödənilən 110 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, əgər sakin İddiaçı MTK-də sahibkarlıqla məşğul olmayan fiziki şəxs kimi yaşayırsa hər kv.m üçün 1,50 manat kommunal xidmət haqqı ödəməlidir. Hüquqi şəxslər fəaliyyət növündən asılı olmayaraq, hər kv.m üçün 4 manat kommunal xidmət haqqı ödəməlidirlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələblərini qəbul etmir. Etirazı ondan ibarətdir ki, cavabdeh 3 mənzilin birləşdirilməsi yolu ilə sahəni sığorta şirkəti kimi istifadə etsə də, faktiki olaraq sahibkarlıqla məşğul olmayan digər sakinlər kimi 1 kv.m sahə üçün əvvəlki qaydada 1,50 manat kommunal xidmət haqqı ödəməlidir. İddiaçıya məxsus Şirkət axşam saatlarında işləmir, bayramlarda işləmir və buna görə də xidmət haqqı məbləğində fərq qoyulmamalıdır. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, borcun riyazi hesablanması ilə bağlı etirazı yoxdur. Lakin hesab edir ki, hər kv.m sahə üçün əvvəlki qaydada 1,50 manat kommunal xidmət haqqı ödənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı öz iddia tələbini İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli 7 nömrəli protokolu ilə əsaslandırır. Həmin protokolu ilə birinci mərtəbədə yerləşən və sahə mülkiyyətçiləri tərəfindən qeyri-yaşayış məqsədləri üçün istifadə olunan sahələrə və binanın tikintisi zamanı qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş sahələrə münasibətdə binaların saxlanması üçün tariflər 1,50 manatdan 4 manata qədər qaldırılmışdır. Bu artım əsassızdır. Birinci mərtəbədə yerləşən mənzilləri (sahibkarlıq fəaliyyətinin keçirilməsi üçün istifadə etdiyi təqdirdə də) və binaların tikintisi zamanı qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş sahələri saxlanması üçün hər kv.m üçün eyni tariflərin tətbiq edilməsi düzgün deyil. Cavabdeh ona məxsus mənzillərdən öz peşə fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edə bilər o şərtlə ki, digər şəxslərin hüquqlarını, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Cavabdeh tərəfindən liftdən, mətbəxdən istifadə olunmur, məişət tullantıların sayı da çox deyil, işçilərin sayı bir mənzildə yaşayan orta statistik ailə üzvlərinin sayından azdır, bundan əlavə cavabdehə gələn ziyarətçilərin sayı digər qonşulara gələn ziyarətçilərin sayından artıq deyil ki, binanın saxlanmasına çəkilən xərclərin artırılmasına gətirib çıxarsın. Həyətdən də axşam vaxtları, bayram, istirahət günlərində mənzillərdən də istifadə olunmur. Göründüyü kimi, cavabdehin mənzillərinin digər qeyri-yaşayış sahələri (məsələn, restoran/kafe, mağaza) ilə eyniləşdirmək düzgün deyil. Cavabdeh iddiaçı ilə bağladığı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edir və hər ay ona məxsus mənzillərin hər kv. m üçün müqaviləyə uyğun olaraq 1,50 manat məbləğində xidmət haqqını ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli, CY3-186/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı qanunvericilikdə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci və digər müvafiq maddələrinin tələblərini rəhbər tutaraq "K Residence Baku" çoxmənzilli yaşayış kompleksinin idarə edilməsinə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 4 saylı, xx.xx.2021-ci il tarixli iclas protokolunun qərarına əsasən "xxxx" MTK (İdarəedici təşkilat) təyin edilib. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin gecikdirildiyi halda Sifarişçidən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tutula bilər. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 1-ci hissəsinə görə xidmətlər 6202 saylı mənzil (99,7 kv.m) üzrə göstərilir. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 2-ci hissəsinə görə təmizlik və texniki xidmətlər aşağıdakılardır: binanın ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsi; binanın ümumi istifadə olunan sahələrində pəncərələrin yuyulması; binanın ümumi istifadə olunan sahələrinin dezinfeksiyası, dezinseksiyası, deritizasiyası; məişət tullantılarının dövri olaraq daşınması; binaya aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımı; binada yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsi; binada ümumi istifadə olunan (daxili və xarici) sahələrin işıqlandırılması; liftlərə texniki qulluq; bağ sahələrinə qulluq və bağçılıq; göstərilən texniki xidmətlərlə əlaqədar 24 saat/7 gün qəza xidmətinin təşkili. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 3-cü hissəsinə görə sifarişçi binadakı ona məxsus obyektin hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 AZN aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli CY3-187/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı qanunvericilikdə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci və digər müvafiq maddələrinin tələblərini rəhbər tutaraq "K Residence Baku" çoxmənzilli yaşayış kompleksinin idarə edilməsinə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 4 saylı, xx.xx.2021-ci il tarixli iclas protokolunun qərarına əsasən "xxxx" MTK (İdarəedici təşkilat) təyin edilib. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin gecikdirildiyi halda Sifarişçidən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tutula bilər. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 1-ci hissəsinə görə xidmətlər 6206 saylı mənzil (58,7 kv.m) üzrə göstərilir. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 2-ci hissəsinə görə təmizlik və texniki xidmətlər aşağıdakılardır: binanın ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsi; binanın ümumi istifadə olunan sahələrində pəncərələrin yuyulması; binanın ümumi istifadə olunan sahələrinin dezinfeksiyası, dezinseksiyası, deritizasiyası; məişət tullantılarının dövri olaraq daşınması; binaya aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımı; binada yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsi; binada ümumi istifadə olunan (daxili və xarici) sahələrin işıqlandırılması; liftlərə texniki qulluq; bağ sahələrinə qulluq və bağçılıq; göstərilən texniki xidmətlərlə əlaqədar 24 saat/7 gün qəza xidmətinin təşkili. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 3-cü hissəsinə görə sifarişçi binadakı ona məxsus obyektin hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 AZN aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli CY3-188/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı qanunvericilikdə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci və digər müvafiq maddələrinin tələblərini rəhbər tutaraq "K Residence Baku" çoxmənzilli yaşayış kompleksinin idarə edilməsinə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 4 saylı, xx.xx.2021-ci il tarixli iclas protokolunun qərarına əsasən "xxxx" MTK (İdarəedici təşkilat) təyin edilib. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin gecikdirildiyi halda Sifarişçidən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tutula bilər. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 1-ci hissəsinə görə xidmətlər 6208 saylı mənzil (62,6 kv.m) üzrə göstərilir. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 2-ci hissəsinə görə təmizlik və texniki xidmətlər aşağıdakılardır: binanın ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsi; binanın ümumi istifadə olunan sahələrində pəncərələrin yuyulması; binanın ümumi istifadə olunan sahələrinin dezinfeksiyası, dezinseksiyası, deritizasiyası; məişət tullantılarının dövri olaraq daşınması; binaya aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımı; binada yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsi; binada ümumi istifadə olunan (daxili və xarici) sahələrin işıqlandırılması; liftlərə texniki qulluq; bağ sahələrinə qulluq və bağçılıq; göstərilən texniki xidmətlərlə əlaqədar 24 saat/7 gün qəza xidmətinin təşkili. Həmin müqavilənin 1 nömrəli əlavəsinin 3-cü hissəsinə görə sifarişçi binadakı ona məxsus obyektin hər kvadrat metri üçün İcraçıya ƏDV daxil 1.50 AZN aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının 7 saylı, xx.xx.2024-cü il tarixli protokolunun surətindən görünür ki, “K Residence Baku” yaşayış kompleksinə aid binalarda küçə səviyyəsində və birinci mərtəbədə yerləşən, sahə mülkiyyətçiləri tərəfindən qeyri-yaşayış məqsədləri (o cümlədən sahibkarlıq fəaliyyəti) üçün istifadə olunan sahələrə və binaların tikintisi zamanı qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş sahələrə münasibətdə binaların saxlanması üzrə xərclərlə bağlı xidmət haqqının məbləği xx.xx.2025-ci ildən tətbiq olunmaqla, müvafiq əmlakın hər kvadrat metr sahəsi üçün ƏDV daxil 1.50 AZN-dən ƏDV daxil 4 AZN-ə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, CY3- 186/23 nömrəli, xx.xx.2023-cü il tarixli, CY3-188/23 nömrəli, xx.xx.2023-cü il tarixli, CY3-187/23 nömrəli müqavilələr üzrə xx.xx.2025-ci il tarixdən xidmət haqqının dəyişdirilərək, ƏDV daxil 4 manat olacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6202 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 1.967,45 manat, cərimə borcu 208,25 manat olmaqla cəmi 1.967,45 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6206 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 1.478,85 manat, cərimə borcu 192,71 manat olmaqla cəmi 1.671,56 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6208 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 1.419,45 manat, cərimə borcu 171,51 manat olmaqla cəmi 1.590,96 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə X6 (“Müştəri”), Cavabdeh (“Vəkil olunan”) arasında bağlanmış “hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilənin” (CY3- 016/21 saylı müqaviləyə əsasən) surətindən görünür ki, bu müqavilədə istifadə olunan və bu müqavilədə mənası açıqlanmamış bütün anlayışlar CY3-016/21 saylı müqavilədə onlara təsvir edən mənaları daşıyacağına, müştərinin CY3-016/21 saylı müqavilə üzrə hüquq və öhdəlikləri 15 mart 2023-cü il tarixindən etibarən Vəkil olunana ötürüləcəyinə, müştəri tərəfindən CY3-016/21 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 179287,40 azn (bir yüz yetmiş doqquz min iki yüz səksən yeddi manat qırx qəpik) məbləğ Vəkil olunan tərəfindən ödənilmiş kimi hesab edilməsinə və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə (CY3-186/23 mən. № 6202) hesab olunacağına, Şirkət (Knightsbridge Ağ Şəhər MTK, 6202 nömrəli mənzil üzrə Müştəri ilə Vəkil olunan arasında maliyyə öhdəliyinə görə məsuliyyət daşımamasına, CY3-016/21 saylı müqavilənin 8.1.3 bəndinə uyğun olaraq müştəri əmlak üzrə hüquq və öhdəliklərin ötürülməsi üçün Şirkətə 3.535,75 azn (üç min beş yüz səksən beş manat yetmiş beş qəpik) ötürmə haqqı ödəyəcəyinə, Şirkət ilə Vəkil olunan 6202 nömrəli mənzil üzərində yeni CY3-186/23 saylı müqaviləni 15 mart 2023-cü il tarixdə bağlaya bilmədikdə bu müqavilə qüvvəsini itirmiş hesab olunacağına, bu müqavilə 15 mart 2023-cü il tarixdən etibarən qüvvəyə minməsinə dair razılıq əldə olunmuşdur. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış 15 mart 2023-cü il tarixli CY3-186/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin şərt və müddəalarına uyğun olaraq, şirkət müqavilənin 2 saylı əlavəsində daha geniş təsvir olunan, binada yerləşən 6202 saylı mənzili yaşayış üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq vermişdir. Həmin Müqavilənin “Xidmətlər” adlı 4 saylı əlavəsində 6 saylı bənddə qeyd edilmişdir ki, Müştəriyə ən azı otuz (30) gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra Şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqqlara düzəliş edə bilər, amma bu düzəliş müvafiq xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və Müştəri ödənilməli olan hər hansı əlavə haqqları Şirkətə ödəməlidir. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış 15 mart 2023-cü il tarixli CY3-187/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin şərt və müddəalarına uyğun olaraq, şirkət müqavilənin 2 saylı əlavəsində daha geniş təsvir olunan, binada yerləşən 6206 saylı mənzili yaşayış üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq vermişdir. Həmin Müqavilənin “Xidmətlər” adlı 4 saylı əlavəsində 6 saylı bənddə qeyd edilmişdir ki, Müştəriyə ən azı otuz (30) gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra Şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqqlara düzəliş edə bilər, amma bu düzəliş müvafiq xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və Müştəri ödənilməli olan hər hansı əlavə haqqları Şirkətə ödəməlidir. İş materiallarında olan İddiaçı MTK (“Şirkət”) ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış 15 mart 2023-cü il tarixli CY3-188/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin şərt və müddəalarına uyğun olaraq, şirkət müqavilənin 2 saylı əlavəsində daha geniş təsvir olunan, binada yerləşən 6208 saylı mənzili yaşayış üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq vermişdir. Həmin Müqavilənin “Xidmətlər” adlı 4 saylı əlavəsində 6 saylı bənddə qeyd edilmişdir ki, Müştəriyə ən azı otuz (30) gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra Şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqqlara düzəliş edə bilər, amma bu düzəliş müvafiq xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və Müştəri ödənilməli olan hər hansı əlavə haqqları Şirkətə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6202 nömrəli təhvil-təslim aktından görünür ki, CY3 binasının 6202 saylı mənzilinə dair giriş qapının açarları və akt üzrə sair əşyalar Cavabdeh tərəfindən İddiaçı MTK-dan təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6206 nömrəli təhvil-təslim aktından görünür ki, CY3 binasının 6206 saylı mənzilinə dair giriş qapının açarları və akt üzrə sair əşyalar Cavabdeh tərəfindən İddiaçı MTK-dan təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6208 nömrəli təhvil-təslim aktından görünür ki, CY3 binasının 6208 saylı mənzilinə dair giriş qapının açarları və akt üzrə sair əşyalar Cavabdeh tərəfindən İddiaçı MTK-dan təhvil alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının 4 saylı, xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmişdir və "xxxx" MTK (VÖEN: **********, bundan sonra - İdarəedici təşkilat) binanın idarəedici təşkilatı təyin edilmişdir. İdarəedici təşkilat tərəfindən binada göstəriləcək və nümunəvi siyahısı Protokola əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə aylıq xidmət haqqının binadakı mənzillərin hər 1 kv.m.-i üçün ƏDV daxil 1.5 AZN məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli, 4 saylı protokolu ilə təsdiq edilmiş xidmətlərin nümunəvi siyahısına aşağıdakılar daxildir: binanın ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsi; binanın ümumi istifadə olunan sahələrində pəncərələrin yuyulması; binanın ümumi istifadə olunan sahələrinin dezinfeksiyası, dezinseksiyası, deritizasiyası; məişət tullantılarının dövri olaraq daşınması; binaya aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımı; binada yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsi; binada ümumi istifadə olunan (daxili və xarici) sahələrin işıqlandırılması; liftlərə texniki qulluq; bağ sahələrinə qulluq və bağçılıq; göstərilən texniki xidmətlərlə əlaqədar 24 saat/7 gün qəza xidmətinin təşkili. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6202 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 2.216,70 manat, cərimə borcu 295,34 manat olmaqla cəmi 2.512,04 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6206 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 1.625,60 manat, cərimə borcu 257,76 manat olmaqla cəmi 1.883,36 manat təşkil edir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MTK-ya xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək CY3 6208 saylı mənzil üzrə olan əsas borcu (ƏDV daxil) 1.575,95 manat, cərimə borcu 234,11 manat olmaqla cəmi 1.810,06 manat təşkil edir. Belə ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 38.1-38.2-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Həmin Məcəllənin 135.2 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq; Həmin Məcəllənin 136.3-136.4-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; Həmin Məcəllənin 137.9-137.10-cu maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2.-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının idarə etdiyi çoxmənzilli binada üç mənzil (6208 saylı mənzil -62,6 kv.m; 6206 saylı mənzil - 58,7 kv.m; 6202 saylı mənzil - 99,7 kv.m) əldə etmişdir. İddiaçının həmin mənzilləri birləşdirilərək sığorta şirkəti kimi fəaliyyət göstərməsi də işin mübahisəsiz halıdır. Qeyri-yaşayış sahələri üçün xidmət haqqının 1 kv.m üçün 1.50 manat məbləğindən 4 manat məbləğinə artırılması bu mübahisənin yaranmasına səbəb olmuşdur. İşdən görünür ki, kommunal xidmətlərə dair qeyd edilmiş mənzillərlə bağlı tərəflərin arasında xx.xx.2023-cü il tarixli CY3-186/23 nömrəli, CY3-187/23 nömrəli və CY3-188/23 nömrəli müqavilələr bağlanılmışdır. Bu müqavilələrə əsasən iddiaçı "xxxx" MTK-nın idarəedici təşkilat olması razılaşdırılmışdır. (Müqavilə üzrə maddə 1.3). İdarəedici təşkilatın ümumi yığıncağının xx.xx.2021-ci il tarixli 4 saylı qərarı ilə 1 kv.m sahə üçün xidmət haqqı – 1,5 manat; xx.xx.2024-cü il tarixli 7 saylı protokolu ilə 1ci mərtəbədəki qeyri-yaşayış sahəsi 1 kv.m sahə üzrə xidmət haqqı – 4 manat müəyyən edilmişdir. Beləliklə, iş materiallarına qiymət verərək, məhkəmə qeyd edir ki, iddiaçı təşkilat cavabdehin xeyrinə göstərilmiş xidmətlərin haqqını hər kv.m üçün 4 manat məbləğində tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli CY3-186/23 nömrəli, CY3- 187/23 nömrəli və CY3-188/23 nömrəli müqavilələrdə binanın iddiaçı təşkilat tərəfindən idarə edilməsini razılaşdırmış, sonuncu tərəfindən isə qeyri-yaşayış sahələrinin hər 1 kv.m. sahə üçün xidmət haqqı – 4 manat olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə cədvəllərindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) CY3-6202 nömrəli mənzil üzrə 2.216,70 manat ödənilməmiş xidmət haqqı və 295,34 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) CY3-6206 nömrəli mənzil üzrə ödənilməmiş 1.625,60 manat xidmət haqqı və 257,76 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) CY3-6208 nömrəli mənzil üzrə 1.575,95 manat xidmət haqqı və 234,11 manat dəbbə pulu borcu olmuşdur. Buna görə də iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-186/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6202 nömrəli mənzil üzrə 2.216,70 manat ödənilməmiş xidmət haqqı və 295,34 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-187/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6206 nömrəli mənzil üzrə ödənilməmiş 1.625,60 manat xidmət haqqı və 257,76 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-188/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6208 nömrəli mənzil üzrə 1.575,95 manat xidmət haqqı və 234,11 manat dəbbə pulu olmaqla, ümumilikdə üç mənzil üzrə 6.205,46 manat borc məbləği Cavabdeh alınaraq iddiaçı "xxxx" MTK-nə ödənilməlidir. Hüquqi xidmətlərin ödənilməsi ilə bağlı iddia tələblərinə gəldikdə məhkəmə qeyd edir ki, bu xərcləri təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyindən, qeyd olunan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 82,06 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-186/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6202 nömrəli mənzil üzrə 2.216,70 (iki min iki yüz on altı manat yetmiş qəpik) manat ödənilməmiş xidmət haqqı və 295,34 (iki yüz doxsan beş manat otuz dörd qəpik) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-187/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6206 nömrəli mənzil üzrə ödənilməmiş 1.625,60 (bir min altı yüz iyirmi beş manat altmış qəpik) manat xidmət haqqı və 257,76 (iki yüz əlli yeddi manat yetmiş altı qəpik) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək (qeyd edilmiş tarix daxil edilməklə) olan dövr üçün çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY3-188/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CY3-6208 nömrəli mənzil üzrə 1.575,95 (bir min beş yüz yetmiş beş manat doxsan beş qəpik) manat xidmət haqqı və 234,11 (iki yüz otuz dörd manat on bir qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə üç mənzil üzrə 6.205,46 (altı min iki yüz beş manat qırx altı qəpik) manat borc məbləği və 82,06 (səksən iki manat altı qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MTK-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar