Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7712/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi X6, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57.000 manatın, əmək qabliyyətini itirməyi ilə əlaqədar əldə edə biləcəyi gəlirlərdən məhrum olma ilə əlaqədar 118.800 manatın – cəmi 175.800 manatın cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "X13' MMC-nin direktoru Cavabdeh2 tərəfindən "X13' MMC-də qaynaqçı vəzifəsinə qəbul olunmuşdur. 02 iyun 2023- cü il tarixdə saat 15 radələrində MMC-nin ünvan 1 ünvanında yerləşən sexində həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir material, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülən zaman partlayış baş vermiş və onun ehtiyatsızlığından iddiaçının baş beyinin əzilməsi və alın, sağ gicgah, asas her ikə əng, sol almacıq, burun, çənə sümüklərinin yerini deyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Fakt üzrə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd edilən maddə ilə ittham elan edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 21 fevral 2012-ci il tarixdə "X13' MMC-ni yaradaraq direktor vəzifəsinə təyin edilməklə "Bütün sahələr üçün ümumi olan qulluqçu vazifələrinin Vahid X1 olan "Müəssisə direktorunun əmək funksiyası”nın tələbərinə asaslanaraq müəssisəni ixtisaslı kadrlarla təmin etməli, işçilərin bilik va təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaratmalı olmasına baxmayaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi havalə edilmiş şəxs kimi yanğın təhlükəsizliyi üzrə müvafıq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş, habelə Azərbaycan Resublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin, o cümlədən də iddiaçının qaynaqçı kimi işlərə cəlb edilməsinə şərait yaratmaqla, qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməyib, "Xalq tasarrüfatı obyektlerində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələblərini pozmuş və nəticədə onun göstərişi ilə iddiaçı tərəfindən 02 iyun 2023-cü il tarixdə saat 15 radələrində MMC-nin ünvan 1 ünvanında yerləşən sexində həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir material, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülən zaman partlayış baş vermiş və onun ehtiyatsızlığından iddiaçının baş beyinimin əzilməsi və alın, sağ gicgah, asas her ikə əng, sol almacıq, burun, çənə sümüklərimin yerini deyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması kimi ümumilikdə hayat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan iddiaçının sağlamlığına ağır zərər vurulmuşdur. İbtidai istintaqın aparılması zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 1385 saylı rəyindən görünür ki, İddiaçı baş beyin əzilməsi və alın, sağ gicgah, əsas, hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan başın küt travması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, qərarda göstəirilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni partlayış nəticəsində çəlləyin (və yaxud hər hansı bir hissəsinin) onun baş nahiyəsinə zərblə dəyməsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Həmçinin iş üzrə məhkəmətəhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4138 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri pozulmuşdur. “Bütün bu sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyasının tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur. Həmçinin iş üzrə əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Əlavə məhkəmətəhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7449 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri pozulmuşdur. “Bütün bu sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəsisısə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazanqaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafıq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baхılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi X11 vəsatət verərək cinayət işi üzrə əlavə təkrar tibbi ekspertiza təyin edilərək İddiaçı almış olduğu xəsarətlərin dərəcəsini, lokalizasiyasını və alınma şəraitini və sonrakı sənədlərlə müəyyən edilməsinə dair hal-hazırda həmin xəsarətin dərəcəsinə uyğun rəyin verilməsini, həmçinin komisyon təkrar məhkəmə təhlükəsizlik texnikası ekspertizası keçirilərək, həqiqətən də araşdırılan cinayət işi üzrə öz vəzifələrini yerinə yetirən vəzifəli şəxslərin hansı təlimata uyğun olaraq baş vermiş hadisədə təqsirli olub-olmaması barədə ekspert qarşısında suallar qoyulmasınıməhkəmədən xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin 1(008)-97/2024 saylı, 23 fevral 2024-cü il tariхli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə əlavə təkrar komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. İşdə olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4138 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyasının tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə,“Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur(cild 1, i.v.117-121); İşdə olan məhkəmə-tibbi ekspertizasının 1385 saylı rəyindən görünür ki, İddiaçı baş beyin əzilməsi və alın, sağ gicgah, əsas, hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni partlayış nəticəsində çəlləyin (və yaxud onun hər hansı bir hissəsinin) onun baş nahiyəsinə zərblə dəyməsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İddiaçı ümumi əmək qabiliyyətinin itirilməsi müəyyən olması zərurəti yaranarsa, onun müalicəsi tam başa çatdıqdan sonra,əlavə məhkəmə-tibbiekspertizasından sonra təyin edilə bilər (cild 1, i.v.124-126); İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 1979 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı hazırki psixi vəziyyətinə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmək iqtidarında deyildir və o, prosessual fəaliyyət qabiliyyətli hesab edilmir. İddiaçı hər-hansı bir xroniki psixi xəstəlik aşkar edilmir. Onda ağır kəllə-beyin travmasından sonra meydana gəlmiş ensefalopatiya, amnestik pozuntular müəyyən edilir. Onunla istintaq hərəkətlərinin aparılmasımümkün deyildir (cild 2, i.v.03-05); İşdə olan Bakışəhəri Nizami rayon məhkəməsinin 3(007)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4, X7, İddiaçı 2023-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək qaynaqçı kimi işlərə cəlb etməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibaticərimə edilmişdir; İşdə olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-97/2024 saylı qərarına əsasən əlavə təkrar komisyon məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş, təkrar komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/2165 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur. Öz vəzifə funksiyalarına əsasən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 14, 15, 20-cİ bəndələrinin tələbləri Cavabdeh1 MMCnin Qaynaq üzrə sahə rəisi tərəfindən pozulmuşdur. Lakin, sahə rəisi işdə olmadığına görə, onun tərəfindən öz vəzifə funksiyalarını yerinə yetirmək üçün imkanların olubolmamasına istintaq tərəfindən qiymət verilə bilər. İddiaçı yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilmədən qaynaqçı peşəsində işə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halımüəyyən edilmir; Sabunçu rayon məhkəməsinin 1(008)-97/2024 saylı, 05 iyul 2024-cü il tarili hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01(bir) ilmüddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmlə mülki iddia baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1873/2024 saylı, 20 avqust 2024-cü il tarixli hökmü ilə Cavabdeh2 CM-in 314.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-97/2024 saylı, 05 iyul 2024-cü il tarixli hökmü ləğv edilərək, Cavabdeh2 CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləricəzası təyin edilmişdir. Həmin hökmlə mülki iddia baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 əməlini CM-in 314.1-cimaddəsi ilə tövsif edilməsi qənaətini aşağıdakılarla əsaslandırmışdır: a) tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. b) hazırki hadisə zamanı əməyin mühafizəsinin tərkib hissəsi olan təhlükəsizlik qaydaları deyil, yanğın təhlükəsizliyi qaydaları pozulmuşdur. c) X9 Xidməti əmək münasibətləri yaranmamasını göstərmiş, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsinin bağlanmaması münasibətlərin əmək münasibətləri olmaması anlamına gəlməmiş, birinci instansiya məhkəməsinin təfsiri yanlış olmuşdur. Birinci instansiya məhkəməsi özü belə qəbuletmişdir ki, İddiaçı əmək müqaviləsi olmadan sexdə qaynaq işləri görülməsinə cəlb edilmiş, müəyyən müddət işləmiş və əmək haqqıalmışdır Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X14 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20(iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmış və hökmün icrası Cavabdeh2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Mülki iddia baxılmamış saxlanılmış və zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunmuşdur. Adıçəkilən hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1873/2024 saylı hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Cavabdeh2 CM-in 314.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-97/2024 saylı, 05 iyul 2024-cü il tarixli hökmü ləğv edilmişdir. Cavabdeh2 CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmış,hökmün icrası Cavabdeh2 yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılmışdır. Mülki iddia baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunmuşdur. Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2165 nömrəli ekspert rəyindən görünür ki , baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur. Öz vəzifə funksiyalarına əsasən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 14, 15, 20-cİ bəndələrinin tələbləri Cavabdeh1 MMC-nin Qaynaq üzrə sahə rəisi tərəfindən pozulmuşdur. Lakin, sahə rəisi işdə olmadığına görə, onun tərəfindən öz vəzifə funksiyalarını yerinə yetirmək üçün imkanların olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər. İddiaçı yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilmədən qaynaqçı peşəsində işə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 3(007)-8/2024 saylı xx.xx.2024cü il tarixli qərarından görünür ki, Cavabdeh1 MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyə hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bundan əvvəl tərəflər arasında olmuş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 iyun 2023-cü il tarixdə “X10” MMC-nin ünvan 1 ünvanında yerləşən sexində elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülən zaman partlayış baş vermiş və həmin partlayış nəticəsində İddiaçı sağlamlığına ağır zərər vurulmuşdur. Qeyd edilən fakt ilə cinayət işi açılmış və nəticə etibarı ilə MMC-nin direktoru Cavabdeh2 Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona CM-nin 46.2ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Cinayət işi gedən zaman zərərçəkən (iddiaçı) səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57.000 manat, əmək qabiliyyətinin itirməyi ilə əlaqədar əldə edə biləcəyi gəlirdən məhrum olması ilə bağlı 118.800 manat pulun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə müraciət etsə də, həmin iddia baxılmamış saxlanılmış və iddiaçıya (zərəçəkənə) mülki mühakimə qaydasında iddia ərizəsi ilə müraciət etməsi izah edilmişdir. Yuxarıda qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə hökmləri ilə həmçinin aydın olur ki, İddiaçı ilə əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilmiş, habelə əmək funksiyalarını yerinə yetirən zaman - xx.xx.2023-cü ildə partlayış baş vermişdir. İş üzrə keçirilmiş ekspert rəylərindən belə nəticəyə gəlinmişdir ki, iddiaçının aldığı xəsarətlər partlayış baş verən zaman çəlləyin (və yaxud onun hər hansı bir hissəsinin) iddiaçının baş nahiyəsinə zərblə dəyməsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İddiaçı ümumi əmək qabiliyyətinin itirilməsi müəyyən olması zərurəti yaranarsa, onun müalicəsi tam başa çatdıqdan sonra, əlavə məhkəmə-tibbi ekspertizasından sonra təyin edilə bilər Bundan başqa hökmdə istinad edilmiş və sübut kimi qiymətləndirilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2165 nömrəli ekspert rəyindən görünür ki , baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən İddiaçı qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri Cavabdeh1 MMC-nin direktoru tərəfindən pozulmuşdur. Öz vəzifə funksiyalarına əsasən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 14, 15, 20-cİ bəndələrinin tələbləri Cavabdeh1 MMC-nin Qaynaq üzrə sahə rəisi tərəfindən pozulmuşdur. Lakin, sahə rəisi işdə olmadığına görə, onun tərəfindən öz vəzifə funksiyalarını yerinə yetirmək üçün imkanların olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər. İddiaçı yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilmədən qaynaqçı peşəsində işə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 239-cu maddəsi ilə əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, əmək müqaviləsi olmadığı halda belə, işçi və işəgötürən arasında əmək münasibətləri faktiki olaraq yarandıqda, əməyin mühafizəsi normalarının pozulmasına görə işəgötürən maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Hazıra iddiaçı ona dəymiş ziyan olaraq səhhətinə vurulmuş zərər ilə bağlı çəkilmiş xərci və əmək qabiliyyətini itirməyi ilə əlaqədar itirə biləcəyi gəlirdən məhrum olması ilə əlaqədar xərci cavabdehlərdən tələb edir. Məhkəmə iddiaçının səhhətinə ziyan dəyməsi ilə əlaqədar çəkilmiş 57.000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(008)-97/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə (səh. 29.) qeyd edilmişdir ki, Mülki İddiaçı hadisə nəticəsinə səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57000 manat ona ödənilməsini xahiş etmiş, bununla əlaqədar X3 35644,34 manat ödənişlə bağlı sənəd təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı atası Cahid Babayev şahid qismində vermiş olduğu ifadəsində MMC tərəfindən ona oğlunun müalicəsi üçün 18500 manat məbləğində pul verildiyini, lakin göstərilən məbləğdən əlavə olaraq oğlunun müalicəsinə 57000 manat xərc çəkdiyini bildirmiş, həmin məbləğlə bağlı məhkəməyə hər hansı rəsmi qaydada təsdiq olunmuş sübut təqdim etməmişdir. Cavabdeh2 Məmmədiyyə oğlu isə ifadəsində İddiaçı müalicəsi üçün 20000 manat məbləğində zərərçəkmiş şəxsin atasına pul verdiyini göstərmişdir. İddiaçının sağlamlığının bərpası məqsədi ilə X3 35.644,34 manat məbləğində ödəniş edilməsi, həmçinin cavabdeh tərəfindən iddiaçının atasına 18.500 manat ödənildiyi hökm ilə təsdiq edildiyindən, iddia qismən təmin edilərək, qalan məbləğ yəni 17.144,34 (35.644,34-18.500=17.144,34) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın əmək qabiliyyətini itirməyi ilə əlaqədar itirə biləcəyi gəlirdən məhrum olması ilə əlaqədar xərcin cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Məhkəmə iddianın həmin hissəsi ilə bağlı xüsusi olaraq qeyd edir ki, iddia tələbində iddiaçı həmin məbləği əmək qabiliyyətini tam itirdiyinə görə dövlət tərəfindən ona maddi təminatın (pensiyanın təyin edilməsinədək) təmin edilməsinədək olan 33 illik bir müddət üçün işləyərək adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər kimi əsaslandırsa da, hətta bununla bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli hazıırlıq iclasında iddiaçının atasına məhkəmə-tibbi ekspertizasının keçirilməsi təklif edilsə də, o, izahatında ömürlük deyil, oğlunun evdə (işsiz) olduğu müddət üçün pul tələb etdiyini bildirmişdir. O həmçinin bildirmişdir ki, oğlu adıçəkilən partlayış ilə bağlı heç nəyi xatırlamır, yaddaşının təxminən 50-60 faiz hissəsinin geri qayıtdığını, üzündə yaralar olduğunu, hazırda hansısa işə qəbul olunarsa yaddaşı ilə bağlı problemlərin bəlli olacağını, əmək qabiliyyətini tam itirməsi ilə bağlı hazırda sübutlarının olmadığını, lakin neyrocərrahın dediklərinə əsasən qeyri müəyyən müddət ərzində oğlunun yaddaşı yerinə gələcəkdir və sağlamlığında irəliləyiş olacaqdır. Məhkəmə iddiaçının məhrum olduğu gəlirlərlə ilə bağlı onu qeyd edir ki, partlayış hadisəsindən sonra iddiaçının sağlamlığında qüsurların yaranması mülki işin mübahisəsiz halıdır və həmin səbəblərdən iddiaçı normal şəraitdə əldə edə biləcəyi gəlirlərdən məhrum olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlıq vəziyyətinə əldə edə biləcəyi gəlirlər yaşayış minimumu həddində hesablanmalıdır. Belə ki, həmin hadisədən sonra iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərin davam edəcəyi, iddiaçının (digər) müəssisədə əmək müqaviləsi ilə işə qəbul olması, habelə cavabdeh ilə əmək fəaliyyətinə son verəcəyi, işsiz olması da ehtimallar arasındadır. Lakin iddiaçının partlayış nəticəsində səhhətində problemlərin yarandığına hazırda yeni işlə təmin edilə bilməməsinin səbəbi də həmin partlayış hadisəsi olmuşdur. Bundan başqa iddiaçı ilə əmək müqaviləsi bağlanılmadığından və o, əldən-ələ haqq aldığından, onun aylıq “maaşı”nın nə qədər olması barədə heç bir tərəf məhkəmə mötəbər sübut təqdim etməmişdir. “Yaşayış minimumu haqqında” AR Qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2023cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir. Qeyd edilən hadisənin xx.xx.2023-cü ildə olduğunu göz önünə gətirərək, məhkəmə 2023-cü il üzrə iddiaçıya 06 ay 29 gün müddətində (xx.xx.2023-xx.xx.2023), 2024-cü il üzrə iddiaçıya 11 ay 02 gün (xx.xx.2024-xx.xx.2024) müddətində yaşayış minimumun tutulmasını zəruri hesab edir. Belə olan halda isə iddiaçıya 2023-cü il üçün məhrum olduğu gəlir kimi 1.713,8 (6x246+29x(246:30)) manat, 2024-cü il üçün isə (11x270+2x(270:30)) 2988 manat olmaqla, ümumilikdə 4.701,8 manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, işəgötürənin əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirinin həcminin onun məsuliyyətinin növünə təsiri məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Əmək Məcəlləsinin 198-ci maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İşəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Həmin maddənin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna müvafiq olaraq Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinin məzmununa görə işəgötürənin işçiyə vurduğu zərər və işçinin çəkdiyi müvafiq xərclər işəgötürən tərəfindən bütövlükdə ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin və 239-cu maddəsinin 1-ci hissəsinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, işəgötürənin təqsirinin həcminin tam və ya qismən olmasından asılı olmayaraq, Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda, işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Məhkəmə Cavabdeh2 münasibətdə hesab edir ki, iddia ona münasibətdə ona görə təmin edilməməlidir ki, hazırkı münasibətlərdə faktiki olaraq “işəgötürən” qismində Cavabdeh1 MMC çıxış edir və Cavabdeh2 “direktor“ funksiyalarını yerinə yetirir. Belə ki, əmək müqaviləsi bağlansaydı belə, iddiaçı MMC-nin işçisi hesab ediləcəkdir. Odur ki, iddiq qismən təmin edilməli, iddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərcin əvəzi olaraq 17.144,34 manat, iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olma ilə əlaqədar 4.701,8 manat pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın ümumi qiyməti 21.846,14 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 155.54 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərcin əvəzi olaraq 17.144,34 (on yeddi min yüz qırx dörd manat, otuz dörd qəpik) manat, iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olma ilə əlaqədar 4.701,8 (dörd min yedi yüz bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə 21.846,14 (iyir bir min səkkiz yüz qırx altı manat on dörd qəpik) manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilsin. 155,54 (yüzəlli beş manat əlli dörd qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7712/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7712/2024
03.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver