Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7712/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı CY7 2201 nömrəli mənzil üzrə 4621,05 manat xidmət haqqı və 727,62 manat dəbbə pulu, CY7 2202 nömrəli mənzil üzrə 7095,60 manat xidmət haqqı və 1117,25 manat dəbbə pulu olmaqla cəmi 13561,52 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130,69 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək CY7-2201 nömrəli mənzil üzrə 5077,45 manat xidmət haqqı və 878,17 manat dəbbə pulu, CY7-2202 nömrəli mənzil üzrə 7796,40 manat xidmət haqqı və 1348,43 manat dəbbə pulu olmaqla cəmi 15100,45 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135,30 manat dövlət rüsumunun və məhkəmədə təmsilçilik üçün vəkilə ödənilən 110 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK, X6 və Cavabdeh arasında CY7-007/21 saylı müqaviləyə əsasən Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə və CY7-006/21 saylı müqaviləyə əsasən Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə imzalanmış, bu müqavilələrə əsasən X1 CY7-007/21 saylı Müqavilə üzrə və CY7-006/21 saylı Müqavilə üzrə hüquq və öhdəlikləri 3 fevral 2023-cü il tarixindən etibarən Cavabdeh ötürülmüşdür. CY7-007/21 saylı Müqaviləyə əsasən, CY72202 nömrəli mənzil və CY7- 006/21 saylı Müqaviləyə əsasən CY72201 nömrəli mənzil X3 xx.xx.2021-ci il tarixində təhvil verilmişdir deyə, Cavabdeh həmin münasibətlərə qoşularaq onları qəbul etmiş və davam etdirmişdir. Daha sonra, İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küç., Nobel prospekti, və X. Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 7 - ƏTPM-nin cizgisi üzrə) / ünvan 1 ünvanındakı “K Residence” yaşayış kompleksində yerləşən “Kortyard 7” saylı binada, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 114.1 kv.m. olan 2201 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, CY7-066/23 saylı müqavilə, o cümlədən İddiaçı MTK və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küç., Nobel prospekti, və X. Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 7 - ƏTPM-nin cizgisi üzrə) / ünvan 1 ünvanındakı “K Residence” yaşayış kompleksində yerləşən “Kortyard 7” saylı binada, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 175.2 kv.m. olan 2202 saylı mənzilin alqısatqısına dair xx.xx.2023-cü il tarixli, CY7-067/23 saylı müqavilə imzalamışdır. xx.xx.2025-ci il tarixinədək xidmət haqları 1 kv.m üçün 1.5 manat, xx.xx.2025-ci il tarixindən etibarən isə 1 kv.m üçün 4 manat olmuşdur. Belə ki, bununla bağlı İddiaçı MTK-nın üzvlərinin umumi yığıncağı tərəfindən xx.xx.2024-cü il tarixli qərar (7 nömrəli protokol) qəbul edilmiş, bu qərara əsasənı cavabdehə qabaqcadan bildiriş göndərilmişdir. Hazırda cavabdehin 2024-cü ilin oktyabr ayından başlayaraq, 2025-ci ilin sentyabr ayı da daxil olmaqla olan dövr üçün mənzillərə görə xidmət haqqı borcu yaranmışdır. 2202 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 7095.60 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 1117.25 manat olmaqla təşkil edir. 2201 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 4621.05 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 727.62 manat təşkil edir. Beləliklə hər iki mənzil üzrə cəmi əsas borc 11,716.65 AZN, cəmi dəbbə pulu 1844,87 manat təşkil edir. İddiaçı cavabdehi xidmət haqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Belə ki, cavabdehə borc barədə 2 dəfə ayrı-ayrılıqda xx.xx.2025 və xx.xx.2025-cü il tarixli yazılı bildirişlər göndərilmiş, habelə şifahi şəkildə də xəbərdarlıqlar edilmişdir. Bunlara baxmayaraq, cavabdeh bildirişlərə məhəl qoymamış və indiyə qədər xidmət haqqının bir hissəsinin ödənilməsindən yayınmaqdadır. Göründüyü kimi İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı MMC cavabdeh X8 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, hər ay hər kvadrat metr üçün 1.50 (bir manat 50 qəpik) olmaqla hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddianı qismən qəbul edirlər və hesab edirlər ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında Müqavilə imzalanarkən 4 nömrəli Əlavə ilə göstəriləcək xidmətlər və xidmət haqqı razılaşdırılmışdır. Həmin Əlavədə xidmət haqqı hər ay hər kvadrat metr üçün 1.50 manat razılaşdırılmışdır və bundan sonra müqaviləyə dəyişiklik edilməsi ilə bağlı hər hansı əlavə razılaşma imzalanmamışdır. Heç bir əsas olmadan və müqavilədə qeyd edildiyi kimi müvafiq xidmətlərin göstərilməsi xərclərində artım olmadan xidmət haqqının 3 dəfəyə yaxın artırılması əsassız və qanunsuzdur. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini tam həcmdə müdafiə etdiklərini bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiklərini bildirmişdir. İşin halları İş materiallarında olan CY7-006/21 saylı “Hüquq və öhdəliklərin ötürülməsi üzrə” müqaviləyə əsasən, X1 CY7-006/21 saylı müqavilə üzrə hüquq və öhdəlikləri 3 fevral 2023-ci il tarixindən etibarən Cavabdeh ötürələcəkdir. İş materiallarında olan CY7-007/21 saylı “Hüquq və öhdəliklərin ötürülməsi üzrə” müqaviləyə əsasən, X1 CY7-007/21 saylı müqavilə üzrə hüquq və öhdəlikləri 3 fevral 2023-ci il tarixindən etibarən Cavabdeh ötürələcəkdir. İddiaçı MTK ilə Cavabdeh arasında CY7-066/23 №-li müqaviləyə əsasən şirkət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 7 – ƏTPM-nin cizgisi üzrə) / ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzili Cavabdeh satmağı razılaşır, müştəri isə Binada yerləşən əmlakı yaşayış məqsədləri üçün almaq istəyir. Həmin müqavilənin 4-cü əlavəsində İddiaçı MTK-nın Cavabdeh göstərəyəci xidmətlər müəyyən edilmişdir. Müqaviləyə edilmiş 4-cü əlavənin 3-cü bəndinə əsasən müştəri gösərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün üçün 1,50 manat məbləğində Xidmət Haqqı Əsaslı Tamamlama Tarixində etibarən ödəməyi öz öhdəsinə götürür. 4-ci bəndinə əsasən, müştəri bu müqavilədə istinad olunan xidmət haqqlarını və digər haqları aylıq olaraq hər ayın 5 iş günü ərzində şirkətə ödəməlidir. 5-ci bəndinə əsasən, müştəri göstərilən xidmətlərin müqabilində ödəməli olduğu xidmət haqqını əlavə №4, bənd 5-də göstərilən müddət ərzində ödəməssə, hər gecikdirilmiş gün üçün gündəlik əsasda hesablanan illik 24% hesablanan cərimə şirkət tərəfindən hesablanacaq və bu məbləğ müştəri tərəfindən ödənilməlidir. 6-ci bəndinə əsasən, müştəriyə ən azı 30 gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqlara düzəliş edə bilər, amma bu düzəliş xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və müştəri ödəməli olan hər hansı əlavə haqqları şirkətə ödəməlidir. İddiaçı MTK ilə Cavabdeh arasında CY7-067/23 №-li müqaviləyə əsasən şirkət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 7 – ƏTPM-nin cizgisi üzrə) / ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzili Cavabdeh satmağı razılaşır, müştəri isə Binada yerləşən əmlakı yaşayış məqsədləri üçün almaq istəyir. Həmin müqavilənin 4-cü əlavəsində İddiaçı MTK-nın Cavabdeh göstərəyəci xidmətlər müəyyən edilmişdir. Müqaviləyə edilmiş 4-cü əlavənin 3-cü bəndinə əsasən müştəri gösərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün üçün 1,50 manat məbləğində Xidmət Haqqı Əsaslı Tamamlama Tarixində etibarən ödəməyi öz öhdəsinə götürür. 4-ci bəndinə əsasən, müştəri bu müqavilədə istinad olunan xidmət haqqlarını və digər haqları aylıq olaraq hər ayın 5 iş günü ərzində şirkətə ödəməlidir. 5-ci bəndinə əsasən, müştəri göstərilən xidmətlərin müqabilində ödəməli olduğu xidmət haqqını əlavə №4, bənd 5-də göstərilən müddət ərzində ödəməssə, hər gecikdirilmiş gün üçün gündəlik əsasda hesablanan illik 24% hesablanan cərimə şirkət tərəfindən hesablanacaq və bu məbləğ müştəri tərəfindən ödənilməlidir. 6-ci bəndinə əsasən, müştəriyə ən azı 30 gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqlara düzəliş edə bilər, amma bu düzəliş xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və müştəri ödəməli olan hər hansı əlavə haqqları şirkətə ödəməlidir. İş materiallarında olan İddiaçı MTK-nın X4 xx.xx.2024-cü il tarixli, 7 saylı İclas Protokoluna əsasən “K Residence Baku” yaşayış kompleksinə aid binalarda küçə səviyyəsində və birinci mərtəbədə yerləşən, sahə mülkiyyətçiləri tərəfindən qeyri-yaşayış məqsədləri (o cümlədən sahibkarlıq fəaliyyəti) üçün istifadə olunan sahələrə və binaların tikintisi zamanı, qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş sahələrə münasibətdə binaların saxlanması üzrə xərclərlə bağlı xidmət haqqının məbləği xx.xx.2025-ci ildən tətbiq olunmaqla, müvafiq əmlakın hər kvadrat metr sahəsi üçün ƏDV daxil 1.50 manatdan ƏDV daxil 4 manata dəyişdirilməsi, xidmət haqqnın məbləğinin dəyişdirilməsi barədə sahə mülkiyyətçiləri ilə MTK arasında bağlanmış alqı-satqı, idarəetmə və xidmət müqavilələrinin şərtlərinə uyğun olaraq bu qərarın aid olduğu sahə mülkiyyətçilərinə 30 (otuz) gün qabaqcadan yazılı bildirişlər göndərilməsi, xidmət haqqının məbləğinin dəyişdirilməsi ilə bağlı müvafiq sahə mülkiyyətçiləri ilə MTK arasında çoxmənzilli binaların idarəedilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilələrinin müvafiq müddəalarına dəyişikliklər tərtib edilərək qarşılıqlı imzalanması, bu protokolun “K Residence Baku” yaşayış-kompleksinin inzibati ofisində saxlanılması qərara alınmışdır. İş materiallarında olan 2910 saylı, xx.xx.2024-cü il tarixli İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, İddiaçı MTK-nın X5 qəbul edilmiş qərarla bağlı Cavabdeh məlumat verilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın X4 4 saylı İclas Protokoluna əsasən 96% nizamnamə kapitalının sahibi "xxxx" MMC, 1% nizamnamə kapitalının sahibi X12, 1% nizamnamə kapitalının sahibi X10, 1% nizamnamə kapitalının sahibi X2, 1% nizamnamə kapitalının sahibi X7r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Mənfəət və Zərər Hesabatı” haqqında çıxarışa əsasən ümumi gəlir 277.845 manat, ümumi xərclər 1.038.595 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Mənfəət və Zərər Hesabatı” haqqında çıxarışa əsasən ümumi gəlir 1.126.528 manat, ümumi xərclər 1.490.692 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Mənfəət və Zərər Hesabatı” haqqında çıxarışa əsasən ümumi gəlir 1.841.744 manat, ümumi xərclər 2.088.047 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, CY7 2201 saylı mənzilə dair borc cədvəlinə əsasən, Cavabdeh ümumilikdə 4621,05 manat xidmət haqqı borcu, 727,62 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, CY7 2202 saylı mənzilə dair borc cədvəlinə əsasən, Cavabdeh ümumilikdə 7095,60 manat xidmət haqqı borcu, 1117,25 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, CY7 2201 saylı mənzilə dair borc cədvəlinə əsasən, Cavabdeh ümumilikdə 5077,45 manat xidmət haqqı borcu, 878,17 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, CY7 2202 saylı mənzilə dair borc cədvəlinə əsasən, Cavabdeh ümumilikdə 7796,40 manat xidmət haqqı borcu, 1348,43 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, VK/200825 saylı “Hüquqi xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı MTK ilə “Yusif Allahverdiyev və Partnyorlar” Vəkil bürosu arasında hüquqi yardımın göstərilməsi ilə bağlı razılaşma əldə olunub. Xidmət haqqının məbləği 110 manat müəyyən edilib. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 135.3. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinə müəyyən edilmiş qaydada vətəndaşlar köçürülənədək, yaşayış sahələrinin saxlanmasına və kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq dövlət orqanları və bələdiyyələr çəkir. Maddə 138. Yaşayış sahəsinə görə haqqın miqdarı 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 139. Kommunal xidmətlərə görə haqqın miqdarı 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2. Yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Maddə 140. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xərcləri 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzil və ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzil iddiaçı Cavabdeh mülkiyyətindədir. Həmin mənzillərdə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2024-cü ilin oktyabr ayından kommunal xidmətlərə görə ödənişlər etmir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək CY7 2201 nömrəli mənzil üzrə 4621,05 manat xidmət haqqı və 727,62 manat dəbbə pulu, CY7 2202 nömrəli mənzil üzrə 7095,60 manat xidmət haqqı və 1117,25 manat dəbbə pulu olmaqla cəmi 13561,52 manat borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz bildirərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqavilələri imzalanarkən 4 nömrəli Əlavə ilə göstəriləcək xidmətlər və xidmət haqqı razılaşdırılmışdır. Həmin Əlavədə xidmət haqqı hər ay hər kvadrat metr üçün 1.50 manat razılaşdırılmışdır. Lakin buna baxmayaraq heç bir əsas olmadan və müqavilədə qeyd edildiyi kimi müvafiq xidmətlərin göstərilməsi xərclərində artım olmadan xidmət haqqı iddiaçı tərəfindən 1.50 manatdan 4 manata qaldırılmışdır. Cavabdeh bununla razı olmadığını, xidmət haqqının 1.50 manatdan hesablandığı təqdirdə ödəyəcəyini bildirmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı MTK-nın X4 xx.xx.2024-cü il tarixli, 7 saylı İclas Protokolundan görünür ki, İddiaçı MTK-nın üzvləri tərəfindən “K Residence Baku” yaşayış kompleksinə aid binalarda sahə mülkiyyətçiləri tərəfindən qeyri-yaşayış məqsədləri (o cümlədən sahibkarlıq fəaliyyəti) üçün istifadə olunan sahələrə münasibətdə binaların saxlanması üzrə xərclərlə bağlı xidmət haqqının məbləği xx.xx.2025-ci ildən tətbiq olunmaqla, müvafiq əmlakın hər kvadrat metr sahəsi üçün ƏDV daxil 1.50 manatdan ƏDV daxil 4 manata dəyişdirilməsi qərara alınmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrindən də görünür ki, müştəriyə ən azı 30 gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra şirkət bu müqaviləyə uyğun olaraq xidmət haqqlarına və ya digər haqlara düzəliş edə bilər, amma bu düzəliş xidmətlərin göstərilməsi xərclərində gözlənilən artımlara uyğun olmalıdır (həmin xərclərdə gözlənilən hər hansı azalmalar nəzərə alındıqdan sonra) və müştəri ödəməli olan hər hansı əlavə haqqları şirkətə ödəməlidir. Hazırki mülki işə əlavə olunmuş bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı MTK-nın X5 qəbul edilmiş qərarla bağlı məlumat göndərilmişdir. Əlavə olaraq məhkəməyə təqdim olunmuş “Mənfəət və Zərər Hesabatı” haqqında çıxarışlardan da görünür ki, 2022-ci, 2023-cü və 2024-cü illər ərzində ümumi xərclərdə artmalar müşahidə olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı İddiaçı MTK-nın X5 qəbul edilmiş sözü güdən qərarda mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzilin və ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən "xxxx" MTK-yə bununla bağlı 2024-cü ilin oktyabr ayından ödənişlər etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzil üzrə 4621,05 manat və ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzil üzrə 7095,60 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia cavabdehdən kommunal xidmətlərə görə əsas borcun tutulması hissədində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaya ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzil üzrə hesablanmış 727,62 manat və ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzil üzrə hesablanmış 1117,25 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, azaldılaraq, ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzil üzrə hesablanmış 323,47 manat, ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzil üzrə hesablanmış 496,69 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
Məhkəmə xərcləri: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu və vəkil tərəfindən göstərilmiş xidmət haqqı iddianın təmin edilmiş həcminə mütənasib olaraq cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,61 manat, vəkil tərəfindən göstərilmiş xidmət haqqının əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2201 saylı mənzilə dair kommunal xidmət haqqı üzrə əsas borca görə 4621,05 (dörd min altı yüz iyirmi bir manat beş qəpik) manat, cərimə borcuna görə 323,47 (üç yüz iyirmi üç manat qırx yeddi qəpik) manat, ünvan 1 (kortyard 7) ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 2202 saylı mənzilə dair kommunal xidmət haqqı üzrə əsas borca görə 7095,60 (yeddi min doxsan beş manat altmış qəpik) manat, cərimə borcuna görə 496,69 (dörd yüz doxsan altı manat altmış doqquz qəpik) manat, ümumilikdə 12.536,81 (on iki min beş yüz otuz altı manat səksən bir qəpik) manat, vəkil tərəfindən göstərilmiş xidmət haqqının əvəzi olaraq 110 (yüz on manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,61 (yüz iyirmi yeddi manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MTK-ya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova