Məhkəmə qərarları › İş №e-2(011)-7713/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7713/2024

15.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7713/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbi barəsində iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam edilməsi ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli əmrnin ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də kassir vəzifəsində işləmiş, 2021-ci ilin noyabr ayında Cavabdeh X1 kassir vəzifəsində işləməyə dəvət olunmuş, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanaraq "xxxx" MMC-nin Pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə eyni departamentdə satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə həmin MMC-nin eyni departamentində Xəzinədar vəzifəsinə keçirilmişdir, sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 700 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əməmk müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir, lakin bu barədə iddiaçıya məlumat verilməmiş, həmin gün iddiaçıya son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona təhvil verilməmişdir, cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verildiyi üçün həmin tarixdən hazırki vaxtadək heç bir yerdə işə qəbul edilə bilməmiş və işsiz qalmışdır, iddiaçının hazırda heç bir yerdən gəliri yoxdur, cavabdehin bu qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə şikayət edilib, X14 Xidməti tərəfindən şikayəti araşdırılsa da bu günə kimi araşdrımanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir, cavabdehlə əlaqə saxlayıb işə bərpa olunmağını xahiş etsə də, müraciətləri cavabsız qaldığına görə və X14 Xidməti tərəfindən iddiaçıya cavab verilmədiyindən xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-yə mediasiya prossesinin tətbiqi barədə təklif göndərilmiş, mediasiya haqqında qanunvericiliyə əsasən 10 iş günü ərzində cavabdeh onun təklifinə cavab vermədiyi üçün Bakı şəhəri 13 saylı mediasiya təşkilatına müraciət edilmiş və cavabdehin nümayəndəsinin iştirakı ilə həmin Mediasiya təşkilatında ilkin mediasiya sessiyası 05 sentyabr 2024-cü il tarixdə baş tutmuşdur, cavabdehin nümayəndəsi rəhbərliklə danışıb onların fikrini bildirmək üçün vaxt istəmiş və növbəti mediasiya təşkilatı xx.xx.2024-cü ilə təyin edilmişdir, xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyi üçün həmin tarixdə Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən iddiaçıya “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış təqdim edilmişdir, cavabdeh "xxxx" MMC tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Cavabdeh iddiaçını qanunsuz olarq işdən çıxarmasına, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq onu işə bərpa etmədiyi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqımı ödəmədiyi üçün hüquqlarının bərpa edilməsindən ötrü məəhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən xüsusatları nəzərə alaraq, cavabdeh "xxxx" MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə barədə xx.xx.20241-cü il taixli əmri ləğv edilməli, həmçinin cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ali təhsilli hüquqşünasdır, lakin hazırda həmin sahə üzrə işləmir, ən son işlədiyi Cavabdeh MMC-dəki xəzinədar vəzifəsindən onu qanunsuz olaraq işdən çıxarıblar, orada Ceyran adlı digər işçi ilə birlikdə işləyiblər, Ceyran orda işlədikdən sonra kassalarda əskiklər əmələ gəlməyə başlamışdır, Ceyran əskikləri çox vaxt digər kassirərin artıqları ilə bağlayıb, işə gələndə vaxtlarda görmüşdür ki, Ceyran ordadır, amma bəzən olmadığı da olub, seyfin içərisində nə qədər məbləğ olduğunu bilmədən daxil olmayıb, heç vaxt, sayıb götürüb seyfi, əskik olanda Ceyran qol çəkmir, amma düz olanda çəkir, bu aktlar onlarda olmur, rəhbərliyə verilir, axşam 23:00-da bağlayır, sonrakı gün Ceyran gələndə təhvil təslim olmur, təhvil zamanı heç vaxt kimsə yanlarında durmayıb ki, təhvil versinlər, araşdırma gedən zaman - təxminən mayın ortasından onu işdən uzaqlaşdırmışdılar. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Elvin Məmmədov izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, belə ki, xanım digər şəxslərin əskiyini gizlədib bununla bağlı xidməti məlumat və protokol da tərtib edilib. O, müştərilərə az pul qaytarmışdır. Kassada olmayıb xanım. 20 manat bir dəfə əskik olub bu barədə məlumatı var. Həmin əskikliyi öz vəsaiti hesabına bağlayıb. Həf dəfə belə hal olanda iş ahəngi pozulur. İş dayanmasa da pozulma halı olur. Aktı tərtib edənlər mağaza işçiləridir. Bu əməli törədən digər şəxs öz ərizəsi ilə işdən çıxıb. O proseslə bağlı məlumatı yoxdur ki niyə öz ərizəsi ilə çıxıb işdən. Həmkarlar İttifaqının iclası ilə bağlı məlumat verilib iddiaçıya, lakin məlumat çatmayıb. əvvəl iddiaçı kassir olub sonra əlavə müqavilə ilə vəzfəsi dəyişdirilib və xəzindar olub. Təhvil-təslimə nəzarət edən şəxs Arzuman bəy olub. X20 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü Şahid qismində ifadə verərək bildirmişdir ki, mağaza müdiri vəzifəsində çalışır, iddiaçı xəzinədar işləyirdi. Mart ayında Rəqsanə xanım mənə dedi ki, Ceyran xanım 20 manatlıq kəsri öz vəsaiti hesabına bağlayıb və bu barədə Heç kimə məlumat verməyib. Dedim ki, sübut oluna bilər? Dedi, bəli, görüntülərlə etmək olar. Bu barədə araşdırma başladı. Xəzinə otağı kameralıdır, lakin sübut oluna bilmədi bu hal. Bir müddət sonra iddiaçı ona yaxınlaşıb ki, məndə yazışmalar var Ceyran xanımla. Məzmununda kassada olan əskiklikdə bağlı məlumat idi. O da həmin an şübhələndi. Daha sonra bu barədəinsan resurslarına yönəltmişdir Ceyran xanımı. Daha sonra Ceyran xanım ona bildirmişdir ki, mən bunu Rəqsanə xanımla birgə eləmişəm. İddiaçıdan heç bir narazıçılığı yoxdur, əksinə çox yaxşı işçidir. O, onu işdən çıxartmamışdır. Ceyran xanımı ora göndərmişdir ki, tədbir görülsün sonradan Rəqsanə xanım da ora göndərildi və onun barəsində də tədbir görüldü. Rəqsanə Ceyrandan təhvil alanda 24,32 manat əskiklə təhvil alıb məsələn. Bir-birlərinə elə təhvil verilib. Sonra 24 manat 80 qəpiklə İddiaçı Rəqsanəyə təhvil verib. Sonra öz hesabına bağlayıb. Öz aralarında təhvil təslim edirlər sonra o isə imzalayır. Hər dəfə özləri təhvil verir bir-birinə. İş yerində format odur ki bir-birlərinə təhvil verirlər. İnsan resurlarının tam doğru qərar verdiyini düşünüb imzalayıb sənədi. O demir ki, iddiaçı nəsə eləyib. Rəqsanə xanım haqqında hər hansı mənfi rəyi yoxdur. X4 yoxdur. araşdırma gedən zaman iddiaçını işdən uzaqlaşdırmışdılar. Araşdırma haqlı və ya haqsız olsa da araşdırma dövründə uzaqlaşdırılır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1989-cu il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Fevral ayından işdən çıxmışdır, Bazar Store-dan Ceyran xanım Rəqsanənin yerinə gəlmişdir. Rəqsanə xanımla işləyirdi, bir müddət işdə olmamış, yerinə Ceyran gəldi. Ceyran o zamanda onların kassasına girirdi. Ceyran əvəz edəndə əskiklər yaranırdı. 3 gün olmamış işə gələndə isə gördüm seyf bərbad gündə idi qarışmışdı, sayılmamışdı, əskiklər gəlmişdi, 50 manat , 70 manat və s. onunla iddiaçı arasında heç zaman əskik olmayıb 6 ay müddətində. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.2003-cü il təvəllüdlü Hüseynzadə Fidan Hicran qızı şahid qismində ifadə verərək bildirmişdir ki, mağazada 11 ay işləyib, 6 aydır ki, işləmir, Ceyran gəlib orda işləyənə qədər əskik olmayıb, özləri kassadan götürüb gedirdi pulları, kassir saymırdı, kassası düz olub, Ərzumana Ceyranın əməlləri barədə məlumat verilib, hamısı Ceyrandan şikayət edirmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1995-ci il təvəllüdlü X11 şahid qismində ifadə verərək bildirmişdir ki, Rəqsanə yaxşı işçidir, işdən uzaqlaşandan 1-2 həftə sonra danışıblar. Həmin vaxt işdə olmayıb, Müdir deyib ki, Rəqsanə və Fidan şikayətə gəlib Ceyrandan, lakin nəsə tapa bilməyiblər, akta qol çəkib, o da düşünüb ki, İnsan resursları araşdırıbsa düz olar yəqin . İş materiallarında olan "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2023-cü il tarixdə kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Əmək Müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, 3.1. İşçi aşağıda və vəzifə təlimatında qeyd olunan əmək funksiyasının icrasını öhdəsinə götürür: a. Mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul edilməsi b. Pul vəsaitlərinin xəzinədarlığa təhvil verilməsi. C. Kassada müştərilərə xidmət göstərilməsi (əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır). İşçinin əmək funksiyaları. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 408,94 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə Əlavənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1.2. Eyni departamentə Xəzinədar vəzifəsinə keçirilir. 3.1. İşçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: a. Mağazadakı kassalardan pul vəsaitlərinin təhvil alınması. b. Pul vəsaitləri ilə bağlı hesablama işlərinin aparılması. c. Pul vəsaitlərinin bank işçilərinə təslim edilməsi, 4.2. Əmək haqqı 345 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına) 119,8 manat məbləğində əlavədən, tarif haqqına (vəzifə maaşına) 29,94 manat məbləğində kassa riski əlavəsindən ibarətdir, dəyişikliklər və əlavələr xx.xx.2024 tarixindən qüvvəyə minir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətiindən görünür ki, Əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, imza edənlər: "xxxx" MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən Şahid, mal qəbulu və mağaza nəzarətçisi vəzifəsində işləyən X10, xəzinədar vəzifəsində işləyən X2 və kassir vəzifəsində işləyən X13 bu aktı tərtib edirər, "xxxx" MMC-nin Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətmişdir. İddiaçı bunu digər xəzinədar yoldaşı ilə əlaqəli şəkildə həyata keçirmişdir. İşçilərin bu barədə öz aralarında yazışdıqları mesajlar da mövcuddur. Həmçinin, İddiaçı digər kassirin kassasmda əskik gələcəyini bilərək onun kassasında işləmiş və qəsdən müştərilərə pulun qalığını az qaytararaq iş yoldaşının əskiyini bu yolla ört-basdır etmişdir. İşçi bunu etdikdən sonra həmkarını da məlumatlandırmışdır. Ümumilikdə, hər iki işçi özünün yol verdiyi nöqsanlardan əlavə olaraq, həmkarının yol verdiyi və məlumatlı olduğu ciddi pozuntuları üst rəhbərlərindən gizlətmişdir. Bunun nəticəsində müəssisənin işinə mənfi təsir göstərmiş, iş ahəngi pozulmuş və müəyyən sıxıntılar yaşanmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Xidməti Məlumatdan görünür ki, mağaza müdiri Şahid Cavabdeh MMC-nin baş direktoruna aşağıdakı məzmunda müraciət etmişdir: Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətmişdir. İddiaçı bunu digər xəzinədar yoldaşı ilə əlaqəli şəkildə həyata keçirmişdir. İşçilərin bu barədə öz aralarında yazışdıqları mesajlar da mövcuddur. Həmçinin, İddiaçı digər kassirin kassasında əskik gələcəyini bilərək onun kassasında işləmiş və qəsdən müştərilərə pulun qalığını az qaytararaq iş yoldaşının əskiyini bu yolla ört-basdır etmişdir. İşçi bunu etdikdən sonra həmkarını da məlumatlandırmışdır. Ümumilikdə, hər iki işçi özünün yol verdiyi nöqsanlardan əlavə olaraq, həmkarının yol verdiyi və məlumatlı olduğu ciddi pozuntuları üst rəhbərlərindən gizlətmişdir. Bu halın müəssisənin işinə mənfi təsir göstərməsini və qanunvericiliyə zidd bir hal olmasını nəzərə alaraq bu haqda müvafiq tədbirgörməyinizi sizdən xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktorunun Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli Təqdimatdan görünür ki, Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarmağınızı xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin Baş direktoru X18 Sizin 2024-cü il 20 iyun tarixli təqdimatınıza baxılması 21 iyun 2024-cü il tarixində saat 16:00-da "xxxx" MMC-nin toplantı otağında keçiriləcəkdir. Təqdimatınıza baxılmasında iştirak etmək üçün səlahiyyətli nümayəndənizi göndərməyinizi sizdən xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 25 №-li Protokolundan görünür ki, Yığıncağın gündəliyi “Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə bağlı məsələsinə baxılması” olmuşdur, xx.xx.2024-cü il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, aşağıda imza edənlər: "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X3, Həmkarlar İttifaqı Komitəsinin üzvləri X8, X9, X12, X15 bu aktı tərtib edərək bildirmişdir ondan ötrü ki, həqiqətən "xxxx" MMC-nin Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 2341 №-li Əmrinin surətindən görünür ki, "Pərakəndə satış departamenti" bölməsində "Xəzinədar" vəzifəsində işləyən İddiaçı Aqşin qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin 1 6.1 1.2021 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 18.72 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC prosesin davam etdirilməsinə razılıq verməmişdir, İddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-yə kassir vəzifəsinə işə qəbul olunmuşdur, həmin Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən İddiaçı Xəzinədar vəzifəsinə keçirilmiş, əmək funksiyaları mağazadakı kassalardan pul vəsaitlərinin təhvil alınması, pul vəsaitləri ilə bağlı hesablama işlərinin aparılması, pul vəsaitlərinin bank işçilərinə təslim edilməsi olmuşdur, o, bu işi Ceyran Səfərova adlı digər işçi ilə birlikdə növbəli şəkildə icra etmiş, hər iki işçi xəzinəni bir-birinə təhvil vermişlər, təhvil-təslim prosesi işçilərin öz aralarında olmuşdur, İddiaçı mağaza müdirinə Ceyran Səfərovanın xəzinədə olduğu növbələrdə kassaların əskik gəldiyini, bu halın bir neçə dəfə təkrarlandığını bildirmiş, mağaza müdiri ondan buna dair sübutları təqdim etməsini tələb etmişdir, o isə aralarında olan və hazırda məhkəməyə təqdim etdiyi votsap yazışmalarını təqdim etmişdir, bu faktla bağlı xx.xx.2024-cü il tarixdə Ceyran Səfərovanın, xx.xx.2024-cü il tarixdə İddiaçı izahatları alınmışdır, xx.xx.2024-cü il tarixdə “İddiaçı son bir neçə ay ərzində seyfin artıqəskiyini gizlətməsi, bunu digər xəzinədar yoldaşı ilə əlaqəli şəkildə həyata keçirməsi, qəsdən müştərilərə pulun qalığını az qaytararaq iş yoldaşının əskiyini bu yolla ört-basdır etməsi, ümumilikdə, hər iki işçi özünün yol verdiyi nöqsanlardan əlavə olaraq, həmkarının yol verdiyi və məlumatlı olduğu ciddi pozuntuları üst rəhbərlərindən gizlətməsi, bunun nəticəsində müəssisənin işinə mənfi təsir göstərməsi, iş ahənginin pozulması və müəyyən sıxıntılar yaşanması” barədə akt tərtib edilmişdir, akt "xxxx" MMC-nin Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən Şahid, mal qəbulu və mağaza nəzarətçisi vəzifəsində işləyən X10, xəzinədar vəzifəsində işləyən X2 və kassir vəzifəsində işləyən X13 tərəfindən imzalanmış, məhkəmə iclasında şahid qismində izahat verərkən Şahid həmin aktın məzmunu ilə tanış olmadığını, sadəcə Cavabdeh MMC-nin insan resursları şöbəsi tərəfindən təqdim edilmiş həmin aktın doğruluğunu yəqin etdiyini, Ülvi Nəzərov isə həmin aktın məzmunu ilə tanış olduğunu, məsələ yuxarı rəhbərlik tərəfindən araşdırıldığna görə onların “İddiaçı təqsirli olması”na dair qənaətlərinin doğru olmasını düşündüyünü bildirmişdir, xx.xx.2024-cü il tarixdə qeyd olunan hallar barədə yuxarı rəhbərliyə xidməti məlumat verilmişdir, xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin rəhbərliyi müəssisədəki Həmkarlar İttifaqı Komitəsinə bu məsələnin müzakirəyə çıxarılması barədə təqdimat ilə müraciət etmiş, Komitənin xx.xx.2024-cü il tarixli protokolu tərtib edilmiş, protokolda “Rəqsanə Aqşin qızı X5 Komitəsinin yığıncağına qatılmasından imtina etməsi” qeyd edilməklə, xx.xx.2024-cü il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır, xx.xx.2024-cü il tarixli 2341 №-li Əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixd tarixdə xitam verilmiş, işçinin xx.xx.2022xx.xx.2024-cü il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 18,72 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş, Ceyran Səfərova isə öz ərizəsi əsasında işdən çıxmışdır, İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması göstərilmişdir. Bununla belə, işçinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsinə, o cümlədən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, işəgötürən tərəfindən işdən çıxarma barədə əmr, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamaqla, qanuni deyildir. Belə ki, iş materiallarında olan əmrin məzmunundan görünür ki, işəgötürən işçini “özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” kimi müxtəlif əsaslarla işdən çıxarsa da, onun tərəfindən “əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməməsinin” nədə ifadə olunması, işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı kobud pozuntulara yol verməsi göstərilməmişdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır, ikincisi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri baxımdan, iş materiallarından, o cümlədən müvafiq əmrdən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ləğv edilməsi şərti kimi nəzərdə tutulan hallar (işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) sübut olunmur, üçüncüsü, işəgötürən tərəfindən işdən çıxarma barədə əmr, onun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə (əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı, əmək müqaviləsinin ləğv edilməsinin əsasının və s. göstərilməsi), müəssisənin adı və işəgötürənin vəzifəsi hissəsdə cavab vermir. Məhkəmə, əmrdə əsas kimi göstərilmiş “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qararı, Hik-nin tərtib etdiyi akt” kimi istinadlara gəldikdə isə qeyd edir ki, belə forma əmrin əsaslılığını təmin etməməklə bərabər, işin faktiki hallarını da özündə ifadə etmir. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahidlər həmin aktlardakı faktları təsdiq etməməklə bərabər, iddiaçının dəlillərinə uyğun ifadə verməklə onun qeyd edilən hallar üzrə əmək funksiyaları və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsini təsdiq etmişlər. Bundan başqa, müəssisənin həmkarlar orqanının razılıq qərarı formaldır. Belə ki, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin protokolundan görünür ki, iclas iştirakçıların adları göstərilməmiş, işçinin yol verdiyi norqanlar barədə onlar tərəfindən müzakirə aparılmamış, işçi lazımi qaydada iclasa çağırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, əmr əsassız və qanunsuzdur və ona görə ləğv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcələnin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 2341 №-li Əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu xəzinədar vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın məbləği nəzərə alınmaqla, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "İddiaçı əmək müqaviləsinə xitam verilməsi" barədə xx.xx.2024-cü il tarixli 2341 K saylı əmri ləğv edilsin. İddiaçı “Bazarstore" MMC-də “xəzinədar” vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən 05 iyul 2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar