Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7720/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Borclu, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı – “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh4, Borclu, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı – ünvan 1 ünvanda yerləşən mənzilinə dair yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının X2nun xüsusi mülkiyyətindədir və iddiaçı həmin ünvanda anadan olmuşdur. Cavabdeh4 iddiaçının atasıdır, digər cavabdehlər isə atasının bacıları və qardaşlarıdır. İddiaçı bildirir ki, atası Cavabdeh4 ilə X1 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. X1 mübahisəli mənzildə yaşayan keçmiş həyat yoldaşı və onun qohumları ilə mübahisə etmək istəmədiyi üçün kirayə evə köçmüşdür. Lakin maddi vəziyyətləri çox ağır olduğu üçün evin kirayə haqqını ödəyə bilmirdilər. ünvan 1 ünvanda yerləşən mənzil yeganə yaşayış yerləri olduğuna görə anası “yaşayış sahəsindən istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X3 iddiası təmin edilmişdir və anasının ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə icra olunmuşdur və anası ilə birgə mübahisəli mənzilə köçürülmüş və orada yaşamışlar. X2 02 mart 2024-cü ildə vəfat etmişdir. X4 vəfatından sonra onun övladları (babamın hüquqi varisləri) ünvan 1 ünvanda yerləşən mənzildən istifadə etməyimə mane olurlar, məni evə buraxmırlar. Belə ki, cavabdehlər tərəfindən iddiaçının yaşayış sahəsindən istifadə hüquqları kobud şəkildə pozulur, evdə adam ola-ola iddiaçının üçün qapı açılmır, nəlayiq sözlərlə söyüb təhqir edirlər. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə hörmətsizlik edilir. ünvan 1 ünvanda yerləşən mənzildən başqa onun evi yoxdur. Buna baxmayaraq iddiaçı mübahisəli mənzildən sərbəst istifadə edə bilmir. Belə olan halda, ünvan 1 ünvanda yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi qanuna müvafiq hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Borclu, Cavabdeh1, Cavabdeh2 və X8məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubdan qeyd olunmuşdur ki, ünvan 1 ünvanı X4 adına xx.xx.1996-cı il tarixdə qeydə alınmış və mülkiyyətindədir. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1579/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə ilə Ramazanova (Sadulova) Natavan Adışirin qızının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15b, 47 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15b saylı evin, 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 427 nömrəli reyestr kitabının 39690 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1115/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X3 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15b saylı evin, 47 saylı mənzilinə köçürülməsi və onun həmin mənzildə yaşayış sahəsinə istifadə hüququ tanınması qət edilmişdir. Həmin qətnamədən görünür ki, AZ-1 seriyalı, 060953 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixində 311 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Sadulova” soyadı verilmişdir. Həmin qətnamədən görünür ki, AZE seriyalı, 10033675 saylı, xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh4, X14dır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, işin həqiqi halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanı X4 adına xx.xx.1996-cı il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15b saylı evin, 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 427 nömrəli reyestr kitabının 39690 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülkiyyətçi X7 İddiaçı babasıdır. X6 (iddiaçının anası) ilə Cavabdeh4 xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan İddiaçı və qardaşı X13 anadan olmuşdur. 2006-cı il X6 ilə Cavabdeh4 arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1115/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X3 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15b saylı evin, 47 saylı mənzilinə köçürülməsi və onun (X3) həmin mənzildə yaşayış sahəsinə istifadə hüququ tanınması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1579/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə ilə Ramazanova (Sadulova) Natavan Adışirin qızının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15b, 47 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Hər iki tərəfin izahatı ilə müəyyən edilir ki, evin mülkiyyətçisi olan X7 2024-cü ilin mart ayında vəfat etmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2000-ci il tarixdə mübahisəli ünvanda anadan olmuş, həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçının valideynləri arasındakı nikah 2006-cı il tarixində pozulmuşdur. İddiaçının anasının iddiası əsasında məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanına köçürülmüşdür. Məhkəmə iclasının iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan müəyyən olunur ki, iddiaçı hal-hazırda həmin mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaçının mənzildən istifadəsinə maneələrin yaradılması bildirsə də, “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli mənzilin mülkiyyətçisi, öz mülahizəsinə görə göstərilən mənzilə dair hüquqlara malikdir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə hesab edir ki, istifadə qaydasının müəyyən edilməsi mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, istifadə qaydasının müəyyən edilməsinin tələb edilməsi mülkiyyətçiyə aid olan hüquq olduğundan, İddiaçı mövcud tələbi əsasında mübahisəli mənzildə istifadə qaydası müəyyən edilə bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisəsi olunan mənzilin mülkiyyətçisi X7 xx.xx.2024-cü il tarixində vəfat etməsinə baxmayaraq, onun ölümü ilə hər hansı vərəsəlik işi açılmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının iddia tələbinin qeyd edilən hissədə məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi qeyd edilən hissədə iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənzilə köçürülmə” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə ona görə təmin edilməməlidir ki, iddiaçı daimi olaraq həmin mənzildə atası, atasının arvadı, onların uşaqları və əmisi ilə birlikdə yaşayır. Göründüyü kimi mənzilə köçürmə ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Odur ki, iddia həmin hissədə formal olaraq cavabdehlərə qarşı qaldırılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh4, Borclu, Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “ünvan 1 ünvanda yerləşən mənzilinə dair yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7720/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7720/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver